[b]Azərbaycan Milli Məclisinin sədri Rusiyaya gedəcək[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 2-dən 4-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaq.
[APA-nın xəbərinə görə, bu barədə MM mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. Nümayəndə heyəti MDB Parlament Assambleyasının 30-cu plenar iclasında və Assambleya Şurasının iclasında iştirak edəcək. Səfər çərçivəsində O. Əsədovun Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının prezidentləri, Moldovanın, Ukraynanın parlament sədrləri, Rusiya Dövlət Dumasının sədri ilə görüşü nəzərdə tutulub.
Azərbaycan Xəbərləri
Printable View

04-01-2008, 02:56 PMAPAAzərbaycan Milli Məclisinin sədri Rusiyaya gedəcək

04-01-2008, 03:01 PMAPAParisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir
[b]Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir[b]
[Bakı. Laçın Sultanova-APA. Parisdə YUNESKO-nun İcra Şurasının 179-cu sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiya aprelin 17-nə kimi davam edəcək. Sessiyanın gündəliyində duran əsas məsələlər - təhsil, elm və mədəniyyət mövzusunda aktual məsələlərə aid "Hamıya təhsil" proqramının həyata keçirilməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyinin qeyd olunması, yerli xalqların və ölməkdə olan dillərin qorunması, dünya təbii və mədəni irsinin qorunması, BMT tərəfindən 2011-ci ilin Beynəlxalq Kimya İli elan olunması məsələləri daxildir. Ölkəmizi sessiyada Azərbaycanın YUNESKO-dakı səfiri Eleonora Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. -
04-01-2008, 03:16 PMAPACorc Buş Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət olunması üçün ciddi çalışacağını bildirib
[b]Corc Buş Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət olunması üçün ciddi çalışacağını bildirib[b]
Kiyev - APA. "Mən Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına dəvət olunması üçün səylə işləyəcəyəm. Hesab edirəm ki, bu, həm bizim, həm də Ukrayna və Gürcüstanın maraqlarına uyğundur".
[APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, bunu Kiyevdə həmkarı Viktor Yuşşenko ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidenti Corc Buş deyib. O, Ukrayna və Gürcüstanın üzvlüyünə dəstək almaq üçün NATO üzvü olan bir çox ölkənin rəhbəri ilə şəxsən danışdığını bildirib: "Biz müsbət cavab almaq üçün bir çox NATO üzvü ilə işləmişik. Şəxsən mən bir neçə liderlə danışdım, dövlət katibi Rays, cənab Hedli də öz həmkarları ilə müzakirə aparıblar. Mən tam əminəm ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü təşkilatımızın maraqlarına uyğundur". C. Buş NATO sammitində keçiriləcək səsvermənin necə nəticələnəcəyini əvvəlcədən söyləyə bilməyəcəyini vurğulayıb: "Ancaq mənim burada dayanmağım dediklərimi yerinə yetirdiyimə dair çox aydın siqnaldır". Bununla yanaşı, ABŞ prezidenti Ukraynaya təkcə NATO məsələsi ilə bağlı gəlmədiyini bildirib. Onun sözlərinə görə, Ukraynada baş verən "narıncı inqilab" amerikalıları heyrətə gətirib: "Son on il ərzində Ukrayna bizim vətəndaşlarımızı heyrətləndirib. Orada sizin mehriban dostlarınız var. Əsas məsələ korrupsiyalaşmamış, şəffaf, xalqa qulaq asan hökumətin olmasıdır. Belə bir hökumət Ukraynada var". Öz növbəsində Viktor Yuşşenko ümid etdiyini bildirib ki, Rusiya Ukraynanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qoşulmasına müqavimət göstərməyəcək: "Mən istərdim ki, dünyada və Avropada bununla bağlı aparılan müzakirələr hansısa yeni ayırıcı pərdə yaranmasına səbəb olmasın və alyansın işinin təməl prinsipi - açıq qapı siyasəti heç NATO-nun üzvü olmayan bir ölkənin veto hüququ ilə əvəzlənməsin. Əminəm ki, biz düzgün strateji yolla gedirik və milli suverenlik çərçivəsində hərəkət edirik". -
04-01-2008, 05:56 PMAPAAzərbaycana gələn çinli immiqrantların sayı 3000 nəfəri keçib
[b]Azərbaycana gələn çinli immiqrantların sayı 3000 nəfəri keçib[b]
Bakı. Ramil Məmmədli-APA. "Miqrantlara Hüquqi Yardım Mərkəzi" İctimai Birliyi "Azərbaycanda miqrasiya proseslərinin mövcud vəziyyəti və miqrantların problemləri" mövzusunda mətbuat konfransı keçirib.
