:D
Son xeberler
Printable View
-
01-08-2008, 12:54 AMisi-85
-
01-08-2008, 01:09 AMisi-85Qızılın qiyməti növbəti dəfə bahalaşıb
Qızılın qiyməti növbəti dəfə bahalaşıb
Yeni müəyyənləşən qiymət 1980-ci ildən bəri qeydə alınan ən yüksək həddir
Dünyanın əmtəə birjalarında qızılın qiyməti ən yüksək həddə çatıb. Bu barədə məlumatı Blumberq agentliyi verib. Agentliyin məlumatına görə, indi birjalarda qiymətli metalın 1 unsiyası və yaxud 31 qramı 860 dollardan da baha satılır. Başqa sözlə, 1 qram qızıl almaq üçün təxminən 28 dollar və yaxud 24 manat pul vermək lazımdır. Bu isə, 1980-ci ildən bəri qeydə alınmış ən yüksək qiymətdir.
Dünyada qızılın bahalaşması Azərbaycan bazarına da öz təsirini göstərib. Paytaxtın mağazalarında qızılın qiyməti görünməmiş səviyyəyə çatıb.
Qeyd edək ki, Azərbaycana qızıl əsasən Türkiyə, Rusiya, İtaliya və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. Hazırda dünyanın əmtəə birjalarında qızılın 1 qramı alıcılara təxminən 28 dollara təklif olunur ki, bu da 1980-ci ildən bəri qeydə alınan ən yüksək həddidr. /ANS TV/ -
01-08-2008, 09:33 AMFarik-90
Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsinə və güclü qar yağmasına baxmayaraq, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi baş verməyib.
Bu barədə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bildirib. Şöbə rəisinin sözlərinə görə, bu gün saat 19.30-a olan məlumata görə, respublika ərazisində heç bir ağır yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Ə. Məcidov paytaxtla müqayisədə rayonlarda vəziyyətin daha qənaətbəxş olduğunu deyib: “Rayonlarda demək olar ki, heç bir yol bağlanmayıb. Problem nisbətən paytaxtda hiss olunur. Körpülərin yerləşdiyi ərazilərdəki eniş-yoxuşlarda çətinliklər müşahidə olunur. Biz bütün çətinliklərin aradan qaldırılmasına çalışırıq. Ancaq xırda qəzalar qeydə alınır”. Ə. Məcidov deyib ki, kəskin hava şəraiti davam edənə qədər yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Yol Polisi İdarəsinin Təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə açıqlamasında sürücüləri mümkün qədər avtomobillərdən istifadə etməməyə çağırıb. Şöbə rəisi bildirib ki, hərəkətdə olan nəqliyyat vasitələrinin şinləri mövsümə uyğun olmalı, texniki cəhətdən nasaz, şüşəsilənləri işləməyən avtomobillər yola çıxmamalı, avtomobillər idarə olunarkən interval saxlanılmalı, sürət həddi aşılmamalı və digər tələblərə ciddi şəkildə riayət olunmalıdır. -
01-09-2008, 12:47 AMFarik-90Tarkan "tarzan"a bənzədilib
Asiya Sakit Okeanı heyvan haqları dərnəyi ( PETA) Tarkanı kürk geyindiyinə görə tənqid edib. Dərnək yaydığı bəyanatda bildirib ki, Tarkan kürk geyinməklə heyvanlara əziyyət verilməsini dəstəklədiyini sübut edib. Məktuda deyilir ki, Tarkana bundan sonra “tarzan” deyilsə, daha yaxşı olar. Buna səbəb isə ifaçının heyvan dərilərindən kürk geyinməyi xoşladığı göstərilib.
PETA kampaniya koordinatoru Cem Akının dediyinə görə, Tarkan hər dəfə kürk geyinərkən kürk sənayesinə böyük xeyir verir. “Kürk keçmiş zamanların məhsuludur. Bu günün dəbi olan alternativ paltarların olduğu bir vaxtda Tarkanın kürk geyinməsi üçün heç bir səbəb ola bilməz” , deyə Cem Akın qeyd edib. PETA veb saytında ziyarətçilər Tarkanla əlaqə quraraq ondan kürklərini torpağa basdırmağı tələb etmələrini xahiş ediblər. -
01-09-2008, 12:50 AMFarik-90Aşura bu il yanvarın 19-a təsadüf edəcək
Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları Kərbəla şəhidləri ilə birgə 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda şəhid olanların xatirəsini yad etməyə çağırıb
Yanvarın 10-da Məhərrəm ayı başlayır. Ayın 10-cu günü, yəni, yanvarın 19-da isə Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə münasibətilə fətva verib. Fətvada bildirilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, ehtiramlı aylardan biridir. Məhərrəm İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı həm də İmam Hüseyn əleyhissəlamın şəhadətə yetişdiyi ay kimi daxil olub: “Bu il Aşura yanvarın 19-na düşür. Bu isə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin anıldığı günlərə təsadüf edir və biz bu günlərdə Kərbəla şahidləri ilə birgə 20 Yanvar şəhidlərinin, Qarabağ uğrunda döyüşlərdə şəhid olan həmvətənlərimizin xatirəsini də yad edəcəyik. Təziyə günləri münasibətilə bütün dindarlar əzadarlıq edir, onlara Allah-təaladan məğfirət diləyir. Bildiririk ki, Aşura mərasimləri yalnız məscidlərdə, ibadət ocaqlarında imanın şəninə layiq şəkildə, ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məscidləri qurulmalı, xütbələr oxunmalıdır. Bu matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlıların mərasimlərdə iştirakı məqbul sayılmır. Əzadarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər”.
Qafqaz Müsəlmanları İdarəsi həmçinin son illər Aşura günündə qanvermə aksiyasının keçirilməsinin örnək olacağını da bildirib.
Qeyd edək ki, Məhhərrəm və Səfər ayları martın 8-də başa çatacaq. -
01-09-2008, 12:52 AMFarik-90Dekabrda ərzaq və kənd təsərrüfatı məhsulları 4,5% bahalaşıb
«Turan» agentliyinin hesablamalarına görə, dekabr ayında paytaxtda ərzaq və kənd təsərrüfatı məhsulları 4,5% bahalaşıb. Dekabrın əvvəlində bahalaşma tempi 4,3 faiz olmuşdusa, Qurban bayramından sonra və xüsusilə də yeni il bayramı ərəfəsində artım tempi daha da sürətlənib.
