Üç gün xəstəxanada yatan sənətkar yanvarın 13-də, ömrünun 90-cı ilində dünyasını dəyisib
Bu gün Azərbaycanın xalq artisti Mirzə Babayevin vəfatından 5 il keçir. Üç gün xəstəxanada yatan görkəmli sənətkar yanvarın 13-də, ömrünun 90-cı ilində dünyasını dəyisib.
M.Babayev 1913-cü il iyulun 16-da Bakıda doğulub. Azərbaycan Neft-Kimya İnstitutunun memarlıq fakultəsini, sonra isə Musiqi Akademiyasını bitirib. Uzun illər memar işləyən dahi sənətkar Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu və başqa bəstəkarlarla yaradıcılıq əməkdaşlığı edib. M.Babayev heyranlarının xatirində bir çox filmlərdə epizodik rolların, gözəl mahnıların məşhur ifaçısı, Azərbaycan estradasının əsasını qoyanlardan biri kimi qalıb. 20-dən artıq filmdə obraz yaradıb. "Dərviş Parisi partladır", "26-lar", 'Sevil', 'Yenilməz batalyon ' və onlarla digər filmlərdə aktyor yadda qalan, gozəl obrazlara ekran həyatı verib./ANSPRESS/
Son xeberler
Printable View
-
01-14-2008, 12:52 PMFarik-90Bu gün Azərbaycanın xalq artisti Mirzə Babayevin vəfatından 5 il keçir
-
01-14-2008, 12:52 PMFarik-90«KAMAZ» satış üçün nəzərdə tutulmuş 6 maşını əzib
Əzilmiş maşınların sahiblərinə təxminən 100 000 manat ziyan dəyib
Binəqədi rayonu ərazisində «KAMAZ» markalı yük maşını Ziya Bünyadov küçəsi 1A saylı binanın qarşısında satış üçün nəzərdə tutulmuş 6 avtomaşını əzib. Məlumatı ANSPRESS-ə hadisə yerində avtomobil satışı ilə məşğul olan Cavid Əhədov verib. Onun sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Satıcılar işə gələndə maşınların artıq əzildiyinin şahidi olub. Cavid Əhədov bildirib ki, əzilən maşınlardan 5-i Avropa istehsalıdır və təzədir. Digər maşın isə işlənmiş VAZ-2108-dir. Bundan başqa, qəza törədən «KAMAZ» avtomobil satışı və təmiri ilə məşğul olan «Böyük həyat» şirkətinin binasına da ziyan vurub. Şirkət rəhbərliyinin hesablamalarına görə, əzilmiş maşınların dəyəri 100 000 manata yaxındır. Binaya isə təxminən 30 min manat ziyan dəyib.
Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin növbətçi hissəsindən ANSPRESS-ə bildiriblər ki, onlarda hələlik bu barədə məlumat yoxdur. /ANSPRESS/ -
01-14-2008, 12:53 PMFarik-90Azərreyl voleybol klubu beynəlxalq turnirin qalibi olub
Bakılılar bu titulu Qubada qazanıblar
Qadınlardan ibarət Azərreyl voleybol klubu Qış-2008 beynəlxalq turnirin qalibi olub. Yarışların startı Bakıda verilsə də, sonradan təşkilatçılar turniri Qubada davam etdirmək qərarına gəliblər. Yarışların finalında Azərbaycanın Azərreyl klubu dünyanın ən səviyyəli klublarından biri Uraloçka ilə qarşılaşıb. Rəqibini 3 torda məğlub etmiş Azərreyl Qış-2008 turnirinin qalibi adını qazanıb. Fəxri kürsünün 3-cü pilləsini isə Rabitəçi klubu qalxıb. /ANS TV/ -
01-14-2008, 12:54 PMFarik-9018 yaşlı gənc özünü asıb
Cəlilabad rayonunun Sabirabad kəndində intihar edən Asif Mətləb oğlu Əliyevin ruhi xəstə olduğu bildirilir
Cəlilabad rayonunun Sabirabad kəndində intihar hadisəsi baş verib. 18 yaşlı kənd sakini Əliyev Asif Mətləb oğlu özünü həyətlərindəki mal tövləsində kəndirlə asıb. Kənd sakinlərinin sözlərinə görə, Asif Əliyev ruhi xəstədir və onun xəstəliyini vaxtilə tibbi komissiya da təsdiqləyib. Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Hadisə ilə əlaqədar Cəlilabad rayon prokurorluğunun əməkdaşları Sabirabad kəndində olublar və mərhumun cəsədi məhkəmə-tibb ekspretizasından keçirilməsi üçün rayon mərkəzinə aparılıb. Mərkəzdən ANSPRESS-in bölgə müxbirinə verilən məlumata görə, xəstənin daxili və xarici müayinəsindən sonra intiharın səbəbləri daha dəqiq müəyyənləşdiriləcək. Faktla bağlı rayon prokurorluğundə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, Asif Əliyev anası, iki qardaşı və bir bacısı ilə eyni evdə yaşayırmış. O, özünü gecədən assa da, ailə üzvləri bu barədə yalnız səhər tezdən xəbər tutublar. /ANSPRESS/ -
01-14-2008, 12:55 PMFarik-90Qarlı və şaxtalı hava şərati sabahdan etibarən nisbətən mülayimləşəcək
Paytaxtda hava yağmursuz zəif buludlu olacaq, temperatur 2-5 dərəcəyə qədər yüksələcək
Qarlı və şaxtalı hava şərati sabahdan etibarən nisbətən mülayimləşəcək. Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Umayra Tağıyevanın ANS-ə verdiyi məlumata görə, sabahdan paytaxtda hava yağmursuz, zəif buludlu olacaq. Temperatur 2-5 dərəcəyə qədər yüksələcək. Bu gün isə paytaxtda temperatur 0 -2 dərəcə arasında dəyişəcək.
Bu gecə isə paytaxtda 3-4 dərəcə şaxta gözlənilir. Cənub rayonlarında isə zəif qar müşahidə ediləcək, temperatur -3 -7 dərəcə olacaq. Dağlıq rayonlarda isə 14 -17 dərəcə şaxta olacaq. /ANSPRESS/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS -
01-14-2008, 12:55 PMFarik-90Teymur Rəcəbov dünya şöhrətli Vişvanatan Anandı məğlub edib
Dünya çempionu ağ fiqurlarla oynamış qrossmeysterimizə 22-ci gedişdə təslim olub
Şahmatçımız Teymur Rəcəbov Hollandiyada təşkil olunmuş Korus superturnirinin ilk turunda hindistanlı, dünya şöhrətli Vişvanatan Anandı məğlub edib. Hazırkı dünya çempionu ağ fiqurlarla oynamış qrossmeysterimizə 22-ci gedişdə təslim olub. Təəssüf ki, turnirdə ölkəmizi təmsil edən digər şahmatçı Şəhriyar Məmmədyarov yarışa məğlubiyyətlə başlayıb. O, norveçli Maqnus Karlsenə uduzub.
Qeyd edək ki, bu gün Teymur Rəcəbov Vladimir Kramniklə, Səhriyar Məmmədyarov isə Vişvanatan Anandla qarşılaşacaq./ANS TV/ -
01-14-2008, 12:56 PMFarik-90Güləşçimizin bürünc medalı gümüşlə əvəzlənib
Səbəb Qara Dəniz Oyunlarının qızıl medalını qazanmış rusiyalı güləşçinin qanında dopinq tapılmasıdır
Birinci Qara Dəniz Oyunlarının bürünc mükafatını qazanmış güləşçimiz Orxan Paşayevin medalı gümüşlə əvəzlənib. Buna səbəb Rusiya güləşçisinin qanında dopinq tapılmasıdır. Belə ki, dopinq test 54 kq çəki dərəcəsində oyunların qızıl medalını qazanmış rusiyalı Yunan-roma güləşçisi Alan Zakayevin qanında qəbulu qadağan olunmuş preparat tapıb. Nəticədə Zakayev 2 il müddətinə yarışlardan kənarlaşdırılıb, qızıl medalı isə əlindən alınaraq ikinci olmuş güləşçiyə verilib. /ANS TV/ -
01-14-2008, 12:57 PMFarik-90Həftə ərzində İran istehsalı olan qaz sobalarından 50 insan zəhərlənib
Havaların soyuq keçməsi dəm qazından zəhərlənənlərin sayını artırıb
Bir həftə ərzində İran istehsalı olan qaz sobalarından 50-yə yaxın insan zəhərlənib. Xətai rayon 2 saylı Əfəndiyev adına xəstəxananın toksikologiya söbəsinin mudiri Azər Maqsudovun sözlərinə gorə, hazırda xəstəxanaya təkcə Bakı şəhər sakinləri deyil, regionlardan gələn xəstələr də muraciət ediblər: «Havaların soyuq keçməsi dəm qazından zəhərlənənlərin sayını artırıb. Gündəlik 5-10 nəfər müraciət edir. Demək olar ki, müraciət edənlərin yarısı orta ve ağır vəziyyətdədir».
Faktla əlaqədar İqtisadi İnkisaf Nazirliyi yanında istehlak bazarına nəzarət üzrə dövlət xidmətinin rəisi Xaliq Məmmədov rəsmi olaraq bildirib ki, artıq bir necə gündür ki, İran istehsalı olan qaz sobalarinin keyfiyyəti ilə bağli hüquq-mühafizə orqanlarından müraciətlər daxil olub. Onların keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinqlər aparılır. Xidmət rəisi kecirilən monitorinqlərin nəticəsində həmin sobaların texniki keyfiyyətində problem aşkarlandığını da bildirib: «Paytaxda apardığımız müşahidələr nəticəsində isə aydın olub ki, artıq bir necə gündür mağazalarda bu cür sobaların satışı dayandırılıb».
