Gəncədə prezident İlham Əliyevin ad günü ilə əlaqədar 3,4 ton çəkisi olan nəhəng tort hazırlanıb Gəncədə Azərbaycan prezidenti İlham Əliyevin ad günü qarşıdan gələn Yeni illə əlaqədar 3,4 ton ağırlığında nəhəng tort hazırlanıb. Qərb bürosunun məlumatına görə, uzunluğu 17 metr, eni 5 metr, hündürlüyü isə 18 santimetr olan tortun hazırlanmasına bir həftə vaxt sərf olunub. Tortun üzərinə müxtəlif bəzək elementləri ilə yanaşı Kəpəz dağı və Göy-gölün şəkli həkk edilib. Bu nəhəng tortun hazırlanmasına 700 kiloqram un, 630 kiloqram şəkər, 13000 ədəd yumurta, 90 kiloqram ləpə, 150 litr süd, 120 kiloqram kərə yağı, 14 kiloqram kakao, 6 kiloqram gilas və sairə ədviyyat sərf olunub. 3.4 ton ağırlığında olan tort türk iş adamı Müzəffər Agüloğlunun rəhbərliyi altında hazırlanıb. Bu cür nəhəng torun hazırlanmasına təxminən 4000-6000 manat vəsait tələb olunur.Qərb bürosunun məlumatına görə, prezident İlham Əliyevin ad günü ilə əlaqədar bu gün Gəncənin Heydər Əliyev adına meydanında 3.4 ton ağırlığında tortun kəsilməsi mərasimi keçirilib. Gəncə şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə nəhəng tortu Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov kəsib. Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran Eldar Əzizov Gəncənin sürətlə inkişafında prezident İlham Əliyevin bu şəhər diqqətinin xüsusi rol oynadığını deyib və Gəncə iş adamlarının təşəbbüsü ilə hazırlanan nəhəng tortun dövlət başçısına ad günü hədiyyəsi olduğunu vurğulayıb: “Biz qarşıdan gələn Yeni ili qarşılamağa hazırlaşırıq. Bu gün isə həm də prezident İlham Əliyevin ad günüdür. Bu münasibətlə Gəncənin iş adamları bu nəhəng tortu hazırlayıblar. Gəncə çox sahəli inkişaf yolundadır, əminliklə deyə bilərik ki, şəhərimiz prezident İlham Əliyevin sayəsində inkişaf edir. Biz öz növbəmizdə cənab prezidenti ad günü münasibəti ilə təbrik edir, ona böyük uğurlar arzulayırıq”.
Son xeberler
Printable View
-
12-24-2007, 03:16 PMFarik-90Son xeberler
-
12-25-2007, 01:37 AMisi-85
Yeni il gecesi Baki Metropoliteni gece saat 2-ye qeder isleyecek. Baki Metropolitenin reisi Tagi Ehmedov bildirir ki, metronun bayram gunleri səhərə qeder fasilesiz islemesine imkan yoxdur
-
12-25-2007, 01:27 PMFarik-90
Azərbaycan Nəqliyyat Nazirliyi 2008-ci il yanvar ayının sonunda Bakı şəhərində «Nəqliyyatın İntellektual İdarəetmə Sistemi»nin yaradılması ilə bağlı tender elan edəcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Azərbaycan və Koreya mütəxəsisləri artıq sistemin yaradılması ilə bağlı cari ilin yanvar ayından başlayaraq aparılan araşdırmaları yekunlaşdırıblar və sistemin layihəsi artıq hazırdır.
«Nəqliyyatın İntellektual İdarəetmə Sistemi»nin yaradılması layihəsi iki mərhələdə həyata keçiriləcək. İlk olaraq bu sistem Bakının mərkəzində, daha sonra isə ətraf yaşayış məntəqələrində qurulacaq.
Qeyd edək ki, «Nəqliyyatın İntellektual İdarəetmə Sistemi»i vasitəsi ilə Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsində avtonəqliyyat vasitələrinin, marşrutlarda avtobusların hərəkətinin idarə olunması və s. həyata keçiriləcək. İdarəetmə Mərkəzində hər marşruta gündəlik nə qədər avtobusun çıxarılması, avtobuslar arasındakı məsafələr, dayanma və hərəkət qrafiklərinə, avtobuslarda sərnişinlərin sayına və s. nəzərət olunacaq. Bu sistemin məlumatları həm TV, həm də radionun imkanlarından istifadə olunmaqla yayımlanacaq. Bunun üçün ayrıca radiokanal və telekanal tezlikləri alınacaq. Həmçinin, mobil telefonlar vasitəsi ilə də şəhərin küçələrində vəziyyəti öyrənmək mümkün olacaq.
Xatırladaq ki, Azərbaycan Nəqliyyat Nazirliyi ilə Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu cari ilin aprel ayında imzalanıb. Bu sənəd çərçivəsində Cənubi Koreya Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasında Azərbaycana kömək edəcək. Layihənin ilkin dəyəri 50-55 mln. ABŞ dolları həcmində qiymətləndirilir.
:aferin: -
12-25-2007, 01:30 PMFarik-90
İranda «quş qripi»nin aşkarlanması ilə əlaqədar həmin ölkədən Azərbaycana quş və quş əti məhsullarının gətirilməsinə qadağa qoyulub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, artıq 6 aydır ki, iş adamları İrandan Azərbaycana quş və quş əti məhsulları idxal etmirlər: «Əgər bundan sonra iş adamı İrandan Azərbaycana bu növ məhsulların gətirilməsi üçün icazə istəsə, Baytarlıq Xidməti buna icazə verməyəcək».
Xatırladaq ki, İranın Şərqi Azərbaycan və Zəncan əyalətlərində, eləcə də paytaxt Tehran şəhəri ətrafındakı bəzi quşçuluq fermalarında quşlar kütləvi şəkildə məhv edilir. İran rəsmiləri məhv edilən quşlarda «quş qripi» virusunun aşkarlanmadığını bəyan etsələr də, qan nümunələrinin analiz üçün İtaliyaya göndərildiyi bildirilir. Yerli KİV ölkədə «quş qripi»nin yayıldığını və İrana şimaldan daxil olan və bir neçə vilayətdə yayılan virusa yoluxduqlarından şübhə duyulan toyuqların məhv edildiyini yazır.
Qeyd edək ki, hazırda Azərbaycan əsasən Türkiyə, Braziliya və ABŞ-dan quş əti məhsulları idxal edir.
:bye: -
12-26-2007, 12:00 AMisi-85
Bakının bəzədilməsi ücün 350 min rəngli lampadan istifadə edilib
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt kücələrinin və meydanların bəzədilməsi işlərini həyata kecirir
Paytaxt Bakı yeni ili qarşılamağa hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti paytaxt kücələrinin və meydanların bəzədilməsi işlərini həyata kecirir.
İnterfaks-ın verdiyi məlumata görə, Bakının bütün rayonlarında şam ağacları qurulur və kücələr rəngli lampalarla bəzədilib. Ümumilikdə paytaxtın bəzədilməsi ücün 350 min rəngli lampadan istifadə edilib -
12-26-2007, 01:41 AMisi-85
Son 3 ildə məktəblərə 31 677 kompüter verilib
Təhsil Nazirliyində “Ümumtəhsil məktəblərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi vəziyyətinin monitorinqi” mövzusunda kollegiya iclası keçirilib. məlumata görə, kollegiyada çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə prezidentinin imzaladığı “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)”na uyğun olaraq məktəblərin İKT avadanlıqları ilə təmin olunması, pedaqoji kadrlara İKT üzrə treninqlər keçirilməsi, yeni nəsil tədris materiallarının hazırlanması üzrə bir sıra tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, proqram çərçivəsində ölkənin təhsil sistemində İKT infrastrukturlarının inkişafı və onun tətbiqinin müasir standartlar səviyyəsinə çatdırılması prioritet istiqamətə çevrilib. Nazir 2005-ci ilə qədər orta məktəblərdə 1063 şagirdə 1 kompüter düşdüyünü, hazırda isə bu rəqəmin bir neçə dəfə artdığını qeyd edib. Belə ki, 3 il ərzində 3693 məktəb 31 677 kompüter, 1103 noutbuk, proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlıqları, 28 min 661 masa, 23 min 346 stulla təhciz olunub. M. Mərdanov bu müddət ərzində 1722 kompüter sinfinin yaradıldığını, 1851 şəbəkə avadanlığının quraşdırıldığını, 14 min müəllimə treninq keçirildiyini bildirib. Nazir həyata keçirilən işlər, verilən avadanlıqların istifadəsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən monitorinqin həyata keçirildiyini bildirib. Monitorinq Bakı, Sumqayıt və Abşeron məktəblərini əhatə edib. Nazir monitorinq nəticəsində bir sıra mənfi halların ortaya çıxdığını bildirib: “Bəzi məktəblərdə ayrılmış texniki avadanlıqların yerində olmadığı aşkarlanıb. Onların bəzilərini direktorlar öz evlərində saxlayırlar. Bəzi məktəblərdə avadanlıqların istifadəsinə məhdudiyyət qoyulub. Bunlar mənfi hallardır və aradan qaldırılıb” -
12-26-2007, 12:57 PMFarik-90
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. “APA-SPORT” agentliyinin məlumatına görə, toplantıya İK-nın 17 üzvündən 15-i qatılıb. Çingiz Hüseynzadə, Azad Rəhimov, Xəzər İsayev, Ağacan Abıyev, İsmayıl İsmayılov, Natiq Əliyev, Sucəxan Novruzov, Zərifə Salahova, Rauf Əliyev, Ələkbər Məmmədov, Vaqif Əliyev, Faiq Qarayev, Rəfiqə Şabanova, Namiq Abdullayev və Zemfira Meftahəddinova gündəlikdə duran 7 məsələ ətrafında fikirlərini bölüşüblər.
