[b]Martın 4-də Tərtər cəbhəsində Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə şəhid olmuş Azərbaycan hərbçiləri medalla təltif ediliblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Müdafiə naziri Səfər Əbiyev martın 4-də Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə Azərbaycan Ordusunun şəhid olan dörd hərbçisinin - Tusayev Nemət Həbibulla oğlu, Qasımov Yusif Oruc oğlu, İsmayılov Bəhruz Arzu oğlu və Səfərov Ceyhun Bahəddin oğlunun "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi barədə əmr imzalayıb.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, medalları təqdim etmək və ailələrinə başsağlığı vermək üçün Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri - general-leytenant Çingiz Məmmədov, general-mayor Fazil Aşumov və general-mayor Məmməd Beydullayev şəhid hərbçilərin anadan olduğu Zaqatala, Å
Azərbaycan Xəbərləri
Printable View

03-06-2008, 02:21 PMAPAMartın 4-də Tərtər cəbhəsində Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə şəhid olmuş Azərbaycan hərbçiləri medalla təltif ediliblər

03-06-2008, 02:31 PMAPAGürcüstan azərbaycanlıları üçün gürcü dili kursları açılıb
[b]Gürcüstan azərbaycanlıları üçün gürcü dili kursları açılıb[b]
[Tiflis. Kəmalə Həsənova – APA. Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiya prosesini sürətləndirmək məqsədilə ATƏT-in Gürcüstan ofisi və "Azərbaycan Qadınlar İttifaqı" adlı qeyri-hökümət təşkilatının köməyi ilə azərbaycanlılar üçün gürcü dili kursları açılıb. ATƏT-in Gürcüstan ofisinin mətbuat katib Marta Freemen APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, azərbaycanlılar və başqa milli azlıqların nümayəndləri kurslarda gürcü dili ilə yanaşı, bir vətəndaş kimi hüquq və vəzifələrini da öyrənəcəklər. Kurslar Marneuli rayonunda təşkil olunacaq. -
03-06-2008, 02:36 PMAPAMəmməd Əlizadə: "Siyasi kursumuz eyni olduğundan gələcəkdə YAP-a birləşə bilərik"
[b]Məmməd Əlizadə: "Siyasi kursumuz eyni olduğundan gələcəkdə YAP-a birləşə bilərik"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Biz müxalifət partiyası deyilik, dövlətçiliyə zidd addımlar da atmırıq, nəyə görə YAP tərəfindən mənə qarşı təzyiqlər olmalıdır? Bu məsələnin qaldırılmasına, qızışdırmasına ehtiyac yoxdur. Bəziləri bunu bilərəkdən şişirdirlər ki, guya bizi sıxırlar, halbuki belə şey yoxdur. Bizə də bütün iqtidaryönlü partiyalarla eyni münasibət göstərilir". Bunu APA-ya açıqlamasında ötən həftə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyinin YAP vermiş Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Onun sözlərinə görə, YAP-ın bazası hesabına öz partiyasını genişləndirməklə bağlı deyilənlərin də əsası yoxdur: "YAP-dan bizə gələn yoxdur, gəlsələr də götürmərik. Çünki biz də YAP-ın başqa bir formasıyıq, oradan bizə gəlməyin nə mənası var ki... Siyasi kursumuz eyni olduğundan gələcəkdə YAP-a birləşə də bilərik. Çünki biz siyasi fəaliyyətimizi YAP-ın proqramı əsasında kökləmişik". M. Əlizadə, əsasən müxalifət partiyalarından AXCP və Müsavatdan bir sıra şəxsin DADP-yə transfer etdiyini vurğulayıb. İndiyə qədər YAP-da özünə qarşı mənfi münasibət hiss etmədiyini bildirən M. Əlizadə, bununla belə, bəzi məsələlərlə bağlı müstəqil addım ata biləcəyini gizlətməyib: "Mən də siyasi partiyanın rəhbəriyəm, öz Nizamnaməmiz, müstəqil addımlar atmaq hüququm var. Biz cəmiyyətdə sağlam rəqabət formalarını, güclənmək, təşkilatlanmaq, Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda önəmli rol oynamağı təklif edirik". -
03-06-2008, 02:41 PMAPAİnsan Hüquqları üzrə İşçi Qrupun toplantısında Azərbaycan hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısı müzakirə edilib
[b]İnsan Hüquqları üzrə İşçi Qrupun toplantısında Azərbaycan hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısı müzakirə edilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupun toplantısı keçirilib. İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə APA-ya bildirib ki, iclasda hüquq müdafiəçilərinin azadlığa buraxılmasını istədikləri 33 nəfərlik məhbus siyahısı ilə bağlı müzakirə aparılıb.
[Müzakirələr zamanı bəzi məsələlərlə bağlı ortaq razılığa gəlindiyini bildirən Ç. Qənizadə deyib ki, hüquq müdafiəçiləri xəstə məhkumların və həbsdəki jurnalistlərin, cəzalarının böyük hissəsini çəkən məhbusların azad olunması ilə bağlı təklif irəli sürüblər. Toplantıda "siyasi məhbus" anlayışının rəsmi strukturları qane etməməsi barədə mövqelər səsləndirilib və qeyd olunub ki, insanların azadlığa buraxılması humanizm təşəbbüsü kimi qiymətləndirilməlidir: "Biz də qeyd etdik ki, necə adlandırılmasından asılı olmayaraq, insanların azad olunmasının tərəfdarıyıq". Onun sözlərinə görə, İşçi Qrupun üzvü Eldar Zeynalov təmsil olunduğu İnsan Hüquqları Federasiyası adından 72 nəfərlik siyasi məhbus siyahısını müzakirələrə təqdim edib: "Siyahıda 14 "Sadval"çının, vəzifəli şəxslərin həyatına sui-qəsd edən şəxslərin adları var. Siyahı reallıqdan uzaq olduğu üçün siyahını ciddi qəbul etmədik". İşçi Qrupda aparılan müzakirələrin səmərə verəcəyini bildirən Ç. Qənizadə deyib ki, hüquq müdafiəçiləri Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanacağına inanırlar. İclasda İşçi Qrupun növbəti toplantısının aprel ayının əvvəllərində keçirilməsinə qərar verilib. -
03-06-2008, 02:56 PMAPAPrezident İlham Əliyev Türkiyə və Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
[b]Prezident İlham Əliyev Türkiyə və Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir etimadnaməsini prezident İ. Əliyevə təqdim edib.Diplomatı yeni təyinatı münasibətilə təbrik edən dövlət başçısı Azərbaycanda onun fəaliyyətinin uğurlu olacağına, bu müddət ərzində qardaş ölkələr arasında əlaqələrin daha da sürətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd edən prezident gələcəkdə də əməkdaşlığın, işbirliyinin möhkəmlənəcəyini bildirib. Öz növbəsində, səfir iki dost, qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini, bu işdə Azərbaycan rəhbərliyinin dəstəyinə ümid bəslədiyini vurğulayıb.Azərbaycan prezidenti bu gün Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovun da etimadnaməsini qəbul edib. -
03-06-2008, 03:01 PMAPAAzərbaycan prezidenti Pakistanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
[b]Azərbaycan prezidenti Pakistanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavid Qureyşini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Cavid Qureyşinin səfir kimi ölkəmizdə fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini bildirib.Öz növbəsində səfir iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. -
03-06-2008, 03:21 PMAPAAzərbaycanda 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus dünyasını dəyişib
[b]Azərbaycanda 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus dünyasını dəyişib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus dünyasını dəyişib. APA-nın əldə etdiyi məlumata görə, müəssisədə cəza çəkən Corat qəsəbə sakini Abgül Abgülov dünən vəfat edib.
[Dörd il əvvəl oğlunu qətlə yetirdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilmiş A. Abgülov elə oğlunun ölümünün ildönümü günündə ölüb.Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya məlumatı təsdiqləyiblər. Xidmətdən məhbusun ürək çatışmazlığından vəfat etdiyi də bildirilib. -
03-06-2008, 03:26 PMAPAVəkilləri Qənimət Zahidə bəraət verilməsini istəyiblər
[b]Vəkilləri Qənimət Zahidə bəraət verilməsini istəyiblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və Bakı şəhər sakini Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Q. Zahid absurd ittihamlarla həbs olunduğunu bildirib, özünü günahsız saydığını vurğulayıb. V. Həsənov isə baş verən insidentin tam təsadüfi olduğunu söyləyib. Q. Zahidin vəkilləri isə jurnalistin yazılarına görə həbs edildiyini bildirərək, ona bəraət verilməsini istəyiblər. Bundan sonra məhkəmə müşavirəyə gedib. Qeyd edək ki, dövlət ittihamçısı Q. Zahidin 5 il, V. Həsənovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ittiham olunur. -
03-06-2008, 03:31 PMAPAMartın 7-də AÅ
[b]Martın 7-də AÅ