Qeyd edək ki, bu gün səhər saatlarında Xətai rayon General Şıxlinski küçəsi 44 saylı binanın qarşısında yearləşən kafedə də iki nəfər şəxsin dəm qazından zəhərləndiyi qeydə alınıb, 1 nəfər ölüb, digəri isə şok vəziyyətində 2 saylı Əfəndiyev adına xəstəxanaya çatdırılıb. /ANS TV/ -
01-14-2008, 12:58 PMFarik-90Azərbaycanlı əmanətçilər bu il də sovet banklarında qalan pullarını ala bilməyəcəklər
Samir Şərifov: "Büdcənin müzakirələri zamanı əmanətlərin qaytarılması nəzərdə tutulmayıb"
Azərbaycanlı əmanətçilər bu il də sovet banklarında qalan pullarını ala bilməyəcəklər. 2008-ci ilin dövlət büdcəsində bununla bağlı vəsait nəzərdə tutulmayıb.
Maliyyə naziri Samir Şərifov büdcənin müzakirələri zamanı əmanətlərin qaytarılması yollarının hələ də hökumətdə araşdırıldığını deyib: «Hələ bununla bağlı müzakirələr aparılr».
Ekspert Vahid Əhmədov isə bu qənaətdədir ki, əmanətləri qaytarmaq üçün Azərbaycanın imkanı artıq əmanətləri qaytarmağa başlayan Ukraynadan qat-qat çoxdur: «Sadəcə hökumət inflyasiya riskindən çəkindiyndən ildən-ilə bu məsələni təxirə salınır. Bunu qiymətli kağızlar şəklində verə bilərik və ya insanların bu vəsait hesabına kommunal borcları da ödənilə bilər».
Artıq Milli Məclisin spikeri Oqtay Əsədovun təklifi ilə məsələ ilə bağlı xüsusi işçi qrup yaradılıb. Vahid Əhəmədov yaxın günlərdə işçi qrpun üzvlərinin hökumət nümayəndələri ilə danışıqlara başlayacağını və əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsinin hazırlanacağını bildirib. Onun sözlərinə görə, qanun layihəsi 2008-ci ilin sonuna qədər Milli Məclisdə qəbul olunacaq.
Xatırladaq ki, sovet banklarında pulları qalan azərbaycanlı əmanətçilərin sayı 1 milyon 986 min 104 nəfərdir. Sovet banklarında qalan azərbaycanlılara məxsus əmanətlərin həcmi isə 48 milyard rubldur. /ANS TV/ -
01-14-2008, 01:00 PMFarik-90Ötən il xaricdən Azərbaycana işləməyə gələnlərin sayı 35 faiz artıb
Füzuli Ələkbərov: "Elə etmək lazımdır ki, sahibkarlar xaricilərə yox, yerli işçilərə maraq göstərsinlər"
Ötən il xaricdən Azərbaycana işləməyə gələnlərin sayı 35 faiz artıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
O deyib ki, 2008-ci ildə xarici miqrantların sayı 1800 nəfər olub. Onun sözlərinə görə, indiyədək xariciləri işə götürmək üçün razılığa görə sahibkarlar 44 manat ödəyirdilər. Bu isə sahibkarlara imkan verirdi ki, xaricdən ucuz işçi qüvvəsi cəlb etsinlər. İndi icazənin qiymətinin artırılması barədə təkliflər hazırlanır. Nazirlikdə deyirlər ki, bu, o qədər yüksək olmalıdır ki, sahibkarlar xaricilərə deyil, yerli işçilərə maraq göstərsinlər. /ANS TV/ -
01-14-2008, 01:01 PMFarik-90İradə İbrahimova ATV-nin "qara" siyahısına düşüb
Buna səbəb, müğənninin çəkiliş üstündə müəllimi Əmrahla mübahisə etməsi və oranı tərk etməsi olub
İradə İbrahimovanın müəllimi Teymur Əmrahla sözləri çəp gəlib. Hazırda müğənnilər arasında soyuq müharibə gedir. Hadisə ATV kanalında yayımlanan "106 Hause" verilişinin çəkilişlərində baş verib. "İstiot"-un xəbərinə görə, çəkilişə vaxtında gələn İradə üç saatdan artıq növbəsini gözləməli olub. Onun yerinə Teymur Əmrah çıxış etmək istəyəndə müğənnilər arasında fikir ayrılığı yaranıb. İradə tələsdiyindən, çıxış etmədən çəkiliş meydanını tərk edib. Bu addımıyla Teymur Əmrahla münasibətlərini pozmaqla yanaşı, İradə ATV-nin qara siyahısına düşüb. Müğənninin mahnılarının 106 FM və 106.3 radiostansiyalarında yayımı dayandırılıb. Klipləri efirə verilməyən İradə ATV-nin proqramlarına da dəvət olunmur./ANS PRESS/ -
01-17-2008, 12:49 AMisi-85Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi namizəd-şəhərlərdən biri seçilib
Bakı 2016-cı il olimpiya oyunlarının keçiriləcəyi namizəd-şəhərlərdən biri seçilib
2009-cu il oktyabrın 2-də isə Kopenhagendə olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq
Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə olimpiya oyunlarının keçirilməsinə namizəd olan şəhərlərin adlarını açıqlayıb. Bakı (Azərbaycan), Dakka (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-do-Janeyro (Brazilya), Çikaqo (Amerika), və Tokio (Yaponiya) 7 namizəd şəhərlər sırasına daxil edilib.
Bundan sonrakı mərhələdə isə Beynəlxalq Olimpiya Komitəsi bu şəhərlərdə olimpiya oyunlarının keçirlməsi ilə bağlı imkanları araşdıracaq. Apraşdırmaların yekunu olaraq bu ilin iyununda beş finalist şəhər təsdiqlənəcək. 2009-cu il oktyabrın 2-də isə Kopenhagendə 2016-cı il qış olimpiya oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq.
Xatırladaq ki, Moskva istisna olunmaqla (1980-ci il) hələlik keçmiş sovetlərin, o cümlədən Şərqi Avropa, Yaxın Şərq və Cənubi Amerikanın heç bir şəhərində olimpiya oyunları keçirilməyib./ANS PRESS/ -
01-17-2008, 01:21 AMisi-85Google insanların beyin fəaliyyətini zəiflədir
Google insanların beyin fəaliyyətini zəiflədir
Yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər”
İngiltərənin “Brighton” universitetinin akademiki Tara Brabazon, quql (Google) axtarış sisteminin insan beyninə mənfi təsir göstərdiyini iddia edib. Brabazonun apardığı araşdırmalar nəticəsində məlum olub ki, yeni gələn nəslin nümayəndələri bir məlumatı öyrənmək üçün heç bir araşdırma aparmır, hər şeyi quqldan öyrənirlər.
Bu zaman onlar məlumatın hardan gəldiyinji bilmədən və üzərində düşünmədən istifadə edirlər. Bu isə öz növbəsində onların beyin fəaliyyətlərinin və düşüncə qabiliyyətlərinin zəifləməsi ilə nəticələnir. Mətbuat mütəxəssisi olan Brabazon bu sahədə apardığı araşdırmaların nəticələri ilə bütün tələbələri, müəllimləri, akademikləri tanış edəcəyini və onlara quqldan istifadə etməmək üçün xəbərdarlıq edəcəyini bildirib.
Qeyd edək ki, Brabzon hələ bir neçə il bundan əvvəl öz tələbələrinə quql və vikipediyadan istifadə etməyi qadağan edib. /ANS PRESS/ -
01-17-2008, 01:26 AMisi-85Britni Spirs müsəlman olmağa qərar verib
Britni Spirs müsəlman olmağa qərar verib
Müğənninin ərəb əsilli paparatsi sevgilisinin istəyi ilə dinini dəyişəcəyi bildirilir
Amerikalı Pop müğənni Britni Spirs müsəlman olmağa qərar verib. Müğənninin yarıçılpaq şəkillərini çəkmək üçün çalışan ərəb əsilli paparatsi Adnan onu müsəlman etməyə çalışır.