Belə ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumun 2007-ci ildə fəaliyyəti və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq haqda hesabat xarakterli çıxış edib. İl ərzində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdiyi nəticələr və ilin idman yekunları haqda isə MOK-un digər vitse-prezidenti, gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin məsul katibi, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov “Bakı-2016” Sifariş kitabının hazırlanması haqqında çıxış edib. MOK-un baş katibi Ağacan Abıyev qurumun yeni təsis olunmuş ordeni ilə bağlı məlumat verib. Sonra Beynəlxalq Olimpiya Komitəsinin layiq gördüyü “Olimpizmin və idmanın təbliği” mükafatı MOK-un informasiya, nəşriyyat və əlaqələr idarəsinin rəhbəri, filologiya elmləri namizədi Camaləddin Rəhmanova təqdim olunub. MOK-un digər vitse-prezidenti Xəzər İsayev İK üzvləri qarşısında sədri olduğu Ədalətli Oyunlar Komissiyasının hesabatını verib. O, 5 nominasiya üzrə təsis etdikləri mükafatları laureatlara təqdim edib. Gündəlikdə duran 8-ci məsələ – Cari məsələlər haqda isə İK üzvləri qapalı müzakirə aparmağa üstünlük veriblər. -
12-26-2007, 01:00 PMFarik-90
Bakıda Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasından iclasda hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, radioaktiv materialların daşınması, saxlanması, basdırılması və Dövlət Gömrük Komitəsinin laborator xidmətlərinin tariflərinə baxılıb, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»ndə redaktə xarakterli dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Yerli hava xətlərində tətbiq olunan tariflərin son 10 il ərzində dəyişdirilmədiyi və bu səbəbdən də hazırda reyslərin zərərlə yerinə yetirildiyi səbəbindən «Azərbaycan Hava Yolları» Dövlət Konserni tərəfindən yeni tariflərin müəyyən edilməsi məqsədilə Tarif Şurasına müraciət edilib. Reyslərin zərərlə işləməsi maliyyə çətinlikləri ilə yanaşı, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına uçuşların vaxtında və keyfiyyətlə yerinə yetirilməsində də problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması məqsədilə Bakı-Naxçıvan-Bakı, Gəncə-Naxçıvan-Gəncə, Bakı-Gəncə-Bakı, Bakı-Lənkəran-Bakı və Bakı-Zaqatala-Bakı reysləri üzrə (bir istiqamət üzrə) tariflər müvafiq olaraq 95 manat, 39 manat, 56 manat, 41 manat, 52 manat səviyyəsində, yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər isə hər 1 kq üçün 30 qəpik səviyyəsində təsdiqlənib.
Bununla belə, iclasda Naxçıvan MR-nın blokada şəraitində yaşadığı, hava nəqliyyatının Muxtar Respublika ilə ölkənin digər əraziləri arasında əsas nəqliyyat növü olduğu, ölkənin bu regionu ilə humanitar əlaqələrin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq, Tarif Şurası tərəfindən Naxçıvan MR-ya hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinə güzəştlərin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə qərar qəbul olunub.
Şuranın iclasında ölkə ərazisində dövlət təsərrüfat subyektləri tərəfindən radioaktiv materialların daşınması, saxlanması və basdırılması xidmətləri üzrə tariflər də təsdiq edilib. Qərara əsasən, radioaktiv materialların hər 1 km daşınması tarifi 3,5 manat, bu cür materialların saxlanması və basdırılması tarifləri isə müvafiq olaraq 85 manat və 80 manat səviyyəsində müəyyən edilib.
Tarif Şurasının qərarı ilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən 30-a yaxın pullu xidmət üzrə tariflər 8-110 manat arasında dəyişməklə təsdiqlənib.
İclasda həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri» bölməsində redaktə xarakterli dəyişiklik edilib.
Qeyd edək ki, radioaktiv materialların daşınması, saxlanması və basdırılması üzrə pullu xidmətlərin tarifləri təsdiq olunduğu gündən, digər tariflər isə 2008-ci ilin yanvar ayının 1-dən tətbiq ediləcək. -
12-27-2007, 12:07 AMisi-85
«Peugeot 207» Avropanın ən populyar avtomobili seçilib
JATO Dynamics» beynəlxalq marketinq şirkəti cari ilin 11 ayının yekunları əsasında Avropanın ən populyar 10 avtomobilinin siyahısını tərtib edib.
«APA-ECONOMICS»in məlumatına görə, siyahıda Fransa istehsalı olan «Peugeot 207» avtomobili liderlik edir.
Belə ki, hesabat dövründə bu avtomobil modelinin satış həcmi 410 156 ədəd olub. İkinci yeri Almaniya istehsalı olan «Volkswagen Golf» (401 343 ədəd), üçüncü yeri isə ABŞ istehsalı olan «Ford Focus» (379 994) avtomobili tutub. «Opel Astra» öz növbəsində dördüncü, «Opel Corsa» isə beşinci yerdə qərarlaşıb.
№
Model
Min ədəd
1
Peugeot 207
410 156
2
Volkswagen Golf
401 343
3
Ford Focus
379 994
4
Opel Astra
374 240
5
Opel Corsa
373 114
6
Renault Clio
355 990
7
Fiat Punto
352 235
8
Ford Fiesta
331 924
9
Volkswagen Passat
280 121
10
Volkswagen Polo
269 240 -
12-27-2007, 12:49 AMisi-85
Azərbaycanda ən yaşlı pensiyaçının 115 yaşı var
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin ən yaşlı 3 pensiyaçının adını açıqlayıb.
DSMF-dən verilən məlumata görə, bunlar, 1892-ci il təvəllüdlü, Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş Kərimova Gülarə Firudin qızı, 1892-ci il təvəllüdlü, Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuş Həsənova Mərcan Səməd qızı və 1914-cü ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cavadov Xasay Azay oğludur.
Fonddan bildirilib ki, pensiyaçı G.Kərimova 20 yaşından əmək fəaliyyətinə başlayıb və uzun illər kolxozda çalışıb. Hazırda 115 yaşı olan G.Kərimovanın 2 övladı, 14 nəvəsi, 35 nəticəsi və 2 kötükcəsi var.
Digər pensiyaçı M.Həsənova isə Ağdaş rayonunun Mürsəl kəndindəki «Sosializm» kolxozunda işləyib. M.Həsənovanın 8 uşağı, 32 nəvəsi, 14 nəticəsi və 6 kötükcəsi var.
X.Cavadov isə Böyük Vətən müharibəsi iştirakçısı olub. Döyüşə görə igidlik, Stalin ordeni və digər medallarla təltif olunub, Ukrayna, Belarus və Polşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Müharibə qurtardıqdan sonra Ucar rayon Yuxarı Şilyan kənd məktəbində müəllim işləyib. Hazırda II qrup Böyük Vətən müharibəsi əlili olan X.Cavadov hələ də həmin məktəbdə işləyir. Onun 9 övladı, 24 nəvəsi və 32 nəticəsi var.
-
12-27-2007, 01:34 AMisi-85
Çinin ilk sürətli qatarı istifadəyə verilib
Bu qatar saatda 300 km-ə qədər sürət götürə bilir
Dekabrın 22-də Çinin ilk sürətli qatarı Xese istifadəyə verilib. Bu qatar saatda 300 km-ə qədər sürət götürə bilir. Beləliklə, Çin dünyanın sürət qatarı layihələndirməyi və istehsal etməyi bacaran ilk dörd ölkəsinin tərkibinə daxil olub.
