zehmətə təşəkür
24 sonuçtan 1 ile 10 arası
-
01-28-2010, 10:22 AM #1
Səhih Hekayələr
Əxlaqlı olmaq-ən gözəl dəvətdir!
Bir gün Əli İbn Əbu Talib (ra) xəlifə ikən şəhəri gəzməyə çıxır.Bazarların birinə daxil olarkən, əslən müsəlman olmayan birinin qalxan satdığını görür və öz-özlüyündə:
-Bu ki, mənim itirdiyim qalxandır.- deyərək satıcıya yaxınlaşır.
-Bu qalxanı haradan tapdın? Bu mənim itirdiyim qalxandır.
Xristian satıcı isə qarşısındakının möminlərin əmiri Əli İbn Əbu Talib (ra) olduğunu bilməyərək hirsli və acı kəlimələr ilə onu qovmağa çalışır.Əli (ra) yenə təmkinlə satıcıdan öz qalxanını istəyir.Lakin bu dəfə satıcı səsini daha da yüksəldərək, qalxanın özünün olduğunu iddia edir.Məsələnin bu həddə çatdığını görən xəlifə Əli (ra) satıcıdan şəhər qazisinin yanına getməsini və məsələni araşdırıb, hökm verməsini təklif edir.Satıcı razılaşır.
Əli İbn Əbu Talib (ra) və xristian satıcı qazinin yanına gedirlər.İçəri daxil olarkən qazi Əli (ra)-nu tanıyır və tez ayağa qalxaraq:
-Ey möminlərin əmiri, siz xeyir ola?-deyir.
Bu sözləri eşidən satıcının canına vəlvələ düşür.Mübahisə etdiyinin xəlifə Əli (ra) olduğunu anlayır.Öz-özlüyündə “Təbii ki, qazi bu vəzifəni ona verən Əli (ra)-ya qarşı hökm çıxarmaz-deyə düşünür. Dərhal ayaq saxlayaraq üzrxahlıq edir və qalxanı Əliyə (ra) uzadır.Lakin Əli (ra) “Hökmü qazi özü verəcək” deyərək əyləşir.
Qazi mömin və ədalətli bir insan idi.Hökm vermədən öncə buyurur:
-Ey möminlərin əmiri, icazə versən hər ikinizə bir neçə sual verim.Cavablarınıza əsasən hökm verəcəm, inşallah.Hər ikisi razılaşır.Qazi buyurur:
-Ey möminlərin əmiri, qalxanı itirərkən ətrafınızda şahidiniz var idimi?Əli (ra):
-Xeyr, heç kəs yox idi-deyə cavab verir.
Qazi bu dəfə satıcıdan soruşur:
-Bəs siz qalxanı taparkən şahidiniz var idimi?Satıcı:
-Bəli, mənimlə bərabər bir neçə dostum da orada idi-deyə cavab verir.
Satıcının dostlarını çağırırlar və onlar da:
-Qalxanı tapanda biz də oradaydıq-deyirlər.Bu vaxt qazi buyurur:
-Ey möminlərin əmiri, bağışla, amma qalxan satıcıya çatacaq.Çünki onu taparkən yanında şahidləri olub.
Bu sözləri eşidən satıcı dəhşət içində ayağa qalxır və kəlmeyi şəhadəti söyləyərək islam dinini qəbul edir.
Sübhənəllah, nə gözəl əhvalat...
Əli ibn Əbu Talibin (ra) əxlaqı və qazinin ədalətli olmağı bir xristianın müsəlman olmasına səbəb oldu.Halbuki, Əli (ra) xəlifə idi.Qazinin yanına gəlməsəydi belə qalxanı həmin satıcıdan alıb, onu cəzalandıra bilərdi.Qazi isə öz işi naminə hökm verib qalxanı satıcıdan ala bilərdi.
Lakin onlar o dəhşətli haqq-hesab günü-Axirət gününü düşünüb ədalətli davrandılar.Həqiqətən,
Allah ədalətli olanları sevər! [60:8]
Al-Faruq[
-
01-28-2010, 10:31 AM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Səhih Hekayələr
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
01-28-2010, 02:20 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Səhih Hekayələr
-
01-28-2010, 02:28 PM #4
Re: Səhih Hekayələr
movzuya gore tesekur
[
-
01-29-2010, 10:16 AM #5
Re: Səhih Hekayələr
Salam verməmiş dirməzlər
Heraklis Konstantinopol istiqamətində səfə çıxmışdı.Səfər əsnasında müsəlmanların əlində əsir olan bir rus əsgər qaçaraq Heraklisin yanına gəldi.Heraklis ondan müsəlmanlar haqqında məlumat istədi.Əsgər sözə başlayaraq gördüklərini danışdı:
-Sənə onları gözlərinlə görürsənmiş kimi tanıdacağam.Onlar gündüzlər at belində olur,gecələr isə ibadət edirlər.Yolda kiməsə aid bir şey yeyərlərsə ,onun pulunu verirlər.Heç bir yerə salam vermədən girməzlər.Düşməni məğlub edənə kimi geri dönməzlər.
