Sayfa 4/5 İlkİlk ... 2345 SonSon
48 sonuçtan 31 ile 40 arası

Yusif Peyğəmbər

  1. #31
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YƏQUBUN ÖVLADLARI ATA EVİNDƏ

    Yəqubun oğlanları Misirdən Kənana tərəf yollandılar. Bir neçə gündən sonra Fələstin torpağına daxil oldular. İntizarda qalmış ailələrini sevindirdilər. Məlum olan odur ki, bütün yol boyu Misir xəzinədarının yaxşılıq və səxavətindən danışdılar. İkinci dəfə qayıdıb daha çox ərzaq almağa, hazırlıqlarını bildirdilər. Bəlkə elə evə daxil olan kimi Misir padşahının qonaqpərvərliyindən, səxavətindən dastanlar düzəltdilər.

    Təbərsi yazır ki, Yəqubun oğlanları qayıdan kimi atalarına dedilər: -”Atacan! Biz ən böyük padşahların yanından gəlirik. Elm, hikmət, təvazö, mətinlik, izzətdə onun misli tapılmaz. Əgər camaatın arasında sənə oxşarı tapılsa, ondan başqa heç kəs olmaz!”

    Başqa bir səbəbi də var idi ki, onları atalarının yanında daha çox onun səxavətindən danışmağa məcbur edirdi. Çünki Misirin xəzinədarına verdikləri sözə görə Benyamini atalarından alıb Misirə aparsınlar. Doğrudan da bu iş onlar üçün çox çətin idi. Çünki bir tərəfdən onunla çox öyrəşmişdi, onu heç vaxt özündən ayırmaq istəmirdi. Digər tərəfdən isə Yusifin başına gətirdikləri bəlaya görə etibardan düşmüşdülər. Yəqubu razılığa gətirməyin nə qədər çətin olduğun bilirdilər.

    Qıtlıq illəri hələ də davam edirdi. Günlər keçdikcə Yəqubun ailəsinin taxıl və ərzaqa ehtiyacı çoxalırdı. Misirdə gördükləri vəziyyətə əsasən yenidən ora səfərə çıxmaq istəyirdilər.

    İmkan dairəsində ailələri üçün çoxlu ərzaq və taxıl gətirmək istəyirdilər.

    Elə əvvəl günlərdən Misirə qayıtmaq və Benyamini də özləri ilə aparmağı aralarında pıçıldayırdılar. Qur`ani-Kərim onların dilindən belə nəql edir ki, onlar dedilər: -”Ata! Bizə ərzaq verilməsi qadağan edildi”. Əgər Benyamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək. “Yenidən ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə Misirə göndər”. Bizi orada qəbul edib taxıl versinlər və qıtlıqdan canımızı qurtaraq. Bu istəyin ardınca Yəqubun onları etiraf etməməsini bildikləri üçün, əlavə edərək dedilər: -”Biz mütləq onu qoruyacağıq!”

    Yəqub çıxılmaz vəziyyətdə qalmışdı: -Bir tərəfdən ərzaq gətirmək üçün çarəsiz oğlanlarını Misirə göndərməli idi. Digər tərəfdən isə Benyamini göndərməsə taxıl, ərzaq ala bilməyəcəklər. Yenidən onlara öz oğlunu, Benyamini etibar etmirdi. Hələ də Yusifi, Benyaminin qardaşını oğlanlarla göndərməyin acısı damağından getməmişdi. Bir az fikirləşdikdən sonra onlara dedi: -”Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi?” Sizin bu sözlərinizə görə sizə inana bilərəmmi? Siz deyildiniz ki, Yusifi məndən aldınız. And-aman elədiniz ki, onu qoruyub sağ-salamat qaytaracaqsınız. Amma gecə qayıtdınız. Yalandan dediniz ki, canavar onu yeyib. Bu cür keçmişlə sizə necə inanım?!” Yəqub bu cümlələri öz oğlanlarına olan etibarsızlığı və itmiş Yusifə qarşı olan məhəbbətini bildirmək üçün ifadə etdi. Ardınca mehriban, qoruyan Allaha olan etibar və təvəkülü bildirmək üçün buyurdu: -”Allah özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhimlisidir” . Yəni sizə heç bir etibar yoxdur. Təkcə etibar mehriban, qoruyan Allaha məxsusdur. O, hər zaman bizi öz rəhmət və mehribançılığında saxlayır.

    Bu cümlədən Yəqubun məqsədi ya Benyamini göndərməsində Allaha etibarı, ya da itmiş Yusifin tapılmasından etibar və inamıdır. Gün gələcək Allah onu qaytaracaq.