Alimünium xəritəsindən tökülmüş hər bir vaqonun çəkiçi təxminən 7 tondur. Yeni qatar dünyanın ən sürətlilərindən olacaq -
12-27-2007, 01:49 AMisi-85
Maykl Ceksonun üzü sarıqlı gəzməsinin səbəbi məlum olub
5 yaşlı oğlunun yumruğundan sonra müğənninin dodağı partlayıb
Pop musiqinin kralı sayılan Maykl Ceksonun üzü sarıqlı gəzməsinin səbəbi məlum olub. Məlumata görə, kiçik oğlu təsadüfən onun üzünə vurduğu yumruqdan sonra müğənni təcili plastik əməliyyat keçirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, çoxsaylı plastik əməliyyat keçirən, hətta dərisinin rəngini dəyişən Maykl Ceksonun bu yaxınlarda Los-Anceles küçələrindən birində gəzdiyi zaman üzü sarıqlı vəziyyətdə şəkli çəkilmişdi.
Məlumatı verən mənbə bildirib ki, 5 yaşlı oğlunun yumruğundan sonra Mayklın üst dodağı partlayıb. /ANS PRESS/ -
12-27-2007, 02:14 AMisi-85
Britni Spirsin yeni sevgilisinin adı Adnandır
Qərb mətbuatı Adnan adlı şəxsin türk və yaxud ərəb olduğunu yazır
Bu il şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Britni Spirs Adnan adlı gənclə bir yerdədir. "OK" jurnalının yazdığı xəbərə görə, Britni gecəni Adnan adlı paparatsi ilə Peninsula mehmanxanasında keçirib. Adnanın mehmanxananı səhər saat 06.00-da tərk etdiyi bildirilir. Britni isə oteldən 3 saat sonra sonra çıxıb. Qərb mətbuatı Adnan adlı şəxsin türk və yaxud ərəb olduğunu yazır.
-
12-29-2007, 11:55 AMFarik-90
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə İqtisad Məhkəməsi tərəfindən «Petkim» neft-kimya holdinqinin nəzarət səhm paketinin «SOCAR-Turcas/İnjas» alyansına satılması barədə qərarının icrasını müvəqqəti dayandırmasını hörmətlə qarşılayır. bu barədə ARDNŞ-in dekabrın 28-də yaydığı məlumatda bildirilir.
«Türkiyə Respublikasının qanunlarına hər zaman hörmətlə yanaşan və «Petkim»in özəlləşdirməsində həmin qanunlar əsasında iştirak etmiş Azərbaycan Dövlət Neft Şirkəti yuxarıda qeyd edilən prosesləri Türkiyə Özəlləşdirmə İdarəsi ilə «Petrol-İş» təşkilatına aid olan məsələ kimi qəbul edir. ARDNŞ bu məsələ ilə bağlı Türkiyə hökumət orqanlarının hüquqi çərçivədə çıxaracaqları yekun qərara da hörmətlə yanaşır», - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu ilin iyulun 5-də Türkiyənin «Petkim» şirkətinin səhmlərinin dövlətə məxsus 51%-lik nəzarət səhm zərfinin özəlləşdirilməsi ilə bağlı açıq tender keçirilib və tenderdə ARDNŞ-in Türkiyədə təsis etdiyi «SOCAR-Turcas» birgə müəssisəsi və Səudiyyə Ərəbistanını təmsil edən «İnjas» şirkətlərinin alyansı iştirak edib. Noyabrın 22-də Türkiyə Özəlləşdirmə İdarəsi «Petkim Neft-Kimya Holdinq A.Ş.»nin səhmlərinin 51%-nin «Socar-Turcas/Injas» ortaq qrupuna satışı ilə əlaqədar qərar verib. Lakin Türkiyənin «Petrol-İş» Həmkarlar Təşkilatı bu qərara qarşı iddia qaldırdığından, dekabrın 27-də isə bu ölkənin İqtisad Məhkəməsi həmin iddianı qəbul edərək, Türkiyə Özəlləşdirmə İdarəsinin «Petkim»in nəzarət səhm paketinin «SOCAR-Turcas/İnjas» ortaq qrupuna verilməsi barədə qərarının icrasını müvəqqəti dayandırıb. -
12-30-2007, 12:41 AMisi-85
Firudin Qurbansoy: “2008-ci il məhəbbət ilidir”
“2008-ci ildə mədəniyyət və incəsənət sahəsində çox böyük inkişaf olacaq. Mədəniyyətin heç bir sahəsində maneələr gözlənilmir. Üzümüzə gələn siçan ili ümumilikdə musiqinin, teatrın, kinonun inkişafı üçün geniş meydan açacaq”.
Bu sözləri qarşıdan gələn illə bağlı proqnozlarını söyləyən astroloq Firudin Qurbansoy deyib. Astroloq 2008-ci ilin məhəbbət ili olacağını da vurğulayıb. Onun sözlərinə görə, bütün il boyu ailə qurmaq istəyənlər üçün böyük imkanlar yaranacaq: “Gələn il incəsənət sahəsində çalışan subayların ailə quracağı gözlənilir. Gələn il sevənlərin, ailə quranların, uşaq dünyaya gətirənlərin sayı çoxluq təşkil edəcək. 2008-ci ildə dünyaya gələn uşaqlar da çox gözəl olacaq. Bu il daha çox torpaq ünsürlü bürclərə uğur gətirəcək. Yeni il hələ martda daxil olacaq. Yanvarın 1-dən sadəcə təqvim dəyişir”.
Astroloq onu da bildirib ki, 2008-ci il meymun, kəsəyən, əjdaha ilində doğulanlar üçün daha uğurlu olacaq: “Siçan həddindən artıq ağıllı insanları və kollektiv əməyi sevmir. Daha çox aqressivliyi ilə seçilir. Ona görə də gələn il alimlərin və jurnalistlərin işi o qədər də yaxşı getməyəcək. Siçan ili oğlaq, buğa, qız bürcü altında dünyaya gələnlərə iş qurmaq üçün geniş imkanlar açacaq”. /APA/ -
12-30-2007, 10:50 AMFarik-90
Bu gün Gənclər və İdman Nazirliyində (GİN) 2007-ci ilin son kollegiya iclası keçirilib. Bu haqda GİN kollegiyasının üzvü, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib. R.Abbasovun sözlərinə görə, tədbirdə 3 məsələ ətrafında müzakirələr aparılıb.
Əvvəlcə ilin yekunlarına əsasən, 2008-ci ilin 8–24 avqustunda Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına Azərbaycan üçün əsas sayılan idman növlərində qazanılan lisenziyalar və növbəti ilə hazırlığın gedişi məsələlərinə toxunulub. Məruzə ilə çıxış edən GİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimov il ərzində 452 medalın qazanıldığını vurğulayıb. O, həmçinin 18 növ üzrə 200 idmançımızın Pekin Olimpiadasına lisenziya xarakterli 195 yarışa qatıldığını və 8 növ üzrə 22 lisenziya əldə etdiyini açıqlayıb. Nazir Azad Rəhimov növbəti ildə idmançıların təlim-məşq toplantıları və dərman preparatlarından istifadəyə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O, lisenziya yarışlarına hazırlıq üçün məşq cədvəllərinin tərtib olunması, yığma komandalarımızın hər bir növ üzrə psixoloq və tibbi analitiklərlə təmin edilməsi haqda göstəriş verib. A.Rəhimov imkan daxilində təlim-məşq toplantılarını özünün də izləyəcəyini söyləyib.
Gələn ilin I yarımilliyi üçün perspektiv iş planı iclasın gündəliyində duran ikinci məsələ olub. GİN-in fəaliyyət sferasında olan bütün sahələr üzrə görüləcək tədbirlər təsdiqini tapıb. 2008-ci ildə ölkəmizdə 30-dək beynəlxalq yarışın keçiriləcəyini deyən nazir bu rəqəmin artmasının mümkünlüyünü dilə gətirib.
Üçüncü məsələ kimi isə Bakı şəhərinin Yasamal və Nəsimi rayon Gənclər və İdman idarələrinin tələbə təşkilatları ilə işinin daha da aktivləşdirilməsinin vacibləşdirilməsi vurğulanıb. -
12-30-2007, 11:17 AMFarik-90
Bu gün dekabrın 27-29-da Bakıda keçirilmiş Azərbaycan-Misir hökumətlərarası komissiyasının III iclasının yekunlarına dair protokol imzalanıb.
Azərbaycan tərəfindən sənədi komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Heydər Babayev, qarşı tərəfdən isə Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Aboulnaqa imzalayıblar.
