[b]İbrahim Burhanov: "Ahıskada yaşayan ermənilər pul müqabilində evlərimizi qaytarmağa razılıq veriblər"[b]
[Bakı. Ramil Məmmədli - APA. "2008-ci il Ahıska türklərinin fərdi şəkildə repatriant statusunun alması üçün ərizə vermək ilidir. Gələn ildən isə rəsmi köçə start veriləcək". Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri İbrahim Burhanov APA-ya açıqlamasında deyib ki, həmvətənlərinin tarixi ərazilərinə qayıtması üçün repatriant statusu alması çox vacibdir. Onun sözlərinə görə, 31 türk ailəsi artıq Gürcüstana köçüb və orada qeydiyyata düşüb. Lakin onların heç biri repatriant statusu almayıb. İ. Burhanov bu statusun alınması üçün Gürcüstan səfirliklərinə mütəşəkkil şəkildə müraciət ediləcəyini də deyib: "Digər tərəfdən, Gürcüstan parlamentinin Ahıska türklərinin repatriasiyası haqqında qəbul etdiyi qanunun icra müddəti gecikdirilib. Bununla yanaşı, köç prosesinə hər hansı müddət qoyulmayıb və bu, mümkün deyil. Çünki Ahıska türklərinin əksəriyyəti kəndlərdə yaşayır və onların bu proseduranı həyata keçirməsi çətinlik törədəcək. Amma repatriant statusunun alınması üçün bütün Ahıska türkləri adında müraciətləri təmin edəcəyik". Ahıska türklərinin köçürülməsində lazım olan maliyyə dəstəyinin ayrılması ilə bağlı məsələyə də aydınlıq gətirən İ. Burhanov deyib ki, bunun üçün Ahıska Türklərinin Qayıdışına Dəstək Fondu yaradılıb: "Beynəlxalq təşkilatlar repatriant statusu alan şəxslərin sayı artdıqdan sonra bu fonda maliyyə yardımı edəcəklərini söyləyiblər. Bu səbəbdən də biz öz həmvətənlərimizin hamısının repatriant statusu almasında maraqlıyıq. Bu statusu alan hər bir ahıskalı maliyyə yardımı üçün fonda və ya beynəlxalq təşkilatlara müraciət edə biləcək. İ. Burhanov türklərin Samtsxe-Cavaxetiya adlanan Ahıskada mənzil almalarında və yaşamalarında heç bir problemin olmayacağını da deyib: "Ahıskada yaşayan ermənilər etiraf edirlər ki, onlar bizim evlərimizə köçüblər. Onların əksəriyyəti vaxtilə Ahıska türklərinə məxsus evləri bizə pul müqabilində qaytarmağa da razılıq veriblər".
Azərbaycan Xəbərləri
Printable View

04-03-2008, 05:41 PMAPAİbrahim Burhanov: "Ahıskada yaşayan ermənilər pul müqabilində evlərimizi qaytarmağa razılıq veriblər"

04-03-2008, 05:46 PMAPAMahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib
[b]Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib[b]
[Bakı. Laçın Sultanova - APA. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər görüş zamanı son illər ərzində ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndiyi və qarşılıqlı səfərlərin artdığını qeyd ediblər. Mahmud Məmməd-Quliyev Estoniyanın əldə etdiyi uğurları, iqtisadi və demokratiya sahəsində apardığı islahatları vurğulayaraq, Azərbaycanın Aİ-yə inteqrasiya məsələlərində, xüsusilə qanunvericiliyin uyğunlaşdırılmasında Estoniyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib. Daha sonra nazir müavini Aİ ilə Qonşuluq Siyasəti daxilində əməkdaşlıq haqda məlumat verib, bu istiqamətdə Estoniya ilə daha da sıx işləmək arzusunu ifadə edib. Xanım K. Ojuland Estoniyanın Aİ-yə inteqrasiya sahəsində öz təcrübəsini paylaşmağa, nazirliklərarası məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib. Qonaq həmçinin ikitərəfli əlaqələrin müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayə qoyuluşuna dair sazişin imzalanmasının tezləşdirilməsini vacib hesab edib. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı durumu, enerji təhlükəsizliyi, insan hüquqları və demokratiya quruculuğu məsələləri, ikitərəfli maraq kəsb edən digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. -
04-03-2008, 05:51 PMAPAYaap de Hoop Sxeffer: "NATO liderləri Ukrayna və Gürcüstanın alyansa qəbuluna dair öhdəlik götürüblər"
[b]Yaap de Hoop Sxeffer: "NATO liderləri Ukrayna və Gürcüstanın alyansa qəbuluna dair öhdəlik götürüblər"[b]
Buxarest. Fəxri Kərimli - APA. "NATO Ukrayna və Gürcüstanın avroatlantik hədəflərini alqışlayır. NATO liderləri bu ölkələrin bir gün alyansa qəbul olacaqlarına dair öhdəlik götürüblər".