Bunu eşidən Heraklis dedi:
-Əgər düz deyirsənsə,onlar bu ayaq basdığım yerlərə də sahib olacaqlar.[
-
01-30-2010, 10:26 AM #6
Re: Səhih Hekayələr
Ata və ananın haqqı
Səhabələrdən biri Peyğəmbər Əfəndimiz( s.ə.s) yanıına gələrək dedi:
-Ey Allahın Rəsulu,mən çöldə yol gedərkən anamı iki fərsəx belimdə gəzdirmişəm.Görəsən , onun mənim üzərimdə olan haqqını ödədimmi?
Peyğəmbər Əfəndimiz(s.ə.s) cavab verdi:
-Bəlkə də,ananın sənin üzərində olan sonsuz haqlarından ancaq birini ödəmisən
Bir gün Rəsulullahın(s.ə.s) yanına bir nəfər gəldi.Yanında bir qoca da vardı.Peyğəmbər Əfəndimiz (s.ə.s) ondan soruşdu:
-Bu yanındakı kimdir?
-Atamdır ,-deyəndə Peyğəmbər Əfəndimiz (s.ə.s) belə buyurdu:
-Ondan qabaqda getmə,onun qarşısında oturma,onu adı ilə çağırma və atana pis söz dedirtmə,onların adına ləkə gətirəcək davranışlardan uzaq ol.
[
-
02-01-2010, 10:58 AM #7
Re: Səhih Hekayələr
Məscidə getmirsənmi?
Yolda qarşılaşdığımız zaman azan verilirdi.
-Gəl gedək məscidə.Yəqin bilirsən bu gün cümədir.
-Bilirəm.Amma onu da bilirsən ki, mən heç vaxt məscidə getmirəm.
-Məscidə getmədiyini bilirəm.Amma çoxdandır bunun səbəbini axtarıram.Həqiqətən, maraqlıdır, məscidə niyə getmirsən?
-Nə bilim!Özün bilirsən ki, geyim həvəskarıyam.Düşünürəm ki, məsciddə oturarkən bütün fikrim geyimimdə olacaq.Həm də şalvarın yerə sürtülüb,rənginin pozulmasından qorxuram.
Qeyri ixtiyari gülməyə başladım:
-Hər halda zarafat edirsən, bunun üçünmü məscidi tərk etmisən?Bəs həyatında heç olmasa bir dəfə də olsa məscidə getməmisənmi?
-Uşaq ikən bir dəfə babam ilə getmişdim.Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm.
Söylədikləri məni dəhşətə gətirmişdir.Bir qədər getdikdən sonra ayrıldıq.
Bu hadisədən iki ay keçmişdir.Onun məsciddə olduğunu eşitdim.Tələsik həmin məscidə yollandım.Bəli məsciddə idi, özü də namaz səflərinin ən önündə.Yavaşca yanına yaxınlaşdım:
-Nə oldu?Bəs bir daha məscidə gəlməyəcəkdin?
Heç səsini çıxarmadı.Çünki yaşıl örtülü tabutun içində yatırdı.
[
-
02-01-2010, 11:17 AM #8Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Səhih Hekayələr
Allah bu dünyada günahlarimizi yumağa imkan versin.Amin
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
02-02-2010, 10:55 AM #9
Re: Səhih Hekayələr
Quşa nə oldu?
Əshabi-Kiramdan Ənəs bin Malikin (r.a) kiçik qardaşı Əbu Umeyrin bir quşu var idi.Quşu çox sevərdi və onunla oynayardı.Bir gün quş öldü və o,çox kədərləndi.Peyğəmbər Əfəndimiz (s.ə.s) Əbu Umeyri görəndə uşağın niyə belə kədərli olduğunu soruşur.
Az sonar vəziyyətdən xəbərdar olur və uşağa təsəlli verir.
Bu hadisədən sonar Əbu Umeyri hər dəfə görəndə:
- Ey Əbu Umey , balaca quşun necə oldu – deyə onunla zarafatlaşardı.
[
-
02-03-2010, 11:49 AM #10
Re: Səhih Hekayələr
Allahın mülkü
Rəsulullah (s.ə.s) Ənsardan birinin həyətinə gəlmişdi.Həyətdə bir dəvə var idi.Dəvə Rəsulullahı (s.ə.s) görən kimi inlədi və gözlərindən yaş axdı.Rəsulullah (s.ə.s.) dəvəyə yaxınlaşıb göz yaşlarını silən kimi sakitləşdi.
Camaatdan bu dəvənin sahibini soruşdu.
Ənsardan bir gənc cavab verdi:
-O dəvə mənimdir,Ey Allahın Rəsulu.
Rəsulullah (s.ə.s.) ona belə buyurdu:
-Allahdan qorxmursanmı? Allahın sənə mülk olaraq verdiyi bu dəvə mənə şikayət etdi.Sən onu ac saxlayırsan və həddindən çox işlədərək yorursan.
[


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
zehmətə təşəkür


Yer imleri