Komissiyanın həmsədrləri həmçinin Gömrük məsələləri və gömrük pozuntularının qarşısının alınmasına dair Sazişi, iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında Elmi-Araşdırma Protokolu, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında Əməkdaşlıq Protokolu, «Azərbaycan Televiziya və Radio» QSC ilə Misir Televiziya və Radio Birliyi arasında Anlaşma Memorandumunu imzalayıb.
Tədbirdə çıxış edən H.Babayev bildirib ki, imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün lazımi şərait yaradacaq. Nazir vurğulayıb ki, keçirilən danışıqlar zamanı Misir tərəfi Azərbaycana neft-qaz sektorunda əməkdaşlığa dair təkliflər zərfi təqdim edib və bunun əsasında hazırlanacaq qarşılıqlı əməkdaşlıq haqqında sənəd artıq hökumətlərarası komissiyasının növbəti iclasında imzalana bilər.
Misirli nazir isə səfər çərçivəsində Azərbaycan prezidenti və hökumət rəsmiləri ilə görüşdüyünü, Abşeron rayonuna səfər etdiyi və ölkənin sosial-iqtisadi potensialı haqqında ətraflı məlumat aldığını bildirib. Bununla yanaşı, iki ölkə arasında sosial və humanitar sektorlar, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. -
12-30-2007, 11:21 AMFarik-90
Dekabrın 29-da insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupunun 2007-ci ildə fəaliyyətinin yekunlarına həsr olunmuş növbəti iclası keçirilib.
İşçi Qrupundan qrup üzvləri ölkə başçısının dekabrın 28-də imzaladığı əfv fərmanında hüquq-müdafiə təşkilatlarının təkliflərinin nəzərə alınmasına görə prezidentə təşəkkür ediblər. Hüquq-müdafiə təşkilatları ümidvar olduqlarını bildirib ki, ölkə başçısı konstitusion səlahiyyətləri çərçivəsində İşçi Qrupunun insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə və təkliflərinə gələcəkdə də dəstək verəcək. İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupunun işinin bu formatda 2008-ci ildə davam etdiriləcəyi bildirilib. Tədbirdə qrup üzvləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Eldar Zeynalov, Zəliha Tahirova, Sahib Məmmədov, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Səməd Seyidov, Əli Hüseynov, Gültəkin Hacıyeva, Bəxtiyar Əliyev, Fuad Ələsgərov, Çingiz Əsgərov, Kəmalə İsmayılova, Otari Qvaladze, Fazil Quliyev, Kamran Əliyev, Vəfaddin İbayev və Faiq Qurbanov iştirak edib.
Qeyd edək ki, fərman imzalanandan sonra bir neçə hüquq müdafiəçisinin İşçi Qrupunu tərk etdiyini bəyan edən hüquq müdafiəçisi Novella Cəfəroğlu həmin hüquq müdafiəçilərinin qrupda fəaliyyətlərini davam etdirməsinin səbəbi açıqlamaq istəməyib. O bununla bağlı gələn il açıqlama veriləcəyini deyib. -
12-30-2007, 11:24 AMFarik-90
2007-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi milli maraqların təmin edilməsi, dövlətin davamlı inkişafı və vətəndaşların hüquqlarının müdafiəsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş ardıcıl fəaliyyətini həyata keçirməkdə davam edib. Dövlətin beynəlxalq arenada nüfuzunun və avtoritetinin möhkəmləndirilməsinə xüsusi diqqət ayrılıb.
Bu barədə XİN-in mətbuat xidmətindən daxil olan 2007-ci ilin yekunları ilə bağlı şərhdə bildirilib. Azərbaycan XİN ötən il ərzində siyasət, təhlükəsizlik, iqtisadiyyat, insan hüquqları sahəsində, humanitar və digər istiqamətlərdə fəal iş apardığını bəyan edib.
Ötən il ərzində XİN-in rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyası təsdiq olunub. Yola saldığımız ildə Azərbaycanın xarici siyasətində respublikanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin öz torpaqlarına qaytarılması prioritet təşkil edib. Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin tənzimlənməsi üzrə iki dövlətin prezidentləri və xarici işlər nazirləri səviyyəsində “Praqa prosesi” çərçivəsində danışıqların gedişində, Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün bütün imkanlardan maksimal dərəcədə yararlanmağa çalışıb, beynəlxalq ictimaiyyətin, Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləmək, ərazilərinin işğalını və etnik təmizləməni pisləmək mövqeyinin daha da möhkəmləndirilməsi yönündə səyləri davam etdirib.
Ötən il Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin və “yerli özünüidarəetmə orqanlarına seçkilər”in Avropa İttifaqı, ATƏT, Avropa Şurası, GUAM, İKT və dünyanın aparıcı dövlətləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən qanunsuz adlandırılması Ermənistanın ilhaq siyasətinin və Azərbaycan ərazilərinin işğalını pərdələmək cəhdlərinin tam və qaçılmaz iflası olub.
Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan tərəfindən azərbaycanlıların tarixi və mədəni abidələrinin məqsədli şəkildə məhv edilməsi, yaşayış məntəqələrinin simasının dəyişdirilməsi, həmçinin zəbt olunmuş torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin aparılması faktlarına cəlb edilib. Dünya ictimaiyyətinin işğal olunmuş Azərbaycan torpaqlarında vandalizm faktları haqda məlumatlandırılıb, bununla bağlı Xarici İşlər Nazirliyində hazırlanmış bir sıra nəşrlər və hesabatlar çap edilərək yayılıb. -
12-30-2007, 11:25 AMFarik-90
BMT-nin insan hüquqları üzrə Şurasının 6-cı sessiyasında Azərbaycan tərəfindən irəli sürülən, silahlı münaqişələr zamanı mədəni hüquqların və mədəni mülkiyyətin müdafiəsi haqda qətnamə yekdilliklə qəbul olunub. Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması məsələsi də Azərbaycanın UNESCO, Avropa Şurası və İKT ilə əməkdaşlığının mərkəzində olub.
Azərbaycan terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alveri və digər qeyri-hüquqi fəaliyyətə qarşı beynəlxalq mübarizədə fəal iştirak edib.
Azərbaycanın beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılıb, ötən ildə Azərbaycan Şərqi Avropa dövlətlər qrupundan BMT İnkişaf Proqramı / BMT Əhali Fonduna üzv seçilib.
Xarici siyasətin Avropa və Avro-Atlantik istiqaməti çərçivəsində ölkəmizin NATO və Avropa İttifaqı ilə inteqrasiya əlaqələrinin inkişafı və tərəfdaşlığının möhkəmləndirilməsi üçün irəliləyən proses davam edib. 2007-ci ilin mayında NATO Şurası Azərbaycanın 2005-2007-ci illər üçün Fərdi Tərəfdaşlıq Planının həyata keçirilməsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib. Hazırda ikinci Planın layihəsi üzrə iş başa çatdırılır. İl ərzində Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının yerinə yetirilməsinə xüsusi diqqət verilib.
Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirib. 2007-ci ilin birinci yarısında İKT sədri vəzifəsini yerinə yetirərək, Azərbaycan təşkilatın siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində onun təsiri və iştirakının gücləndirilməsi, beynəlxalq ictimaiyyətdə, və ilk növbədə Avropada islamın, onun mədəniyyət, dəyərlər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərib.
Azərbaycan insan haqları sahəsində beynəlxalq səviyyədə fəal qarşılıqlı əlaqələri davam etdirib, bərabərhüquqlu tərəfdaş kimi, beynəlxalq hüquqi müdafiə əməkdaşlığı sisteminin möhkəmlənməsinə öz töhfəsini verib.
Bu il ərzində Bakıda GUAM-ın iyun sammiti keçirilib, təşkilata sədrlik Azərbaycana keçib, Vilnüsdə GUAM-ın on illiyinə həsr olunmuş oktyabr sammiti ilk dəfə olaraq, tərəfdaş və digər maraqlı dövlətlərin ali rəhbərlərinin, həmçinin beynəlxalq və regional strukturların yüksək nümayəndələrinin iştirakı ilə geniş formatda keçirilib.
Azərbaycan xarici iqtisadi əlaqələr sahəsində də fəal tədbirlər görüb. Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi ilə bağlı danışıqlar davam etdirilib, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi tərəfdaş-dövlətlərin diqqətini regional əməkdaşlığa əngəl törədən münaqişələrə cəlb edib. Ötən il Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığını davam etdirib, ABŞ-la bu sahədə dialoq yaradıb, Xəzər dənizi və Aralıq dəniz hövzələrini birləşdirən səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin təmin olunması üçün trans-regional boru kəməri infrastrukturunun yaradılması sahəsində inkişaf əldə edib. 2007-ci ildə Türkiyə və Yunanıstanı birləşdirən qaz boru kəmərinin istismara verilməsi Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün əlavə imkanlar yaradıb. -
12-30-2007, 11:27 AMFarik-90
Xəzər regionunda “Şərq-Qərb” nəqliyyat dəhlizinin inkişafı çərçivəsində ötən il strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikintisi üzrə ciddi praktiki tədbirlər həyata keçirilib.
