[b]Norveçin xarici işlər naziri aprelin 29-da Azərbaycana gələcək[b]
Bakı. Laçın Sultanova-APA. Norveç Krallığının xarici işlər naziri Yonas Qahr Store aprelin 29-da Bakıya rəsmi səfərə gələcək.
[Bu barədə APA-ya Norveç Krallığının Azərbaycandakı səfirliyindən məlumat verilib. Nazirin səfər proqramı üzərində iş hələ tamamlanmayıb. Səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçiriləcək. Xatırladaq ki, E. Məmmədyarov norveçli həmkarının dəvəti ilə ötən il dekabrın əvvəllərində bu ölkədə rəsmi səfərdə olub. Səfər çərçivəsində tərəflər birgə bəyanatla çıxış ediblər.
Azərbaycan Xəbərləri
Printable View

03-06-2008, 12:36 PMAPANorveçin xarici işlər naziri aprelin 29-da Azərbaycana gələcək

03-06-2008, 12:51 PMAPAÖzbəkistan prezidenti yaxın vaxtlarda Azərbaycana səfər edəcək
[b]Özbəkistan prezidenti yaxın vaxtlarda Azərbaycana səfər edəcək[b]
Bakı. Tamara Qriqoryeva-APA. Özbəkistan prezidenti İslam Kərimov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
[APA-nın məlumatına görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev bildirib. Səfərin dəqiq vaxtının hələlik məlum olmadığını deyən diplomat Özbəkistan tərəfinin bütün sənədləri artıq hazırladığını, Azərbaycan tərəfinin hazırda sənədlərə tanış olduğunu söyləyib. Səfirin sözlərinə görə, Özbəkistan prezidentinin səfəri zamanı Azərbaycanda Əlişir Nəvainin monumentinin açılışı da olacaq. Monumentin qoyulması üçün artıq yer də seçilib. -
03-06-2008, 12:56 PMAPAKamil Xasıyev: "NATO rəhbərliyi Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasına normal yanaşır"
[b]Kamil Xasıyev: "NATO rəhbərliyi Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasına normal yanaşır"[b]
Bakı. Rəşad Süleymanov- APA. NATO rəhbərliyi Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasın normal yanaşır. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib.
[O deyib ki, bu qərarın Azərbaycan-NATO münasibətlərinə mənfi təsir göstərəcəyini düşünmür: "Azərbaycan hazırda NATO-nun Əfqanıstanda keçirdiyi sülhməramlı kontingentin tərkibində təmsil olunur. Gələcəkdə NATO-nun hansısa bölgələrdə keçirdiyi sülhməramlı əməliyyatlarında iştirak məsələsinə isə parlament qərar verə bilər. Kosovo məsələsinə gəlincə, bu, Azərbaycan suveren hüququdur, NATO rəhbərliyi də bunu hörmətlə qarşılayır". -
03-06-2008, 01:01 PMAPAErmənilər Tovuzun Koxa Nəbi kəndini iki saat atəşə tutublar
[b]Ermənilər Tovuzun Koxa Nəbi kəndini iki saat atəşə tutublar[b]
[Tovuz. Ayxan Hüseynov-APA. Dünən saat 19.00-dan etibarən Ermənistan Silahlı Qüvvələri Bert rayonunun Çinari və Coratan kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Əsrik-Cırdaxan kəndlərində yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Atəşkəsin pozulması iki saata yaxın davam edib. Koxa Nəbi kənd sakinlərinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. Atəşkəsin pozulması nəticəsində xəsarət alan olmayıb. Sakinlər ermənilərin gün ərzində kəndi fasilələrlə atəşə tutduğunu bildiriblər. Qeyd edək ki, Koxa Nəbi kəndi qərb bölgəsində Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə ən yaxın yaşayış məntəqəsidir. -
03-06-2008, 01:06 PMAPASabah Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının ikinci hissəsi təsdiq olunacaq
[b]Sabah Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının ikinci hissəsi təsdiq olunacaq[b]
Bakı. Tamara Qriqoryeva – APA. Sabah Brüsseldə Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) ikinci hissəsi təsdiq olunacaq.
[APA-nın məlumatına görə, bunu Bakıda keçirilən "Rouz Roud" seminarında iştirak edən NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Rıbatski deyib. O bildirib ki, aprelin ortalarında İPAP planının birinci hissəsinin yerinə yetirilməsi üzrə qiymətləndirici missiya Azərbaycana gələcək və Bakıda böyük konfrans keçiriləcək. Konfransda Azərbaycanın planın ilk mərhələsini necə yerinə yetirdiyi dəyərləndiriləcək. -
03-06-2008, 01:11 PMAPAAkif Å
[b]Akif Å

