[b]Azərbaycanın qərb bölgəsində yayımlanan "Simurq" TV-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın qərb bölgəsində yayımlanan "Simurq" TV-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə APA-ya telekanalın icraçı direktoru Namiq İsayev məlumat verib.
[Onun sözlərinə görə, telekanalın Ağstafa rayonu ərazisində yerləşən teleqülləsi güclü qasırğa nəticəsində aşdığı üçün kanal fəaliyyətini dayandırmalı olub. N. İsayevin sözlərinə görə, hazırda teleqüllənin bərpası məqsədilə müəyyən iş aparılır. Gələn həftə müddətində Gəncədən Qazaxa kimi yayım bərpa olunacaq. Qeyd edək ki, "Simurq" TV Tiflisdən Gəncəyə qədər yayımlanır.
Azərbaycan Xəbərləri
Printable View

03-09-2008, 01:51 PMAPAAzərbaycanın qərb bölgəsində yayımlanan "Simurq" TV-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

03-09-2008, 02:06 PMAPAErmənistan Konstitusiya Məhkəməsi prezident seçkilərində Serj Sarkisyanın qələbə qazandığını təsdiqləyib
[b]Ermənistan Konstitusiya Məhkəməsi prezident seçkilərində Serj Sarkisyanın qələbə qazandığını təsdiqləyib[b]
İrəvan - APA. Ermənistan Konstitusiya Məhkəməsi fevralın 19-da keçirilmiş prezident seçkilərində baş nazir Serj Sarkisyanın qələbə qazandığını təsdiqləyib.
[APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Konstitusiya Məhkəməsi prezidentliyə namizədlər Tiqran Karapetyan və Levon Ter-Petrosyanın kütləvi saxtakarlıqla müşayiət olunan prezident seçkilərinin nəticələrinin tanınmaması barədə iddialarını rədd edib. Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrant Nazaryanın oxuduğu qərarda bildirilib ki, qanun pozuntuları ilə bağlı iddiaçı tərəflərin təqdim etdiyi faktlar seçkilərin ümumi nəticəsinə təsir etməyib.Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən, fevralın 19-da keçirilmiş prezident seçkilərində baş nazir Serj Sarkisyan 52,82%, Levon Ter-Petrosyan 21,5%, Tiqran Karapetyan isə 0,6% səs toplayıb. -
03-09-2008, 03:26 PMAPASalyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib
[b]Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib[b]
[Bakı. Elnur Məmmədli - APA. Ötən gecə saat 03 radələrində Salyan rayonu ərazisində - Ələt-Astara yolunun 60-cı kilometrliyində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. Salyanda fəaliyyət göstərən "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı istiqamətində hərəkət edən 50 BV 651 dövlət nömrə nişanlı 2106 "Jiquli" avtomobili qarşı tərəfdən gələn Masallı rayon sakini Pərviz Xanməmmədovun idarə etdiyi 24 BA 053 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Jiquli"də olan üç nəfər - Xırdalan şəhər sakinləri 1957-ci il təvəllüdlü Salam Salahov, 1968-ci il təvəllüdlü Şahid Rzayev və hələlik şəxsiyyəti dəqiqləşdirilməyən daha bir nəfər dünyasını dəyişib. Qəza ilə bağlı Salyan Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi (2 və daha artıq şəxsin ölümünə səbəb olan yol hərəkətinin pozulması) ilə cinayət işi qaldırılıb. -
03-09-2008, 03:31 PMAPAGüney Azərbaycan İnsan Haqları Təşkilatının nümayəndə heyəti Danimarka parlamentinin üzvləri ilə görüşüb
[b]Güney Azərbaycan İnsan Haqları Təşkilatının nümayəndə heyəti Danimarka parlamentinin üzvləri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli - APA. Güney Azərbaycan İnsan Haqları Təşkilatının nümayəndə heyəti Danimarka parlamentinin üzvləri ilə görüşüb. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, görüşdə İranda yaşayan azərbaycanlıların hüquqları və Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub. Parlamentin nümayəndələri problemlərlə daha yaxından tanış olacaqlarını və məsələ ilə bağlı digər həmkarlarını məlumatlandıracaqlarını bildiriblər. -
03-09-2008, 03:36 PMAPAVayominq ştatında keçirilən ilkin seçkilərdə Barak Obama qalib gəlib
[b]Vayominq ştatında keçirilən ilkin seçkilərdə Barak Obama qalib gəlib[b]
ABŞ - APA. Vayominq ştatında Demokratlar Partiyası daxilində keçirilən ilkin seçkilərdə Barak Obama qalib gəlib. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, bu praymerizdə Barak Obama 58%, onun rəqibi Hillari Klinton isə 41% səs toplayıb.