Agentliyin məlumatına görə, təkcə ötən ilin son iki günündə - dekabrın 30-31-də Bakıda qiymətlər, xüsusilə də ət, kərə yağı, kolbasa məhsulları və meyvə tərəvəz 25-30 faiz bahalaşıb. Ekspertlərin fikrincə, dekabrda ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb bayramlarla əlaqədar olaraq qiymətlərdə süni artım və mövsümü xarakter daşıyır. Ümumilikdə isə son bir ayda qoyun əti - 15.3 faiz, kərə yağı -8, qarğıdalı yağı -10, makaron -6,6%, pendir -7, yerli peçenye -6,6 faiz bahalaşıb. Ümumilikdə kənd təsərrüfatı məhsullarında qiymət artımı 25 faiz olub. Dekabrda kartof 6,6 faiz, xiyar 8, pomidor və kələmsə 25 faiz bahalaşıb. Ötən ay almanın qiyməti 20 faiz artıb, ən çox bahalaşan isə göyərti olub-50 faiz. Ərzaq məhsullarının arasında ucuzlaşanlar da var. Ötən ay yumurta 8,3 faiz, süd 4 faiz ucuzlaşıb.
Ölkədə qiymət dəyişməsini izləyən rəsmi qurum - Dövlət Statistika Komitəsində isə bu məlumatlarla razılaşmırlar. Komitədən məlumata görə, dekabrda qiymətlərin necə dəyişməsi ilə bağlı məlumatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. -
01-09-2008, 12:54 AMFarik-90Qusarda hərbi xidmətə çağırış təxirə salınıb
Buna Şimal bölgəsində hökm sürən şaxtalı hava şəraiti səbəb olub
Qusarda hərbi xidmətə çağırış təxirə salınıb. Qusar hərbi prokuroru Natiq Qarayevin buna səbəb havann qeyri sabit keçməsidir. Onun sözlərinə görə, çağırış yanvarın 10-da baş tutacaq.
Qeyd edək ki, bu gecə Qusar rayonunda -15 dərəcə şaxta olub. Yerli əhalinin şaxtalı hava şəraitində boruların donması nəticəsində əhalinin içməli su ilə bağlı problemləri yaranıb. Yollarda isə sürüşmənin qarşısını almaq üçün qum və duz səpilib. Əhali belə soyuq hava şəraitinin son 12-20 ildə ilk dəfə müşahidə etdiklərini bildiriblər. Analoji problemlər Quba rayonunda da müşahidə edilib./ -
01-09-2008, 12:56 AMFarik-90Hava şəraiti qəzetlərə problem yaradıb
«Şərq» qəzeti səhifələrini azaldıb
Hava şəraiti ilə əlaqədar olaraq yaranmış problemlər mətbuat orqanlarından da yan keçməyib. Bəzi mətbuat orqanları çapını dayandırıb, bəziləri isə səhifələrinin sayını azaltamaq məcburiyyətində qalıb. O cümlədən, hər gün 16 səhifə ilə çıxan «Şərq» qəzeti də hava şəraiti ilə əlaqədar olaraq səhifələrinin sayını yarıbayarı azaltmaq məcburiyyətində qalıb. «Şərq» qəzetinin baş redaktorunun müavini Yusif Nəzərli bunun müvvəqqəti xarakter daşıdığını bildirib. «Yolların buz bağlaması ilə əlaqədar Bakı ətrafında yaşayan işçilər işə gələ bilməmişdilər. Eyni zamanda əlavə problem yaranmaması üçün işçiləri bir neçə saat tez buraxmışıq. Ona görə də səhifələri azaltımışdıq», - deyə baş redaktorun müavini sabahdan etibarən «Şərq»in 16 səhifə çıxacağını bildirib. -
01-09-2008, 12:58 AMFarik-90Bu il daşınmaz əmlak bazarında 16-18 % bahalaşma olacaq
Yeni tikilən mənzillər 18%, köhnə mənzillər isə 14-15% bahalaşacaq
Əvvəlki illərdə olduğu kimi bu il də daşınmaz əmlak bazarında 16-18 % bahalaşma olacaq. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov deyib ki, bu il mənzillər, torpaq sahələri və tikinti materiallarının qiymətləri artacaq.
Bahalaşmaya həm daxili, həm də xarici amillər təsir göstərəcək. Məsələn, xaricdən gətirilən tikinti materiallarının bahalaşması qiymət artımına təsir edəcək.
N.İbrahimov bildirib ki, ikincisi, xarici amil ölkəyə daxil olacaq pul kütləsinin həcmidir: «Xaricdə işləyən iş adamları pullarının bir hissəsini Azərbaycanın daşınmaz əmlak bazarına yerləşdirməkdə davam edəcəklər və gözlənilir ki, 2008-ci ildə bu rəqəm əvvəlki illərə nisbətən daha çox olacaq. Bu faktorun təsiri də bu il daha çox olacaq».
O, bildirib ki, daxili səbəblər əhalinin alıcılıq qabiliyyətinin və məşğulluğunun artırılması və ipoteka kreditlərinin verilməsi olacaq: «Üstəlik, yeni tikilən evlərin azalması da qiymətlərin qalxmasına təsir edəcək». Təşkilatın ekspertləri hesab edirlər ki, 2008-i ildə yeni tikilən mənzillər 18 % , köhnə mənzillər isə 14-15 % bahalaşacaq. Torpaq bazarında isə bahalaşma 50 faizə çata bilər. N.İbrahimov deyib ki, ən çox qiymət artımı torpaq bazarında gözlənilir: «Burada artım 2 -23 % olmalıdır. Çünki ilkin bazarda qiymətlər çox yüksək olduğuna görə, alıcılar son bir neçə ayda torpaq bazarına maraq göstərirlər, yəni şəhər kənarında torpaq alıb tikməyə üstünlük verirlər».
Onun sözlərinə görə, bu il qeyri-yaşayış sahələrinin qiymət artımı olacaq: «Ən az bahalaşma köhnə mənzillərdə olacaq. Bu il qiymət artımı rayonlarda daha yüksək olacaq. Onsuz da bölgələrdə qiymətlərin artım tempi Bakını 2 dəfə qabaqlayır. -
01-09-2008, 01:02 AMFarik-90Yolların buz bağlaması nəticəsində 33 nəfər xəsarət alıb
Bu barədə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının rəhbəri Mürsəl Həmidov məlumat verib
Bakıda hökm sürən qeyri-sabit hava şəraiti və yolların buz bağlaması nəticəsində xəsarət alan 33 nəfər xəstəxanalara müraciət edib. Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının rəhbəri Mürsəl Həmidovun sözlərinə görə, yanvarın 7-də stansiyaya 18 xəsarət almış şəxs müraciət edib ki, onların da 15-i xəstəxanalarda saxlanıb. Bu gün isə stansiyaya xəsarət almış 15 xəstə müraciət edib. Onların əksəriyyətini yuxarı və aşağı ətrafların travmaları diaqnozu qoyulub.