İki uşağını görmə haqqını pis vərdişləri üzündən itirən və hazırda uşaqları keçmiş əri ilə qalan Britninin Adnan Galib Bragged ile evlənəcəyi və Adnanın istəyi ilə müsəlman olacağı iddia edilir. 26 yaşlı Britni dostlarına 35 yaşlı Adnanı çox sevdiyini və onun üçün dinini dəyişəcəyini söyləyib. Müğənni ilə il yarım birlikdə olan Adnanın isə sadəcə pula görə onunla yaşadığı söylənilir. Adnan iki il əvvəl yaxın çevrəsinə bir Hollivud ulduzunun qəlbini çalmağı planlaşdırdığını və gələcəyini quracağını söylədiyi deyilir. /ANS PRESS/ -
01-17-2008, 01:33 AMisi-85Aşura ilə əlaqədar Göy Məsciddə toplantı keçirilib
Aşura ilə əlaqədar Göy Məsciddə toplantı keçirilib
Hacı Allahşükür Paşazadənin sözlərinə görə, bir çox məscidlərdə qanvermə aksiyası keçiriləcək
Aşura Məhərrəm ayının 10-cu günü İmam Hüseynin qətlə yetirildiyi tarixin qeyd olunması ilə əlaqədar bu gün Göy Məsciddə toplantı keçirilib. Məscidlərin axundlarının toplaşdığı mərasimdə Kərbəla faciəsinin təşkili ilə bağlı tapşırıq və tövsiyyələr verilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva çatdırılıb. Bu il Aşuranın yanvarın 19-a, 1990-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin anıldığı günlərə təsadüf etdiyindən, bu günlərdə Kərbəla şəhidləri ilə yanaşı, 20 yanvar faciəsi və Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilir.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Təzə Pir, Göy Məscid, Bibiheybət də daxil olmaqla, bir çox məscidlərdə qan vermə aksiyası keçiriləcək. Şeyx bu kampaniyanın bütün rayonlarda yerli icra strukturları ilə birgə təşkil olunmasını tövsiyyə edib. Qazilər Şurasının fitvasında təziyyə günləri dindarlara Aşura mərasimlərinin yalnız məscidlərdə, ibadət ocaqlarında keçirilməsi, matəmin mahiyyətini dərk etməyən azyaşlıların burada iştirakının məqbul sayılmadığı, qan çıxarmaqla özlərinə xəsarət yetirməmək tövsiyyə olunur. /ANS TV/ -
01-21-2008, 11:49 AMFarik-90FHN əhaliyə xəbərdarlıq edib
Nazirlik vətəndaşlara standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə etməməyi tövsiyə edir
Fövqəladə Hallar Nazirliyi dəm qazından zəhərlənmə hallarının son vaxtlar artması ilə əlaqədar xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, son vaxtlar respublika əhalisi arasında dəm qazından zəhərlənmə və ölüm halları çoxalıb. Araşdırmalar göstərir ki, dəm qazından zəhərlənmələrə qazla işləyən standartlara uyğun olmayan qızdırıcı cihazlardan istifadə olunması, bəzən isə vətəndaşların belə hallara laqeyd yanaşması, texniki qaydalara əməl etməməsi səbəb olur. Bütün bunları nəzərə alaraq, nazirlik vətəndaşlara tövsiyə edir ki, standartlara uyğun olmayan qazla işləyən qızdırıcı cihazlardan istifadə etməsinlər. /ANS TV/ -
01-21-2008, 11:50 AMFarik-90Aygün Kazımova doğum gününü telekanalların birində canlı yayımda keçirəcək
Müğənninin ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq
Aygün Kazımova yanvarın 26-da 37 yaşını qeyd edəcək. Bu dəfə müğənni doğum gününü fərqli tərzdə - yerli telekanalların birində canlı yayımda keçirəcək. Bu barədə «İstiot»a eksklüziv məlumat daxil olub. Məlumatda bildirilir ki, ad günü iki saatdan artıq davam edəcək və marafon şəklində olacaq. Tədbirdə uşaq və qocalar evi üçün vəsait toplanacaq. Tədbir boyu hesab nömrəsi efirdə nümayiş olunacaq. Proqramda xüsusi süjetlər də efirə gedəcək.
Aygünü həmin gün sənət dostları darıxmağa qoymayacaq. Proqramda Faiq Ağayev, Xumar Qədimova, Namiq Qaraçuxurlu və digərləri çıxış edəcək. Aygünə ən böyük hədiyyəni qızı İlqarə hazırlayır. Həmin gün məxsusi olaraq anası üçün mahnı ifa edəcək İlqarə konsert proqramını açacaq. Hazırda imici üzərində ciddi işlər görən Aygün saç düzümündə dəyişikliklər edəcək. Belə ki, yaxın günlərdə Bakıya xaricdən saç ustaları gələcək. Onlar ən yeni üsulla müğənninin görkəmində fərqli dəyişikliklər edəcəklər. Aygünün ad günündə geyinəcəyi paltarı da hazırlanmaqdadır. Qısa paltar şəhərimizin ən bahalı atelyelərindən birində tikilir. Çox güman ki, Aygün Kazımovanın ad günündə onun yaxın dostu, Rusiyada yaşayan həmyerlimiz modelyer Aslan da iştirak edəcək. /ANS PRESS/ -
01-21-2008, 11:51 AMFarik-90Bu gün paytaxtın bəzi məscidlərində qanvermə aksiyası keçirilib
Şeyxülislam Hacı Allahşükür Paşazadə də bu gün qanvermə aksiyasında iştirak edib
Bu gün Aşura günüdür. Bu gün Kərbəla şəhidləri ilə yanaşı və 20 Yanvar və Qarabağ şəhidləri də yad edilir. Hazırda "Təzəpir", "Göy məscid", "Bibiheybət" də daxil olmaqla bir çox məscidlərdə talasemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının bununla əlaqədar verdiyi fitvada deyilir ki, bu günlərdə ehtiyacı olanlara qan verilməsi ən münasib təziyədarlıqdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadə və QİM-in nümayəndələri də bu gün qanvermə aksiyasında iştirak ediblər. Şeyxülislam jurnalistlərə açıqlamasında bildirib ki, bu gün qan verən müsəlman hər hansı bir insanı xilas etməklə Allah qarşısında savab qazanır və axirətini təmin edir. O, bütün vətəndaşları qanvermə aksiyasına qoşulmağa çağırıb.
“İstərdim ki, həm 20 Yanvarda, həm də Qarabağda şəhid olanlara Allah rəhmət eləsin. Allah "Quran"da da, hədislərdə də buyurub ki, bir insana həyat vermək cənnəti qazanmaq kimidir. İmam Hüseyn (ə) nə üçün şəhid oldu? Onun şəhadətində bir həyat vardı. Deyirdi ki, mənim şəhadətimdə həyat var. Əgər biz də bu addımı atarsaq, bir ananın gözyaşı silinərsə, bununla onun ehtiyacı ödənilərsə, ələbəttə ki, İmam Hüseyn də bundan razı olar”, – deyə bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bildirib. /ANS TV/ -
01-21-2008, 11:52 AMFarik-90Dəvəçidəki 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin təməlqoyma mərasimi olub
8 metr hündürlüyündə olacaq abidə od və göyərçin rəmzlərini əks etdirəcək və 1 il müddətində tikilib istifadəyə veriləcək
20 Yanvar faciəsinin 18-ci ildönümü ərəfəsində Dəvəçidəki Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin təməlqoyma mərasimi olub. Xatirə kompleksinin memarı Nizaməddin Rüstəmov bildirib ki, 8 metr hündürlüyündə olacaq abidə od və göyərçin rəmzlərini əks etdirəcək və 1 il müddətində tikilib istifadəyə veriləcək. /ANS TV/ -
01-21-2008, 11:53 AMFarik-90Kişi şahmatçılar arasında ölkə çempionatının startı verilib
Ölkə çempionatının mükafat fondu 13.000 manatdır
Respublika Şahmat-Dama Mərkəzində kişi şahmatçılar arasında ölkə çempionatının startı verilib. Budəfəki ölkə çempionatında 10 şahmatçı yarışacaq. Mütəxəssislərin fikrincə, qələbəyə əsas namizəd Rauf Məmmədovdur. Nicat Məmmədovun da ən azı ilk üçlükdə qərarlaşacağı proqnozlaşdırılır. Çempionatın iştirakçıları sırasında hazırda Fransada yaşayan Namiq Quliyev də var. Ümumilikdə ölkə çempionatında iştirak edən 10 şahmatçıdan 6-ı qrossmeysterdir.
Ölkə çempionatının mükafat fondu 13.000 manatdır. Birinci yerin sahibi bu fondun böyük hissəsini, yəni 5000 manatını qazanacaq. Şahmat üzrə ölkə çempionatı dairəvi sistemlə keçiriləcək və 9 turdan ibarət olacaq. 2-ci turun görüşləri bazar ertəsi baş tutacaq. /ANS TV/ -
01-21-2008, 11:54 AMFarik-90Bilyard üzrə Bakı çempionatı keçirilir
Həmişəki kimi qruplarda 2 məğlubiyyət almış kiy ustası yarışı tərk edib
Bidyard Federasiyasında bu idman növü üzrə Bakı çempionatı keçirilir. Artıq yarışlarda finalçılar da məlumdur. Bu, idman ustalığına namizəd Vasif Məmmədov və 1-ci dərəcəli idmançı Yəhya Məmmədovdur. Onlar yanvarın 21-də final görüşündə 6 qələbəyədək mübarizə aparacaqlar.
Yanvarın 17-də startı verilmiş Bakı çempionatında 28 bilyard ustası 4 qrupda yarışıb. Həmişəki kimi qruplarda 2 məğlubiyyət almış kiy ustası yarışı tərk edib. Hər qrupda ilk 4 yeri tutmuş bilyardçılar 1/8 finala vəsiqə əldə edib ki, sonradan bu idmançılar mübarizəni olimpiya sistemi ilə davam etdirib. 5 qələbəyə kimi davam etmiş 3 mərhələnin yekununa görə Bakı çempionatının finalında oynamaq hüququnu Vasif və Yəhya Məmmədovlar qazanıb. /ANS TV/ -
01-21-2008, 11:55 AMFarik-90Bu il daşınmaz əmlak bazarında qiymət artımı 40 faiz azalacaq
Bazarda və tikinti sektorunda aktivlik özünü ilin 2-ci yarısında göstərəcək
2008-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı ötən illə müqayisədə 40 faiz az olacaq. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin proqnozlarına görə, qiymətlərin artması ilə paralel satış həcmi azalır. İctimai Birliyin sədri Elman Əsədovun sözlərinə görə, bu il bahalaşma 15-20 faiz arasında dəyişəcək. Bazarda, eləcə də tikinti sektorunda aktivlik özünü ilin 2-ci yarısında göstərəcək. Səbəb kimi ötən ilin avqustunda hündürmərtəbəli binanın uçması göstərilir.
