Qiymətli metal istehsalına başlamaq üçün beynəlxalq mədən əməliyyat şirkətinin 30 milyon dollar sərmayə yatıracağı gözlənilir
Azərbaycanın mədənlərində qızıl istehsalı yenidən başlayacaq. Azərbaycan beynəlxalq mədən əməliyyat şirkətindən verilən məlumata görə, yataqdakı hər bir ton suxurun emalından 1-2 qram qızıl alınacaq. Artıq bu ildən Gədəbəydə tikiləcək ilk zavodda qızıl istehsalına başlanacağı nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş inkişaf proqramına uyğun olaraq, bu zavodda ildə 75 min unsiya və ya 2 ton 348 kiloqram qızıl emalı proqnozlaşdırılır.
Qiymətli metal istehsalına başlamaq üçün beynəlxalq mədən əməliyyat şirkətinin 30 milyon dollar sərmayə yatıracağı gözlənilir. İndiyə qədər aparılmış kəşfiyyat işlərinə isə təqribən 40 milyon dollar xərclənib. Şirkətin Tovuzdakı qoşa yatağında apardığı kəşfiyyat işlərinin nəticələri də ürəkaçandır. Belə ki, bu yataqda da hər tonda 1-2 qram qızılın olduğu müəyyənləşib.
Amma Naxçıvandakı yataqlarda qızıl ehtiyatı az olduğundan orada emal işlərinə başlamaq iqtisadi cəhətdən səmərəli sayılmır. Odur ki, şirkət hələlik Gədəbəy və Tovuz rayonlarında hasilata başlamaq niyyətindədir. Bununla yanaşı digər yataqlarda kəşfiyyat işləri davam etdiriləcək. Şirkətin balansına verilmiş yataqlarda 1,2 milyon unsiya qızılın olduğu bildirilir.
Ümumilikdə, indiyə qədər ölkə ərazisində 10 qızıl yatağı kəşf olunub. Bu yataqların bir neçəsi işğal altında olan Kəlbəcər və Zəngilan rayonlarında yerləşir. Qeyd edək ki, keçmiş "Azərqızıl" dövlət şirkəti ilə Birləşmiş Ştatların “Rv investment” şirkətlər qrupu arasında Gədəbəy və Ordubad rayonları ərazisində yerləşən qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb. 90-ci illərin sonu və 2000-ci illərin əvvəllərində dünya bazarlarında bu metalın qiyməti indikindən 2 dəfədən çox ucuz olduğundan, yataqların işlənməsi kommersiya cəhətdən səmərli sayılmırdı. /ANS TV/
158 sonuçtan 31 ile 40 arası
-
01-04-2008, 11:46 PM #31Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Britni Spirs xəstəxanaya düşüb
Hadisə yerinə polislə bərabər, yanğınsöndürən və həkimlər də çağırılıb
Pop ulduzu Britni Spirs bu gün təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, keçmiş həyat yoldaşı Kevin Federlaynla övladlarına himayəlik etmək üstündə dalaşıb. Britni Spirsin Los-Ancelesdəki evə 6 polis maşını, yanğınsöndürənlən və həkimlər göndərilib.
Polis əməkdaşları hadisə yerinə çatdıqdan 1,5 saat sonra həkimlər çağırılıb. Polisdən verilən məlumata görə, onlar qalmaqalı sülh yolu il məhkəmə qərarına uyğun şəkildə yoluna qoymağa çalışıblar.
Britni Spirs və keçmiş həyat yoldaşı Kevin Federlayn iki oğullarına himayəçilik uğrunda mübarizə aparırlar. Onlar 2004-cü ilin oktyabrında evləniblər və ötən ilin iyulunda ayrılıblar. Qeyd edək ki, məhkəmə qərarı ilə uşaqları Kevin Federlayn böyütməlidir. Britni Spirs isə yalnız müəyyən məhdudiyyətlərlə onlara baş çəkə bilər. Məhkəmə qadın müğənninin vaxtaşırı narkotik yoxlamasında keçirilməsi barədə də qərar qəbul edib.
-
01-05-2008, 10:33 PM #32Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Azərbaycan yenidən qızıl istehsalına başlayacaq
-
01-05-2008, 11:26 PM #33Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
QIZIL QLOBUS» MÜKAFATININ TƏQDİMETMƏ MƏRASİMİ TƏXİRƏ SALINA BİLƏR
Hollivudda «Qızıl qlobus» mükafatının 65-ci təqdimetmə mərasiminin təxirə salınacağı gözlənilir. Buna səbəb aktylorların baykot elan etməsidir. Artıq 3 aydır ki, tətil keçirən ssenari müəllifləri ilə həmrəylik nümayiş etdirən aktyorlar, mərasim zamanı incəsənət adamlarının zala daxil olmasına imkan verməyəcəklərini bildirir. «Oskar» mükafatına hazırlıq məqsədi daşıyan təqdimetmə mərasimi yanvarın 13-də keçirilməlidir.
