[b]Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Şeyxə müraciət etməyib[b]
[Bakı-APA. "Mətbuat Şurası həbsdəki jurnalistlərin azadlığa çıxmaları ilə bağlı məsələni daim diqqətdə saxlayır. Bu məsələ ilə bağlı Şura dəfələrlə ölkə başçısına müraciət ünvanlayıb. Səylərimiz nəticəsiz qalmayıb. Biz həbsdəki sonuncu jurnalist azad olunub, evinə, doğmalarının yanına dönənə qədər bu işi davam etdirməkdə maraqlı və israrlıyıq. Yaxın günlərdə həbsdəki jurnalistlərlə bağlı prezidentə Mətbuat Şurası adından müraciət etməyə hazırlaşırıq". Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, yeni əfv fərmanına jurnalistlərin də adlarının daxil ediləcəyinə ümidvardır: " Belə bir akt ölkədə media-hakimiyyət münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərərdi". Ə. Amaşov onu da vurğulayıb ki, Mətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət ünvanlamayıb: "Şura indiyədək bu məsələ ilə bağlı prezident və Əfv Komissiyası istisna olmaqla heç kəsə müraciət ünvanlamayıb. Amma Şeyxin həbsdəki vətəndaşlar, o cümlədən jurnalistlərin azadlığa çıxmaları ilə bağlı ardıcıl fəaliyyəti göz qabağındadır və dəyərləndirilməlidir. Buna görə ona minnətdarlığımızı bildiririk".
Azərbaycan Xəbərləri
Printable View

10-27-2008, 07:20 PMAPAMətbuat Şurası jurnalistlərin əfvi ilə əlaqədar Şeyxə müraciət etməyib

10-27-2008, 07:40 PMAPABakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatı keçirilib
[b]Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatı keçirilib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Marketinq Cəmiyyəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) bu gün Bakıda «Azərbaycan İxrac Kataloqu»nun təqdimatını keçirib. «APA-ECONOMICS»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Marketinq Cəmiyyətinin prezidenti Rəhim Hüseynov bildirib ki, kataloq üzərində işlər bir il əvvəl başlanıb. Bura şəffaf işləyən şirkətlər barədə məlumatlar daxil edilib. Bankların da kataloqa maraq göstərdiklərini deyən R.Hüseynov layihəyə «Azercell», «Azersun Holding» kimi şirkətlərin və Azərbaycan Beynəlxalq Bankı, Avrasiya İnkişaf Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstək verdiklərini vurğulayıb.«Kataloqda Azərbaycanın ixrac potensialı, həmçinin qeyri-neft sektoru ilə bağlı məlumatlar yer alıb. Ümid edirəm ki, növbəti sayda bu kataloqdakı şirkətlərin sayı artacaq», - deyə R.Hüseynov vurğulayıb.R.Hüseynovun sözlərinə görə, kataloqun digər saylarında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən araşdırmalar yer alacaq.Azpromo-nun ixracın təşviqi departamentinin direktoru Emil Əliyev isə qeyd edib ki, kataloq gələcəkdə digər sahələri də əhatə edəcək. Növbəti sayı isə gələn ilin ikinci yarısında işıq üzü görəcək.Təqdimatda dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, layihədə iştirak edən ixracatla məşğul olan şirkətlərin təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, «Azərbaycan İxrac Kataloqu» Azərbaycan şirkətlərinin rəqabət qabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və tərəfdaşların tapılması ilə əlaqədar mövcud problemlərin həlli məqsədilə nəşr olunub. Kataloqda ixrac potensialına malik olan Azərbaycan şirkətlərinin iki dildə (ingilis və rus) beynəlxalq biznes aləminə təqdim olunması nəzərdə tutulub. Bu layihə çərçivəsində kataloq A4 formatında 3 min tirajla buraxılıb. Həmçinin, 2 min ədəd CD və on-line rejimində işləyən versiyası da hazırlanıb.Kataloq Azərbaycanın diaspora, ictimai və dövlət təşkilatları, xarici ölkələrin, şirkətlərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri vasitəsilə yayılacaq, yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaq. -