    Yəqubun oğlanları Benyamini özləri ilə aparmaq istəklərinin atalarının yanında təzələmələrinə səbəb, yüklərini açanda öz mallarının qayıtdığını görmələri idi. Buna görə də söhbəti belə açıb dedilər: -”Atacan! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzaqımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır”. Bir dəvə artıq yük bu qıtlıq illərində yaxşı köməkdir.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #32
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    YƏQUB RAZILAŞDI

    Yəqub ailəsinin taxıla, ərzaqa ehtiyacının olduğunu gördükdə, taxılın da Misirə getməklə əldə olunmasını bildikdə, Benyaminin getməsinə razılıq verməsindən başqa çarəsi qalmamışdı. Övladların xoş keçmişləri olmadığından onlarla Benyamini qorumaları və yenidən Kənana qaytarmaları haqda əhd-peyman bağladı. Əhd-peymanda gücləri çatana qədər ondan mühafizət etmələri göstərilirdi.

    Bəlkə də Yusif haqda göstərdikləri etibarsızlığı onların üzünə vurmasının əsas səbəbi onların daha diqqətlə Benyamini qorumalarına məcbur etməsi idi.

    Beləliklə Yəqub üzünü onlara tutub dedi: -”Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Benyamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm. Onlar söz verdikdə (Yəqub): -”Allah dediyimizə şahiddir!” –dedi.”

    Məsələ həll olundu. Oğullar atanı razı sala bildikləri üçün çox sevindilər və ikinci səfərə hazırlaşdılar. Bəzi rəvayətlərə əsasən birinci səfərlə ikinci səfərin fasiləsi altı ay oldu.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #33
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    İKİNCİ SƏFƏR

    Övladlar Misirə səfər üçün lazımlı şeyləri hazırlayıb yüklərini bağladılar. Benyamini də hazırlayıb xudahafizləşmək üçün atalarının yanına gəldilər.
    Çox yaşlı Yəqub həyat təcrübəsindən əlavə vəhylə də əlaqədə idi. “Ey oğullarım! (Misirə) eyni qapıdan girməyin, ayrı-ayrı qapıdan daxil olun. Mən bununla Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Allaha təvəkkül edirəm. Təvəkkül edənlər ancaq ona təvəkkül edirlər” .
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #34
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    BU GÖSTƏRİŞİN SƏBƏBİ

    Yəqubun belə göstəriş verməsinin səbəbində müxtəlif fərziyyələr irəli sürülüb. Bəziləri yazırlar ki, Yəqub onlara göz dəymələrindən qorxurdu. Yəni bütün on bir güclü, gözəllik cəhətdən başqalarından seçilən oğullar Yəqubun önündə düzüldülər. Yəqub onların belə şəhərə daxil olmasından qorxurdu. Olmaya onlara göz dəysin. Çünki belə vəziyyətdə Misirə daxil olsalar camaatın diqqətini cəlb edəcəklər. Bu səbəbdən də müxtəlif qapılardan dağınıq halda daxil olmalarına əmr verildi.

    Həqiqətdə göz dəymənin nə qədər düz olmasında, onun camaatdan bərəkətin çəkilməsində nə qədər təsirli olmasında peyğəmbərin buyruqlarında, elmi mübahisələrdə müxtəlif fikirlər söylənilib. Amma bu haqda bəhsə girmək bizi əsas mövzudan uzaqlaşdırır. Əlavə məlumat üçün bu ayənin təfsirinə “Məcməul-bəyan” və Fəxr Razinin “Ət-təfsirül-kəbir” kitablarına müraciət edə bilərsiniz.

    Bəziləri deyir ki, Yəqub onların küt halda daxil olması və dövlət məmurlarının diqqətini cəlb etməsindən qorxurdu. Olmaya onlara sui-zənn edib onları axtarış üçün zindana salıb əziyyət etsinlər.

    Allah taala bu göstərişin ardı ilə belə buyurur: -”... Ancaq Yəqubun ürəyindəki bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (onu) bilməz!”

    Bəlkə də ayənin məfhum və təfsirindən belə başa düşülür ki, Yəqubun oğlanlarına dediyi sözündən məqsədi Allahın ona öyrətdiyi elm üzündən idi və Yəqub bizim qəzavü-qədərimizin qarşısını ala bilməz. Bizə təvəkkül etdiyindən biz də ona kömək etmək və onu xoşa gəlməz hadisələrdən yaxa qurtarmağı qərara aldıq.

    Beləliklə on bir oğul yola düşdülər. Atalarının verdiyi göstərişə əsasən dağınıq halda şəhərin müxtəlif darvazalarından daxil oldular. Öz üst-başlarını səhmana saldıqdan sonra vəzirin sarayına tərəf yollandılar.

    Təbiidir ki, Yusif öz yaxınlarına bildirmədən gecə-gündüz qardaşlarının yolunu gözləyirdi. Anbaan məmurların onların gəldiyini xəbər verməyini gözləyirdi.