Qeyd edək ki, ölkə ərazisində şaxtalı hava şəraiti yanvarın 10-na kimi davam edəcək. Bu günlərdə Abşeron yarımadasında havanın temperaturunun gecələr sıfırdan aşağı olacağı bildirilir. Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, yolların buz bağlaması davam edəcək.
Yanvarın 10-dan isə hava nisbətən yumşalacaq. Qeyd edək ki, bu gecə Bakıda -6 dərəcə şaxta qeydə alınıb. Bu göstərici son 10 il ərzində qeydə alınan ən aşağı göstəricidir. -
01-09-2008, 01:04 AMFarik-90Azəriqaz gücləndirilmiş iş rejimində çalışır
Cəmiyyət gündəlik qaz həcminin artırılaraq 20 milyon kubmetrə çatdırıldığını bildirib
Ölkədə havaların soyuq keçməsi ilə əlaqədar Azəriqaz SC əhaliyə verilən qazın həcmini artırıb və səhmdar cəmiyyət gücləndirimiş iş rejimində işləyir. Səhmdar cəmiyyətin sədr müavini Nazim Səmədzadənin ANS TV-yə verdiyi məlumata görə, adi günlərlə müqayisədə əhaliyə verilən təbii qazın gündəlik həcmi 3 milyon kubmetr artırılaraq 20 milyona çatdırılıb. Bunun da 12 milyon kubmetri paytaxt sakinləri üçün nəzərdə tutulub. Nazim Səmədzadənin sözlərinə görə, Binəqədi və Sabunçu rayonlarının bəzi yaşayış məntəqələrindən başqa, bölgələr də daxil olmaqla bütün abunəçilər mavi yanacaqla təmin olunur. Ötən il qaz almayan Nardaran, Zirə, Bilgəh, Türkan kəndləri də tam həcmdə qaz alır. -
01-09-2008, 01:06 AMFarik-90Güclü qar və külək nəticəsində İranda 21 nəfər ölüb
Ölkədə məktəb və hökumət idarələri, həmçinin əsas magistral yollar bağlanıb
İran ərazisinə son 10 il ərzində ən güclü qar yağıb. Qar və küləyin səbəb olduğu yol qəzalarında 21 nəfər həlak olub, 88 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkədə məktəb və hökumət idarələri, həmçinin əsas magistral yollar bağlanıb. Bütün daxili və xarici uçuşlar təxirə salınıb. Verilən məlumata görə, İranın şimal və mərkəzi hissəsinə düşən qarın hündürlüyü 55 sm-ə çatır.
Soyuq hava şəraiti İranın qərb hissəsində yerləşən yaşayış məntəqələrində də ciddi problemlər yaradıb. Burada əhalinin mavi yanacağa olan tələbatı kəskin artdığından şəhərlərə qazın verilməsində fasilələr yaranıb. Həmçinin Türkmənistandan qaz idxalı müvəqqəti olaraq kəsilib. Əhaliə zəruri olmayan səfərlərə çıxmamaq da tövsiyə olunub./ANS TV/ -
01-09-2008, 01:08 AMFarik-90Qiymətli metallar və daşlar haqqında qanuna dəyişiklik edilib
Bu dəyişikliyə görə, xarici ölkələrdən gətirilmiş zərgərlik məmulatlarına dövlət əyar damğası vurulacaq
Xarici ölkələrdən gətirilmiş zərgərlik məmulatlarına dövlət əyar damğası vurulacaq. Belə ki, Milli Məclis bununla bağlı “qiymətli metallar və qiymətli daşlar haqqında” qanununa dəyişikliklər edib. Dəyişikliyə görə, ölkədə sahibkarlıq fəaliyyəti subyektlərinin istehsal etdiyi, habelə ölkə ərazisində satışa çıxarılmış qiymətli metallardan və daşlardan ibarət zərgərlik, eləcə də digər məişət məmulatlara Azərbaycan Respublikasının dövlət əyar damğası vurulacaq. Bundan başqa, bu dəyişikliklər saxta qiymətli daşların və zinət əşyalarının ölkəyə gətirilməsinin və satışının qarşısının alınmasında mühüm rol oynamalıdır. /ANS TV/ -
01-09-2008, 01:09 AMFarik-90Gəncədə eniş edən təyyarələr Bakıya qayıdıb
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təyyarələrin eniş etməsinə icazə verilib
Hava şəraiti ilə əlaqədar yanvarın 7-si axşam saatlarından təyyarələrin qəbulu üçün bağlı elan olunan Heydər Əliyev adına Beynəlxalq Hava Limanında artıq təyyarələrin eniş etməsinə icazə verilib. «Azal»-ın mətbuat üzrə səlahiyyətli nümayəndəsi Məhərrəm Səfərlinin ANS TV-yə verdiyi məlumata görə, hava limanından Moskvaya, Tiflisə, Milana uçan təyyarələr yola salınıb. İstanbul və Naxçıvana nəzərdə tutulan reyslərin də həyata keçirilməsi gözlənilsə də yalnız İstanbul reysi yola salınıb. Hava şəraiti ilə əlaqədar Naxçıvana uçan təyyarə reyslərinin isə vaxtı dəyişdirilib. Məhərrəm Səfərlinin sözlərinə görə, qeyri-sabit hava şəraiti ilə bağlı Naxçıvan aeroportu təyyarələri qəbul edə bilmir.
Xatırladaq ki, Honkonqdan uçan Boinq tipli yük təyyarəsi, həmçinin Sankt-Peterburqdan Bakıya gələn, Hindistan-Bakı -Tallin reysi üzrə hərəkət edən sərnişin hava nəqliyyatı ehtiyat aeroport kimi Gəncədə eniş etmişdi. Artıq bu reyslər üzrə hərəkət edən təyyarələr də Gəncəni tərk edərək paytaxtda eniş edib./ANS PRESS/ -
01-09-2008, 01:11 AMFarik-90«Bakıelektrikşəbəkə» gücləndirilmiş iş rejiminə keçib
Tanrıverdi Mustafayev: Təminatında ciddi problem qeydə alınmayıb"
Qarla əlaqədar «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejiminə keçib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, soyuqlar başlayandan xırda fasilələr nəzərə alınmsa paytaxtın enerji təminatında ciddi problem qeydə alınmayıb.
