18 fevral. İlin sonuna 316 gün qalır.
1405. Böyük sərkərdə Əmir Teymur vəfat edib
1451. Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb
1516. İngilis kraliçası Mariya Tüdor anadan olub
1546. Alman teoloq Martin Lüter vəfat edib
1564. İtalyan memar Mikelancelo vəfat edib
1745. İtalyan fizik Alessandro Volta anadan olub
1855. Rus imperatoru II Aleksandr taxta çıxıb
1895. Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olub
1913. Reymon Puankare Fransa prezidenti seçilib
1921. Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb
1922. Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb
1926. Rus şair Mayakovski Bakıya gəlib
1926. Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib
1937. İstanbulda eşşəklərin hərəkəti qadağan edilib
1952. Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul edilib
1965. Qambiya müstəqilliyini elan edib
1967. ABŞ atom bombasının “atası” Robert Oppenheymer vəfat edib
1979. Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb
1990. Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub
1993. Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib.
2004. İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub
2008. Türkiyə Kosovonun müstəqilliyini tanıyıb.
2009. “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009” tədbirləri təntənəli mərasimlə açılıb
2009. “day.az” və “today.az” saytları bağlanıb.
Günün aforizmi
“Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir”.
Əliağa Vahid
193 sonuçtan 21 ile 30 arası
-
02-17-2010, 02:15 PM #21
-
02-18-2010, 09:44 AM #22
Re: Tarixdə bu gün
[
-
02-20-2010, 02:13 PM #23
Re: Tarixdə bu gün
20 fevral. İlin sonuna 315 gün qalır.
1806. Rus general Sisianov Bakıda öldürülüb
1818. Sankt-Peterburq universiteti təsis edilib
1872. Nyu-Yorkda “Metropoliten muzeyi” açılıb
1898. İtalyan avtomobil konstruktoru Enzo Ferrari anadan olub
1930. Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri işə salınıb
1930. Ümumittifaq Kommunist partiyası “Kolxoz hərəkatının partiya xəttindəki əyintilərə qarşı mübarizə” haqqında qərar verib
1931. VII Zaqafqaziya sovetlər qurultayı başlayıb
1938. Bakıda neft sənayesi qabaqcıllarının Ümumittifaq müşavirəsi keçirilib
1971. İdi Amin Dada Uqandada hakimiyyəti ələ alıb
1980. ABŞ Moskva Olimpiya oyunlarını boykot etdiyini rəsmən açıqlayıb
1988. DQMV Soveti sessiyasında ermənilər “Vilayətin statusuna baxılmasına dair Azərbaycan SSR Ali Sovetinə müraciət” qəbul edib
1992. Azərbaycan Respublikası Avstriya ilə diplomatik əlaqələr qurub
1993. İtalyan avtokonstruktor Felluçio Lamborqini vəfat edib
1992. Azərbaycan Respublikası Sloveniya ilə diplomatik əlaqələr qurub
1999. Xalq artisti Leyla Vəkilova vəfat edib
Günün aforizmi
“Cəsurun baxışı qorxağın qılıncından iti olar”.
Alman məsəli
[
-
02-21-2010, 12:45 PM #24
Re: Tarixdə bu gün
21 fevral. İlin sonuna 313 gün qalır.
1677. Filosof Benedikt Spinoza vəfat edib
1848. “Kommunist partiyasının manifesti” nəşr edilib
1895. Məşhur sovet şərqşünası Yevgeni Belyayev anadan olub
1916. Birinci Dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Bir ilə yaxın davam edən vuruşmalarda təqribən 300 000 insan həlak olub. Tarixçilər bu hadisəni “Verden cəhənnəmi” adlandırırlar
1920. SSRİ-də “QOELRO” planı qəbul edilib
1921. Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başlayıb. Qurultay 23 dekabrda başa çatıb
1955. Tarzən Elxan Mansurov anadan olub
1973. Laosda müharibə başa çatıb
1976. İlk “VAZ 2106” avtomobili konveyerdən çıxıb. Təkcə VAZ özü bu modeldən təqribən 5 milyon ədəd istehsal edib.
1984. Sovet yazıçısı Mixail Şoloxov vəfat edib
1992. Azərbaycan Respublikası Fransa və Polşa ilə diplomatik münasibətlər qurub
1997. Akademik Ziya Bünyadov qətlə yetirilib
1998. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb
2001. Bakıda TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ofisi açılıb
Günün aforizmi:
“Az bilib çox danışmaq axmaqlıq əlamətidir”
Seyid Əzim Şirvani
[
-
02-22-2010, 10:47 AM #25
Re: Tarixdə bu gün
22 fevral. İlin sonuna 312 gün qalır.