10-27-2008, 07:50 PMAPANino Burcanadze müxalifət partiyası yaradır
[b]Nino Burcanadze müxalifət partiyası yaradır[b]
[Bakı - APA. Gürcüstan parlamentinin sabiq sədri, Demokratik İnkişaf Fondunun prezidenti Nino Burcanadze böyük siyasətə qayıtmağa qərar verib. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, N. Burcanadze oktyabrın 27-də keçirdiyi mətbuat konfransında yeni partiya yaratmaq niyyətində olduğunu bəyan edib. Eks-spiker "Vahid Gürcüstan-Demokratik Hərəkat" adlanacaq partiyanın təsis qurultayının noyabrın 23-də keçiriləcəyini bildirib. O, partiya rəhbərliyində təmsil olunacaq şəxslərin adlarını açıqlamasa da, kəskin müxalifət mövqeyində olacaqlarını bəyan edib. -
10-27-2008, 08:10 PMAPA31 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub
[b]31 yaşlı qadın bir dəfəyə 6 uşaq doğub[b]
[Nyu-York-APA. Amerikada 31 yaşlı qadın bir dəfəyə dünyaya 6 uşaq gətirib. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, Diqna Kaprio 4 oğlan, 2 qızı Nyu-Yorkdakı "Qora Sinay" Manhetten Tibb Mərkəzində doğub. Körpələrin çəkisi 680 qramdan 900 qramadək olub. Əkizlərə ad qoyulmasa da, həkimlər onları hələlik hərflərlə şərti işarələyiblər - A, B, C, D, E və F. D. Kaprionun və onun 36 yaşlı həyat yoldaşı Viktorun artıq 7 yaşlı oğlu var. Həkimlərin sözlərinə görə, bir dəfəyə 6 uşağın doğuşu nadir hadisə kimi qiymətləndirilir. Belə hal 4,4 milyonda bir baş verir. -
10-27-2008, 08:20 PMAPA"Eurovision-2009" üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib
[b]"Eurovision-2009" üçün keçirilən milli seçim turunun ilk mərhələsində 30 müğənni iştirak edib[b]
[Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək sənətçini (və ya qrupu) müəyyənləşdirmək üçün keçirilən milli seçim turunun birinci mərhələsinə 30 müğənni qatılıb. Bu barədə APA-ya Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib. O bildirib ki, musiqi yarışmasına gedəcək sənətçi "Eurovision"un standartlarına uyğun olmalıdır və Avropanı heyrətləndirməyi bacarmalıdır: "Sıradan bir adamın müsabiqədə iştirakı yaxşı olmazdı. Bu müsabiqədə Azərbaycanı hamımızın üzünü ağ edə biləcək bir namizəd təmsil etməlidir".F. İsmayılov seçimlərin hələ bir müddət davam edəcəyini deyib: "Əgər biz layiqli namizəd axtarışındayıqsa, seçimlərin tez qurtarması mümkün deyil. Ötən il olduğu kimi, bu ildə bir nəfərin üzərində dayanmaq mümkün olmayacaq. Bir neçə namizəd seçiləcək və möhtəşəm milli final gecəsi təşkil ediləcək". İTV nümayəndəsinin sözlərinə görə, birinci turun nəticələri bir həftəyə açıqlanacaq. Qeyd edək ki, birinci seçim turunda iştirak edən sənətçilər arasında Nura Suri, Günəş Abbasova, Aysel Teymurzadə, Arzum, Azad Şükürov, Vüsalə Seyidova və başqaları olub. -
10-27-2008, 08:30 PMAPAABŞ Suriya ərazisində hərbi əməliyyat keçirib
[b]ABŞ Suriya ərazisində hərbi əməliyyat keçirib[b]
[Vaşinqton - APA. ABŞ Silahlı Qüvvələri bazar günü Suriya ərazisində antiterror əməliyyatı keçiriblər. APA-nın AFP-yə istinadən yaydığı xəbərə görə, uğurla nəticələndiyi bildirilən əməliyyat haqqında ətraflı məlumat verilmir. Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri Suriya ərazisindəki əməliyyatdan xəbərsiz olduqlarını iddia etmişdilər. -
10-27-2008, 08:40 PMAPAAnjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib
[b]Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib[b]
[Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüb. APA-nın "PanARMENİAN"-a istinadən verdiyi məlumata görə, görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. -
10-27-2008, 08:50 PMAPAABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib
[b]ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib[b]