O bildirib ki, fasilələr ətraf kənd və qəsəbələrdə ifrat yüklənmə nəticəsində baş verib: «Odur ki, Səhmdar Cəmiyyət abunəçilərdən xahiş edir ki, bu günlərdə israfçılıq etməsinlər və imkan daxilində qənatəcil olsunlar. Əks halda ifrat yüklənmə avadanlıqların sırıdan çıxması ilə nəticələn bilər ki, bu da məcburi fasilələr deməkdir. Odur ki, fasiləsiz işıq almaq istəyənlərdən standartdan kənar cihazlarından istifadə etməmələri xahiş olunur»./ANS TV/ -
01-09-2008, 01:12 AMFarik-90Təcili tibbi yardım stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Stansiyanın baş həkimi Mürsəl Həmidov bunu daxil olan müraciətlərin çoxluğu ilə izah edib
Artıq 2 gündür ki, Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyası da gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bunu idarənin baş həkimi Mürsəl Həmidov stansiyaya daxil olan müraciətlərin çoxluğu ilə izah edib.
Mürsəl Həmidov bildirib ki, adi günlərdə 1000 -1100 çağırış olurdusa, bu günlərdə 1170 çağırış olub: «117 nəfər hospitalizə olunub. Travma ilə müraciət edənlər 60-70 nəfərdir».
Stansiyanın baş həkimi həmçinin bildirib ki, yaşlı insanlarda sümüklər elastik olduğundan, belə havalarda ən çox onlar ehtiyatlı olmalıdır. Qeyd edək ki, qarlı hava 4 təcili tibbi yardım maşınını da sıradan çıxarıb.
Ümumiyyətlə isə son 2 gün ərzində baş verən yol-nəqliyyat hadisələrinin sayı isə 16-a çatıb. Ölənlərin sayı isə 9 nəfərdir. /ANS TV/ -
01-09-2008, 01:14 AMFarik-90Dünyanın bəzi yerlərində iqlim normasından artıq soyuq hava şəraiti hökm sürür
İran, ABŞ, Türkiyə və Avstraliyada bir neçə gündür ki, kəskin hava şəraiti davam edir
Dünyanın bəzi yerlərində də son bir neçə gündür ki, iqlim normasından artıq soyuq hava şəraiti hökm sürür. İranda yağan şiddətli qar demək olar ki, hava nəqliyyatını iflic edib. Ölkələrarası və 15- ə qədər ölkə daxili hava limanlarında bütün uçuşlar təxirə salınıb, bütün yollar bağlanıb. Yollarda qalmış minlərə avtomobilə hazırda yol polisi əməkdaşları yardım edir. Bir sıra bölgələrdə isə məktəblər bağlanıb.
Amerika Birləşmiş Ştatlarının qərb hissəsində də kəskin hava şəraiti davam edir. Dağlıq ərazilərə 1,5 metr qar düşüb. Birləşmiş Ştatlarda qasırğa həmçinin daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində ən azı 3 nəfər həlak olub, ölkənin qərb sahillərində minlərlə sakin işıqsız qalıb. Kaliforniyanın cənubundakı dağlarda 1 nəfərin, Koloradanın cənubunda yerələşən dağlıq ərazidə isə 4 nəfərin itkin düşdüyü bildirilir. Hazırda onların axtarışı davam edir. güclü qar və çovğun səbəbindən ştatın əsas magistral yolları bir neçə saatlığa bağlanıb. Kaliforniyanın şimalında 220 mindən artıq ev və müəsisəyə hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb. Qasırğa bölgədə 804 kilometrlik işıq xəttini sıradan çıxarıb. Mərkəzi vadi və San Fransisiko ərazisində 500-dən artıq işıq dirəyi və digər kommunal xidmət təchizatı xəttləri yararsız hala düşüb. Qeyd edək ki, pis hava şəraiti ilə bağlı Kaliforniya qubernatoru Arnold Şvarseneqqer hələ ötən gün 3 dairədə fövqəladə vəziyyət elan edib.
Türkiyədə isə bu həftədən yağmurlı hava şəraiti hökm sürəcək. Sinoptiklərin məlumatına görə, şimal bölgələrində həftə sonuna qədər yağacaq yağışlar qarla da müşaiyət olunacaq. Anadolu, Ege və Mərmərədə yolların buz bağlaması ehtimal edilir.
Avstraliyanın ən çox əhali yaşayan yeni cənubi Uels ştatında baş verən güclü daşqınlar isə minlərlə insanın bir həftəyə qədər ətraf aləmdən təcrid olunmasına səbəb ola bilər. İndi həyata keçirilən xilasetmə əməliyyatında əsas məqsəd ətraf aləmdən təcrid olunmuş insanları zəruri tələbat məhsulları ilə təchiz etmək və tibbi yardıma ehtiyacı olanları evakuasiya etməkdir. Bu, yeni Cənubi Uels ştatında son on illiklərdə qeydə alınan ən güclü daşqınlardır. Hazırda suyun səviyyəsi pik nöqtəyə çatdıqdan sonra təcricən azalmağa başlayıb. Ştatın baş naziri Moris İemma daşqınlara məruz qalmış bölgəyə səfər etdikdən sonra rəsmi olaraq bu ərazini təbii fəlakət zonası elan edib. Qeyd edək ki, Yeni Cənubi Uelsdə çayların məcrasından çıxması nəticəsində magistral və digər avtomobil yolları, həmçinin yaşayış məntəqələri sel sularının altında qalıb. /ANS TV/ -
01-09-2008, 01:15 AMFarik-90Güclü qarla əlaqədar yol patrul xidməti gücləndirilmiş rejimdə işləyir
Dövlət Yol Polisi İdarəsi sürücülərə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyin vacib olduğunu bildirir
Paytaxt Bakı ilə yanaşı respublikanın magistral yollarında da nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Güclü qarla əlaqədar yol patrul xidməti gücləndirilmiş rejimdə işləyir.
Bu barədə ANS TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ərəstun Məcidov bildirib ki, qurum sürücülərin diqqətinə çatdırır ki, hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmək vacibdir. Onun sözlərinə görə, nəqliyyat vasitələrinin qış şinləri ilə təchiz edilməsi, avtomobilin salon qızdırıcısının işlək vəziyyətdə olması, zəruri hallarda sürüşməyə qarşı zəncirlərdən istifadə tövsiyə edilir. /ANSPRESS/ -
01-09-2008, 01:17 AMFarik-90Qadın şahmatçılar arasında ölkə çempionatının startı verilib
Yarışda qalib adı uğrunda 12 şahmatçı mübarizə aparır
Azərbaycan Şahmat Federasiyasının mənzil qərərgahında qadın şahmatçılar arasında ölkə çempionatının startı verilib. Mükafat fondu 3000 min Amerika dolları olan yarışda qalib adı uğrunda 12 şahmatçı mübarizə aparır.
Bu şahmatçılardan ikisi Zeynəb və Türkan Məmmədyarova qrossmeyetserdir. Onlarla birlikdə Nərgiz Umudova, Mehriban Şükürova və Elmira Əliyeva kimi beynəlxalq ustalar da qalib adı uğrunda yarışır. Bu gün start götürümüş Azərbaycan çempionatına yanvarın 17-də yekun vurulucaq. Bu müddət ərzində şahmatçılar 11 turdan ibarət dairəvi sistemlə yarışacaqlar.