    Elə bu zaman məmurlar onların tanımadıqları halda on bir qüvvəli, yaraşıqlı kişinin icazə istəmələri barədə xəbər verdilər.

    Yusif böyük məmnuniyyətlə onlara icazə verdi. Onlara yaxşı qulluq etmələrini əmr verdi.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #35
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    MİSİR VƏZİRİNİN HÜZURUNDA

    Yusif özünə məxsus yerdə əyləşmişdi. Yəqubun oğlanları məclisə daxil olub lazım olan ehtiramı etdikdən sonra öz yerlərində əyləşdilər. Məclisə daxil olduqdan sonra aralarında hansı söhbətin baş verdiyi dəqiq məlum olmasada, adətə görə onlar əvvəlcə Yusifə etdiyi yaxşılıqlara görə təşəkkür edib, daha sonra söz verdikləri kimi özlərilə gətirdikləri kiçik qardaşlarını Yusifə tanıtdırdılar. Yusifdə öz növbəsində ataları və ailələri haqqında onlardan hal-əhval etdi.

    Qur`ani-Kərim xülasə buyurur: -”Yusifin yanına daxil olduqda qardaşını (Benyamini) öz yanına çağırıb dedi: -”Mən sənin qardaşınam bunların etdiyindən qəmgin olma.”

    Bəzi təfsirçilərin yazdığına görə Yusifin uzun illərin ayrılığından sonra gözü anadan bir olan qardaşı Benyaminə düşdü. O biri qardaşları ilə bir az danışdıqdan sonra iztirabını saxlaya bilməyib başqa bir otağa keçərək bir az ağladı. Daha sonra Benyamini yanına çağırıb özünü ona tanıtdırdı.

    Səduqun İmam Sadiqdən (ə) etdiyi rəvayətdə belə deyilir: -”Yusif o məclisdə Benyamindən atası barədə soruşduqda Benyamin onun vaxtından tez qocalmasını, Yusifin ayrılığından gözünə ağ gəlməsini dedi.” Bu zaman Yusif qəhərləndi. Özünü saxlaya bilməyib ayağa qalxaraq başqa otağa keçib bir qədər ağladı. Daha sonra yenidən onların yanına qayıdaraq yemək gətirilməsinə əmr verdi. Yeməklər süfrəyə gələndə dedi: -”Sizlərdən hər biriniz anadan bir olduğunuz qardaşınızla bir qabın arxasında əyləşin.”

    Yəqubun oğlanlarının hər biri anadan bir olduğu qardaşı ilə bir qabın arxasında əyləşdi onların arasında təkcə Beynamin idi ki, tək qalmışdı.

    Yusif dedi: -”Sən nə üçün əyləşmirsən?” Benyamin dedi: -”Sizin əmriniz hər birimizin anadan bir olduğu qardaşı ilə bir qabın arxasında oturmaq idi. Mənimsə bunların arasında qardaşım yoxdur.” Yusif dedi: -”Sənin anadan bir olduğun qardaşın yoxdur?”

    Benyamin dedi: -”Mənim belə bir qardaşım vardı.”

    Yusif dedi: -”Bəs nə oldu?”

    Benyamin dedi: -”Bunların dediyinə görə canavar onu parçalamışdır.”

    Yusif dedi: -”Sən onun ayrılığından nə qədər qəmgin və narahatsan?”

    Benyamin dedi: -”Mən ondan ayrılığa çox narahatam. Belə ki, Allahın mənə verdiyi on bir oğlumun hamısının adlarını onun adından götürüb adlandırmışam.”

    Yusif dedi: -”Əgər özün dediyin kimi sən doğurdan da narahatdınsa bəs necə oldu ki, qadın yanına gedib övlad ləzzəti daddın?”

    Benyamin dedi: -”Mənim atam saleh bir insandır. O mənə dedi: Ailə qur! Ola bilsin Allah sənə elə bir övlad versin ki, yer üzü onun duasından ağırlaşsın.”

    Yusif dedi: -”İndisə gəl mənim yanımda əyləş və mənlə bir qabdan yemək ye.”

    Bunu müşahidə edən o biri qardaşlar bir-birinə dedilər: -”Doğurdan da Allah Yusif və qardaşını bizdən üstün etmişdir. Gör iş nə yerə çatıbdır ki, Misirin padşahı onu öz qabının kənarında əyləşdiribdir.”

    Yusif bu zaman özünü Beynaminə tanıtdırıb dedi: -”Mən sənin qardaşınam. Bunların etdiyindən qəmli olma.”