İlin əvvəlindən sementin qiymətini təxminən 5 faiz artması daşınmaz əmlak bazarına ciddi təsir göstərməyəcək. Elman Əsədovun sözlərinə görə, bu bazar özünün ən aktiv dövrünü 2007-ci ildə yaşayıb. Belə ki, ötən il daşınmaz əmlak bazarında qiymət artımı orta hesabla 23,2 faiz təşkil edib. Ən çox bahalaşma ilkin mənzil bazarında, yeni tikililərdə olub (49 faiz).
Yeni tikililərdə qiymət artımı avqustda baş vermiş bina uçmasından sonra səngiyib. Ötən il təkrar bazarda, yəni köhnə yaşayış mənzilləri 21,8, torpaq sahələri 18,5, kommersiya obyektləri 28,6 bahalaşıb. Kirayə haqlarında 5,1, icarə haqlarında isə 12,1 faiz qiymət artımı baş verib. Tikinti materiallar bazarında isə bu rəqəm orta hesabla 16,8 faiz təşkil edib. Artan tələbata baxmayaraq yaşayış və kommersiya obyektləri ilə bağlanan müqavilələrin sayı 2006-cı illə müqayisədə bir qədər azalıb. /ANS TV/ -
01-21-2008, 11:56 AMFarik-90Sabah Şəhidlər Xiyabanı istiqamətində gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar, yol polisi əhalidən şəxsi avtomobildən az istifadə etməyi xahiş edir
20 yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar sabah Şəhidlər Xiyabanı istiqamətinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin içtimayyətlə aləqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS TV-yə verdiyi məlumata görə, sabah səhər saat 8-in yarsından başlayaraq Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, Mehdi Hüseyn küçəsi ilə Teleteatrın binası qarşısından Şəhidlər Xiyabanına aparan yol, Parlament prospekti ilə Müşviq küçəsinin kəsişməsi və Mətbuat prospektinin Milli Məclisin inzibati binasının arxasından keçən hissəsində avtomobillərin hərəkəti ziyarət başa çatana qədər tam məhdudlaşdırılacaq və nəqliyyatın istiqaməti dəyişdiriləcək. Mərasim iştirakçılarının hərəkətini təhlükəsiz, rahat və fasiləsiz təşkil edilməsi məqsədi ilə bu ərazilər və onlara bitişik diqər küçə və yollarda avtomobillər saxlanmaması xahiş olunur. Həmçinin nəqliyyatdan mümkün qədər az istifadə edilməsi xahiş edilir. /ANS TV/ -
01-21-2008, 11:57 AMFarik-90Gəncədə Şəhidlər Xiyabanı yoxdur
Şəhidlərin uyuduğu məzarlıqda isə vəziyyət acınacaqlıdır
Gəncədə hələ də Şəhidlər Xiyabanı yoxdur. Baxmayaraq ki, səkkiz milli qəhrəmanın şəhəri olan Gəncə 1-ci Qarabağ müharibəsində 550 şəhid verib.
Gəncə şəhərindəki şəhidlərlərin uyuduğu məzarlıqda- Gəncənin şəhid qəbiristanlığında isə vəziyyət acınacaqlıdır. 550 Qarabağ şəhidinin uyuduğu xiyabanın indiki vəziyyəti təəssüf doğurur.
Bu məzarlıqda vətən uğrunda canından keçmiş yüzlərlə Gəncə şəhidi uyuyur. Baxımsızlıqdan onların qəbirlərinin əksəriyyəti bərbad vəziyyətə düşüb. 15 il öncə qoyulan löhvədə isə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidənin ucaldılacağı yazılıb. Qəbirlərin bəzisi tamamilə tanınmaz hala düşüb. Hətta bir neçəsinin başdaşları belə yoxdur.
Məzarlıqdakı vəziyyəti məmur mənəviyyatsızlığının nəticəsi adlandıran Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi Gəncə şöbəsinin sədri Almaz Aşurov bunun aradan qaldırılması üçün dəfələrlə aidiyyatı qurumlara mürajiət etdiklərini bildirib.
Qəbiristanlıqlara nəzarət edən Gəncə əhaliyə xidmət şöbəsinin müdiri Ələddin Hüseynov isə bildirib ki, şəhid qəbirləri maliyyə çatışmazlığından baxımsız qalıb: «23 noyabr 2007-ci il tarixdən prezidentimizin sərəncamına əsasən, qəbiristanlıqlar bələdiyyələrə verilir. Yaxın günlərdə Nazirlər Kabinetinin qərarı ilə qəbiristanlıqların hamısı bələdiyyələrə keçəcək. Həmin sərəncamda göstərilir ki, qəbiristanlıqların abadlaşdırılması üçün büdcədən vəsait ayrılsın. Həmin vəsait ayrılarsa, smeta tutular yəqin ki, qəbirlərin təmiri ilə də məşğul olarlar»./ANS TV/ -
01-21-2008, 11:59 AMFarik-90Bu gün Şəhidlər Xiyabanı istiqamətində gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar, yol polisi əhalidən şəxsi avtomobildən az istifadə etməyi xahiş edir
20 yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar bu gün Şəhidlər Xiyabanı istiqamətinə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, bu gün səhər saat 8-in yarsından başlayaraq Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində, Mehdi Hüseyn küçəsi ilə Teleteatrın binası qarşısından Şəhidlər Xiyabanına aparan yol, Parlament prospekti ilə Müşviq küçəsinin kəsişməsi və Mətbuat prospektinin Milli Məclisin inzibati binasının arxasından keçən hissəsində avtomobillərin hərəkəti ziyarət başa çatana qədər tam məhdudlaşdırılıb və nəqliyyatın istiqaməti dəyişdirilib. Mərasim iştirakçılarının hərəkətini təhlükəsiz, rahat və fasiləsiz təşkil edilməsi məqsədi ilə bu ərazilər və onlara bitişik diqər küçə və yollarda avtomobillər saxlanmaması xahiş olunur. Həmçinin nəqliyyatdan mümkün qədər az istifadə edilməsi xahiş edilir./ANSPRESS/ -
01-21-2008, 12:00 PMFarik-90Bu gün ümumxalq hüzn günüdür
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsindən 18 il keçir
Bu gün bütün Azərbaycan 20 yanvar faciəsinin 18-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb. O, vaxtlar Azərbaycanda azadlıq hərəkatının getdikcə güclənməsi, rəsmi Moskvanı narahat etməyə başladı. Məhz buna görə də Azərbaycana əlavə silahlı qüvvələrin yeridilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 13-də Bakıda ermənilərin qovulmasını təşkil etdi və bunu azadlıq hərəkatının qəddarlığı kimi qələmə verdi. Krasnodar, Kuban, Saratov vilayətlərindən ehtiyyatda olan zabitlər, eləcə də Pskov və Tver desant diviziyaları Azərbaycana yeridildi. Rəsmi Moskva, qoşunlara güya respublikada olmayan stabilliyi yaratmağı əmr etdi. Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi texnikası və xüsusi təyinatlıları Bakıya əsasən Biləcəri, Sabunçu, Qurd qapısından daxil olaraq, sakinlərə qarşı bütün silahlardan istifadə etdi. Bir neçə saat davam edən qırğında 131 nəfər dinc sakin qətlə yetirilib, 250 -dən çox insan yaralanıb.Çoxları 20 yanvar hadisəsini faciə hesab etsə də, əksəriyyət bunu qəhrəmanlıq tariximizin bir səhifəsi kimi qiymətləndirir./ANSPRESS/ -
01-21-2008, 12:03 PMFarik-90"Hazarat, bu dil getdikcə dəbdən düşür"
Bu gün rus dilinin öz ağzına yığışmasının bir təbii səbəbi Rusiyanın bir dövlət olaraq dünyadakı yerini itirməsidir
Heç kim vurmayıb, heç kim də yıxılmayıb.
Amma nə qədər qəribə olsa da Azərbaycanda psevdobeynəlmiləlçilərin rus dilinin hüquqları uğrunda genişmiqyaslı müqavimət hərəkatı başlayıb. Əcəba niyə? Görəsən nə olub? Hər şey deyəsən Milli Teleradio Şurasının RTR kanalının yayımını ölkə ərazisində dayandırmaq barədəki qərarından sonra başladı. Əslində ortada təəccüblü bir şey də yox idi. Qapanan Azərbaycanın doğma yayım və media şirkəti deyildi və yəqin ona görə bu qərarı Azərbaycanda söz və mətbuat azadlıqlarının məhdullaşdırılması kimi izah etmək heç kəsin ağlına gəlmədi. Mən bilən beynəlxalq təşkilatların da bu qərarı pisləyən bəyanatı olmadı. Nə Birləşmiş Ştatlar, nə Böyük Britaniya, nə Fransa, nə də kanalın dost-doğma sahibi olan Rusiya Federasiyasının özü rəsmi etiraz nümayiş etdirdi. Axı niyə də edəydi? Hər şey qanun çərçivəsində idi. Əgər Rusiya doğrudan da Azərbaycanda yayımını davam etdirmək qərarında israrlı olsaydı bir tərəf kimi xoş məram nümayiş etdirər, Azərbaycanın rəsmi dövlət kanalını öz ərazisində yayımlamağa imkan yaradar və bununla da məsələ bitərdi. Və əgər Rusiya öz dilinin sahibi kimi bunu etmədisə və ya etməyə lüzum görmədisə Roma Papasından artıq katolik olmağa nə ehtiyac?
Amma varmış… Və bu ehtiyacı qabartmağa bəhanə də tapıldı.