Qeyd edək ki, 1-ci yeri tutacaq zəka sahibi 1000 ABŞ-ı dolları məbləğində pul mükafatına sahib olacaq. 2-ci yerin sahibi 750, 3-cü yeri tutucaq idmançı isə 600 ABŞ-ı dolları ilə şəxsi büdcəsini zənginləşdirəcək. Bundan əlavə, mükafatçı şahmatçılar Bolqarıstanın Plovdiv şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. /ANS TV/ -
01-10-2008, 09:47 AMFarik-90Azərbaycan ÜDM artımına görə dünya liderliyini saxlayır
Dünya Bankının hesablamalarına görə, bu göstərici ən azı 2010-cu ilədək davam edəcək
Azərbaycan Ümumi Daxili Məhsulun artım tempinə görə Azərbaycan 2010-cu ilə qədər dünya liderliyini qoruyacaq. Dünya Bankının 2008-ci il üçün iqtisadi inkişaf proqnozunda (Global Economic Outlook) belə deyilir. Dünya Bankının məoumatına görə, 2007-ci ildə dünyada orta ÜDM artımı 3,6 faiz təşkil edib. 2008-ci ildə bu rəqəm 3,3, 2009-cu ildə isə 3,6 faiz oalmalıdır.
Dünya Bankının proqnozlarına görə, 2008-2009-cu illərdə region ölkələri arasında ÜDM inkişafı daha çox Azərbaycanda hissolunacaq: «2007-ci ildə Azərbaycanda ÜDM artımı 33,5 faiz olub və ölkə dünya üzrə liderliyi qoruya bilib. 2008-ci ildə bu rəqəm 19,4, 2009-cu ildə isə 14,9 faiz olacaq. Bu isə dünyada Ən yüksək göstəricidir».
Dünya Bankı 2008-ci ildə Ermənistanda 8,5, Gürcüstanda 9, Qazaxıstanda 7,1 faiz ÜDM artımı proqnozlaşdırır. Rusiyada isə 2008-ci ildə ÜDM artısmı 6,5 faiz olmalıdır.
/ANSPRESS/ -
01-10-2008, 09:48 AMFarik-90Bakının bəzi yerlərində içməli su problemi yaranıb
Səbəb şaxta nəticəsində üzdə olan su xəttlərinin donmasıdır
Havaların kəskin soyuması ilə əlaqədar olaraq paytaxtın bəzi yerlərində içməli su problemi yaşanıb. Buna səbəb bir neçə gündür davam edən şaxtalar nəticəsində üzdə olan su xəttlərinin donmasıdır.
Paytaxtda su satışı ilə məşğul olan şirkətlər də son günlər su qıtlığı ilə bağlı əhalidən və digər istehlakçılardan gələn sifarişlərin artdığını təsdiqləyib.
Qarlı və çovğunlu günlərdə su təchizatı və kanalizasiya xidmətlərinin ahəngdar fəaliyyətinin təmin edilməsi məqsədilə «Azərsu» Səhmdar Cəmiyyəti də gücləndirilmiş iş rejimində işləyir. Sutka ərzində su təchizatında ortaya çıxan problemlərlə bağlı operativ fəaliyyətin təmin edilməsi üçün 24 saat ərzində hər bir rayonda xüsusiləşdirilmiş briqadalar fəaliyyət göstərir. /ANS TV/ -
01-10-2008, 09:49 AMFarik-90Qiymətləri artıran sürücülər cəzalandırılacaq
Nəqliyyat Nazirliyində sərnişindaşımada yaranmış problemlərlə bağlı müşavirə keçirilib
Nəqliyyat Nazirliyində havaların kəskin soyumasından sonra sərnişindaşımada yaranmış problemlərlə bağlı müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumata görə, sərnişindaşıma ilə məşğul olanq şirkət rəhbərlərinin iştirak etdiyi toplantıda sərnişinlərin mənzil başına vaxtında çatdırılması sahəsindəki problemlər müzakirə edilib. Müşavirədə bildirilib ki, gediş haqlarını süni şəkildə artıran sürücülər və şirkət rəhbərləri cəzalandırılacaq. /ANSPRESS/ -
01-10-2008, 09:50 AMFarik-90Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Yarışın təntənəli açılış mərasimi yanvarın 10-da olacaq
Sabah Milli Aviasiya Akademiyasının “Azal” İdman Klubunda ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, yarışlarda Bakı, Sumqayıt, Gəncə, Qax, İsmayıllı, Lənkəran, Cəlilabad, Qazax, Yevlax, Goranboy və digər şəhər və rayonlardan 100-ə qədər idmançının iştirakı gözlənilir. Yarışın təntənəli açılış mərasimi yanvar 10-da saat 12.00-da olacaq. /ANS PRESS/ -
01-10-2008, 09:50 AMFarik-90"Qarabağın keçmiş statusunun qaytarılması mümkün deyil"
"Qarabağ və Kosovo münaqişələri ümumi cizgilərə malikdirlər". Bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib. “Hər bir münqaişə öz spesifikasına malikdir, bir mərhələdə konfliktlərin hüquqi və etnik cizgiləri bir-birinə bənzəyir. Qarabağ və Kosovo münaqişələri də ümum cizgilərə malikdir. Belə ümumi cizgilərə etnik təmizləmə və cinayətləri aid etmək olar”, deyə nazir İrəvanda mətbuat konfransında qeyd edib. Onun sözlərinə görə, Kosovodakı etnik təmizləmə beynəlxalq rezonans doğurubsa, Qarabağdakı cinayətlər beynəlxalq ictimaiyyətin o qədər də böyük diqqətini çəkməyib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağı unutmalıdır. “Azərbayacan Dağlıq Qarabağı unutmalıdır, elə Kosovo prosesində də əvvəlki statusa qayıdış olmayacaq”, deyə erməni nazir qeyd edib.
Xatırladaq ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda qarşı tərəfin atəşkəsi müntəzəm olaraq pozması nəticəsində 10 000-dən çox azərbaycanlı həlak olub.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Xocalı şəhərində soyqırım nəticəsində 613 azərbaycanlı həlak olub./ANS PRESS/ -
01-10-2008, 09:51 AMFarik-90Hökumət nəqliyyat sektoruna 1 milyard dollar vəsait ayırıb
Hökumətin hesablamalarına görə gələn il texniki baxış üçün tutulan yol vergisi hesabına fonda 29,5 milyon manat daxil olacaq
Bu il Azərbaycan höküməti ölkənin nəqliyyat sektoruna 1 milyard dollar vəsait sərf etmək niyyətindədir. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu vəsait körpü və yeraltı keçidlərin, eləcə də yeni yolların tikintisinə, mövcud yolların yenidən qurulmasına və saxlanılmasına xərclənəcək. Hazırda Nəqliyyat Nazirliyinin balansında təxminən 23-24 min kilometr yol var.