1512. Florensiyalı dəniz səyyahı Vespuççi Ameriqo vəfat edib
1671. Alman diplomatı və səyyah Adam Oleari vəfat edib. O, səfər qeydlərində Bakıdakı neft quyuları və Dədə Qorqud qəhrəmanlarının qəbirləri ilə bağlı məlumatlar verib
1788. Alman filosof Artur Şopenhauer anadan olub
1810. Polyak əsilli bəstəkar Frederix Şopen anadan olub. Bəzi mənbələr onun doğum tarixini 2 mart kimi göstərir
1819. İspanlar Floridanı ABŞ-a 5 milyon dollara satıb
1848. Parisdə “İyul Monarxiyasına” qarşı çıxışlar başlayıb
1866. Cəlil Məmmədquluzadə anadan olub
1922. Azərbaycanın SSR-in xarici işlər naziri (1944-1958) Mahmud Əliyev anadan olub
1974. Pakistan özünün keçmiş əyaləti olan Banqladeşin müstəqilliyini tanıyıb
1976. Qarabağın oyunçusu Zaur Ramazanov anadan olub
1988. Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirib
1998. Azərbaycan Respublikası Prezidenti “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb
Günün aforizmi
“Sözün doğrusunu danışmaq hünərdir”
Cəlil Məmmədquluzadə
[
-
02-23-2010, 11:05 AM #26
Re: Tarixdə bu gün
23 fevral. İlin sonuna 311 gün qalır.
632. Məhəmməd peyğəmbər (s) Vida xütbəsini söyləyib
1855. Alman fizik Karl Fridrix Qauss vəfat edib
1893. Alman mühəndis Rudolf Dizel yeni mühərriki patentləşdirib. Sonrada bu ixtira onun şərəfinə “Dizel mühərriki” adlandırılıb
1903. Kuba Quantanamo adasını ABŞ-a əbədi icarəyə verib
1909. Şərqşünas Həmid Araslı anadan olub
1911. Musiqiçi Şəmsi Bədəlbəyli anadan olub
1918. Zaqafqaziya Seymi açılıb. Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökuməti təşkil edilib
1918. Sovet Rusiyasında ümumi səfərbərlik elan edilib. Bu tarix Sovet ordu və Donanmasının yaranma günü hesab edilir. Hazırda bu tarix Rusiya, Ukrayna, Belarus və Cənubi Osetiyada “Vətənin müdafiəçisi günü” kimi qeyd edilir.
1920. Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki mənzilində Fransa nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin müşavirəsi keçirilib. Britaniya bolşevik təhlükəsi barədə xəbərdar edib və Qafqaz Respublikalarını daxili münaqişələrə son qoymağa çağırıb
1921. Yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başa çatıb
1929. Moskva və bütün Rusiyanın keçmiş patriarxı II Aleksi anadan olub
1941. Plutonium elementi sintez edilib
1944. Stalinin fərmanı ilə Çeçen-İnquş Muxtar Respublikası ləğv edilib, çeçenlərin Orta Asiyaya sürgün edilməsi prosesi başlayıb
1946. Futbolçu Anatoli Banişevski anadan olub
1947. Beynəlxalq Standartlaşma Təşkilatı (İSO) təsis edilib
1954. Ukrayna prezidenti Viktor Yuşenko anadan olub
1959. Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ilk iclası keçirilib
1979. SSRİ Ali Soveti “Azərbaycan SSR-də kənd təsərrüfatını daha da ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığı inkişaf etdirmək tədbirləri Haqqında” qərar verib
1983. Aktyor Hüseynağa Sadıqov vəfat edib
1993. Azərbaycan Respublikasının dövlət gerbi təsdiq edilib
2003. Prezident Heydər Əliyev ABŞ-a rəsmi səfərə yola düşüb
2003. Aktyor Həsən Turabov vəfat edib
Günün aforizmi
“İnsanların ən pisi axirətini dünyasına satandır”.
Məhəmməd peyğəmbər (s)
[
-
02-23-2010, 12:16 PM #27
-
02-24-2010, 11:55 AM #28
Re: Tarixdə bu gün
24 fevral. İlin sonuna 310 gün qalır.
303. Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman verib
1856. Rus fiziki Nikolay Lobaçevski vəfat edib
1864. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə anadan olub
1918. Estoniya müstəqilliyini elan edib
1942 “Amerikanın səsi” radiosu ilk dəfə efirə çıxıb
1955. İraq və Türkiyə arasında “Bağdad paktı” imzalanıb. Sonradan bura İran, Pakistan və Britaniya da qoşulub
1955. Formula 1 pilotu Alen Prost (Fransa) anadan olub
1957. Müsavat başqanı İsa Qəmbər anadan olub
1972. Sovet sualtı qayığı “K 19”da qəza zamanı 28 matros həlak olub
1991. İraqa hücumun tərkib hissəsi olan “Səhrada qılınc” əməliyyatı başa çatıb
1992. Azərbaycan Respublikası Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurub
1994. Azərbaycan Respublikası prezidenti yanında “Hüquqi islahatlar komissiyası” yaradılıb
1995. Azərbaycan Respublikası Kamerun ilə diplomatik əlaqələr qurub
1998. Prezident Heydər Əliyev Yaponiyaya rəsmi səfərə gedib
2009. Millət vəkili Zahid Oruc Xocalı soyqırımı haqqında qanun layihəsini parlamentə təqdim edib.
Günün aforizmi
“Güclü iradə zəifləmiş bədəni xilas edir”.
Hipokrat
[
-
02-25-2010, 12:13 PM #29
Re: Tarixdə bu gün
25 fevral. İlin sonuna 309 gün qalır.
1836. Amerikalı silah konstruktoru Samuel Kolt yeni model tapançanı patentləşdirib
1841. Fransız impressionist rəssam Pyer Oqüst Renuar anadan olub
1910. Seleksiyaçı alim İmam Mustafayev anadan olub
1921. Gürcüstan SSR təşkil edilib
1952. Türk hökumətinin təşkil etdiyi komissiya Konstitusiyada 40 “antidemokratik” maddə aşkar edib
1953. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev anadan olub
1954. Camal Əbdül Nasir Misirin baş naziri seçilib
1956. Kommunist Partiyasının XX Qurultayında Xruşov stalinçiliyi (şəxsiyyətə pərəstişi) tənqid edib
1958. İdmançı İradə Aşumova anadan olub
1992. Malidə yeni Konstitusiya qəbul edilib, II Respublika fəaliyyətə başlayıb
1992. Azərbaycan Respublikası Yəmən ilə diplomatik əlaqələr qurub
1992. 366-cı alayın dəstəyi ilə erməni quldurları Xocalı üzərinə hücuma başlayıb...
Günün aforizmi
“Həyatın mənası gözəllikdə və məqsədə çatmaq cəhdindədir”.
Maksim Qorki
[
-
02-26-2010, 10:30 AM #30
Re: Tarixdə bu gün
26 fevral. İlin sonuna 308 gün qalır.
1797. İngiltərə Bankı ilk funt sterlinqi tədavülə buraxıb
1802. Fransız yazıçı Viktor Hüqo anadan olub
1815. Napaleon Bonapart Elba adasından qaçıb
1829. “Mavi cins”in ixtiraçısı Oskar Levi Strauss anadan olub
1870. Nyu-York metrosu işə düşüb
1905. Qafqaz canişinliyi bərpa edilib
1926. Bakıda I Türkoloji qurultay işə başlayıb
1936. Hitler Volfsburqda “Volkswagen” zavodunu təntənəli surətdə açıb
1952. Baş nazir Uinston Çörçil Böyük Britaniyanın atom bombasını istehsal etdiyini və sınaqların Avstraliya səhrasında keçiriləcəyini elan edib
1954. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan anadan olub
1991. Səddam Hüseyn Bağdad radiosu vasitəsilə İraq ordusunun Küveytdən çəkildiyini bildirib
1992. Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda qırğın törədib. Xocalı Soyqırımı nəticəsində 613 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1000-dən çox insan yaralanıb. Həlak olanlar arasında Milli Qəhrəman, Xocalı aeroportunun rəisi Əlif Hacıyev də vardı.
1992. Azərbaycan Respublikası ilə Banqladeş arasında diplomatik əlaqələr qurulub
1993. Nyu-Yorkda yerləşən “World Trade Center”in altındakı avtoparkda bir yük maşınında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, mindən çox adam yaralanıb
1998. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Yaponiyanın “MİTSUİ” Neft Şirkəti arasında pay bölgüsü haqqında Saziş imzalanıb
2001. Taliblər Əfqanıstanın Bamyan kəndindəki Budda heykəllərini məhv edib. Bu hadisə böyük diplomatik böhran yaradıb.
2003. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında “Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş” imzalanıb.
2004. ABŞ öz vətəndaşlarına 23 ildən bəri davam edən Liviyaya səyahət qadağasını ləğv edib
2004. Makedoniyanın prezidenti Boris Trajovski Bosniya-Hersoqovinada təyyarə qəzası nəticəsində həlak olub.
Günün aforizmi
“Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”.
Aleksandr Düma “Qafqaz səfəri”.
[


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla

Yer imleri