Sayfa 1/2 12 SonSon
15 sonuçtan 1 ile 10 arası

Ən gözəl isimlər

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Ən gözəl isimlər

    Quran və Sünnədən bizə Allahın 99 İsimi məlumdur. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: “Allahın doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə daxil olar”(Buxari 6410, Müslim 2677. )

    Qurani Kərimdə Allahın İsimlərinin Zikri Keçdiyi Ayələr:
    Fatihə Surəsi - Allah (əl-Fatihə 1), Rəbb (əl-Fatihə 1), Rahmən və Rəhim (əl-Fatihə 2), Məəlik (əl-Fatihə 3).
    Bəqərə Surəsi – Muhit (əl-Bəqərə 19), Qadir ((əl-Bəqərə 20), Alim (əl-Bəqərə 32), Hākim (əl-Bəqərə 33), Təvvəb (əl-Bəqərə 37), Bəri (əl-Bəqərə 54), Basir (əl-Bəqərə 96), Vasi’ (əl-Bəqərə 115), Səmi’ (əl-Bəqərə 127), Aziz (əl-Bəqərə 129), Rauf (əl-Bəqərə 143), Şakir (əl-Bəqərə 158), İləh (əl-Bəqərə 163), Vahid (əl-Bəqərə 162), Ğafur (əl-Bəqərə 173), Qarib (əl-Bəqərə 186), Həkim (əl-Bəqərə 225), Həyy (əl-Bəqərə 255), Qayyum (əl-Bəqərə 255), Ali (əl-Bəqərə 255), Azim (əl-Bəqərə 255), Ğani (əl-Bəqərə 263), Vəli (əl-Bəqərə 257), Həmid (əl-Bəqərə 267), Xabir (əl-Bəqərə 234), Bədi’ (əl-Bəqərə 117).
    Ali İmran Surəsi – Vəhhəb (Ali İmran 8), Nāsir (Ali İmran 150), Cəmi’ (Ali İmran 9).
    Nisa Surəsi – Raqib (ən-Nisa 1), Həsib (ən-Nisa 6), Şəhid (ən-Nisa 33), Kəbir (ən-Nisa 34), Nasir (ən-Nisa 45), Vəkil (ən-Nisa 81), Muqit (ən-Nisa 85), Afuvv (ən-Nisa 43).
    Ənam Surəsi – Qahir (əl-Ənam 18), Lətif (əl-Ənam 103), Hāsib (əl-Ənam 62), Qadir (əl-Ənam 65), Həkim (əl-Ənam 73).
    Əraf Surəsi – Fatih (əl-Əraf 89).
    Ənfal Surəsi – Qavi (əl-Ənfal 52), Movlə (əl-Ənfal 40).
    Tövbə Surəsi – Ālim (ət-Tövbə 9).
    Hud Surəsi – Hafiz (Hud 57), Mucib (Hud 61), Məcid (Hud 73), Vədud (Hud 90).
    Yusuf Surəsi – Mustəan (Yusuf 18), Qahhar (Yusuf 39), Ğalib (Yusuf 21).
    Rəd Surəsi – Mutəali (ər-Rəd 9), Vali (ər-Rəd 11).
    Hicr Surəsi – Hāfiz (əl-Hicr 9), Varis (əl-Hicr 23), Xalləq (əl-Hicr 86).
    Kəhf Surəsi – Muqtədir (əl-Kəhf 45).
    Məryəm Surəsi – Həfi (Məryəm 47).
    Ta ha Surəsi – Ğaffər (Ta ha 82), Məlik (Ta ha 114), Haqq (Ta ha 114).
    Həc Surəsi – Hədi (əl-Həcc 54).
    Nur Surəsi – Mubin (ən-Nur 25), Nur (ən-Nur 35).
    Nəml Surəsi – Kərim (ən-Nəml 40).
    Rum Surəsi – Muhyi (ər-Rum 50).
    Səba Surəsi – Fəttah (əs-Səba 26).
    Fatir Surəsi – Fatir (əl-Fatir 1), Şəkur (əl-Fatir 30).
    Zumər Surəsi – Kəfi (əz-Zumər 36).
    Mumin Surəsi – Xaliq (əl-Mumin 62).
    Duhan Surəsi – Muntəqim (əd-Duhan 16).
    Zariyat Surəsi – Razzaq (əz-Zariyat 58), Mətin (əz-Zariyat 58).
    Tur Surəsi – Bərr (ət-Tur 28).
    Qamər Surəsi – Məlīk (əl-Qamər 55).
    Rahmən Surəsi – Zul Cələli Vəl İkram (ər-Rahmən 27).
    Hədid Surəsi – Əvvəl – Əxir – Zahir – Batin (əl-Hədid 3).
    Həşr Surəsi – Quddus – Səlam – Mumin – Muheymin – Cəbbar – Mutəkəbbir – Musavvir (əl-Həşr 23).
    Əla Surəsi – Əla (əl-Əla 1).
    Əlaq Surəsi – Əkram (əl-Əlaq 3).
    İxlas Surəsi – Əhəd – Saməd (əl-İxlas 1).
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Bəri – varlıqları yoxluqdan varlığa çıxaran deməkdir. Qurtubi deyir ki: «Bəri – yoxdan var edən, ortaya çıxaran deməkdir». «O, (hər şeyi) yaradan, yoxdan var edən (BƏRİ) və (hər şeyə) surət verən Allahdır». (əl-Həşr 24).