Milli Teleradio Şurasının ölkə telekanallarında Azərbaycan dilinin hakimiyyətə gətirilməsi ilə bağlı göstərdiyi iradə açıq hədəf oldu. Əlbəttə qərar bir az tələsik verilmişdi, ola bilsin ki, bizə bəlli olmayan 'Çto? Qde? Koqda?' kimi incəliklər nəzərə alınmamışdı. Amma qərar bütövlükdə müstəqli dövlətin, onun ana dilinin xeyrinə idi. Bu ölkədə manat əsas tədavül vasitəsidir. Amma valyutadəyişmə məntəqələrində dollar da, avro da var… Axtarsaq rubl da tapa bilərik. Amma indiki halda RTR-in müstəqil Azərbaycan efirində yayımının bərpa olunması tələbi məntiq etibarilə rublun azad hərəkətini tələb etmək kimi bir şeydir. Hər halda mən ayrı məntiq görmürəm. Bəs biz nə istəyirik? Nə vaxta qədər rus dilində olan filmlərə elə rus dilində baxacayıq, Yoxsa dövlət rus dilini ikinci rəsmi dil elan etməlidir. Nə var, nə var, Sabirin sözü olmasın, 'bir neçə rus başdılar, ora-bura dırmaşdılar?' Yox, mənim əzizlərim. Azərbaycan ona görə şəhidlər verib müstəqli dövlət olmayıb ki, onun dil bütövlüyü hansısa dili çatışmazların xətrinə özgələrlə bölüşsün. -
01-21-2008, 12:04 PMFarik-90Hazarat, bu dil getdikcə dəbdən düşür"
Əlbəttə, Rusiyanın Azərbaycanı uzun müddət istila altında saxlaması öz nəticələrini verib, biz dünyaya uzun müddət bu dilə sarmaşıb boy atmışıq. Dünyada belə hallar həmişə olub və yəqin ki, olacaq da. Elə Hindistanı götürək. Bu gün dünyanın ən böyük dövlətlərindən biri olan Hindistan çoxdan müstəqildir. Amma bu müstəqli dövlətin ən nüfuzlu qəzeti ingilis dilində çıxan 'İndiya today'ir. Azərbaycan da rus dilindən hələ uzun müddət imtina edə bilməyəcək. İstəsə də. Doğrudur, Azərbaycan unikal ölkədir və burada bəzən ləyənlə birlikdə uşağı da çölə atırlar. Amma şükür allaha və dövlətə ki, hələlik son faktla bağlı belə bir hadisə baş verməyib. Azərbaycanda rus dilində danışırlar da, oxuyurlar da. Qəzet də buraxırlar, hələ bir televizyada xəbərlərə də baxırlar.
Mən psevdobeynəlmiləlçi qardaş və bacılarımızın xətrinə dəysəm də deməliyəm ki, hazarat, bu dil getdikcə dəbdən düşür. Çünki hər bir qabarmanın, bir çəkilmə məqamı da var. Və bu gün rus dilinin öz ağzına yığışmasının bir təbii səbəbi Rusiyanın bir dövlət olaraq dünyadakı yerini itirməsidir. Bir zamanlar bu dildə danışmağa kimsəni vadar etmirdilər. Bu dili ona görə öyrənirdilər ki, nə vaxtsa lazım olar. İndi ingilis dilini öyrənənənlər kimi. İndi müstəqil Azərbaycanda doğulan uşaqların bəlkə də doxsan faizi bu dili bilmir. İngilis dilini öyrənirlər. Qəribədir, özü də sərbəst yayımda bir ingilis dilli kanal olmadan. Deməli məsələ rus dilində deyil, Rusiyanın özündədir. O gəlmişdi. Dili ilə birgə. Gedir və dilini də özü ilə çəkib aparır.
Bir də söhbət təkcə rus dilindən də getmir axı. Bu gün ANS də daxil olmaqla ölkə telekanalları AZ.TV. istisna olmaqla, türk dilində seriallar, filmlər göstərir. İlin sonunadək bizə vaxt verilib ki, onları da azərbaycancaya çevirək. Ç E V İ R M Ə L İ Y İ K!!! Səmimi deyin, Türkiyədə Azərbaycan dilində danışanlarımızın səsinin üstündə türkcəyə çevrilmiş mətnləri azmı eşitmişik. Bəs bu niyə Türkiyədə etirazla qarşılanmır? Axı biz bir millət iki dövlətik!
Hər bir dövlətin öz maraqları var. PKK-nın Türkiyədə törətdiyi partlayışlar yadınızdadır? Bəs bu hücumlardan sonra Türkiyənin İraqın şimalında apardığı əməliyyatlar necə? İki ayda ABŞ prezidenti ilə dalbadal iki dəfə görüşən Türkiyə rəhbərliyi necə?
İndi Qarabağda şəhid olanlarımızı xatırlayaq? Sizin məntiqlə gərək Türkiyə özünün cənub-şərqində olduğu kimi, bizim də qərbimizdə hansısa bir əməliyyata başlayaydı. Bəs niyə başlamadı? Ona görə ki, biz həm bir millət iki dövlətik, həm də bir millət iki fərqli dövlətik…
Müstəqil.
Azad.
Hər birimizin öz bayrağı, öz borcu və bu borc müqabilində həmişə həbs edilmək təhlükəsi olan öz müstəqil təyyarələrmiz var.
Odur ki, gəlin bir az sakitləşək.
Rus dilini boğaza qoymadan danışmaq əvəzinə, bir az da ana dilimizi çıxaraq. Lap həkimə göstərən kimi, qoy baxsın görək haramızdır xəstə?!
Mir Şahin -
01-21-2008, 12:05 PMFarik-901990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə doğulan uşaqların artıq 18 yaşı var
Bu həm də sovet Azərbaycanın öz azadlığı uğrunda qalxdığı ilk ciddi üsyanın yaşıdır
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə doğulan uşaqların artıq 18 yaşı var. Bu həm də sovet Azərbaycanın öz azadlığı uğrunda qalxdığı ilk ciddi üsyanın yaşıdır. Elə o üsyanın yatırılmasının da bu gün 18 yaşı tamam oldu. Amma elə bil üstündən heç 18 il keçməyib. Elə bil hər şey dünən olub. İnsanların dəstə-dəstə Bakının giriş-çıxışlarında barrikadalar qurduğu da, tonqal başına yığışıb sadədilcəsinə sovet tanklarını, avtomat və pulemyotlarını öz əcəlləri ilə birgə gözləmələri də. Prezident Aparatı qarşısında toplaşan insanları sonadək dayanmağa çağıran şüarlar da. Azadlıq hərəkatının romantik dalğalarında şer demələr də, mahnı oxumalar da…
Bu hadisə heç də sonradan dinc insanların gülləbaran edildiyi bir olay kimi təlqin olunan müti və fağır bir xalqın öz başına öz başını edam kötüyünə qoyması deyildi. Azərbaycan öz azadlığını əldə etmək üçün son döyüşə qalxmışdı.
Silah da var idi, sursat da.
Bu silahlar armaturlar idi, daşlar idi.
Bu silahlar Bakının hansısa zavodunda gizli yolla yığılan primitiv tapançalar idi.
Bu sursatlar kerosinlə doldurulmuş şüşələr idi.
Paytaxtın küçələrini insan seli aparırdı.
O gün küçələrə çıxan, Qurd Qapısından Biləcəyri dairəsinə, 11-ci Qızıl Ordu meydanınadək səpələnən vətəndaşların şəhid olanlarını bu gün günahsız qurbanlar adı ilə xatırlamaq azı insafsızlıq olardı. Bu insanları mən tank üstünə yalın əllə yüyürən görürdüm, kerosin dolu şüşələrə od vurub tankın tırtılları altına atan görürdüm. Tankın üstünə dırmaşaraq yumruqları ilə mexanikin lyükunu döyəcləyən görürdüm. Bu insanlar dinc insanlar deyildilər. Günahsız insanlar deyildilər. Onlar öz hədəflərini dəqiq bilən, babalarımızın fəxrlə ad qoyduqları Ümumittifaq bostanında azadlıq ağacı əkənlər idilər.
1990-cı ilin 20 Yanvarından danışanda biz nədənsə həmişə Qara Yanvar deyirik. Məktəblərdə, müəssisə və zavodlarda keçirilən mərasimlərdə uşaqlara mərsiyələrə söylədir, qara bağladır, boz ağladırıq. Halbuki 18 il qabaq baş vermiş bu hadisə Azərbaycanın müstəqillik tarixində qürur duyulmalı ilk böyük hadisədir və biz bu olayan içindəki ideologiyanın fəlsəfəsini anlamaq əvəzinə, hönkürtüsünü eşidirik. Hətta onu da unuduruq ki, 20 Yanvar şəhidlərinin dinc insanlardan ibarət olduğunu deməkdə o vaxtkı əsas məqsəd SSRİ-ni ittiham etmək, onun nə qədər qaniçən, qəddar rejim olduğunu sübuta yetirməkdi. Xalq 20 Yanvarın təbliğati gücündən istifadə etməklə SSRİ-ni demək olar ki, sındırdı. Bu Milli kamikadzelik idi. Bu böyük bir toplunun özünü nəhəng bir Hərb Maşınına çırpıb tarana getməsiydi. O toplu şəhid oldu. Çırpıldığı maşın isə yanmağa başladı və bir il sonra tam yandı. -
01-21-2008, 12:05 PMFarik-901990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə doğulan uşaqların artıq 18 yaşı var
Bakının 20 Yanvarı təkbaşına Riqanın, Vilnüsun, Tiflisin müqavimət günlərinin bütövlükdə gördüyü işdən artıq iş gördü. 20 Yanvar öz tarixi missiyasının birinci mərhələsində etməli olduqlarını etdi. O gün həlak olanlar dinc insanlar sayılmalıydılar. Silahsız, əliyalın sovet vətəndaşları sayılmalıydılar. Belə sayılmalıydılar ki, Sovet İttifaqının nə qədər vəhşi təbiətə malik olduğu, öz vətəndaşlarını tırtıllar altına ata biləcək qədər qəddar olduğu dünyaya çatsın. Və çatdı. Və bütün bunlar oldu.