[APA-nın NATO sammitini işıqlandıran əməkdaşının məlumatına görə, bunu NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Şimali Atlantika Şurasının toplantısı başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, alyans liderləri hələlik Ukrayna və Gürcüstana üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) qoşulmasını məqsədəuyğun saymayıblar. Baş katib NATO ölkələri xarici işlər nazirlərinin bu ilin dekabr ayında Ukrayna və Gürcüstanın alyansa inteqrasiya çərçivəsində əldə etdikləri irəliləyişlərin ilkin qiymətləndirməsini aparacaqlarını söyləyib: "Hər iki ölkə aparılan demokratik islahatları dəstəkləyirik. Gürcüstanda may ayında keçiriləcək parlament seçkilərini səbirsizliklə gözləyirik. MAP birbaşa üzvlük yolunda növbəti mərhələdir. Ali siyasi səviyyədə intensiv öhdəliklər dövrü başlayır. Xarici işlər nazirləri əldə olunmuş irəliləyişlərin ilkin dəyərləndirilməsini dekabrda həyata keçirəcəklər. Onlar Ukrayna və Gürcüstanda MAP-ın tətbiq olunmasına dair səlahiyyətə malikdirlər". -
04-03-2008, 05:56 PMAPANATO-nun Buxarest sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əksini tapacaq
[b]NATO-nun Buxarest sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əksini tapacaq[b]
Buxarest. Fəxri Kərimli - APA. "NATO-ya üzv olan ölkələr son məqama qədər Makedoniyanın NATO-ya qəbul olunmasını dəstəkləyiblər". APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Rumıniya prezidenti Trayan Basesku NATO Şurasının yekununda sonunda verdiyi açıqlamada bildirib.
[O, Makedoniyanın artıq hərbi alyansa dəvət aldığını və bunun üçün əlavə sammitin keçirilməsinə ehtiyac olmadığını bəyan edib. Prezident Ukrayna və Gürcüstanın hələlik intensivləşdirilmiş dialoq mərhələsində olduqlarını və MAP meyarlarını yerinə yetirmədiklərini bildirib. Bundan əlavə o, Serbiya müraciət edəcəyi təqdirdə, bu dövlətlə üzvlüyə dair danışıqların başlayacağını bəyan edib: "NATO liderləri Qara dəniz bölgəsinin strateji əhəmiyyətini müzakirə edərək müvafiq qərar çıxarıblar. NATO Şurasında müzakirə olunan başqa bir məsələ isə enerji təhlükəsizliyi ilə bağlı olub. Kosovo presedentini nəzərə alaraq Şimali Atlantika Alyansı qərara alıb ki, sammitin yekun sənədinə NATO-nun Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, suverenlik və müstəqilliklərinin dəstəkləməsinə dair formul əlavə olunsun". -
04-03-2008, 06:01 PMAPAÇexiya ərazisində ABŞ raket hücumundan müdafiə sisteminə daxil olan radarın quraşdırılması barədə razılıq əldə edilib
[b]Çexiya ərazisində ABŞ raket hücumundan müdafiə sisteminə daxil olan radarın quraşdırılması barədə razılıq əldə edilib[b]
[Praqa - APA. Vaşinqton və Praqa Çexiya ərazisində ABŞ raket hücumundan müdafiə sisteminə daxil olan radarın quraşdırılması barədə razılığa gəliblər. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bununla bağlı iki tərəf arasında kommünike imzalanıb. Kommünikedə bildirilir ki, əldə olunmuş razılaşma Çexiya ərazisində İran kimi ölkələrin ərazisindən buraxılacaq ballistik raketləri izləmək məqsədilə radar qurğusunun tikintisini nəzərdə tutur. Radar raket hücumundan müdafiə sisteminin digər elementləri, xüsusən Polşa ərazisində yerləşdirilməsi planlaşdırılan 10 antiraket sistemi ilə əlaqəli çalışacaq. -
04-03-2008, 06:06 PMAPAİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclığı dayandırıb
[b]İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclığı dayandırıb[b]
[Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. R. Əlizadə deyib ki, A. Lisani bir qrup azərbaycanlı ziyalının müraciəti əsasında aclığı dayandırmaq haqda qərar verib. Onun sözlərinə görə, Yəzd şəhər həbsxanasında saxlanma şəraitindən narazı olan A. Lisani Əhərdəki cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir. İran ədliyyə qurumunun fəaliyyətindən narazılığını bildirən R. Əlizadə aprelin 7-də A. Lisaninin işi ilə bağlı keçiriləcək növbəti məhkəmə prosesində ədalətli qərarın qəbul olunacağına ümid etmədiyini də söyləyib: "Abbas Lisani cinayətkarlarla bir bölmədə saxlanılır və həbsxana nəzarətçiləri tərəfindən mütəmadi təzyiqlərə məruz qalır". Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. A. Lisani, həmçinin İran dövləti əleyhinə fikirlər söyləməkdə də ittiham olunub. Bu işlə bağlı məhkəmə iclası isə aprelin 7-də Təbriz İnqilab Məhkəməsində keçiriləcək. -
04-03-2008, 06:41 PMAPAAzərbaycanda cəza çəkən 17 İran vətəndaşı öz ölkəsinə təhvil verilib
[b]Azərbaycanda cəza çəkən 17 İran vətəndaşı öz ölkəsinə təhvil verilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycanda cəza çəkən İran İslam Respublikasının vətəndaşı olan 17 məhkum öz ölkəsinə təhvil verilib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov bildirib.