-
01-05-2008, 11:42 PM #34Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
CAVAD XAN GƏNCƏDƏ ANILIB
Azərbaycanın azadlıq mübarizəsi tarixində Cavad xanın xüsusi yeri var. Gəncəlilər hər il olduğu kimi bü il də ənənəyə sadiq qalaraq, yanvarın 4-ü Gəncə xanının xatirəsini anıblar. Cavad xanın məqbərəsi önünə çiçək dəstələri qoyan tədbir iştirakçıları bildiriblər ki, Cavad xanın ruslarla savaşı Azərbaycanda və Qafqasda müstəmləkiçilik siyasətinə qarşı mübarizənin başlanğıcı olub. Belə ki, 1804-cü il yanvarın 4-də Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı döyüşən Cavad xana Qarabağ, Şəki xanları, ləzgi şamxalları və Gürcü şahzadəsi Aleksandr da birgə mübarizə aparacaqlarına söz versə də son anda Gəncə xanı tək qalıb. Gəncəlilər Rusiyaya qarşı 1 aydan çox mübarizə aparsa da Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi kimi qəhrəmancasına həlak olub.
-
01-06-2008, 11:24 AM #35Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- İSTANBUL
- Mesajlar
- 185
TÜRK MİLLETİNİN BAŞI SAĞOLSUN (AZERİ ASKERİ, A.I.D.S MİKROBU BİR ERMENİ TARAFINDAN ŞEHİT EDİLDİ)
''Ermeni güçleri bir Azeri askeri şehit etti (05.ocak2008)(Milliyet gazetesinden)
Önemli bölümü Azerbaycan’ın Ermeni işgali altındaki topraklarında bulunan cephe hattında Ermeni güçlerinin ateşkes ihlali sonucu bir Azeri asker şehit oldu.
Yerel haber kaynaklarına göre, Ağdam bölgesinde önceki gece meydana gelen ateşkes ihlali sırasında 19 yaşındaki er Çınar Aliyev, başından aldığı isabet sonucu hayatını kaybetti.
Öte yandan Azerbaycan Savunma Bakanlığı, son 3 gün içinde Ermeni güçlerinin, cephe hattının Berd, Tovuz, Terter, Fuzuli, Ağdam, Hocavend ve Goranboy bölgelerinde çoğu gece saatlerinde olmak üzere 10’a yakın ateşkes ihlalinde bulunduğunu bildirdi.
Ateşkes ihlallerinin karşı ateş açılarak sona erdirildiği kaydedildi.
Ermenistan’ın toprak talebiyle iki ülke arasında başlayan çatışmalara 1994 yılında imzalanan ateşkes anlaşmasıyla ara verilirken, Yukarı
Karabağ ve çevresindeki 7 bölgede Ermeni işgali halen devam ediyor.''
HEPİMİZİN BAŞI SAĞ OLSUN.BU MİKROP BİR GÜN KIRILACAK VE KARABAĞ ÖZGÜRLÜĞÜNE KAVUŞACAK.KİMSENİN ŞÜPHESİ OLMASIN.-Geçme namert köprüsünden, ko götürsün su seni. Yatma tilki gölgesinde ko yesin aslan seni
-Kör için altında birdir camda.
Sana bakan kör ise kendini camdan sanma
-
01-06-2008, 11:47 PM #36Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Havanın pisləşməsi yolların buz bağlamasına səbəb olacaq
Yağıntılı və küləkli hava şəraiti nəticəsində yolların buz bağlamasına səbəb olacaq
Bu gün səhər saat 07:30-dan başlayaraq respublika ərazisində və paytaxt Bakıda hava şəraiti yenidən pisləşib və qar yağışı kəskinləşib. Milli Hidrometrologiya Departamentindən ANS-PRESS-ə verilən məlumata görə, bu cür hava şəraiti yanvarın 7-dək davam edəcək.
Həmçinin Xəzər dənizində də havanın temperaturu aşağı enərək 1-3 dərəcəyə çatacaq. Ümumilikdə respublika ərazisində sulu qar və qar yacağaq. Yağıntıların daha çox dağlıq ərazilərə düşəcəyi proqnozlaşdırılır. Yağıntılı və küləkli hava şəraiti nəticəsində yolların buz bağlamasına səbəb olacaq. Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsini sürücülərin diqqətinə çatdırır. Tövsiyyədə nəqliyyat vasitələrinin qış şinləri ilə təchiz edilməsi, avtomobilin salon qızdırıcısının işlək vəziyyətdə olması, zəruri hallarda sürüşməyə qarşı zəncirlərdən və görməni asanlaşdırmaq üçün yaxın işıqlardan istifadə edilməsi bildirilir.