Azərbaycanın diaspor təşkilatlarının təşkilatlanması ilə bağlı iş davam etdirilib. Bununla bağlı Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərlərinin birinci forumu və türk dövlət və icmalarının 11-ci toplantısı keçirilib.
Ötən il Azərbaycan Almaniya, Gürcüstan, Misir, İordaniya, Qazaxıstan, Koreya Respublikası, Litva, Rusiya, Rumıniya, Tacikistan, Fransa və İsveçrə ilə ikitərəfli əlaqələrin inkişafına xidmət edən ən yüksək səviyyəli səfərlər olub. Azərbaycanın xarici siyasət idarəsinin rəhbərliyi səviyyəsində dünyanın müxtəlif ölkələrində aparılmış danışıqlar, müxtəlif səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, o cümlədən qonşu dövlətlərlə sərhədlərin delimitasiyası məsələləri, eyni zamanda müqavilə-hüquq bazasının genişləndirilməsi ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini təmin edilib. Ötən il ərzində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması ilə bağlı danışıqlar prosesi davam etdirilib, Tehranda yüksək səviyyədə Xəzəryanı dövlət başçılarının ikinci zirvə sammiti keçirilmiş və yekunda bəyannamə qəbul olunub.
Yola saldığımız ildə Azərbaycanın Qətər, Qırğızıstan, Litva, Niderland, Tacikistan, Çexiya və İsveçdə səfirlikləri, Kuba və Meksikada isə ofisləri açılıb. Eyni zamanda, Belçika, İordaniya, Qətər, Kuba, Litva və İsveçrə Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. ::yerivar:: -
12-30-2007, 11:31 AMFarik-90
Beynəlxalq Şahmat Federasiyası 2008-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. agentliyinin məlumatına görə, planetin ən güclü 100 kişi qrossmeysterinin siyahısına sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2799 xal) başçılıq edir. Hesabında eyni xal olan hazırkı dünya çempionu Vişvanatan Anand (Hindistan) oktyabrda yüksəldiyi zirvəni ikinci yerlə dəyişib.
Azərbaycan milli komandasının üzvlərinin mövqeyində də dəyişiklik baş verib. Üç ay əvvəlki siyahıda 7-ci olan Şəhriyar Məmmədyarov 2760 xalla 6-cı sıraya yüksəlib. Teymur Rəcəbov əksinə dörd pillə geriləyib. 20 yaşlı şahmatçımız 2735 xalla 12-ci sırada qərarlaşıb. Hesabında 2665 xal olan və iki pillə geriləyən Vüqar Həşimov 49-cu yeri tutub. Ötən aylarda olduğu kimi, bu dəfə də ən güclü 50 qadın qrossmeysterin siyahısında həmyerlilərimiz yer almayıblar. Ən güclü 20 gənc şahmatçının sıralamasında Rauf Məmmədov 2583 xalla 11-ci, ilk dəfə adı siyahıya salınan Türkan Məmmədyarova 2313 xalla 18-ci pillədədir. Oktyabrda açıqlanan siyahıda 9-cu olan milli komandamız (2609 xal) isə bir pillə geriləyib. Yığmaların reytinq cədvəlinə 2721 xalla yenə Rusiya başçılıq edir. -
12-30-2007, 11:33 AMFarik-90
Azərbaycanın 2008-ci ilin tədiyyə balansında cari hesab üzrə profisitin bu ilə nisbətən 2 dəfə artaraq 14 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycan Mili Bankından (AMB) verilən məlumata görə, növbəti ildə iqtisadi artım tempinin yüksək qalaraq 18% təşkil edəcəyi, qeyri-neft sektorunun isə əvvəlki illərdə formalaşmış dayanıqlı templə (8%) inkişaf edəcəyi gözlənilir.
Həmçinin, qeyri-neft sektoruna bank sistemi vasitəsi ilə xarici investisiyaların axının güclənməsi ilə əlaqədar olaraq kapital hesabının kəsirinin azalması proqnozlaşdırılır. Nəticədə, strateji valyuta ehtiyatları artaraq 19 mlrd. dollara çatacaq.
AMB-dən bildirilib ki, növbəti ildə inflyasiyanın ölkənin sosial-iqtisadi və büdcə proqnozunda nəzərdə tutulmuş kritik maksimal səviyyədə, yəni, 12-13% səviyyəsində saxlanılması üçün AMB və hökumət tərəfindən fəal antiinflyasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Mərkəzi bank əvvəlki illərdə olduğu kimi 2008-ci ildə də pul kütləsinin artımını optimal səviyyədə saxlamaq məqsədi ilə özünün qısamüddətli notlarından istifadə etməklə aktiv təkrar sterilizasiya əməliyyatlarını həyata keçirəcək: «Qəbul edilmiş makroiqtisadi çərçivə və ölkənin xarici investisiyalar üçün cəlbediciliyinin artması növbəti ildə də manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı təzyiqlərin davam edəcəyini gözləməyə əsas verir». Məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində manatın ABŞ dollarına qarşı məzənnəsinin dəyişməsinin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilməsi nəzərdə tutulub. Məzənnə sabitliyini qorumaq üçün AMB-nin aparacağı aktiv müdaxilə əməliyyatları növbəti ildə valyuta ehtiyatlarının sürətli artımını şərtləndirəcək. Qloballaşan riskləri nəzərə alaraq 2008-ci ildə AMB-nin fəaliyyət strategiyasında maliyyə sabitliyinin qorunması məsələsi əsas hədəflərdən biri olacaq.
Bəyanatda həmçinin, bildirilib ki, növbəti ildə beynəlxalq maliyyə bazarlarında gedən proseslər nəzərə alınmaqla ipoteka sisteminin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdiriləcək. Yığım ipoteka modelinin tətbiqi əhalinin sərbəst vəsaitlərinin bank sisteminə cəlb olunması vasitəsi ilə ipoteka kreditləri mexanizmlərinin inkişafını təmin edəcək. Maliyyə infrastrukturunun inkişafına dəstək məqsədi ilə AMB hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən ipoteka krediti sistemində kommersiya təhlükəsizliyi modelinin tətbiqi üçün hüquqi bazanın yaradılması, bank sistemində istehlakçıların hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericiliyin möhkəmləndirilməsi, bank nəzarətinin normativ-metodoloji bazasının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq təşəbbüsləri davam etdirmək niyyətindədir. -
12-30-2007, 11:35 AMFarik-90
“2007-ci ildə qələbə sevinci də yaşadım, məğlubiyyət acısı da”. Bu sözləri açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev deyib. 41 yaşlı mütəxəssis bu il şəxsi həyatının uğurlu alındığını bildirib: “Ömrümüzdən daha bir il keçdi. 2008-ci ili ailə üzvlərimizlə, yaxınlarımızla birgə qarşılayırıq. Çox şükürlər olsun ki, başa çatmaqda olan ildə yaxınlar, tanışlar arasında itki olmadı”.
Ş.Diniyev vurğulayıb ki, bu il məşqçi karyerasında uğurlarla yanaşı, müvəffəqiyyətsizliklər də baş verib: “Bu il futbol aləmində qazandıqlarım və itirdiklərim oldu. Təbii ki, mənim üçün 2007-ci ildə ən böyük uğur martda Finlandiya üzərində qazandığımız 1:0 hesablı qələbədir. Doğma divarlar arasında Serbiyaya məğlubiyyəti isə ən böyük uğursuzluq hesab edirəm”.
Qeyd edək ki, Ş.Diniyev məhz oktyabrın 17-də Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Serbiya yığmasına 1:6 hesablı məğlubiyyətdən sonra milli komandanın baş məşqçi vəzifəsindən istefa verib. -
01-03-2008, 04:39 PMFarik-90
Nyu Yorkun Əmtəə Birjasının tarixində ilk dəfə bir barrel qara qızılın qiyməti 100 dolları keçib. APA-nın ABŞ bürosunun məlumatına görə, bu gün aparılan alqı-satqı vaxtı xam neftin qiyməti 100 dollarlıq psixoloji həddi keçsə də, günün sonuna qara qızılın qiyməti 99 dollar 62 sent dəyərində dayanıb.