[APA-nın məlumatına görə, birliyin sədri Əlövsət Əliyev bildirib ki, BMT-nin araşdırmalarına əsasən, son 35 ildə dünyadakı miqrantların sayı 200 milyona çatıb. Miqrantların sayın görə ABŞ dünyada birinci, Rusiya ikinci, Almaniya üçüncü, Ukrayna dördüncü yerləri tutub. Ə. Əliyev Azərbaycanda isə 100 minə yaxın immiqrantın olduğunu deyib: "Rəsmi statistikaya əsasən, ölkə ərazisindəki miqrantların 9400 nəfəri daxili işlər orqanlarında qeydiyyatdan keçib, 632 nəfər isə inzibati qaydada ölkə hüdudlarından uzaqlaşdırılıb". O, çinli miqrantların Azərbaycana axını haqda da məlumat verib: "Qeyri-rəsmi hesablamalara görə, 2006-cı ildə Azərbaycana gələn çinli miqrantların sayı 1000 nəfər olduğu halda, 2007-ci ilin əvvəllərində onların sayı 3000 min nəfəri keçib. 2001-ci ildən indiyədək isə 5341 nəfər əcnəbiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanda işləmək üçün fərdi icazə verilib". Azərbaycandakı miqrantların problemlərinə də toxunan Ə. Əliyev əcnəbilərin qeydiyyat müddətlərinin uzadılmasında mövcud olan problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda yaşayan əcnəbilərin hüquqi yardım almasına ciddi maneələr yaradılıb. O, bu və ya digər problemlərin həlli ilə bağlı hökumətə tövsiyələrlə müraciət etdiklərini də qeyd edib. -
04-01-2008, 06:01 PMAPAAzərbaycan Milli Məclisinin bugünkü iclasında bir neçə qanun qəbul edilib
[b]Azərbaycan Milli Məclisinin bugünkü iclasında bir neçə qanun qəbul edilib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin bugünkü iclasında 34 məsələ müzakirə olunaraq qəbul edilib. APA-nın məlumatına görə, millət vəkilləri "Avtomobil nəqliyyatı haqqında", "Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında" qanun layihələrini üçüncü oxunuşda qəbul ediblər. Bundan başqa, deputatlar Azərbaycanla Bolqarıstan, Yaponiya, Fransa, Misir respublikaları arasında bir sıra müqavilə və sazişlərin təsdiq edilməsi ilə bağlı məsələləri müzakirə edərək qəbul ediblər. İclasda həmçinin Ümumdünya Poçt İttifaqının ümumi reqlamentinin, Ümumdünya Poçt Konvensiyasının, Ümumdünya Poçt Konvensiyasının yekun protokolunun və "Poçt ödəniş xidmətləri haqqında" sazişin təsdiq edilməsi ilə bağlı sənədlər də ratifikasiya edilib. Millət vəkilləri "Hesablama palatası haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Nəşriyyat işi haqqında", "Baytarlıq haqqında" qanunlara da əlavə və dəyişikliklərə müsbət münasibət bildiriblər. -
04-01-2008, 06:11 PMAPA2007-ci ildə Rusiyada 12 azərbaycanlı qətlə yetirilib, 56 soydaşımız isə yaralanıb
[b]2007-ci ildə Rusiyada 12 azərbaycanlı qətlə yetirilib, 56 soydaşımız isə yaralanıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Ötən il Rusiyada 12 azərbaycanlı miqrant qətlə yetirilib, 56 nəfər isə yaralanıb. "Miqrantlara Hüquqi Yardım Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət Əliyev APA-ya bildirib ki, bu ölkədə yaşayan azərbaycanlı miqrantlar ötən il ərzində 248 dəfə hücumlara məruz qalıblar: "Ötən il Rusiyada azərbaycanlılara məxsus 101 ticarət obyekti dağıdılıb, yandırılıb və ya qarət olunub. Bu ilin üç ayı ərzində isə soydaşlarımıza qarşı törədilən 5 ağır cinayət faktı qeydə alınıb. Azərbaycanlılara qarşı cinayət faktlarının artmasına səbəb isə Rusiyada yerli millətçilər arasında anti-azərbaycanlı təbliğatının güclənməsidir". Ə. Əliyev ötən il Ukraynadan deportasiya olunan əcnəbilərin 30 faizini azərbaycanlıların təşkil etdiyini deyib. Onun sözlərinə görə, 2007-ci ildə Ukraynadan 13 min əcnəbi deportasiya edilib. Birlik rəhbəri ötən il xarici ölkələrdə qaçqın statusu almaq istəyən Azərbaycan vətəndaşlarının sayının azaldığını da vurğulayıb. -
04-01-2008, 06:16 PMAPANovruz Məmmədov: "Azərbaycan prezidenti NATO sammiti çərçivəsində bir neçə iclasda çıxış edəcək"
[b]Novruz Məmmədov: "Azərbaycan prezidenti NATO sammiti çərçivəsində bir neçə iclasda çıxış edəcək"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan NATO-nun müxtəlif proqramları çərçivəsində alyansla çox uğurlu əməkdaşlıq edir". Bunu APA-ya açıqlamasında Prezidentin İcra Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov deyib.