Yeri gəlmişkən onu da deyim ki, 20 yanvarçıların günahsız dinc insanlar məzmunu da yarımçıq işləndi. Yəni bütün bunların məntiqi sonu olaraq Sovet rəhbərliyi və ya onların indiki varisləri nə Sovet Azərbaycanından, nə də müstəqli Azərbaycandan üzr istədilər.
20 Yanvarın fəlsəfi məzmununun ikinci və müstəqil Azərbaycanın xeyrinə işləməli olan səhifəsi isə təəssüf ki, hələlik tam açılmayıb. Azərbaycanının Ən Yeni tarixinin ilk istiqlal qurbanlarının təbliğatını sovet şinelindən hələ ki çıxara bilməmişik. Bu gün dövlətimizin ümummilli ideologiyaya hava və su kimi ehtiyacı olduğu bir vaxtda, başqa postsovet respublikaları öz müstəqillik tarixlərini ən azı dissident ədəbiyyatları səviyyəsində qazıyıb çıxarmağa məşğul olarkən biz olan gerçək tariximizi belə mövcud mahiyyətində ortaya çıxarmırıq. Hüseyn Cavid kimi, Mikayıl Müşfiq kimi, Əhməd Cavad kimi dissidentlərimizi günahsız qurbanlar adlandırdığımız tək 20 yanvarçılarımıza da belə yanaşır, onların antisovet təmayülünü etiraf etməkdən sanki qorxuruq. Görəsən niyə və kimdən? Axı indi daha şükür allaha başımız üstündə Moskva yoxdur.
O zamanlar bu insanlar üçün qəbir qazırdıq.
Sonradan bu qəbirlərin kökü Qarabağda qazılan səngərlərə gedib çıxdı.
Bu gün biz etiraf etsək də, etməsək də müstəqil Azərbaycanın, inkişaf etməkdə olan dövlətimizin inşa edilən hər bir binasının bünövrəsində həmin məzar qazmalarından nəsə var. Sözümü qəribçiliyə salmayın. Dediyim odur ki, biz müstəqil və iqtisadi inkişaf tempinə görə dünyada birinci yerdə gedən Azərbaycanı Şəhidlərimizin məzarları üstündə tikirik. Etiraf etməyi bacarmaq lazımdır. Bu etiraf isə həm də Şəhidlərimizi Müstəqil Azərbaycanın ilk antisovetləri, Milli azadlıq uğrunda ayağa qalxan xalqımızın ilk döyüşçüləri kimi tanımaqdan keçir. Belə olmazsa, həmişə onları cəmi bircə dəfə yad edəcəyik. Yalnız 20 yanvarda. Amma onlar hər gün yad edilməyə layiqdir. Yad edilməyə. Özgə edilməyə yox.
Mir Şahin -
01-21-2008, 12:06 PMFarik-90"Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"
ABŞ dövlət katibi köməkçisinin müavini Metyu Brazanın "Hesabat Mirşahinlə" verilişinə eksklüziv müsahibəsi
- Cənab Brayza, hər dəfə biz görüşürük və hər dəfə də mən Sizdən "Təzə nə xəbər var?" deyə soruşuram. Ona görə də sizə yenə həmin o köhnə sulaı vermək lazım gəlir. Bu səfərdən sonra yeni nə var?
- Əvvəla il yenidir. Və mən sizə, sənə, hamıya hər şeyin ən yaxşılarını arzulayıram. Sakitlik, sözün bütün mənalarında zənginlik arzulayıram. O ki qaldı bizim prosedurlara, tərəflərə arzu edirəm ki, bizim baza prinsiplərinin razılaşdırılmasını başa çatdırsınlar. Bu prosesdə isə təzə olan odur ki, prezidentlər bizimlə, həmsədrlərlə Madriddə onlara təqdim etdiyimiz kağız barədə fikir mübadiləsi aparırlar və bu danışıqların ruhu tamamilə konstruktivdir. Bu o demək deyil ki, prezidentlər butun məsələləri həll ediblər, Qalanları da var. Amma onlar hər ikisi həmin istiqamətdə hərəkət edirlər və bu yaxşıdır.
-Biz harda qalmışıq. Daha doğrusu biz hansı mərhələdə qalmışıq?
- Yəni hansı…
- Bəli…Diplomatiyanın rəva bildiyi dərəcədə?!
-Olmaz. Danışıqların təfərrüatları barədə danışmaq o qədər də yaxşı alınmazdı. Ona görə ki, bu prezidentlərin işidir. Ancaq onu deyə bilərəm ki, prezidentlər ümumiyyətlə qaçqınların qayıtmaq hüququ, Qarabağla Ermənistan arasında müəyyən dərəcədə əlaqələrin olması, qoşunların çıxarılması və s. ilə razıdırlar. Bu barədə prinsipcə ümumi konsepsiya var. Amma hər şey bütünlüklə razılaşdırılanadək heç kim heç nə ilə razılaşmayacaq. Bu isə o deməkdir ki, nəyin razılaşdırılıb nəyin razılaşdırılmadığını söyləmək çox çətindir.
-Yəni nə qədər ki, bir müddəa razılaşdırılmamış qalır, deməli heç nə razılaşdırılmayıb.
-Bəli, mən belə demək istəyirdim.
-Mən bu günlərdə Dağlıq Qarabağın rəhbəri Bako Saakyanın çıxışının stenoqraması ilə tanış oldum. Mətbuat konfransındakı çıxışının. Bu çıxışında o deyir ki, Dağlıq Qarabağ öz təhlükəsizliyi, müstəqlilliyi hesabına güzəştə getməyəcək. Buna qədər biz Robert Koçaryanın mövqeyini bir neçə dəfə eşitmişik. O da bəyan edir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində yerləşə bilməz. Azərbaycan prezidenti də elə bu günlərdə, yeri gəlmişkən cəhəboyu bölgələrdə, özü də çox sərt bir şəkildə Azərbaycanın ərazi bütövlüyünün qorunacağı ilə bağlı çıxış etdi və hətta dedi ki, istənilən yolla öz torpaqlarımızı azad edəcəyik. Mən nə Ermənistan tərəfdən, nə Azərbaycanın tərkib hissəsi olan Qarabağ tərəfindən, nə də Bakı tərəfdən heç bir güzəşt, heç bir kompromiss hiss etmirəm, görmürəm. Buna baxmayaraq siz deyirsiniz ki, güzəşt olacaq, güzəştsiz keçinmək olmayacaq və sair. Əgər dediyim fundamental məsələlərdə heç bir kompromiss yoxdursa, onda icazə verin soruşum: kompromiss hardadır? -
01-21-2008, 12:07 PMFarik-90"Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"
Çox maraqlı və dərin sualdır. Bu Dağlıq Qarabağın statusu barəsindəki məsələdir. Bu bir məqamdır. Və çox əhəmiyyətlidir. Amma başqa məsələlər də var. Deyə bilərəm ki, söhbət o məqamlar və sahələrdən də gedir. Söhbət status məsələsindən gedirsə, onu həll eitmək çox çətindir. Amma bizim işimiz budur. Bizim tapşırıq budur. Danışıqlar nəticəsində kompromissə nail olmaq. Ona görə də Qarabağın çox ciddi olan status məsələsinə gəlincə, bizim işimiz davam edir və mən indi qabaqcadan deyə bilmərəm ki, bu məsələnin həlli necə olacaq. Yalnız onu deyə bilərəm ki, tərəflərin mövqeyi müəyyən dərəcədə bir-birindən fərqlənir. İşləyirik…
-Adətən bu sualı diplomatlara vermirlər. Amma mən sizi özümə dost hesab edirəm, özümü də sizin dostunuz sayıram. Ona görə də bu sualı vermək lazım gəlir. Şəxsən mən sizə inanıram. Mən bunu Fasye və ya Merzlyakov barədə deyə bilmərəm. Amma şəxsən Metyu Brayzəyə inanıram. Soruşmaq istərdim. Necə düşünürsünüz, bax danışıqlar aparırsınız, söhbət edirsiniz, suallar verirsiniz, təkliflər irəli sürürsünüz, Onlar sizə inanırlar?
-Bu sualı onlara vermək lazımdır.
-Bəs siz necə hiss edirsiniz. Onların yanında olursunuz..
-Mən hiss edirəm. Hiss edirəm. Bəlkə də özün barədə belə danışmaq o qədər yaxşı deyil. Amma bir halda ki, sən soruşursan… Mən düzünü deyirəm. Mən hiss edirəm ki, onlar da inanırlar. Mənim dostlarıma da, Fasye və Merzlyakova da o cümlədən. Bunu da hiss edirəm.
-Bəs Siz onlara nə deyirsiniz?
- Kimə? Prezidentlərə?