Mütəxəssislər qiymət artımının davam edəcəyini proqnozlaşdırırlar. Qara qızılın qiymətinin artımını təmin edən faktorlar arasında Nigeriya, İran və Pakistan ətrafında davam edən siyasi gərginlik qabardılır.
Son hadisə neftə gündəlik ehtiyacı olan nəqliyyat şirkətlərinin səhmləri qiymətinin enməsinə səbəb olub. Belə ki, ABŞ üç əsas aviaşirkəti olan United Airlines, American Airlines və Deltanın səhmləri müvafiq olaraq 10, 5.2 və 7.4 faiz enib.
Neftin qiymətinin artması ilə yanaşı qızılın qiyməti də son 30 ildə ən yüksək həddə çatıb. Bu gün Nyu York Əmtəə Birjasında qızılın bir unsiyasına (28.34 qramm) 860 dollar verilib. -
01-03-2008, 04:42 PMFarik-90
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidməti son günlər yerli KİV-də «Yeni il» güzəşt kampaniyaları və endirim aksiyaları barədə barədə yayımlanan reklam çarxları üzrə monitorinq keçirib.
Nazirlikdən verilən məlumata görə, Xidmət əməkdaşlarının Bakıdakı «Parfume de France» firmasının mağaza şəbəkələrində alıcılara verilən 80%-lik endirim kampaniyası ilə bağlı apardığı araşdırmalar nəticəsində reklamın həqiqətə uyğun olmadığı aşkar edilib. Belə ki, həmin reklamın istehlakçıların çaşdırılmasına səbəb olduğu müəyyən olunub. Qeyd olunanlarla əlaqədar «Parfume de France» firması haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hazırda araşdırma davam etdirilir.
Antiinhisar Dövlət Xidməti əhalini belə reklam kampaniyalarına qarşı diqqətli olmağa çağırır və qarşılaşdığı qanunsuz hallar barədə Xidmətə müraciət etməyi tövsiyyə edir. -
01-03-2008, 04:45 PMFarik-90
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu 2007-ci ilin yekunları ilə bağlı birgə məlumat yayıb. DİN-nin mətbuat xidmətindən daxil olan məlumata görə, bu il ərzində hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, baş verən ağır və xüsusi ağır cinayətlərin açılması istiqamətində bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirib.
Bu il oktyabrın 19-da Abşeron rayonunun Müşfiq qəsəbəsindəki “Abu-Petrol” yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən Qahir Zəkiyev, Hüseyn Ələkbərov, Daşqın Ağabalayev, Emin Ağayev və Əlvan Həsənov həbs edilib. Ədliyyə, daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə tədbirləri nəticəsində 17 il əvvəl törədilən qəsdən adamöldürmə cinayətinin üstü açılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu il dekabrın 19-da Bakı şəhəri Nardaran bağ massivindəki bağ evlərinin birində torpağa basdırılan 1924-cü il təvəllüdlü Bəhlul Ağaməmmədovun skeleti tapılıb. Hadisəni törədən Faiq Əhmədov həbs edilib. Polis və prokurorluq əməkdaşları 1997-ci ilin sentyabrında itkin düşmüş Şəki rayonunun Daşüz kənd sakini Zülfiyyə Abbasova və onun 7 yaşlı qızı Ülviyyə İsmayılovanın küt alətlə qətlə yetirən Ayaz Mürsəlovu həbs ediblər. Bu il noyabrın 20-də Səbayel rayonunda Vladimir Dmitriyevi qətlə yetirən İqor Qulamov, noyabrın 8-də Xaçmaz rayonu ərazisində keçən “Xanarxı” su kanalından meyiti tapılan İftixar Hümmətovu qətlə yetirən Fərman Şahmuradov, həyat yoldaşı Həbibə Zeynalova və onun ailə üzvlərini azyaşlı uşaqların gözü qarşısında qətlə yetirən Zaur Həziyev, martın 16-da Mədinə Kəlbiyevanı yaşadığı evdə öldürülən, nəvəsi Sevinc Şükürovaya isə ağır bədən xəsarəti yetirən rayon sakinləri Aybəniz Qasımova, Ramin Məmmədov həbs olunublar. Bundan əlavə, 2007-ci ildə Qazax rayonu Abbasbəyli kəndi yaxınlığında Rusiya vətəndaşları Dito Axveliidiani və Bidzina Mamestsaraşvilini qətlə yetirən Elşən Məmmədovla Emil Mustafayev, bir neçə gün əvvəl Qaradağ rayonunun Buta qəsəbəsində Qətibə Məmmədquliyeva və onun azyaşlı qızı Leyla Əcəmovanı qətlə yetirərək izi itirmək məqsədi ilə evə od vuran Şahin Hüseynov tutulublar. Hüquq-mühafizə orqanlarının son bir ayda həyata keçirdiyi birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Bakı, Gəncə şəhərlərində və Abşeron yarımadasında çoxsaylı quldurluq, soyğunçuluq, mənzil və maşın oğurluqları törətmiş cinayət qrupları zərərsizləşdirib. -
01-03-2008, 04:46 PMFarik-90
Bu il Azərbaycanın nəqliyyat sektorunda əhəmiyyətli inkişaf baş verib. Həm yük, həm də sərnişin daşımaları artıb, bir sıra ölkə və regional əhəmiyyətli infrastruktur layihələrinin əsası qoyulub, istifadəyə verilib. Bunu 2007-ci ildə nəqliyyat sektorunda görülən işləri şərh edən Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov bildirib.
S.Məmmədovun sözlərinə görə, bu il bütün növ nəqliyyat vasitələri ilə 161,9 mln. ton, əvvəlki ilə nisbətən 11,2% çox yük daşınıb. Yüklərin 27,6 mln. tonu dəmir yolu, 10,1 mln. tonu su, 78,6 mln. tonu avtomobil nəqliyyatı, 45,6 mln. tonu isə boru kəmərləri ilə daşınıb. Bundan başqa, 1 134 mln. nəfər sərnişin daşınıb ki, bunun 955,6 mln. nəfəri avtomobil, 6,8 mln. nəfəri dəmir yolu, 1,6 mln. nəfəri hava nəqliyyatının payına düşür.
Bu ilin fevral ayında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Asiya və Avropanı birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə dair saziş imzalanıb və noyabr ayında yolun təməli qoyulub. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsinə köçürülməsi, Bakı şəhərində «Nəqliyyatın intellektual idarə edilməsi Sistemi»nin yaradılması ilə bağlı işlərə başlanılıb.
«Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı»na uyğun olaraq, 2007-ci ildə 4 yol ötürücüsü və 4 piyada keçidi tikilərək istifadəyə verilib. Metronun «Məşədi Əzizbəyov» stansiyası dairəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər (14 km) avtomobil yolunda və uzunluğu 21,5 km olan «Bakı Dairəvi Yolu I», 6 zolaqlı Zığ-Binə və Bilgəh-Pirşağı layihələri üzrə tikinti işlərinə başlanılıb. Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi avtomobil yolu təmir olunub. Bu il 651 km şəhər, rayon, kənd və qəsəbələrarası avtomobil yolu əsaslı və orta təmir edilib.
S.Məmmədovun bildirdiyinə görə, magistral yol layihələrindən əlavə respublikanın 2500 km uzunluğunda rayonlararası yolları üzrə 52 layihənin texniki-iqtisadi əsaslandırılması və 547 km yol üçün 13 işçi layihəsi hazırlanıb.
«Ümumilikdə 2007-ci il nəqliyyat sektorunda böyük irəlləyişlərlə yadda qalıb. Bu inkişaf növbəti illərdə də davam etdiriləcək. Hesab edirəm ki, növbəti illərdə daha böyük laiyhələrə start veriləcək», - deyə S.Məmmədov vurğulayıb.
S.Məmmədovun sözlərinə görə, Nəqliyyat Nazirliyi tərəfindən 2008-2010-cu illəri əhatə edən Tədbirlər Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Bu Tədbirlər Planına əsasən, Bakı şəhərində əlavə olaraq 11 yol qovşağı, 10 piyada keçidi və 13 çoxmərtəbəli avtomobil dayanacağının tikintisi nəzərdə tutulur. -
01-03-2008, 05:01 PMisi-85Azərbaycandan qonşu ölkəyə əvvəlki kimi axın yoxdur
Azərbaycandan qonşu ölkəyə əvvəlki kimi axın yoxdur
Rusiyada əmək miqrantlarına ayrılan kvota 2007-ci illə müqayisədə 3 dəfə azaldılıb
Rusiyada əmək miqrantlarına ayrılan kvota 2007-ci illə müqayisədə 3 dəfə azaldılaraq 2 milyon nəfərə endirilib. Bu barədə Rusiya Federal Miqrasiya Xidməti məlumat yayıb.