    Qeyd etmək lazımdır ki, Yusifin özünü Benyaminə tanıtdırması məsələsi qardaşlarının hüzurunda deyil, bəlkə gizlində baş verməsi ehtimalı olunur. Elə bəzi tarixçilər də buna işarə etmişlər. Qur`anda gələn “Ava iləyhi əxahu” cümləsindən də bu məsələni ələ gətirmək olar.

    Hər halda Yusif özünü Benyaminə tanıtdırdıqdan sonra başına gələnləri ona danışdı. O günə qədər çəkdiyi bütün bəla və müsibətləri onun üçün açıqladı. Bütün bunlardan sonra Benyamini öz yanında saxlamaq üçün çarə fikirləşməyə başladı. Bu ehtimal da olunur ki, Misirdə qalmağı Beynaminin özü tərəfindən Yusifə təklif olmuş, o, da bu barədə yol axtarmağa başlamışdı. Sonda qardaşlar bu macəradan xəbər tutmamış çarəsiz qalaraq bu məsələylə razılaşmışdılar.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #36
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    BENYAMİNİ SAXLAMAQ ÜÇÜN YUSİFİN TƏDBİRİ

    Allah talanın Qur`ani-Kərimdə bu barədə buyurduğunun xulasəsi belədir: -”Yüklərini bağladığı zaman camı (piyalə) qardaşının yükləri arasına qoydu və daha sonra carçı car çəkib: -”Siz karvan əhli oğrusunuz!” -dedi. Karvan əhli üzünü onlara tutub dedilər: -”Nə istəyirsiniz?” Onlar dedilər: -”Şahın camını itirmişik və hər kəs onu gətirsə bir yük ona müjdə veriləcəkdir və mən onun verilməsinə zaminəm.” Yusifin qardaşları dedilər: -”Allaha and olsun siz bilirsiniz ki, biz burada fəsad etməyə gəlməmişik və biz oğru deyilik.” Amma onlar dedi: -”Əgər yalan demiş olsaz cəzası nə olacaqdır?” Yusifin qardaşları dedilər: -”Cəza elə onun özüdür. (Onu nökər edib öz yanınızda saxlayın). Biz zalimlərə bu cür cəza veririk.” Həzrət Yusif və ətrafındakılar axtarışa başladılar. Bu zaman camı qardaşının yükləri arasından çıxardı. Biz Yusif üçün belə tədbir tökdük. Daha şahlığından istifadə edib qardaşını tutmağa haqqı yox idi. Ancaq Allah istəyi ilə ola bilərdi. Biz hər kəsi istəyiriksə ucaldırıq və hər elm sahibindən daha da elmli edirik.”

    Bu Qur`ani-Kərimin yeddi ayəsinin tərcüməsi idi. Allah tala bu barədə xülasə açıqlama vermişdir. Sanki daha artıq şərhə də ehtiyac yoxdur. Elə qeyd olan ayələrə diqqət etmək mövzunu lazımınca çatdırır. Amma hər halda bir neçə nöqtəni qeyd etmək pis olmazdı.

    Ayələrin mə`nasından və baş vermiş əhvalatdan Beynaminin bu hadisədən agah olması məlum olur. Bu planı elə Yusiflə Benyamin özü hazırlaması ehtimalı da vardır. Onlar belə bir plan çəkməklə dövlət qanununa və Yəqubun övladlarının etirafına əsaslanaraq heç bir mane olmadan Benyamini Misirdə saxlayırdı. Benyaminin özü tamamiylə camın onun yüklərinin arasında gizlədilməsindən agah və xəbərdar idi. Elə bu səbəbdən də yüklər axtarılan zaman heçnə demədən susur özündən heç bir əksül-əməl göstərmirdi. Ondan fərqli olaraq qardaşları bütün bu müddət ərzində narahatlıq keçirir və daha sonra dilə gələrək qəlblərində keçirdikləri hisləri aşkar edirlər.
    Cam kimi tərcümə etdiyimiz şərif ayədə olan (səqayə) kəlməsi, mə`nanın zahirinə görə şaha adi olan qablardan olmuşdur. Bu qabdan məhz içilməli olan mayelər üçün istifadə olunur və Yusifin ixtiyarında imiş. Bəzi təfsirçilərin fikrinə görəsə peymanə yerinə də işlənirmiş.
    Carçının: “Ey karvan əhli siz oğrusunuz” -deyib car çəkməsindən Yusif üçün heç bir iradı yoxdur. Çünki oğurluğu onlara nisbət verən Yusif deyil carçı olmuşdur. Bu da carçının əsil məsələdən xəbərsiz olması ehtimalı yaradır. Digər bir tərəfdən də: “Ey karvan əhli siz oğrusunuz” -deməsindən hədəf onların əvvəllər tutduğu oğurluğa işarə ola bilər. Belə ki, Yusifin qardaşları qabaqlar atalarını aldadıb Yusifi ondan oğurlamış və daha sonra quyuya atmış, ya da karvana satmışdılar. Beləliklə əgər bu sözün Yusifin tərəfindən əmr olunub və carçı tərəfindən deyilməsi ehtimalı olmuş olsa Yusifin həqiqətin əksinə söz deməməsi məlum olar. Çünki onlar həmin o insanlar idilər ki, şərafət sahibi olan bir insanı -öz qardaşlarını oğurlamışdılar. Beləliklə onlar doğurdanda oğru idilər. Bu bəzi təfsirçilərin ayə haqqında fikirləri idi. Məsum İmamlardan olan bəzi hədislər də bu nəzəri dəstəkləyir.
    Bu cümlənin xəbər formasında deyilməsi də mümkün deyil belə ki, bu cümlənin sual kimi soruşulma ehtimalı da vardır. Sanki carçı sual edir: -”Ey karvan əhli siz oğrusuz?” Bu cür cümlələr ərəb dilində çoxdur. Belə ki, onlar cümlənin inşa formasında deyir mə`nada isə sual qəsd edirlər.
    Hər halda Yusif şəri yolla çox mahiranə qardaşı Benyameni yanında saxlaya bildi və bu yolda qardaşları tərəfindən heç bir tənəyə mə`ruz qalmadı.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #37
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    QARDAŞLAR NƏ ETDİLƏR