Bakı - APA. ABŞ prezidenti Corc Buş İlham Əliyevi Azərbaycan prezidenti kimi ikinci dəfə öz səlahiyyətlərinə başlaması münasibətilə təbrik edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Buş Azərbaycan dövlət başçısına ən xoş arzularını yetirdiyini bildirib: "Gələcək bir neçə aylıq müddətə nəzər salaraq, biz ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq və dostluq münasibətlərinin dərinləşməsinə çalışacağıq. Biz xüsusilə ümumi enerji təhlükəsizliyi sahəsində məqsədlərimizdə irəliyə doğru addımların atılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllində təməl prinsiplərlə bağlı razılığın əldə olunmasına ümid edirik. Biz, həmçinin Azərbaycanın öz demokratik təsisatlarının möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərini dəstəkləyirik.Mən əməkdaşlığımızın davam etdirilməsini səmimiyyətlə arzulayır, Azərbaycana davamlı sülh və müvəffəqiyyətlər diləyirəm".Almaniya Federativ Respublikasının prezidenti Horst Koler və Ukrayna prezidenti Viktor Yuşşenko da İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik ediblər. -
10-28-2008, 03:10 AMAPAErkən nikahlar və zorakılıqla bağlı sorğular keçiriləcək
[b]Erkən nikahlar və zorakılıqla bağlı sorğular keçiriləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn ay "Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlığı" layihəsi çərçivəsində ölkənin 10 bölgəsində erkən nikahlar və zorakılıqla bağlı sorğular keçirəcək. Bu barədə APA-ya Komitənin Uşaq Problemləri şöbəsindən məlumat verilib. Aprel ayına qədər davam edəcək layihə BMT-nin Əhali Fondu ilə birgə keçirilir. Layihə çərçivəsində yeniyetmələr və valideynlərlə yanaşı, gələcək müəllimlər də maarifləndirmə və təbliğat tədbirlərinə cəlb olunacaq. -
10-28-2008, 11:00 AMAPAAzərbaycan bankları depozitlər üzrə faiz dərəcələrini artıra bilər
[b]Azərbaycan bankları depozitlər üzrə faiz dərəcələrini artıra bilər[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları yaxın vaxtlarda depozitlər üzrə mövcud faiz dərəcələrini artırmağa başlaya bilər.
[«APA-ECONOMICS»in məlumatına görə, bu, dünya maliyyə böhranının dolayı nəticəsi kimi qiymətləndirilir. Çünki xarici bazarlarda maliyyə vəsaitlərinin cəlb edilməsi prosesi xeyli çətinləşib və nağd pula olan cari tələbat kəskin yüksəlib.Son iki il ərzində Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri kəskin artıb. Belə ki, 2006-cı ildə bankların xarici öhdəlikləri 2,5 dəfə, 2007-ci ildə 3,2 dəfə, cari ildə 1,6 dəfə artıb. Nəticədə, 2006-cı ilin əvvəlindən indiyədək bankların xaricdən borclanmasının ümumi artımı 10 dəfəni ötüb. Xarici borcun dəyər ifadəsi isə 158,2 mln. manatdan 1,6 mlrd. manatadək yüksəlib və bankların xaricidən maliyyə asılılığı artıb. Xarici və daxili bazarlarda faiz dərəcələri fərqli olduğuna görə, banklar borclanmanı daxili bazarda deyil, məhz xaricdə, o cümlədən xarici banklardan, beynəlxalq maliyyə qurumlardan vəsait cəlb etməklə və beynəlxalq birjalarda istiqraz yerləşdirməklə aparırdılar. Maliyyə böhranı nəticəsində isə əksər ölkələrin, xüsusən də inkişafda olan dövlətlərin bank sistemləri bu sahədə ciddi problemlərlə üzləşib. Bu çətinliklər həm xarici öhdəliklərin qaytarılması, həm də xaricdən yeni vəsaitlərin cəlb edilməsi ilə bağlıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycandakı bankların da xaricdən vəsaitlərin cəlb olunması sahəsində çətinliklərlə üzləşəcəyi aydındır. Nəticədə, banklar öz resurs bazasını artırmaq, ən azı isə indiki səviyyədə saxlamaq niyyətindədirsə, daxili bazarda borcalmanı artırmaq məcburiyyətində qalacaq. Bunun üçün isə depozitlər və korporativ istiqrazlar üzrə mövcud faiz dərəcələri artırılmalı, yəni şərtlər daha əlverişli edilməlidir.