İri şəhərlərə, o cümlədən Moskva və Peterburqa ayrılan kvota isə 2 dəfə azaldılıb. Rəsmi şəxslər bunu miqrantların əksəriyyətinin qazancı yüksək olan Moskva və Peterburqa gəlməsi bu şəhərlərin isə onları qəbul etmək iqtidarında olmaması ilə əlaqələndirir.
Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski Rusiyada əlavə əmək miqrantlarına ehtiyac yaranacağı təqdirdə, kvotaların 30 faiz artıralacağını istisna etməyib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva təşkilatının rəhbəri İlqar Hacıyevin fikrincə isə, kvotanın azaldılması Rusiyada işləyən azərbaycanlılar üçün problem yaratmayacaq. Çünki hazırda Rusiyada daimi və ya müvəqqəti qeydiyyata düşən soydaşlarımızın sayı xeyli artıb, Azərbaycandan isə qonşu ölkəyə əvvəlki kimi axın yoxdur: «Artıq bizi bu kvota narahat etmir, çünki vətəndə inkişaf gedir, iş yerləri açılır, sayı artır, ona görə qabaqkı kimi ajiotaj yoxdur, həm də Moskvada gəlmələrin axını yoxdur, ona görə demək istəyirəm ki, bizə heç cür təsir göstərmir, problem kimi hiss olunmur».
İlqar Hacıyev həmçinin bildirib ki, Rusiyada azərbaycanlı miqrantlara böyük ehtiyac var. Bu həm azərbaycanlıların rusların psixologiyasını daha yaxşı bilməsi, həm də soydaşlarımızın savadlı, işini bilən kadrlar olması ilə izah edilir.
İlqar Hacıyevin sözlərinə görə, artıq azərbaycanlılar Rusiyaya əvvəllər olduğu kimi fəhləlik və ya ticarət etməyə gəlmirlər. Azərbaycanlı əmək miqrantlarının əksəriyyəti qeyri-hökumət qurumlarında və iri kommersiya strukturlarında işləməyə üstünlük verirlər. Fəhlə və ticarətçi kimi Rusiyaya gələnlərin əksəriyyəti isə iri bizneslə məşğul olan azərbaycanlı iş adamlarının yanında işləyirlər.
Qeyd edək ki, Federal Miqrasiya Xidmətinin məlumatına görə, 2007-ci ildə Rusiyada işləmək üçün müraciət edənlərin sayı 2,3 milyon nəfər olub. Qeyri-leqal miqrantların sayı isə təxminən 10-15 milyon nəfər təşkil edib. 2007-ci ildə qeyri-leqal çalışan miqrantlardan 3 milyad rubl cərimə tutulub. /ANS TV/ -
01-04-2008, 11:35 PMisi-85Dünya bazarlarında qızılın qiyməti rekord həddə çatıb
Bundan əvvəlki rekord göstərici isə 1980-ci il yanvarın 21-də qeydə alınıb
Bu gün dünya bazarında qızılın qiyməti son 28 ildə ən yüksək həddə çatıb. Blumberq agentliyinin məlumatına görə, Nyu-York birjasında qızılın unsiyası və ya 31 qramı 872 dollar olub. Başqa sözlə qızılın unsiyası 28 dolları keçib.
Xatırladaq ki, tarixdə qızılın rekord qiyməti 1980-ci ilin yanvarın 21-də qeydə alınıb. O vaxt qızılın unsiyası 875 dollara satılmışdı. -
01-04-2008, 11:46 PMisi-85Britni Spirs xəstəxanaya düşüb
Hadisə yerinə polislə bərabər, yanğınsöndürən və həkimlər də çağırılıb
Pop ulduzu Britni Spirs bu gün təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, keçmiş həyat yoldaşı Kevin Federlaynla övladlarına himayəlik etmək üstündə dalaşıb. Britni Spirsin Los-Ancelesdəki evə 6 polis maşını, yanğınsöndürənlən və həkimlər göndərilib.
Polis əməkdaşları hadisə yerinə çatdıqdan 1,5 saat sonra həkimlər çağırılıb. Polisdən verilən məlumata görə, onlar qalmaqalı sülh yolu il məhkəmə qərarına uyğun şəkildə yoluna qoymağa çalışıblar.
Britni Spirs və keçmiş həyat yoldaşı Kevin Federlayn iki oğullarına himayəçilik uğrunda mübarizə aparırlar. Onlar 2004-cü ilin oktyabrında evləniblər və ötən ilin iyulunda ayrılıblar. Qeyd edək ki, məhkəmə qərarı ilə uşaqları Kevin Federlayn böyütməlidir. Britni Spirs isə yalnız müəyyən məhdudiyyətlərlə onlara baş çəkə bilər. Məhkəmə qadın müğənninin vaxtaşırı narkotik yoxlamasında keçirilməsi barədə də qərar qəbul edib. -
01-05-2008, 10:33 PMisi-85Azərbaycan yenidən qızıl istehsalına başlayacaq
Qiymətli metal istehsalına başlamaq üçün beynəlxalq mədən əməliyyat şirkətinin 30 milyon dollar sərmayə yatıracağı gözlənilir
Azərbaycanın mədənlərində qızıl istehsalı yenidən başlayacaq. Azərbaycan beynəlxalq mədən əməliyyat şirkətindən verilən məlumata görə, yataqdakı hər bir ton suxurun emalından 1-2 qram qızıl alınacaq. Artıq bu ildən Gədəbəydə tikiləcək ilk zavodda qızıl istehsalına başlanacağı nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş inkişaf proqramına uyğun olaraq, bu zavodda ildə 75 min unsiya və ya 2 ton 348 kiloqram qızıl emalı proqnozlaşdırılır.
Qiymətli metal istehsalına başlamaq üçün beynəlxalq mədən əməliyyat şirkətinin 30 milyon dollar sərmayə yatıracağı gözlənilir. İndiyə qədər aparılmış kəşfiyyat işlərinə isə təqribən 40 milyon dollar xərclənib. Şirkətin Tovuzdakı qoşa yatağında apardığı kəşfiyyat işlərinin nəticələri də ürəkaçandır. Belə ki, bu yataqda da hər tonda 1-2 qram qızılın olduğu müəyyənləşib.
Amma Naxçıvandakı yataqlarda qızıl ehtiyatı az olduğundan orada emal işlərinə başlamaq iqtisadi cəhətdən səmərəli sayılmır. Odur ki, şirkət hələlik Gədəbəy və Tovuz rayonlarında hasilata başlamaq niyyətindədir. Bununla yanaşı digər yataqlarda kəşfiyyat işləri davam etdiriləcək. Şirkətin balansına verilmiş yataqlarda 1,2 milyon unsiya qızılın olduğu bildirilir.
Ümumilikdə, indiyə qədər ölkə ərazisində 10 qızıl yatağı kəşf olunub. Bu yataqların bir neçəsi işğal altında olan Kəlbəcər və Zəngilan rayonlarında yerləşir. Qeyd edək ki, keçmiş "Azərqızıl" dövlət şirkəti ilə Birləşmiş Ştatların “Rv investment” şirkətlər qrupu arasında Gədəbəy və Ordubad rayonları ərazisində yerləşən qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb. 90-ci illərin sonu və 2000-ci illərin əvvəllərində dünya bazarlarında bu metalın qiyməti indikindən 2 dəfədən çox ucuz olduğundan, yataqların işlənməsi kommersiya cəhətdən səmərli sayılmırdı. /ANS TV/ -
01-05-2008, 11:26 PMisi-85QIZIL QLOBUS» MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ TƏXİRƏ SALINA BİLƏR
Hollivudda «Qızıl qlobus» mükafatının 65-ci təqdimetmə mərasiminin təxirə salınacağı gözlənilir. Buna səbəb aktylorların baykot elan etməsidir. Artıq 3 aydır ki, tətil keçirən ssenari müəllifləri ilə həmrəylik nümayiş etdirən aktyorlar, mərasim zamanı incəsənət adamlarının zala daxil olmasına imkan verməyəcəklərini bildirir. «Oskar» mükafatına hazırlıq məqsədi daşıyan təqdimetmə mərasimi yanvarın 13-də keçirilməlidir.