[Rəsmi Bakının Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq etdiyini xatırladan şöbə müdiri bildirib ki, Azərbaycan dünyada təhlükəsizliyin təmin olunmasına böyük töhfə verir. N. Məmmədov Azərbaycan prezidentinin NATO-nun Buxarest sammiti çərçivəsində keçiriləcək bir neçə böyük iclasda çıxış edəcəyini açıqlayıb. Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanla NATO arasında əməkdaşlıq məsələlərinə dair fikirlərini bildirəcək.Qeyd edək ki, prezident İ. Əliyev sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək. Onun Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor Yuşşenko və digər həmkarları ilə görüşləri nəzərdə tutulub. -
04-01-2008, 06:21 PMAPAAzərbaycan İslam Partiyası müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb
[b]Azərbaycan İslam Partiyası müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın bunun bağlı bu gün yaydığı bəyanatda Hollandiyada İslam dinini təhqir edən qəzet materialının və qısametrajlı filmin nümayiş etdirilməsinə diqqət yönəldilib: "Hollandiya siyasətçilərinin İslamın və Qurani-Kərimin bəşəri dəyərlərinə kölgə salmağa xidmət edən təxribat niyyətli filmin nümayişini müsəlmanlara qarşı düşmənçilik, o cümlədən də təhqir siyasətinin davamı kimi qiymətləndiririk. Bu səbəbdən də bütün müsəlman ölkələrindən Hollandiya ilə iqtisadi və siyasi əlaqələri kəsməyi tələb edirik". -
04-01-2008, 06:26 PMAPAAzərbaycan ATƏT-in katibliyinə göndərdiyi sorğuya hələ cavab almayıb
[b]Azərbaycan ATƏT-in katibliyinə göndərdiyi sorğuya hələ cavab almayıb[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi mexanizmi barədə bu təşkilatın katibliyinə göndərdiyi sorğuya hələ cavab almayıb.
[Bunu APA-ya Prezidentin İcra Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, ATƏT katibliyi sorğuya rəsmi cavab verdikdən sonra Azərbaycan öz mövqeyini bildirəcək. Şöbə müdirinin sözlərinə görə, Azərbaycanın taleyüklü məsələsi ilə məşğul olan tərəflərin, yəni həmsədrlərin fəaliyyətinə nəzər salmağa rəsmi Bakının ixtiyarı və hüququ var: "Son proseslərdə onların davranışı bizi müəyyən mənada təəccübləndirdi və təəssüfləndirdi". -
04-01-2008, 06:31 PMAPAAraz Əzimov: "Minsk Qrupuna həmsədr ölkələrin qətnamənin əleyhinə səs verməsini obyektiv addım sayması ilə razı deyilik"
[b]Araz Əzimov: "Minsk Qrupuna həmsədr ölkələrin qətnamənin əleyhinə səs verməsini obyektiv addım sayması ilə razı deyilik"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Güc yolu ilə əldə olunmuş, yerli əhalisi qovulan ərazidə heç bir bərpa-yenidənqurma işlərindən söhbət gedə bilməz". APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ermənilərin işğal altında saxladıqları Azərbaycanın Laçın rayonunda apardıqları bərpa və yenidənqurma işlərinə münasibət bildirib:
["Azərbaycan tərəfi işğal altında olan ərazilərdə baş verən hadisələrdən xəbərdardır. Bu, artıq məlum faktlardır. Azərbaycan da Dağlıq Qarabağda bərpa-yenidənqurma işlərinin aparılmasına tərəfdardır. Lakin bu, yalnız münaqişənin həllindən sonra baş verə bilər". Robert Köçəryanın "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq" tipli bəyanatını şərh edən Araz Əzimov rəsmi Bakının bu kimi qeyri-qanuni hərəkətlərə qanuni cavab verəcəyini deyib. O, münaqişənin həlli prosesinə cəlb olunan bütün subyektlərin problemin sülh yolu ilə həllinə tərəfdar olduqlarını deyib. Nazir müavininin sözlərinə görə, Azərbaycan ATƏT-in Minsk Qrupunun statusunu şübhə altına almır və əvvəlki formata sadiqdir: "Lakin ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin qətnamənin əleyhinə səs verməsini obyektiv addım sayması ilə razı deyilik. Bu, qeyri-obyektiv qiymətləndirmədir".