    Buna görə də Bəri Bə-Rə-Ə kökündən gələn Bəriyyə varlıqlar, yaradılanlar mənasında işlədilir. O, halda Allah Bəri yaradandır. Çünki O. Bütün bədənləri, cisimləri yoxluqdan varlığa çıxarmışdır. Həlimi deyir ki: «O, suyu, atəşi, torpağı və havanı yoxdan yaratdı. Daha sonra isə bu maddələrin qarışığından digər məxluqları yaratdı. «Mən palçıqdan bir insan yaradacağam». (Sad 71). «Sizi torpaqdan yaratması… Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «Hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl-Ənbiya 30). «İnsanı saxsı kimi quru palçıqdan O, yaratdı. (Cinlərin əcdadı) Cannı da tüstüsüz (təmiz) oddan O, xəlq etdi». (ər-Rahmən 14,15).


    ARDI VAR...
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Ən gözəl isimlər

    Sabah sabah forumda din haqda melumat oxumag gozeldir.tesekkurler

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Əvvəl – əl-Əxir – əz-Zahir – əl-Batin - «O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir». (əl-Hədid 3). Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər  yatağına girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə sığınıram.

    Sən Əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur. Sən Axırsan, səndən sonra heç bir şey yoxdur. Sən Zahirsən, sənin üstündə heç bir şey yoxdur. Sən Batinsən, səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və fəqirlikdən məni qurtar» (Müslim, Əbu Davud, Tirmizi. )
    Həlimi deyir ki: «Əvvəl, öncəsi olmayandır, Axır isə sonrası olmayandır. Çünki öncə və sonra sonu ifadə edər. Öncə varlığın başlanğıcdan öncəki sonu, sonra isə başlanğıcdan sonrakı sonu ifadə edər. Əgər varlığın başlanğıcı və sonu olmazsa, öncəsi və sonrası da olmaz. Allah öncəsi və sonrası olmayan tək varlıqdır. Digər bütün valılıqların öncəsi və sonrası vardır» (Beyhəqi «Əsmə vəs Sifət» s. 10. )

    Allahın Əvvəl olması Onun hər şeydən öncə var olduğunu, Axır olması isə hər şeydən sonra Onun var olacağını və varlığının davam edəcəyini ifadə edər. Zahir hər şeyin üstündə uca olması, Batin isə hər şeyin içində və hər şeyə əslindən də yaxın olmasıdır. Onun Zahir və üstün olmasını heç bir yer və göy gizləyə bilməz. Zahir olması Batini görməsinə mane olmaz. Çünki batində Onun üçün Zahir kimidir. Onun üçün görünməyən görünən, uzaq olan isə yaxın kimidir. Müsəlman bu İsimləri bilməklə keçici varlılıqlara bağlanmaz. Çünki keçici varlılıqlara bağlanmaq yoxluğa bağlanmaqdır. Halbuki Axır olan Allaha bağlanmaq kəsinliklə yox olmayacaq və əbədiyyən var olana bağlanmaqdır. Heç bir şey yox ikən Onun var olduğu kimi hər şey yox olduqdan sonra da Onun var olacağını bilir, daha da səmimiyyətlə Ona ibadət etməyə çalışar. Ondan başqa heç bir şeyə bel bağlamaz. Daima Ona möhtac olduğunu unutmaz. Hər şeyin Ondan başladığına və Ona da dönəcəyini xatırından çıxarmaz. O, hər şeyin əvvəli və sonudur. Allahın Batin ismini bilən kimsə Allahın hər şeydən daha çox, hətta canından da ona daha yaxın olduğunu anlayar. Zahir ismi bilməklə insanın qəlbi tək bir ilaha yönələr və ona ibadət edər.
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Ən gözəl isimlər


  6. #6
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Ən gözəl isimlər


  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Bərr – Yaxşılıq edən, mütləq yaxşılıq sahibi, hər gözəlliyi və yaxşılığı özündə əks etdirən Uca Allahdır. Ona üsyan edilməsinə baxmayaraq yaxşılıq etməkdən vaz keçməyən və yaxşılığı kəsməyəndir. İbadət edənlərə bol-bol savab verəndir. «Biz bundan əvvəl Ona dünyada ibadət edirdik. Şübhəsiz ki, O yaxşılığı bol (BƏRR), rəhm edəndir». (ət-Tur 28).