-
01-05-2008, 11:42 PMisi-85CAVAD XAN GƏNCƏDƏ ANILIB
Azərbaycanın azadlıq mübarizəsi tarixində Cavad xanın xüsusi yeri var. Gəncəlilər hər il olduğu kimi bü il də ənənəyə sadiq qalaraq, yanvarın 4-ü Gəncə xanının xatirəsini anıblar. Cavad xanın məqbərəsi önünə çiçək dəstələri qoyan tədbir iştirakçıları bildiriblər ki, Cavad xanın ruslarla savaşı Azərbaycanda və Qafqasda müstəmləkiçilik siyasətinə qarşı mübarizənin başlanğıcı olub. Belə ki, 1804-cü il yanvarın 4-də Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı döyüşən Cavad xana Qarabağ, Şəki xanları, ləzgi şamxalları və Gürcü şahzadəsi Aleksandr da birgə mübarizə aparacaqlarına söz versə də son anda Gəncə xanı tək qalıb. Gəncəlilər Rusiyaya qarşı 1 aydan çox mübarizə aparsa da Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi kimi qəhrəmancasına həlak olub.
-
01-06-2008, 11:24 AMSahin26TÜRK MİLLETİNİN BAŞI SAĞOLSUN (AZERİ ASKERİ, A.I.D.S MİKROBU BİR ERMENİ TARAFINDAN ŞEHİT EDİLDİ)
''Ermeni güçleri bir Azeri askeri şehit etti (05.ocak2008)(Milliyet gazetesinden)
Önemli bölümü Azerbaycan’ın Ermeni işgali altındaki topraklarında bulunan cephe hattında Ermeni güçlerinin ateşkes ihlali sonucu bir Azeri asker şehit oldu.
Yerel haber kaynaklarına göre, Ağdam bölgesinde önceki gece meydana gelen ateşkes ihlali sırasında 19 yaşındaki er Çınar Aliyev, başından aldığı isabet sonucu hayatını kaybetti.
Öte yandan Azerbaycan Savunma Bakanlığı, son 3 gün içinde Ermeni güçlerinin, cephe hattının Berd, Tovuz, Terter, Fuzuli, Ağdam, Hocavend ve Goranboy bölgelerinde çoğu gece saatlerinde olmak üzere 10’a yakın ateşkes ihlalinde bulunduğunu bildirdi.
Ateşkes ihlallerinin karşı ateş açılarak sona erdirildiği kaydedildi.
Ermenistan’ın toprak talebiyle iki ülke arasında başlayan çatışmalara 1994 yılında imzalanan ateşkes anlaşmasıyla ara verilirken, Yukarı
Karabağ ve çevresindeki 7 bölgede Ermeni işgali halen devam ediyor.''
HEPİMİZİN BAŞI SAĞ OLSUN.BU MİKROP BİR GÜN KIRILACAK VE KARABAĞ ÖZGÜRLÜĞÜNE KAVUŞACAK.KİMSENİN ŞÜPHESİ OLMASIN. -
01-06-2008, 11:47 PMisi-85Havanın pisləşməsi yolların buz bağlamasına səbəb olacaq
Yağıntılı və küləkli hava şəraiti nəticəsində yolların buz bağlamasına səbəb olacaq
Bu gün səhər saat 07:30-dan başlayaraq respublika ərazisində və paytaxt Bakıda hava şəraiti yenidən pisləşib və qar yağışı kəskinləşib. Milli Hidrometrologiya Departamentindən ANS-PRESS-ə verilən məlumata görə, bu cür hava şəraiti yanvarın 7-dək davam edəcək.
Həmçinin Xəzər dənizində də havanın temperaturu aşağı enərək 1-3 dərəcəyə çatacaq. Ümumilikdə respublika ərazisində sulu qar və qar yacağaq. Yağıntıların daha çox dağlıq ərazilərə düşəcəyi proqnozlaşdırılır. Yağıntılı və küləkli hava şəraiti nəticəsində yolların buz bağlamasına səbəb olacaq. Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsini sürücülərin diqqətinə çatdırır. Tövsiyyədə nəqliyyat vasitələrinin qış şinləri ilə təchiz edilməsi, avtomobilin salon qızdırıcısının işlək vəziyyətdə olması, zəruri hallarda sürüşməyə qarşı zəncirlərdən və görməni asanlaşdırmaq üçün yaxın işıqlardan istifadə edilməsi bildirilir. -
01-06-2008, 11:57 PMisi-85Şahmatçımız İtaliyada təşkil olunmuş ənənəvi şahmat turnirinin 7-ci turunda qalib gəlib
Teymur Rəcəbov isə Ukraynada start götürmüş şahmatın blits növü üzrə 2-ci dünya kubokuna uğurla başlayıb
Azərbaycan şahmatçısı Vüqar Həşimov İtaliyada təşkil olunmuş ənənəvi şahmat turnirinin 7-ci turunda hollandiyalı Sergey Tivyakovu məğlub edib. Hazırda aktivində 4 xal yarımı olan Həşimov liderlər qrupundadır. Turnirin başa çatmasına 2 tur qalıb.
Nicat Məmmədov isə İngiltərədə təşkil olunmuş turnirdə vahid liderliyə yüksəlib. 8 turdan sonra onun aktivində 6 xal yarım var.
Digər zəka sahibimiz Teymur Rəcəbov isə Ukraynanın Odessa şəhərində start götürmüş şahmatın blits növü üzrə 2-ci dünya kubokuna uğurla başlayıb. Azərisport.kom saytının verdiyi məlumata görə, həmyerlimiz turnirin 1/8 final mərhələsində meydan sahibi Yuri Drozdovski üzərində 1,5 - 0,5 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində həmyerlimiz, ilk olaraq adını 1/4 finalçılar sırasına yazmaqla yarışın baş mükafatı uğrunda mübarizəni davam etdirmiş olub. Bu turnirdə özünün potensial rəqibləri ilə müqayisədə Teymur Rəcəbov istirahət etmək imkanı qazanacaq, çünki 1/8 final mərhələsinin qalan oyunları bu gün keçiriləcək.
Xatırladaq ki, dünya kubokunun hazırkI qalibi macar şahmatçı Peter Lekodur. Onu da əlavə edək ki, klassik şahmat üzrə dünya kuboku yarışlarında Teymur Rəcəbov yarımfinalda ukrayna şahmatçısı Vasili İvançuka məğlub olmuşdu. -
01-07-2008, 12:02 AMfidan494
eşitdim ki Bakıya qar yağıb ::aze::
-
01-07-2008, 11:44 PMisi-85Havanın pisləşməsi ilə əlaqədar Azərbaycanın bütün orta məktəblərində qış tətili 3 gün uzadılıb
Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar respublikanın bütün orta ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində tədris yanvarın 10-dək müvəqqəti dayandırılıb.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə «APA-ECONOMICS»ə bildirib ki, bununla əqaədar təhsil naziri Misir Mərdanov müvafiq əmr imzalayıb. Belə ki, havaların kəskin soyuması ilə əlaqədar respublikadakı orta ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində yanvarın 7-9-da tədris olmayacaq. Bu əmr ali və orta ixtisas təhsil müəssisələrinə şamil edilmir.
Qeyd edək ki, məktəblərdə qış tətili dekabrın 30-da başlayıb. Hazırda Azərbaycanda 4500-ə yaxın orta məktəb, 1760 məktəbəqədər təhsil müəssisəsi var. /APA-ECONOMICS/ -
01-08-2008, 12:52 AMisi-85«TRT-də erməni dilində xəbərlər proqramı efirə gedən ərəfədə Azərbaycanda yayımı dayandırılmayacaq»
«TRT-də erməni dilində xəbərlər proqramı efirə gedən ərəfədə Azərbaycanda yayımı dayandırılmayacaq»
Xəzər İbrahim əmindir ki, TRT rəhbərliyinin yeni layihəsi Azərbaycan-Türkiyə münasibətlərinə təsir etməyəcək
Türkiyənin TRT kanalında erməni dilində xəbərlər proqramı efirə gedən ərəfədə Azərbaycanda yayımı dayandırılmayacaq. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Teleradio Şurası sədrinin köməkçisi Mehdi Məmmədov deyib. Onun sözlərinə görə, sözügedən verlişlərin efirə verilməsi zamanı da TRT-nin ölkəmizdə yayımına heç bir mane qoyulmayacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə əmindir ki, TRT rəhbərliyinin yeni layihəsi Azərbaycan-Türkiyə münasibətlərinə təsir etməyəcək. «Öyrənmək lazımdır ki, verilişlər hansı səpkili olacaq. Amma onu da deyim ki, bu günə qədər TRT-də Azərbaycan əleyhinə heç bir veriliş olmayıb. Bundan sonra da olacağına inanmıram. Ümidvaram ki, bu veriliş əsasən Ermənistan əhalisinin doğru və düzgün məlumatlandırılmasına xidmət edəcək», - deyə Xəzər İbrahim bildirib./ANS PRESS/