Nazirlik rəsmiləri bildirir ki, 2006-ci ildə yeni yolların tikintisinə, mövcud yolların yenidən qurulmasına və saxlanılmasına dövlət büdcəsindən 185 milyon manat pul xərclənib. Keçən il isə bu rəqəm 2 dəfədən çox artırılaraq 398 milyon manata çatdırılıb. Bu il yol fondunun büdcəsi 130 milyon manat məbləğində proqnozlaşdırılır.
Maliyyə Nazirliyindən verilən məlumata görə, fondun gəlirləri ötən ilkindən 20,5 faiz çox olacaq. Fonda daxilolmaların təqribən 40 faizi idxal olunan avtomobillərdən tutulan aksiz vergisi hesabına formalaşacaq. Hökumətin hesablamalarına görə gələn il avtomobillərə texniki baxış zamanı tutulan yol vergisi hesabına fonda 29,5 milyon manat vəsait daxil olacaq.
Qeyd edək ki, məqsədli fonda daxil olan vəsait yolların inşası, təmiri və yenidənqurulmasına xərclənir. Bundan başqa, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi planının 2006-2007-ci illəri əhatə edən birinci mərhələsinə uyğun olaraq, paytaxtda 9 körpü və 13 yeraltı keçidin inşası planlaşdırılıb. /ANS TV/ -
01-10-2008, 09:52 AMFarik-90Çingiz Mustafayev adına Mədəniyyət Evində kimsəsiz və əlil uşaqlar üçün yeni il şənlikləri keçirilib
Havaların soyuq keçməsinə baxmayaraq, uşaqlar tədbirlərin davam etdiyi 12 gün ərzində şənliklərə böyük maraqla gəliblər
Dekabrın 28-dən başlayaraq yanvar ayının 8-dək Çingiz Mustafayev Fondunun və ANS Şirkətlər Qrupunun təşkilatçılğı ilə Şəkidə Çingiz Mustafayev adına Mədəniyyət Evində əlaçı şagirdlər, kimsəsiz və əlil uşaqlar üçün əyləncəli yeni il şənlikləri keçirilib.
Uşaqların böyük marağına səbəb olan tədbirlər iki hissədən ibarət olub. Musiqili və əyləncəli birinci hissədə uşaqlar müxtəlif müğənnilərin ifalarını dinləyib, Azərbaycan nağıllarından personajların - Cırtdan və Divin, eyni zamanda Şaxta baba və Qar qızın iştirakı ilə hazırlanmış səhnəciklərə tamaşa ediblər. İkinci hissədə isə Çingiz klubunda yerləşən kinoteatrda uşaqlar üçün cizgi filmi nümayiş olunub. Tədbirlər zamanı Mədəniyyət Evinin üzvləri olan istedadlı uşaqlar mahnı və şeirlər də səsləndiriblər. Bundan əlavə, uşaqlara müxtəlif qiymətli hədiyyələr də təqdim olunub. /ANS PRESS/ -
01-10-2008, 09:53 AMFarik-90Məktəblərdə məcburi tətil başa çatır
Sabahdan orta məktəblərdə dərslər davam etdiriləcək
Ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar məktəbəqədər tədris müəssisələri və orta məktəblərdə dərslərə verilmiş fasilə bu gün başa çatır. Yanvarın 10-dan etibarən orta ümumtəhsil məktəblərində dərslər davm etdiriləcək. Məlumatı ANSPRESS-ə Təhsil Nazirliyi şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Arif Muradov verib. Onun sözlərinə görə, səhər saatlarında yollar buz bağlasa da, dərslərin başlanma saatlarında heç bir dəyişiklik edilməyib.
Dərslərin davamiyyətində yaranmış məcburi fasiləyə gəldikdə isə Təhsil Nazirliyinin şöbə müdiri bildirib ki, buraxılmış dərslər yaz tətilinin ilk 3 günü hesabına kompensasiya ediləcək. Belə ki, ümumi qaydaya görə, martın 16-da başlamalı olan yaz tətili martın 19-da başlayacaq və 7 gün davam edəcək. /ANSPRESS/ -
01-10-2008, 09:54 AMFarik-90Şaxtalı hava şəraiti 73 ilin rekordunu təzələyib
Yanvarın 13-dən etibarən havanın mülayimləşməyə başlayacağı, temperaturun yüksələcəyi gözlənilir
Ölkə ərazisində 1935-ci ildən bu yana ən aşağı hava temperaturu qeydə alınıb. Belə ki, 1935-ci ilin yanvar ayında havanın temperaturu -8,1 dərəcə qeydə alınmışdısa, bu il temperatur -8.7 dərəcəyə enib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamentindən ANS TV-yə verilən məlumata görə, soyuq hava şəratinin bu həftənin sonunadək davam edəcək. Departamentin direktor müavini Umayra Tağıyevanın sözlərinə görə, yanvarın 10-na keçən gecə şaxta bir qədər zəifləyəcək, fasilələrlə şimal-qərb küləyi əsəcək. Gündüz saatlarında isə havanın orta temperaturu -2 dərəcə olacaq. Şaxta zəifləsə də axşam saatlarından etibarən yolların buz bağlayacağı, nəqliyyatın hərəkətində problemlərin olacağı gözlənilir.
Ölkə ərazisindəki qeyri-sabit hava şəraiti yanvarın 13-dək davam edəcək. Həmin gündən başlayaraq havalar mülayimləşməyə bğaşlayacaq və temperatur + 6 dərəcəyədək yüksələcək. /ANSPRESS/ -
01-10-2008, 09:56 AMFarik-90RTR-Planeta kanalının tezliyi ilə bağlı tender elan edilməsi məsələsi hələ gündəlikdə deyil
Bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib
RTR-Planeta kanalının tezliyi ilə bağlı tender elan edilməsi məsələsi hələ gündəlikdə deyil. Əgər Rusiya tərəfi Azərbaycan televiziya kanalının yayımını təmin edərsə, RTR-in yerli tezlikdə yayımı bərpa edilə bilər. Bu barədə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli Turana bildirib. Onun fikrincə, yeni televiziya kanalının açılması məsələsi gündəlikdə deyil.