-Konkret adlandırmayaq. Tərəflərə. Bir insan kimi maraqlıdır mənə. Siz vasitəçisiniz. Belə demək olarsa, onlarda bizim adamımız. Yəqin onlar da Sizi bizdə öz adamları hesab edirlər…Elə Fasyeni də, Merzlyakovu da. Yəni vasitəçilər bu saat yeganə şeydir ki, iki xalqı birləşdirir, həm erməniləri, həm də azərbaycanlıları. Bax siz nə deyirsiniz onlara? Tutaq ki, mən öz müstəqilliyim baxımından güzəştə getmirəm. Ondan imtina etmək istəmirəm. Tutalım mən Bako Saakyanam və Sizə deyirəm ki, bu heç vaxt olmayajaq. Bir daha Azərbaycanın tərkibinə qayıtmayacağıq. Bunun əksini necə inandırırsınız və ya inandırırsınızmı ümumiyyətlə?
-Məsələ çox mürəkkəbdir. Əgər tərəflər müstəqillik, ərazi bütövlüyü kimi konsepsiyalarla razılaşmırlarsa, biz təslim ola bilmərik. Biz onlarla danışmalı, onlara qulaq asmalı, elə bir ifadə tərzi tapmalı, istifadə etməliyik ki, onu eşidən tərəflərdən hər biri deyə bilsin ki, yaxşı. Mən istədiyimi aldım. Amma mən istədiyimin hamısını almadım və mən güzəştə gedə bilərəm. Bu qarşımıza qoyulan tapşırıqdır. Amma elə hallar da olur ki, bu tamamilə mümkün olmur. Olur. Olur. Mən ümid edirəm ki, indi belə olmayacaq. Ancaq mümkündür. Mümkündür. Deyə bilərəm ki, mən hiss edirəm, bizim etdiklərimizdə həmişə inkişaf var. Sən soruşdun, indi biz necə ünsiyyətdə oluruq. Bildiyin kimi, biz Madriddə tərəflərə yeni sənəd təqdim etdik. Prezidentlərdən hər biri həyəcanlı idi, onlar bizi dinlədilər, dedik ki, bu frazanı niyə yazmışıq, bu tryuk deyil, və ya bunu o biri prezidentin xahişi ilə salmamışıq. Bununla da prosesdə özünə etimad yaradırsan. Ümid edirəm ki, nəhayət prezidentlər arasında da belə etimad olacaq. Ancaq bu ola bilər ki, prosesdə meydana çıxan sonuncu şey olsun. Ən ağrılı məsələləri etibar olmadan həll etmək olmaz.. Amma bu etibar cənab Fasye, cənab Merzlyakov və cənab Brayzənin prezidentlər bir-birinə etibar etməlidir deməsi ilə yaranmaz. Yox. Biz bu prosesdən istifadə etməliyik ki, prezidentlər arasında belə bir etibar yaransın. İşin mahiyyəti budur. -
01-21-2008, 12:09 PMFarik-90Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"
Daha bir sual, zəhmət olmazsa. Öz aranızda necə davranırsınız? Siz üç həmsədr arasında qarşılıqlı etibar var? Necə işləyirsiniz?
-Var. Çox var. Xatırlayıram ki, bu iki ölkədən birinin xarici işlər naziri mənə dedi ki, siz üçünüz bir yerdə necə gözəl əməkdaşlıq edirsiniz. Təəssüf ki, bu başqa sahələrdə və başqa münaqişələrdə mümkün deyil. Qarabağ munaqişəsinə gəlincə isə həmsədrlər gözəl əməkdaşlıq edirlər. Bu həqiqətdir. O nazir doğru deyirdi.
-Bəlkə elə buna görə məsələ həll olunmur. Sizə bir yerdə işləmək elə xoşdur ki, bu problemin həlli bu qədər uzanır?!
-Yox, söhbət xoş olmaqdan getmir, Yaxşı olan odur ki, biz bir-birimizi belə yaxşı başa düşürük. Bir-birimizə sonadək etibar edirik. Bu o deməkdir ki, biz çox effektiv olaraq prezidentlərin fikirlərini eşidə, sonra isə öz sənədimizə əlavə edə bilərik. Bu çox mühümdür.
-Orda nə bəyanat vermisiniz belə? Bütün respublikanı həyəcanlandırmısınız? Türkiyə-Ermənistan sərhədləri, sonra Bir millət iki dövlət barədə…İstərdim ki, bu məsələyə bir aydınlıq gətirəsiniz…
-Tez-tez belə olur. Hesab edirəm ki, hansısa jurnalist çox pis bir iş görüb.
-Bu ikinci dəfədir.
-Belə şeylər olur. Bu normal bir şeydir.
-Bizim növbəti dəfə belə bir şansımız var.
-Yaxşı…Sual belə idi: Ermənistan-Türkiyə münasibətlərinin Qarabağ münaqişəsinin həllini gözləmədən yaxşılaşması mümkündürmü? Mən dedim ki, mən ümid edirəm. Bizim siyasətimiz belədir ki, bütün bu sərhədlər açılsın və istərdik ki, Türkiyə öz münasibətlərini Ermənistanla normallaşdırsın, amma bunu da başa düşürük ki, bu necə mürəkkəb bir məsələdir. Dedim ki, əlavə edirəm ki, Türkiyədə belə bir siyasət var: bir millət iki dövlət. Bu fakt. Bu sadəcə faktdır. Mən tənqid etməmişəm. Mən dəstəkləməmişəm. Sadəcə olaraq onu demişəm ki, bu faktdır. Bu faktla hesablaşmaq lazımdır. Sadəcə olaraq demişəm, nə Türkiyədən, nə də Türkiyə hökumətindən öz siyasətini dəyişməyi xahiş etmişəm. Mən sadəcə olaraq öz siyasətimizi açıqlamışam. Demişəm ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşsın. Demişəm ki, öz işimi effektiv görürəmsə, mən bu yaxşılaşmada müəyyən rol oynaya bilərəm. Ancaq və ancaq bunu demişəm.
-Bəs Türkiyə-Ermənistan sərhədləri barədə nə demisiniz. Guya demisiniz ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənib-tənzimlənməməsindən asılı olmayaraq Türkiyə Ermənistanla münasibətlərini yaxşılaşdırmalıdır. Belə bir şey olub?
-Mən demişəm ki, biz istərdik. Biz istərdik. Amma bu bizim qərarımız deyil. Bu Türkiyə, ya da Azərbaycan hökumətlərinin qərarıdır. Eyni vaxtda biz istəyə bilərik ki, bu belə olsun. O biri məsələyə-Qarabağa gəlincə, əgər biz birlikdə Qarabağ münaqişəsini həll etsək Türkiyə-Ermənistan münasibətləri də yaxşılaşacaq. Biz hələlik eyni vaxtda hər iki işi görürük. Həm burada, həm də orada.
-Siz ön xətdə oldunuz. Qoşunların təmas xəttində. Monitorinqin keçirildiyi yerdə. Bu Sizdə hansı təəssüratlar buraxdı? Qorxdunuz? Qorxmadınız? Sizi necə qoruyurdular?
-Qorxmurdum. Digər tərəfdən isə mən başa düşdüm. Başqa cür başa düşdüm. İndiyə qədərkindən fərqli olaraq başqa cür başa düşdüm ki, vəziyyət cəbhə xəttində nə qədər ciddidir. Mən münaqişənin fəsadlarını hiss etdim, onun sadə adamlarda oyatdığı effekti hiss etdim. Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı. Mən azərbaycanlı deyiləm. Amma mənə bu bir insan kimi necə ağrılı gəldi. Mən başa düşürəm niyə bu münaqişə bütün azərbaycanlıları ağrıdır? Adam orada olanda başa düşür ki, gərginliyin səviyyəsi çox yuksəkdir və biz hər şeyi etməliyik ki, müharibə bir də heç vaxt olmasın və bu məsələ ədalətli həllini tapsın. Bu ədalətsizdir ki, insanlar öz şəhərində öz evlərində yaşaya bilmirlər. Çox ədalətsizdir. Bir tərəfdən münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək mümkündür. O biri tərəfdən isə güzəştə getmədən kompromiss əldə etmək olmaz, mümkün deyil. -
01-21-2008, 12:10 PMFarik-90"Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"
Ağdam necə idi? Mən 1993-cü ildən sonra orada bir dəfə də olmamışam. 15 il əvvəl orada olmuşam. Ağdamda Siz nə gördünüz?
-Prezident dediyi kimi. Bu şəhər xarabası idi. Bildiyimiz kimi. Ən böyük təəssüratım isə gördüklərim olmadı. Görmədiklərim oldu. İnsanlar, normal evlər, həyat yoxdur orda ümumiyyətlə indi. Bu çox böyük təəssürat yaradır. Bu mənə müharibədən sonrakı Varşavanı xatırlatdı. Mən mənşəcə polyakam. Bunu çox ciddi duydum. Deyə bilərəm ki, onda mən bu münaqişənin insani fəsadları ilə ruh etibarilə birləşdim. İndiyədək heç vaxt olmadığı qədər. Baxmayaraq ki, tarixi bilirəm. Mən tarixi kifayət qədər yaxşı bilirəm. Mən bu ölkə ilə çoxdan tanışam. 11 ildir. Amma sən özün orda olanda bütün bunları bir insan kimi hiss edirsən.
-Orda sizə deyirdilərmi, ora getmə, bura getmə, bura minalanıb…
-Hə, əlbəttə.
-Ona görə soruşuram. Təhlükəsizlik baxımından özünüzü necə hiss edirdiniz? Sizi orada xüsusi adamlar qoruyurdumu?
-Hə, hə, bizim orda xüsusi geyimimiz var idi. (ingiliscə adını deyir). Monitorinqin öz prosedur qaydaları var. Ona görə ki, ora çox təhlükəli zonadır. Heç kəs bilmir ki, nə olacaq? Əgər monitorinq zamanı tərəflər arasında normal rabitə varsa, risk azalır. Amma əlbəttə risk həmişə var. Bu mənim işimdir.