    Qur`ani Kərimin buyurduğuna görə (pərdə arxasında nələr baş verdiyindən və həmçinin Yusifin onların qardaşı olmasından bixəbər olan Yəqubun övladları belə bir hadisənin baş verə biləcəyini ağıllarına belə gətirmədiklərindən) Carçının: “Siz oğrusunuz” -deyib car çəkdiyi zaman arxayınlıqda dedilər: -”Biz oğru deyilik və siz özünüz bilirsiniz ki, biz yer üzündə fəsad etmək üçün gəlməmişik.” Onlardan sual olduqda: -”Əgər cam sizin yüklərinizin arasından çıxsa cəzası nə olacaq” -soruşulduqda arxayınlıqla dedilər: -”Cəzası budur ki, onu tutub saxlayasız! İndiki cam Benyaminin malları arasından çıxmışdır çox çətin bir yerə giriftar olmusunuz!”

    Digər bir tərəfdən də atalarını arxayın edib ona söz vermişdilər ki, Benyamin qoruyacaq və onu geri qaytaracaqlar.

    İndi isə cam onun yükləri arasından çıxmış zahirdə oğru kimi müttəhim olmuşdur. Başqa tərəfdəndə oğrunun tutulub saxlanılması qanununu qəbul etmişdilər. Belə bir hadisəni müşahidə edən qardaşlar nə edəcəklərini bilmirdilər.

    Əgər Benyamini Misirdə qoyub geri qayıtsalar atalarına nə cavab verəcəklər? Əvvəllər Yusiflə belə bir işin baş verdiyinə görə (Yusifi geri qaytarmamaları üçün) Yəqub onların sözünə inanmayacaq. Benyamini oğurluq etdiyinə görə Misirdə tutulmasını onlardan qəbul etməyəcəkdi.

    Misir şahından onu azad etməsini istəmələri də mümkün deyildi. Çünki qoyulan şərt özləri tərəfdən təklif olunmuşdu. Həm şərt qoyub həm də ondan göz yummasını istəmələri bir-biri ilə uyğun gəlmirdi. Bundan əlavə belə bir şeyi istəmələri daha artıq şübhəyə səbəb ola bilərdi.

    Hər tərəfdən çarə yolu üzlərinə bağlanmışdı.

    Bəlkə də oğru adlandırılmaları müşküllərini neçə bərabər artırmış, onlara əzab verirdi. Bu məsələ başı aşağı olmalarına səbəb olmuş, əsli məsələdən xəbərsiz olan məmur və camaatın arasında xar olaraq damlağa mə`ruz qalmışdılar.

    Sözsüz belə vəziyyətdə gördükləri ilk iş Benyamini danlamaq, qəlblərində olan çoxdankı küdurəti üzə vurmaq idi. Bu səbəbdən hər yerdən onun üstünə düşmüş hərə bir söz deyirdi.

    Təbərsi öz təfsirində nəql edib deyir: -”Yəqubun övladları Benyaminə üz tutub dedilər: -”Sən bizi rusvay və üzü qara elədin! Sən nə üçün o camı götürdün?” Benyamin onların cavabında dedi: -”Sizin mallarınızı yerinə yığan kəs bu camı da mənim mallarım ilə yerinə qoymuşdur.”