03-06-2008, 01:16 PMAPANATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir
[b]NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir[b]
Bakı. Rəşad Süleymanov-APA. NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində enerji təhlükəsizliyi ilə bağlı məsələnin müzakirəsi və sammitdə qəbul edilən qərarlara bununla bağlı bəndin salınması nəzərdə tutulur.
[APA-nın məlumatına görə, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib ki, enerji təhlükəsizliyi məsələlərinin NATO-nun qərarlarında hansı formada əksini tapacağı ilə bağlı hazırda iş gedir. Onun sözlərinə görə, sabah NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək qeyri-rəsmi toplantısında da bu məsələ müzakirə olunacaq. K. Xasıyev həmçinin sammitdə "dondurulmuş münaqişələr" kontekstində Cənubi Qafqazdakı münaqişələrlə bağlı məsələnin də müzakirəsinin gözlənildiyini vurğulayıb. -
03-06-2008, 01:26 PMAPAAzərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib
[b]Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib[b]
[Los-Anceles. Hüsniyyə Həsənova-APA. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib. Konsulluqdan APA-nın ABÅ -
03-06-2008, 01:31 PMAPA"Saloğlu" layihəsinin ikinci mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında Brüsseldə danışıqlar gedir
[b]"Saloğlu" layihəsinin ikinci mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında Brüsseldə danışıqlar gedir[b]
[Bakı. Rəşad Süleymanov-APA. Partlamamış hərbi sursatların məhv edilməsi üzrə "Saloğlu" layihəsinin ikinci mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında danışıqlar gedir. APA-nın məlumatına görə, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib ki, hazırda Brüsseldə olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin mütəxəssisləri ilə danışıqlar aparır: "Yəqin ki, NATO yaxın vaxtlarda layihənin müddətinin uzadılmasına razılıq verəcək". K. Xasıyev, həmçinin NATO-ya üzv və tərəfdaş ölkələrin iştirakı ilə kasetli silahların qadağan edilməsinə dair konvensiyanın hazırlandığını da bildirib: "Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycan da konvensiyaya qoşulmaq bu məsələsinə baxa bilər". -
03-06-2008, 01:56 PMAPABakıda NATO-nun "Rouz Roud" seminarı başlayıb
[b]Bakıda NATO-nun "Rouz Roud" seminarı başlayıb[b]
[O bildirib ki, Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub və qlobal təhlükəsizliyə öz töhfəsini verir: "Azərbaycan 2005-ci ildən Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını həyata keçirməyə başlayıb. Plan çərçivəsində əməkdaşlıq uğurla davam edir. Azərbaycanın müdafiə və təhlükəsizlik strukturları NATO standartlarına uyğunlaşdırılır. Ermənistanla münaqişəyə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır. Silahlı Qüvvələrə ictimai nəzarətlə bağlı qanunvericilik bazasının hazırlanması davam edir". O. Əsədov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə də toxunaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqazdakı digər münaqişələr region üçün təhlükə yaradır. Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, ərazisində digər dövlətin hərbi bazasını saxlayır. Martın 4-də cəbhə zonasında baş verən toqquşmalara da diqqət çəkən O. Əsədov bildirib ki, qarşı tərəf öz ölkəsindəki seçki saxtakarlığını beynəlxalq təşkilatların diqqətindən yayındırmaq məqsədilə cəbhə xəttində hərbi fəaliyyətini artırır. Qeyd edək ki, seminarda 60-ı deputat olmaqla, NATO üzvü və tərəfdaş ölkələrdən 101 nümayəndə iştirak edir.