-Axırıncı suallarımdır. Necə düşünürsünüz , cənab Brayzə, daha nə qədər belə səfərlər olmalıdır ki, günlərin bir günü münaqişənin həlli ilə bağlı biz konkret qərar və ya heç olmazsa bir xoş xəbər alacağıq?
-Nə qədər lazımdırsa o qədər. Bəli nə qədər lazımdırsa. Mən hətta cənab Kaspşik kimi həmişəlik bu bölgədə yaşayardım ki, bütün mümkün olanları edim. Amma bu biz vasitəçilərdən asılı deyil. Liderlərdən, hər iki ölkənin rəhbərlərindən asılıdır. Biz hər şeyi Ermənistanda prezident seçkilərinədək etməliyik, amma hesab edirəm ki, Ermənistanın növbəti prezidenti ilə də işləmək lazım gələcək. Baxarıq. Görək hansı əhval-ruhiyyə olacaq? Biz bu il, son iki ildə çox iş görmüşük. Çox iş. Hamı bilmək istəyir ki, sıçrayış nə vaxt olacaq?! Sıçrayış isə bir dəfə baş verir. Ona qədər isə zəmin hazırlamaq lazımdır. Biz bunu edirik. Mən istəməzdim ki, gözləntilər belə yüksək olsun. Adamlar düşünsünlər ki, yaxşı, sıçrayış çox uzaqda deyil. Ola bilər…
-Bəs siz düşünmürsünüz ki, Ermənistanda seçkilərdən sonra dövlət başçısı olacaq şəxs hər şeyi təzədən, ağ səhifədən başlaya bilər?
-Düşünmürəm. Mən bilmirəm nə olacaq. Hətta onu da bilmirəm ki, kim seçiləcək. Bir neçə namizəd var. Hesab edirəm ki, liderlik edən namizədlər bizim təkliflərimizin konsepsiyasını dəstəkləyirlər. Onlar bunu dəstəkləyirlər. Düşünürəm ki, onlar da bilirlər ki, indiyədək əldə olunanları itirmək olmaz. Amma tələsmək lazımdır. Vaxt heç bir ölkənin xeyrinə işləmir. -
01-21-2008, 12:11 PMFarik-90"Mən Ağdamı öz gözlərimlə görəndə bu məni çox ağrıtdı"
Növbəti addımlar nədən ibarət olacaq? Prezidentlə görüşdünüz. O nəticələrdən razı qaldımı?
-Bəli. Müsahibənin əvvəlində dediyim kimi. Biz fikir mübadiləsi apardıq. Hər iki prezidentin yanaşmasını, onların narahat edən məsələləri və ideyaları dinlədik. İndi biz bir az fikirləşməli, təhlil etməli, bir-birimizlə, yəni həmsədrlər arasında danışmalı, bu sənədin yeni versiyasını hazırlamalı, sonra onu yenidən hörmətli prezidentlərə göstərməli və bu prosesi davam etdirməliyik.
-Bizim prezidentimizlə görüşdünüz. Demək olarmı siz ona hansısa təzə bir xəbər verdiniz.
-Bu sıçrayış xəbər deyil. Bu yenilik odur ki, Ermənistan prezidentinin öz yanaşması var. Və biz ona-Koçaryana Azərbaycanın prezidenti hörmətli İlham Əliyevin baxışlarını çatdırdıq. Sonra cavab oldu. Koçaryanın dediklərini İlham Əliyevə çatdırdıq.
-Növbəti dəfə Azərbaycana nə vaxt gələcəksiniz?
-Əvvəla mən ümumiyyətlə getmək istəmirəm. Çox istərdim ki, indi bir az qalım. Düşünürəm ki, bu prezidentlərin münasibətinin gedişindən asılıdır. Yəqin ki, bu Ermənistanda seçkilərdən sonra olacaq. Baxarıq. Əgər həmsədrlər kimi təhlil aparıb pozitiv nəticəyə gəlsək, onda gözlənildiyindən tez qayıdarıq. Amma mənə elə gəlir ki, bu yazda olacaq. Ola bilər ki, yazın əvvəlində, martda. Bəlkə apreldə. Mən daha tez gəlmək istərdim.
-Yaxşı yol sizə. Uğurlar. Evdə salam deyin. Gözləyirik. Sizi də və çoxdan gözlədiyimiz xəbəri də. Bəlkə nə vaxtsa sizin dediyiniz kimi sıçrayış olacaq. Ondan sonra sizinlə bir yerdə oturub başqa mövzularda danışardıq, futboldan, çiçəklərdən, başqa-başqa şeylərdən.
-Belə olacaq. Belə olacaq. Mən buna şübhə etmirəm. /ANSPRESS/ -
01-21-2008, 12:12 PMFarik-90“Popstar Alaturka” yarışmasında iki azərbaycanlı da iştirak edib
Bunlar “Azəristar” yarışmasında 3-cü yerin sahibi Ülviyyə Tağıyeva və 5-ci yerin sahibi Aygün olub
Dünən Türkiyənin “Popstar Alaturka” yarışmasında iki azərbaycanlı da iştirak edib. Bunlar “Azəristar” yarışmasında 3-cü yerin sahibi Ülviyyə Tağıyeva və 5-ci yerin sahibi Aygündür. Aygün Orhan Gencebay, Ebru Gündeş, Bülent Ersoy və televiziya işçisi Armağan Çağlayandan ibarət münsiflər heyətinin və tamaşaçıların qarşısına ilk olaraq “Berivan” mahnısı ilə çıxıb. ANSPRESS-in məlumatına görə, bütün iştirakçılarda olduğu kimi Aygünə də özünü təqdim etmək üçün 30 saniyə vaxt verilib. Bu zaman Aygün 20 Yanvar tarixinin Azərbaycanda matəm olduğunu bildirib. “Bu gün Azərbaycanda matəm günüdür, amma mən burda səhnəyə çıxmışam. Və bu gün burda sizlərlə səhnəni paylaşdığıma görə çox sevinirəm”. Münsiflər heyəti matəmin nə ilə əlaqədar olduğunu soruşduqda isə Aygün belə cavab verib: “Erməni soykırımı, falan”.
Münsiflər heyəti Aygünün mahnını məşq zamanı daha yaxşı ifa etdiyini bildiriblər. Armağan isə Aygünə ayaqqabılarının ayağına kiçik olması ilə bağlı irad tutub.
Daha sonra isə səhnəyə Ülviyyə çıxıb. Armağan Çağlayan ona Sibelcanı təqlid etdiyini və kök olduğunu bildirib. Buna baxmayaraq, münsiflər heyəti onun ifasını bəyəniblər. /ANS PRESS/ -
01-21-2008, 12:13 PMFarik-90Bu gün xalq artisti Şəfiqə Axundovanın ad günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkarın 84 yaşı tamam olur
Bu gün şərqdə ilk opera yazan bəstəkar qadın, xalq artisti, «Şöhrət» ordenli Şəfiqə Axundovanın ad günüdür. Bəstəkarın 84 yaşı tamam olur.
O, 1924-cü ildə Şəkidə anadan olub. Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyovun tələbələrindədir. O, ilk musiqi təhsilini Asəf Zeynallı adına Bakı musiqi məktəbində tar sinfi üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun rəhbərliyi altında xalq musiqisinin əsaslarını mükəmməl öyrənir və məhz onun xeyir duası ilə sənətdə ilk uğurlu addımlarını ataraq mahnılarını yazıb.«Neyçin gəlməz», «Nədən oldu», «Nə sən mənsiz, nə mən sənsiz» kimi mahnılarla dinləyici qəlbinə yol tapıb. Bununla kifayətlənməyən Şəfiqə Axundova mürəkkəb və çətin bir janra əl ataraq uğurla qələmini sınayır, şərqdə ilk opera yazan qadın kimi adını tarixə yazdırıb. 1971-ci ildə «Gəlin qayası» operası ilə müsiqi aləmini valeh edir. Hazırda 500-dən artıq bəstəsi olan sənətkar xanım hələ də yazıb yaradır. /ANS TV/ -
01-21-2008, 12:15 PMFarik-90“Xəzər-Lənkəran” futbol turnirində növbəti qələbəsini qazanıb
Bu gün yarışın 3-cü turu çərçivəsində “Xəzər-Lənkəran” “Aktobe” ilə qarşılaşacaq
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan 16-cı “Birlik kuboku”nun oyunları keçirilib. B qrupunda yer alan “Xəzər-Lənkəran” 2-ci oyununda Tacikistan təmsilçisi “Reqar-Tadaz” kollektivini 2-1 hesabı ilə məğlub edib. Baxmayarq ki, hesabı taciklər açıblar. Ancaq 2-ci hissədə təşəbbüsü ələ almış Ağasəlim Mircavadovun yetirmələri yeni transfer Nadir Nəbiyevin dublu sayəsində matçdan qalib ayrılıblar.
Qrupun digər görüşündə Litva çempionu “Kaunas”, Qazaxıstanın “Aktobe” klubuna 4-2 hesabı ilə qalib gəlib. 2 turdan sonra maksimum nəticə göstərmiş “Xəzər-Lənkəran” turnir cədvəlinə inamla başçılıq edir. “Kaunas” və “Aktobe” hərəyə 3 xal toplayıb. Bu gün yarışın 3-cü turu çərçivəsində “Xəzər-Lənkəran” “Aktobe” ilə qarşılaşacaq. Qrupu birinci yerdə başa vurmaq üçün komandamıza bu oyunda heç-heçə də qane edir. /ANS TV/