    Özlərini bu ittihamdan uzaqlaşdırmaq, ondan özgə olduqları Benyamini hesabını öz hesablarından ayıraraq düşdükləri başı aşağılıqdan çıxmaq üçün Misir şahı və oradakılara üz tutub dedilər: -”Əgər Benyamin (bu gün) oğurluq etmişsə (heç bir təəccübü yoxdur)” qardaşı da bundan qabaq belə etmişdir. Bu sözlə demək istəyirdilər ki, bu oğurluq anadan yedikləri südün təsirindəndir. Onun qardaşı da həmin anadan süd yediyi üçün oğurluq etmişdi. Bizə gəldikdəsə biz oğru deyilik.

    Yazıqlar sözü dedikləri adamın onun qardaşı Yusif olmasını bilmir və onu oğru adlandırırdılar. Bu yersiz sözləri ilə Yusifin pak ruhuna yeni zərbələr vurur, o böyük peyğəmbərin qabaqkı əzablarını artırırdılar. Digər tərəfdən də əvvəl dedikləri: “Biz oğru deyilik!” sözləri ilə indi dedikləri arasında tam qarşı durma hökm sürürdü. Belə ki, onların -”Biz oğru deyilik!” cümləsini dedikdə Yəqubun övladlarının oğru olmamasını qəsd etdikləri halda indi onun iki oğlunu oğru adlandıraraq onlara oğurluq nisbətini verirdilər.

    Yusifi hansı əsasa görə oğru adlandırmaları barəsində təfsirçilər bir neçə fikr söyləmişlər: -”Yusif uşaqlıqda ana babasının evindən bütü oğurlamış və sındırmışdı.” Başqa bir təfsirə görəsə atasının evindən xəbərsiz bir şey götürüb fəqirə vermişdi. İbn Abbas və bəziləri belə demişlər: -”Yusif hələ anası dünyadan getməmişdən qabaq bibisinin himayəsində idi. O Yusifi çox sevirdi. Yusif böyüdükdən sonra Yəqub onu öz yanına gətirmək istədi. O, Yusifi yanında saxlamaq fikrinə düşdüyündən gizlincə kəməri onun belinə bağladı və daha sonra onun kəməri oğurladığını iddia etməyə başladı. O zaman onların arasında -”oğrunun oğurladığı mala görə nökər qalması” qanunu hökm sürdüyü üçün onu saxlamaq istədi. Bu məsələ pak İmamlardan (ə) olan bəzi hədislərdə də vurğulanmışdır.

    Bəzilərinin nəzərinə görə Yəqubun övladları heç zaman baş verməmiş bir işin Yusifin adına deməklə öz abırlarını qorumaq istəyərək onu oğru adlandırmışlar. Onlar belə güman edirdilər ki, itmiş bir adamın adından yalan söz desələr də onun üstü heç vaxt açılmayacaqdır.

    Hər halda belə bir yalanın adına çıxarılması Yusifin çox narahat olmasına səbəb oldu. Qardaşlarından xoş xatirəsi olmayan Yusifə daha acı bir xatirə əlavə oldu. Amma İlahi peyğəmbərlər və onların ətəyində böyüyən adamlara məxsus olan güzəşt və əfvlə onlarla xoş rəftar edərək heç nəyi üzə vurmadı. Allah tala buyurur: -”Yusif bu sözü ürəyində gizli saxladı və onlara bildirməyib (ürəyində) dedi: -”Sizin vəziyyətiniz daha xarabdır. Allah sizin dediklərinizi daha yaxşı bilir.”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #38
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    MÜŞAVİRƏ

    Yəqubun övladları bu yalanı söyləməklə öz daxili narahatlıqları və başı aşağı olmalarını az da olsa Misir şahı və başqalarının yanında azaltmaq istəyirdilər. Amma onların çətinliyi təkcə bununla bitmirdi. Bəlkə bundan da böyük narahatlıq atalarına verdikləri söz və onunla bağladıqları əhd idi. Onlar Yəqubla əhd-peyman bağlayıb Benyamini onun yanına qaytaracaqlarını söz vermiş, indi isə gözləmədikləri bir hadisənin baş verməsi nəticəsində onu Misirdə qoyub geri qayıtmaq məcburiyyətində qalmışdılar.