Xatırladaq ki, bəzi KİV RTR-in tezliyinin yeni açılacaq "Mədəniyyət" televiziyasına veriləcəyini yazır./ANSPRESS/ -
01-10-2008, 09:56 AMFarik-902007-ci ildə Azərbaycanda inflyasiya 18,8% olub
Azərbaycan hökuməti 2007-ci ildə 9% həcmində inflyasiya gözləyirdi
2007-ci ildə Azərbaycanda inflyasiya 18,8 faiz olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentlyinə Statistika üzrə Dövlət Komitəsi məlumat verib. 2007-ci ilin dekabr ayında bu nəticə 2,5 faizə bərabər olub.
Beləliklə, ötən il ərzaq məhsullarının qiyməti 19 faizə qədər qalxıb (dekabr ayında 3,6%), qeyri-ərzaq mallarına isə 11,4 faiz (0,9%), xidmətə görə 26,9 faiz (1,7 %).
Dekabr ayında un, çörək, makaron məmulatları, uşaq qidaları, mal əti, kolbasa məmulatları, konserva, spirtli içkilər, bitki yağları, şəkər və şəkər tozu, bəzi meyvə və tərəvəz məhsullarının, konfet, süd məhsulları, yumurtanın qiymətində artım müşahidə olunub.
Portağal, kök kimi ərzaq məhsullarının qiyməti isə əksinə olaraq aşağı düşüb.
Qeyri-ərzaq məhsulları sektorunda isə qış paltarı, sement, tikinti materialları, ayaqqabı, tikinti boyaları, kərpic, mebel, bir sıra məişət əşyaları və texnikası və qızıl əşyalarının qiymətində artım olub. Trikotaj məmulatları, bir neçə dərmanın, uşaq paltarlarının qimyəti aşağı düşüb.
Qeyd edək ki, Azərbaycan hökuməti 2007-ci ildə 9% həcmində inflyasiya gözləyirdi. /ANS PRESS/ -
01-10-2008, 09:57 AMFarik-902008-ci il dekabr ayında neftin bir bareli 200 dollar olacaq
Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, bu il neftdən sutkalıq istifadə 87,8 mln barelə qədər artacaq
Nyu-York birjasında son bir neçə sutka ərzində neftin 2008-ci il dekabr ayında bareli 200 dollardan təchizatı barədə çoxsaylı opsiya müqavilələri imzalanıb. Bloomberg agentliyinin məlumatına görə, belə iri müqavilələr Fars körfəzi ölkələrində və Meksika körfəzində neft yataqlarının tükənməsi ilə bağlı yayılan informasiya ilə əlaqədar olaraq nəhəng peşəkar treyderlər tərəfindən bağlanıb.
Ölçüsünə neft sahəsində üçüncü olan Meksika sahilindəki Kantareldə son zamanlar neft hasilatında 40 % səviyyəsində eniş qeydə alınıb.
Bununla yanaşı, Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, bu il neftdən sutkalıq istifadə 87,8 mln barelə qədər artacaq. Bu isə 2007-ci ilə nisbətən 2,1 mln barel çoxdur.
Bu məlumatlar isə bir sıra neft treyder şirkətlərinə bu ilin dekabr ayında neftin bir barelinin qiymətinin 200 dollar olacağı barədə deməyə əsas verib.
Qeyd edək ki, 2008-ci ilin ilk günləri Nyu-Yorkda neftin bir barelinin qiyməti rekord 100,09 dollar olub. /ANS PRESS/ -
01-10-2008, 09:58 AMFarik-90Azərbaycanda satılan kompüterlərin 63 faizi ölkədə istehsal olunur
Əhali arasında kompüterdən istifadə isə sürətlə çoxalır
Azərbaycanda satılan kompüterlərin təxminən 63 faizi yerli istehsalçıların payına düşür. Bu barədə məlumatı, informasiya və kommunikasiya texnologiyaları üzrə informasiya mərkəzi verib. Qurum paytaxtda və regionlarda fərdi kompüter istehsalçılarının sayının artdığını da bildirir. Mərkəzin araşdırmalarına əsasən, 2007-ci ildə ölkənin kompüter bazarında bir sıra müsbət dəyişikliklər baş verib. Məsələn, milli kompüter brendi bir qədər də möhkəmlənib. Belə ki, son illər ərzində yerli istehsalçıları göstərdiyi zəmanət xidmətləri nəticəsində istehlakçıların Azərbaycan istehsalı olan mallara marağı artıb.
Bundan başqa, ötən il Bakıda fərdi-kompüterlərin sayı daha sürətlə artıb. İnternet infrastrukturunun genişlənməsi regionlarda da fərdi kompüterlərə tələbatı artırıb. İnformasiya və kommunikasiya texnologiyaları üzrə informasiya mərkəzində hesab edirlər ki, yaxın vaxtlarda hökümət tərəfindən həyata keçiriləcək xalq kompüteri layihəsi vətəndaşlara güzəştli şərtlərlə kompüter almağa imkan verəcək və yerli kompüterlərin sayını bir qədər də artıracaq. /ANS TV/ -
01-10-2008, 10:00 AMFarik-90Qarlı və şaxtalı hava şəraiti davam edəcək
Sabah gecə 4-6 dərəcə şaxta olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava buludlu olsa da, yağmur gözlənilmir. Məlumatı ANSPRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov verib. Onun sözlərinə görə, yanvarın 9-u axşam saatlarından başlayaraq, az qar yağacaq, 4-6 dərəcə şaxta olacaq. Yanvarın 10-u,11-i 12-dən başlyayaraq isə yenidən qar yağacağı gözlənilir. /ANSPRESS/ -
01-10-2008, 10:01 AMFarik-90Bu gün yenə qar yağacaq
Bakıda əsən şimal-qərb küləyi soyuq effektini daha da artıracaq, yollar buz bağlayacaq
Paytaxt Bakıda sərt şaxtalı hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeroloji proqnozlar bürosunun məlumatına görə, yanvarın 10-da Bakıda qar yağacaq, axşam saatlarında şaxta olacaq. Bu gün həmçinin şimal-qərb küləyi əsəcək. Bu isə soyuq effektinin bir qədər güclənməsinə gətirib çıxaracaq. Yolların buz bağlayacağı və nəqliyyatın hərəkətinin yenidən çətinləşəcəyi gözlənilir. Hidrometereoloqların proqnozlarına görə yalnız gələn həftədən başlayaraq hava şəraiti mülayimləşəcək və temperatur yüksələrək iqlim normasına yaxınlaşacaq. /ANSPRESS/ -
01-10-2008, 11:02 PMisi-85Futbol üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilir
İlk qarşılaşmada Azərbaycan millisi Belçikanın yığmasına məğlub olub
Futbol üzrə Azərbaycan 17 yaşlı yığma komandası Belçika millisinə 0-1 hesabı ilə məğlub olub. Azərbaycanın yeniyetmələrdən ibarət yığması Belorusun paytaxtı Minskdə təşkil olunmuş 4-cü beynəlxalq turnirdə iştirak edir. 17 yaşlılardan ibarət yığmamız Belçika millisinə 0-1 hesabı ilə məğlub olub.5 gün davam edəcək yarışmanın bu günkü oyun günündə Yaşar Vahabzadənin yetirmələri Litvalı həmyaşıdlıları ilə qarşılaşacaqlar. Millimiz qrup mərhələsinin son matçını isə sabah meydan sahiblərinə qarşı keçirəcək. Onu da qeyd edək ki, digər qrupda Belorus yığmasının 2-ci kollektivi ilə yanaşı, Rusiya, İtaliya və Moldova milliləri da yer alıb. Turnirin sonuncu günü, yəni yanvarın 13-də isə yarışın qalib və mükafatçılarını müəyyən edən oyunlar keçiriləcək. /ANS TV/ -
01-10-2008, 11:06 PMisi-85Rusiya hökuməti siqaret reklamına qadağanı dəstəklətib
Rusiya hökuməti siqaret reklamına qadağanı dəstəklətib
Tütünə qarşı mübarizə ilə bağlı çərçivə Konvensiyasına qoşulmaq istəyən Rusiyada hər il yüz minlərlə adam siqaret çəkməklə bağlı xəstəliklərdən ölür
Rusiya hökuməti tütün və tütün məmulatlarının reklamını tam qadağan edən qanun layihəsinə razılıq verib. Bu qərar, Rusiyanın Ümumdünya Səhiyyə Təhkilatının tütünə qarşı mübarizə ilə bağlı çərçivə Konvensiyasına qoşulmasına imkan verəcək.