03-06-2008, 03:51 PMAPAProfessor Füzuli Bayat: "Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədilib"
[b]Professor Füzuli Bayat: "Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədilib"[b]
Qaziantep. Mayis Əlizadə - APA. Qaziantep Universitetinin Ömər Asım Aksoy zalında "Erməni zülmü kontekstində Xocalı soyqırımı" adlı konfrans keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, konfransda çıxış edən professor Füzuli Bayat bildirib ki, ermənilərin öz milli marşlarının mətninə "Türkləri öldürün!", "Düşmənlərinizi tanıyın!" sözlərini daxil etməklə uşaqları nifrət ruhunda böyüdürlər.
["Biz bunun müqabilində övladlarımıza tariximizi unutmamağı öyrətməli, amma onları nifrət ruhunda böyütməməliyik". Professor ermənilərin 20-ci əsrin əvvəllərində Orta Asiya, Qafqaz bölgəsi və Türkiyədə çoxlu sayda soyqırımı aktı törətdiyini xatırladıb: "Van, Ərzurum, İğdır və Qarsda çoxlu sayda kütləvi məzarlıqlar aşkarlanıb. Ermənilərin guya məsum millət olduğu, heç kəsi qətə yetirmədiyi kimi bir imic formalaşsa da, türklərə qarşı bu soyqırımı faktı inkar edilə bilməz". Füzuli Bayat Ermənilərin Xocalıda 613 dinc sakini qətlə yetirdiyini, öldürülən məsum insanlar arasında 83 uşaq və 106 qadın olduğunu bildirib: "Bu soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütün türk dünyasına qarşı törədilmişdir. Bu, hamımızın faciəsidir. Əgər bu faciəyə sahib çıxmasaq, dünya ictimai rəyində məğlubiyyətə uğramış olacağıq. Biz birlik nümayiş etdirərək bu soyqırımı dünya ictimaiyyətinə çatdırmalıyıq. Tariximizi unutduğumuz üçün bu soyqırımlarını da unutduq. Bu nə tarixi, nə də sosial bir məsələ deyil. Bu, siyasi məsələdir" .