    Bu səbəbdən müşavirəyə, yığışıb məsləhətləşmək qərarına gəldilər. Apardıqları danışıqdan belə bir nəticəyə gəldilər ki, Misir şahının yanına gedib Benyaminin əvəzində onlardan birini saxlamasını və onu azad etməsini istəsinlər. Bu fikirlə Yusifin yanına gəlib dedilər: -”Ey şah, onun yaşı keçmiş atası vardır bizlərdən birini onun yerinə saxlayıb (onu bizə ver) ki, biz səni yaxşılıq edənlərdən görürük.”
    acizlikləri danışıqlarından hiss olunurdu. Digər tərəfdən Yusifin etdiyi yaxşılıqları onun yadına salmaqla Benyaminin qoca atasına nisbət atifəli hisslərini qaldırmaq istəyir ki, bəlkə onların xahişləri ilə razılaşsın.
    Onlar düşünmürdülər ki, Misir şahının hər nəyi vardısa onun paklığından, saflıq və ədalətindəndir. Elə həmin ədalət və paklığından idi ki, əvvəldən Misir şahı və xalqı arasında özünə məhəbbət qazanmış hamı onu haqq və ədalətin tərəfdarı kimi tanıyırdı. Belə olduqda o günahsız bir adamı günahkar bir adamın yerinə saxlaya bilməzdi.
    Bu qanuni düzəldilmiş bir macəra olsa da Yusif və Benyamindən savayı heç kəs onu bilmirdi. Benyaminin heç bir oğurluq etməməsinə baxmayaraq hədəf təkcə onu saxlamaqdan ibarət idi. Camaatın və məmurların yeganə bildiyi şey vardısa da o da bir karvanın yemək azuqəsi almaq üçün Misirə gəlməsini və qayıtdıqları zaman camlardan birini yüklərinin arasına qoyaraq özləri ilə aparmaq istəmələrini bilmələri idi. Qanuna əsasən Misir şahı təkcə oğrunu saxlamalı və orada heç bir vasitəni qəbul etməməli idi.
    Bundan xəbərsiz olan Yəqubun övladları təkcə öz ehtiyaclarını görür və Misir şahının razılığını istəyirdilər. Yusifsə onların istəyi qarşısında dedi: -”Allaha pənah aparırıq. Əgər biz malımızı tapdığımız adamın əvəzinə (başqasını) tutub saxlasaq bu zaman biz zalımlardan olarıq.”
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  9. #39
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    BAŞQA BİR MÜŞAVİRƏ

    Misir şahının aydın və qəti cavabı onların Benyamini aparmaq ümüdlərini göyə sovurdu. Bu işin mümkün olmamasını başa düşən qardaşlar başqa çarə axtarmağa başladılar. Bu fikirlə yeni bir müşavirəyə yığıldılar.

    Bu arada böyük qardaşları (ki, mümkündür bu səfərdə onlara başçılıq etmiş ola) dilləndi: “Aya unudmusunuz ki, atamızın sizdən möhkəm və İlahi əhd almışdır” ki, Benyamini onun yanına qaytarıb, onu qoruyasız, xüsusilə sizin keçmişiniz onun yanında pisdir “bundan qabaq Yusifin haqqında” digər bir qardaşınız üçün “səhlənkarıq etdiniz” çünki atanızla onun salamat qaytarmaq haqqında əhd bağlamanıza baxmayaraq vəfa etmədiniz. İndi qarşıya çıxmış bu vəziyyətlə hansı üzlə onun yanına qayıdacaqsınız? Onu Benyaminin oğurluq etməsiylə necə inandıracaqsınız? Necə deyəcəksiz ki, Misirin oğurluq haqqında olan qanununa görə onu orada saxlayıblar?

    Buna görədə “Mən buradan hərəkət etməyəcəyəm” atam icazə verməyincə bu şəhərdən çıxmayacağam. “Ya da Pərvərdigar özü mənim haqqımda hökm etsin” ki, bir yol tapıb üzrlə atamızın yanına qayıdaq, ya da Benyaminin xilas olmasına bir yol tapaq.

    Bu cümlədən “Ya da Pərvərdigar mənim haqqımda hökm etsin” məqsədi ola bilər ki, mən ölüncə buradan çıxmayacağam olmuş olsun.

    Bu sözün ardınca deyir: -”Amma siz atanızın yanına qayıdın. Ailələrinizi nigarançılıqdan çıxarın və bu çətinlik illərində onları ərzaqsız qoymayın. Beynaminə gəldikdə isə onun haqqında hər nə olmuşsa ataya çatdırıb deyin: -”Ata can, oğlun oğurluq etmişdir biz də təkcə öz bildiyimizə şəhadət vermiş və qeybdən (pərdə arxasından) xəbərsiz idik.