Konvensiya 2003-cü ilin mayında qəbul olunub və onu Avropa Birliyi ölkələri də daxil olmaqla 172 dövlət dəstəkləyib. Hər il dünyada siqaret çəkməklə əlaqəli xəstəliklərdən təxminən 5 milyon adam ölür. Rusiyada 2006-cı ildə bu səbəbdən 400 min nəfər dünyasını dəyişib. Tütün məmulatlarının vurduğu ziyan istehlakçı tələbatını azaltmır. Əgər 1995-ci ildə Rusiyada 200 milyard siqaret istehsal olunmuşdusa, 2006-cı ildə bu rəqəm 413 milyarda qədər artıb. Rusiyada tütünə qarşı milli strategiya layihəsinin hazırlanacağı və milli əlaqələndirmə nın orqanının yaradılacağı da gözlənilir./ANSPRESS/ -
01-10-2008, 11:09 PMisi-85Bu il ali məktəblərə qəbul imtahanlarına dəyişiklik edilib
Bu il ali məktəblərə qəbul imtahanlarına dəyişiklik edilib
TQDK sədri Məleykə Abbaszadənin sözlərinə görə, dörd qrupun hamısında hər fənn üzrə 25 sual olacaq
Tələbə Qəbulu üzrə Dövlət Komisiyası 2007-2008-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə dair zona müşaviri keçirib. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, 2007-ci ildə ali məktəbləri bitirən şagirdlərin 89 faizi ali məktəblərə sənəd verir ki, bunların da yalnız 38 faizi təlbə adını qazınıb. TQDK sədri onu da bildirib ki, bu il mart-aprel ayında keçiriləcək sınaq imtanlarınin nəticələrin uyğun olarq qəbul ali məktəblərə qəbul üçün keçid bal müəyyənləşəcək. M.Abaszadə bu il ali məktəblərinə qəbul imtahanlarına dəyişiklik edildiyini də deyib. «Dörd qrupun hamısında hər fənn üzrə 25 sual olacaq. Ötən il isə bu rəqəm 22 idi. Psixologiya ixtisası üçüncü qrupdan dördüncü qrupa keçirilib. Birinci qrupda isə fizika və riyaziyyat fənləri üzrə qiymətlər dəyişdiriləcək. Bütün bu dəyişikliklər isə abutiriyent jurnalının 1-ci nömrəsində nəşr ediləcək»./ANS TV/ -
01-10-2008, 11:14 PMisi-85Futbol üzrə millimiz seçmə oyunlara «Uels» səfərindən başlayacaq
Futbol üzrə millimiz seçmə oyunlara «Uels» səfərindən başlayacaq
Yığma komandamızın dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarının təqvimi müəyyənləşib
Futbol üzrə Azərbaycan yığma komandasının dünya çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarının təqvimi müəyyənləşib. Millimiz seçmə oyunlara «Uels» səfərindən başlayacaq.
«Uels»lə görüş bu ilin sentyabr ayında təşkil olunacaq. Sentyabrın 6-da Kardiff səfərindən dönəcək millimiz 4 gün sonra «Lixtenşteyn»i qəbul edəcək. Futbolçularımız 2008-ci ildə son oyunlarını səfərdə Finlandiyaya qarşı keçirəcəklər. Azarkeşlərimizin səbrsizliklə gözlədiyi Rusiya - Azərbaycan matçı isə 2009-cu il martın 28-də baş tutacaq. /ANS TV/ -
01-10-2008, 11:22 PMisi-85«20 yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı» təsdiqlənib
«20 yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı» təsdiqlənib
Tədbirlər planına əsasən, 20 yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar da ediləcək
Azərbaycan prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyev «20 yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı»nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulur.
Tədbirlər planına əsasən, 20 yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar ediləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri görüləcək. Dünya ictimaiyyətinin diqqətini yenidən qanlı yanvar faciəsinə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, həmçinin Azərbaycan icmaları müvafiq tədbirlər həyata keçirəcək. Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanıb. /ANS TV/ -
01-10-2008, 11:30 PMisi-85«Azərbaycanda telekommunikasiya sahəsində böyük nailiyyətlər var»
«Azərbaycanda telekommunikasiya sahəsində böyük nailiyyətlər var»
Prezident İlham Əliyev TeliaSonera» şirkətinin prezidenti Lars Niberqi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «TeliaSonera» şirkətinin prezidenti Lars Niberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı «TeliaSonera» şirkəti ilə ölkəmizin müvafiq strukturları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanda telekommunikasiya sahəsində qazanılan uğurları ölkənin iqtisadi inkişafının yaxşı göstəricilərindən biri kimi dəyərləndirib.
Lars Niberq Azərbaycanda fəaliyyət göstərdikləri 10 ildən artıq müddətdə qarşılıqlı əməkdaşlıq nəticəsində rabitə və telekommunikasiya sahəsində ölkəmizdə müasir infrastrukturun yaradılması baxımından böyük nailiyyətlərin olduğunu bildirdi. /ANSPRESS/