[İdarə rəisi deyib ki, təhvil vermə Azərbaycan və İranın səlahiyyətli orqanları arasında əldə olunan razılığa əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında 21 fevral 1998-ci il tarixli müqaviləyə uyğun olaraq həyata keçirilib. Məhkumlar Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli orqanlarına təhvil verilib. -
04-03-2008, 06:46 PMAPAAzərbaycanın Rusiyadakı səfiri Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə müraciət edib
[b]Azərbaycanın Rusiyadakı səfiri Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə müraciət edib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılovun məhkəmə işi ilə bağlı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Nikolay Patruşevə müraciət edib.
[Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün APA-ya verdiyi məlumata görə, müraciətdə E. İsmayılovla bağlı məsələnin ədalətli araşdırılması üçün işin Çelyabinsk Vilayət Məhkəməsindən alınaraq, mərkəzi orqanların icraatına verilməsi xahiş olunur. Müraciətdə həmçinin E. İsmayılov barəsində Çelyabinsk Vilayət Məhkəməsi tərəfindən çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi də istənilir. Səfir E. İsmayılovun sərbəst buraxılacağı təqdirdə, prosesdə iştirakına zəmanət verdiyini də bildirib. E. Şükürlü onu da deyib ki, səfirlikdən işin diqqətdə saxlanılması və ədalətli araşdırılması üçün Çelyabinskə nümayəndə də göndərilib: "Çelyabinsk Vilayət Məhkəməsi Etimad İsmayılovun Rusiya vətəndaşı olmamasını əsas gətirərək, onun ölkəni tərk edəcəyini, bu səbəbdən də barəsində həbs-qətimkan tədbirinin seçilməsini zəruri hesab edib". Qeyd edək ki, E. İsmayılov "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk qubernatorunun himayəsində olan şirkətlərdən birinin "Avroasiya"ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd də verib. Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb və martın 27-də Çelyabinsk Şəhər Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. -
04-03-2008, 06:51 PMAPA"Aqo" qrupunun üzvləri Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüblər
[b]"Aqo" qrupunun üzvləri Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüblər[b]
[Görüşdən sonra jurnalistlərə açıqlama verən Ə. Həsənov görüşdə söz və mətbuat azadlığının vəziyyəti, bu sahədə görülmüş və görüləcək işlərlə bağlı müzakirələr aparıldığını deyib. Görüşdə o da vurğulanıb ki, Azərbaycan mətbuatında problemlər olsa da, bu digər ölkələrin mətbuatında da mövcuddur, problemlərin aradan qaldırması üçün jurnalistlərin peşəkarlığının artırılması, qanunvericiliyin tələblərini yerinə yetirilməsi, cəmiyyətlə media arasında məhkəmə cəkişmələrinin aradan qaldirması vacibdir. Ə. Həsənov deyib ki, görüşdə həbsdə olan və aclıq edən jurnalistlərlə bağlı məsələ müzakirə edilməyib. -
04-03-2008, 11:06 PMAPA"Aqo" Monitorinq Qrupunun üzvləri 1, 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə baş çəkəcəklər
[b]"Aqo" Monitorinq Qrupunun üzvləri 1, 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə baş çəkəcəklər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun üzvləri sabah bir sıra cəzaçəkmə müəssisələrində olacaqlar.
[APA-nın xəbərinə görə, Avropa Şurası təmsilçilərinin 1, 12, 13 və 14 saylı müəssisələrə baş çəkəcəkləri gözlənilir. Qonaqların həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Mirzə Sakit, sabiq səhiyyə naziri Əli İnsanov, "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, Rasim Əkbərov, sabiq polis rəisi Müşfiq Mədətovla görüşəcəkləri bildirilib.