    Dediyi: “Biz təkcə öz bildiyimizə şəhadət vermiş və qeybdən (pərdə arxasından) xəbərsiz idik” cümləsindən iki mə`na başa düşülür;

    “Bizdən oğrunun cəzası nədir?” –soruşduqda oğurluq qanunundan nə bilirdiksə (Oğrunu oğurlanmış mala görə saxlanılmasına) təkcə ona şəhadət vermişik. Biz Beynaminin bu işi görməsindən xəbərsizdik. Bilmirdik ki, cam onun mallarının içindən çıxacaq və onlar da onu həmin cəza ilə cəzalandıracaqlar.
    Ata can, bizim “Oğlun oğurluq etmişdir” -deməmizdən məqsədimiz zahiri görüb şəhadət verməyimizdir. Həqiqət və pərdə arxasından xəbərimiz yoxdur. Biz onun doğurdan da oğru olmasından və ya bunun qabaqcadan hazırlanmış bir iş olmasından xəbərsizik.
    Hər halda Yəqubun böyük oğlu əvvəllər də belə bir işin baş verməsindən, atasının onların sözlərinə kifayətlənməyəcəyini bildiyini əlavə edib dedi: -”Ona deyin ki, bizim sözümüzün düz olmasına inanmaq üçün bu haqda bizim olduğumuz şəhərin əhalisindən və gəldiyimiz karvan əhlindən soruşa bilərsən.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  10. #40
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    ATANIN HÜZURUNDA

    Yəqubun övladları böyük qardaşlarının göstərişi ilə Kənana tərəf yola düşdülər. O özü isə həmin şəhərdə qaldı. Böyük qardaşın dediyi kimi Yəqubun doqquz oğlu Kənana gəldikdən sonra atalarını qane edə bilmədilər. Onlar Benyaminin oğurluq etdiyi üçün tutulub saxlanılmasını ona desələr də o, bu sözə inanmadı.

    Qur`ani-Kərimdə əhvalat belə nəql olmuşdur; Yəqubun oğlanları qayıtdıqları zaman böyük qardaşları dediyi kimi başlarına gələn əhvalatı atalarına danışdılar. O isə onların cavabında buyurdu: -”Xeyir, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Allah mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısın mənə yetirsin! O, həqiqətən (hər şeyi) biləndir, hikmət sahibidir!”.

    Bu söz həmin o sözdür ki, Yəqub Yusif itdiyi zaman oğlanlarına demişdi. Orada da oğlanları səhradan qayıtdığı zaman ona dedikləri: -”Biz yarışa getmiş Yusifi öz mallarımızın yanında qoymuşduq ki, canavar onu yedi” sözün qarşısında demişdi: -”Bəlkə sizin nəfsləriniz sizi bu işə sövq etmişdir və (mən) gözəl səbr etməliyəm.”

    Bu cümlənin mə`nasından oğlanlarının sözünü qəbul etməməsini ələ gətirmək mümkündür. Elə Yusifin haqqında da bu sözü demək mümkündür. Bəzilərinin nəzərincə Yəqub onların sözünü rədd etmək istəmirdi, bəlkə bu söz Yusifin dastanına işarə olaraq onun davamı və ona bağlı idi.

    Bir başqa nəzərə görə isə Yəqub (ə) bu cümlələrlə Benyamini aparmaqları üçün israr etdiklərinə işarə etmək istəmişdi. Bu yolla onlara demək istəyirdi ki, Benyamini aparmaqla siz daha çox mal əldə etmək istəyir və onu salamat qaytaracağımızı vədə verirdiniz. Nəfsləriniz belə bir işi sizin üçün açıqlamış və bu fikirlə mənim yanıma gələrək israr edib razılığımı ələ gətirdiniz. Həqiqətdəsə Allahın təqdirindən (qəza və qədərindən) xəbərsiz idiniz və bilmirdinz ki, İlahi təqdir sizin düşündüyünüzün əksinədir.

    Digər fikrə görə isə onun fikri Benyamini oğurluq etməməsi və bunun təkcə sizin xəyalınız olmasını bildirmək istəməsi idi. Amma işarə olunduğu kimi ayənin quruluşuna, əvvəl və axırına diqqət etdikdə birinci nəzərin daha düzgün olması nəzərə çarpır. Bu barədə yeganə irad bu mə`nanın peyğəmbərlərin qeybi elmlərdən agah olmaları ilə düz gəlməməsi məsələsidir. Belə bir iradın cavabı da öz yerində deyilmişdir. Böyüklər demişlər: -”Heç də peyğəmbərlərin və din başçıları İmamların Allah taala kimi hər yerdə hüzura malik olub həmişə qeybdən xəbərdar olması, hər bir mövzunu bilmələri düzgün deyildir. Bəlkə bu mövzu İmamlarının buyurduğu kimi peyğəmbər və İmamlarının Allah taaladan onlara verilən üstünlüyü, hər zaman qeybdə olan mövzudan agah olmaq istədikdə Allahın onları xəbərdar etməsidir və bu iş onların istəmədiyi zaman baş vermir.”

    Hər halda bu bəhsdən uzaqlaşıb öz bəhsimizə qayıtsaq daha yaxşı olar. Yəqubun oğlanları əhvalatı atalarına çatdırıb cavablarını aldıqdan sonra daha onlardan heç nə soruşulmadı.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Sayfa 4/5 İlkİlk ... 2345 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.