    Pislik edənə yaxşılıq edən, haqsızlıq edəni bağışlayan, tövbə edənin tövbəsini qəbul edəndir. Həlimi deyir ki: «Bərr – qullarına yumşaq davranan, onlara asanlıq diləyən, çətinlik istəməyən, bir çox günahlarını cəzalandırmadan bağışlayan, onları bütün etdiklərindən sorğuya çəkməyən, bir yaxşılığı on qat mükafatlandıran, buna qarşı pisliyi sadəcə bir misli ilə cəzalandıran, niyyət etdikləri pisliyi etmədikcə bu niyyətlərinə görə onlara pislik yazmayandır. Allah qullarına qarşı son dərəcə mərhəmətli, yumşaq və şəfqətlidir. Dualarını qəbul edər, şükrlərinə nemət verərək qarşılıq verəndir. «Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini və aşkar, gizli nemətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü?». (Loğman 20). Bu isim qullar üçün də işlədilə bilər. «O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar (BƏRRAN) etdi». (Məryəm 32). «Yəhya ata-anasına qarşı da olduqca itaətkar və nəvazişkar (BƏRRAN) idi». (Məryəm 14).
    [

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Ən gözəl isimlər

    əl-Bəsir – görən olmasının mənası isə hər nə qədər incə və hiss edilməz kimi görünürsə və ya uzaq olursa olsun hər bir şeyi gözəl bir şəkildə idrak edən (görən) deməkdir. Bəsir – həmçinin də elmə, bilməyə də dəlalət edir.

    Allah qəlbdəki fısıltıları, beyindəki hisləri, fikirdəki gizlilikləri görür və bilir. «Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1). Bu aləmdə olan ən kiçik parçaları, ən cüzi qarışqanı da belə, orqanlarını, ətini, qanını, beynini və damarlarını da görəndir. Yeddi qat göyün üzərində olanı gördüyü kimi, yeddi qat yerin altında olanı da görür. Allah yer və göylərin hər yerində görüləbiləcək hər şeyi Bəsir sifəti ilə onları görməktədir. Onun üçün görülməyən bir şey yoxdur. Heç bir şey Ondan gizli deyildir. O, görünəni və görünməyəni, hazır olanı və olmayanı görəndir. Hətta gözlərin hərəkətlərini, qəlb atışlarını və ağıla gələn düşüncələri dahi bilən və görəndir. «(Allah) gözlərin xainliklərini və kökslərin saxlamaqda olduqlarını biləndir». (əl-Mumin 19).
    İbn Qeyyim deyir ki: «Bəsir və Bəsirət arasında fərq olduğunu söyləyir. Bəsir yuxarıda söylədiyimiz kimi. Bəsirəti isə belə açıqlayır: «Bəsirət, Allahın qəlbə atdığı bir nurdur. Qəlbinə belə bir nur atılan kimsə, Peyğəmbərlərin xəbər verdiyi həqiqətləri görür. Belə ki, bunları sanki gözü ilə görməkdədir. Beləcə Peyğəmbərlərin dəvət etdiyi şeylərdən ən üstün dərəcədə faydalanır. Bu Bəsirətin dərəcələri vardır. Bunların hamısını əldə edən kimsənin Bəsirəti kamilliyə çatar. 1. İsim və Sifətlərdə Bəsirət. 2. Əmir və Qadağalarda Bəsirət. 3. Savab və Cəzada Bəsirət. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Şübhə yox ki, Allah haqqı ilə eşidən və haqqı ilə görəndir ayəsini oxuduqdan sonra baş barmağını qulağının, şəhadət barmağını isə gözünün üstünə qoydu»(Səhih Sünnən Əbu Davud 3/895, «Avnul Məbud» 13/37, İbn Həcər «Fəthul Bəri» 13/375.)
    [

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ən gözəl isimlər

    mövzuya görə təşəkkürlər əllərinə salıq
    [

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Ən gözəl isimlər


Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.