[Başqa sözlə, Demokratlar partiyasının prezidentliyə vahid namizədinin müəyyənləşəcəyi qurultayda Obamanı Vayominq ştatından 7, Klintonu isə 4 nümayəndə dəstəkləyəcək. Nümayəndələrin ümumi sayında da üstünlük Obamanın tərəfindədir: 1578:1467.Demokratların vahid namizədi olmaq üçün 2025 səs tələb olunur. Bu baxımdan qurultaya 188 namizəd göndərmək hüququna malik Pensilvaniya ştatında aprelin 22-də keçiriləcək ilkin seçkilər mühüm əhəmiyyət kəsb edir. -
03-09-2008, 03:46 PMAPAMərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Ucarda humanitar aksiya keçirir
[b]Mərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Ucarda humanitar aksiya keçirir[b]
[Ucar. Zahid Abışov - APA. Mərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Heydər Əliyev Fondunun və Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayonda humanitar aksiya keçirir. APA-nın Aran bürosunun verdiyi məlumata görə, adıçəkilən xəstəxananın oftalmologiya şöbəsinin müdiri, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi 6 nəfərdən ibarət həkim qrupu martın 7-dən başlayaraq rayonun Qazıqumlaq kənd xəstəxanasında xəstələri müayinə edir. Bu günə qədər yüzə yaxın rayon sakini müayinə edilib ki, onlardan da 28-i əməliyyat olunacaq. Bir nəfərin isə əməliyyat olunması üçün təyinatı Mərkəzi Neftçilər Xəstəxanasına verilib. Aksiya daha bir neçə gün davam edəcək. -
03-09-2008, 03:51 PMAPACorc Buş jurnalistlər üçün mahnı oxuyub
[b]Corc Buş jurnalistlər üçün mahnı oxuyub[b]
ABŞ - APA. ABŞ prezidenti Corc Buş Vaşinqton jurnalistlərinin şərəfinə verilən ənənəvi şam yeməyində hamını təəccübləndirib. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, Buş Gridiron Club-a ənənəvi şam yeməyinə toplaşanlar üçün mahnı oxuyub.
[Kovboy şlyapasında səhnəyə çıxan ABŞ prezidenti müğənni Tom Consun "Green Gras of Home" ("Evin həyətində yaşıl ot") mahnısını sözlərini dəyişməklə ifa edib. O, mahnıda 8 illik fasilədən sonra Texasdakı rançosuna qayıdışı, orada valideynləri və iti Barni ilə yenidən birlikdə olacağı, həmçinin dövlət katibi Kodoliza Rays və vitse-prezident Dik Çeynidən danışıb. Şam yeməyinə topşalanlar prezidentin ifasını alqışlarla qarşılayıb. Qeyd edək ki, hər il keçirilən şam yeməyinə 600 nəfər dəvət edilib. 1885-ci ildə əsası qoyulan Girdiron Club Vaşinqton jurnalistlərinin ən qədim təşkilatlarından sayılır. -
03-09-2008, 03:56 PMAPAİspaniyada parlament seçkiləri keçirilir
[b]İspaniyada parlament seçkiləri keçirilir[b]
Madrid - APA. Bu gün İspaniyada parlament seçkiləri keçirilir. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, seçkilərə 92 partiyadan 10 min namizəd qatılıb.
[Seçicilər parlamentin aşağı palatasına 350, yuxarı palatasına isə 208 deputat seçəcəklər. müşahidəçilərin fikrincə, əsas mübarizə hazırkı baş nazir Xose Luis Rodriqes Sapateronun başçılıq etdiyi Sosialistlər və Mariano Rahoyun başçılıq etdiyi Xalq Partiyası arasında gedəcək. -
03-09-2008, 09:11 PMAPATurqut Özalın oğlu həbs edilib
[b]Turqut Özalın oğlu həbs edilib[b]
[Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Ədirnədə keçirilmiş "Arasta" əməliyyatında Ədirnə bələdiyyə başqanı Hamdi Sədəfçi də saxlanılıb. Ə. Özal da bu əməliyyatda H. Sədəfçi ilə əlaqələrinə görə saxlanılıb. Amma həbsindən əvvəl Ə. Özal H. Sədəfçini tanımadığını deyib. Qeyd edək ki, Ədirnədə içməli su ilə bağlı tenderdə və bələdiyyə binasının satılmasında korrupsiyaya yol verməsi iddiası ilə ölkənin 8 şəhərində əməliyyat keçirilib və 20 nəfər saxlanılıb. -
03-10-2008, 12:26 PMAPAAzərbaycanın Füzuli rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində 1 əsgər şəhid olub
[b]Azərbaycanın Füzuli rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində 1 əsgər şəhid olub[b]
Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Silahlı Qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi yenidən pozub.
[Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 9-da saat 14.05-dən 14.20-dək Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini, saat 10.00-dan 22.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.10-dan 20.30-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 18.45-dən martın 10-u saat 00.55-dək fasilələrlə Tərtər rayonunun Çiləbürt, Qızıl Oba və Seysulan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. Füzuli rayonu ərazisində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri, Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü İsmayılov Ramin İsmayıl oğlu şəhid olub. Bakı şəhərinin Nərimanov Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər İsmayılov Ülvi Vaqif oğlu isə sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Cavab atəşi ilə düşmənin 1 əsgəri məhv edilib.