-
01-06-2008, 11:57 PM #37Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Şahmatçımız İtaliyada təşkil olunmuş ənənəvi şahmat turnirinin 7-ci turunda qalib gəlib
Teymur Rəcəbov isə Ukraynada start götürmüş şahmatın blits növü üzrə 2-ci dünya kubokuna uğurla başlayıb
Azərbaycan şahmatçısı Vüqar Həşimov İtaliyada təşkil olunmuş ənənəvi şahmat turnirinin 7-ci turunda hollandiyalı Sergey Tivyakovu məğlub edib. Hazırda aktivində 4 xal yarımı olan Həşimov liderlər qrupundadır. Turnirin başa çatmasına 2 tur qalıb.
Nicat Məmmədov isə İngiltərədə təşkil olunmuş turnirdə vahid liderliyə yüksəlib. 8 turdan sonra onun aktivində 6 xal yarım var.
Digər zəka sahibimiz Teymur Rəcəbov isə Ukraynanın Odessa şəhərində start götürmüş şahmatın blits növü üzrə 2-ci dünya kubokuna uğurla başlayıb. Azərisport.kom saytının verdiyi məlumata görə, həmyerlimiz turnirin 1/8 final mərhələsində meydan sahibi Yuri Drozdovski üzərində 1,5 - 0,5 hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində həmyerlimiz, ilk olaraq adını 1/4 finalçılar sırasına yazmaqla yarışın baş mükafatı uğrunda mübarizəni davam etdirmiş olub. Bu turnirdə özünün potensial rəqibləri ilə müqayisədə Teymur Rəcəbov istirahət etmək imkanı qazanacaq, çünki 1/8 final mərhələsinin qalan oyunları bu gün keçiriləcək.
Xatırladaq ki, dünya kubokunun hazırkI qalibi macar şahmatçı Peter Lekodur. Onu da əlavə edək ki, klassik şahmat üzrə dünya kuboku yarışlarında Teymur Rəcəbov yarımfinalda ukrayna şahmatçısı Vasili İvançuka məğlub olmuşdu.
-
01-07-2008, 12:02 AM #38Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
eşitdim ki Bakıya qar yağıb
-
01-07-2008, 11:44 PM #39Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
Havanın pisləşməsi ilə əlaqədar Azərbaycanın bütün orta məktəblərində qış tətili 3 gün uzadılıb
Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar respublikanın bütün orta ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində tədris yanvarın 10-dək müvəqqəti dayandırılıb.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə «APA-ECONOMICS»ə bildirib ki, bununla əqaədar təhsil naziri Misir Mərdanov müvafiq əmr imzalayıb. Belə ki, havaların kəskin soyuması ilə əlaqədar respublikadakı orta ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində yanvarın 7-9-da tədris olmayacaq. Bu əmr ali və orta ixtisas təhsil müəssisələrinə şamil edilmir.
Qeyd edək ki, məktəblərdə qış tətili dekabrın 30-da başlayıb. Hazırda Azərbaycanda 4500-ə yaxın orta məktəb, 1760 məktəbəqədər təhsil müəssisəsi var. /APA-ECONOMICS/
-
01-08-2008, 12:52 AM #40Senior Member
- Üyelik tarihi
- Dec 2007
- Yer
- BAKI / AZERBAYCAN
- Mesajlar
- 129
«TRT-də erməni dilində xəbərlər proqramı efirə gedən ərəfədə Azərbaycanda yayımı dayandırılmayacaq»
«TRT-də erməni dilində xəbərlər proqramı efirə gedən ərəfədə Azərbaycanda yayımı dayandırılmayacaq»
Xəzər İbrahim əmindir ki, TRT rəhbərliyinin yeni layihəsi Azərbaycan-Türkiyə münasibətlərinə təsir etməyəcək
Türkiyənin TRT kanalında erməni dilində xəbərlər proqramı efirə gedən ərəfədə Azərbaycanda yayımı dayandırılmayacaq. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Teleradio Şurası sədrinin köməkçisi Mehdi Məmmədov deyib. Onun sözlərinə görə, sözügedən verlişlərin efirə verilməsi zamanı da TRT-nin ölkəmizdə yayımına heç bir mane qoyulmayacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə əmindir ki, TRT rəhbərliyinin yeni layihəsi Azərbaycan-Türkiyə münasibətlərinə təsir etməyəcək. «Öyrənmək lazımdır ki, verilişlər hansı səpkili olacaq. Amma onu da deyim ki, bu günə qədər TRT-də Azərbaycan əleyhinə heç bir veriliş olmayıb. Bundan sonra da olacağına inanmıram. Ümidvaram ki, bu veriliş əsasən Ermənistan əhalisinin doğru və düzgün məlumatlandırılmasına xidmət edəcək», - deyə Xəzər İbrahim bildirib./ANS PRESS/


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri