Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

İsrail Cavad şeirləri (dördlüklər)

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    İsrail Cavad şeirləri (dördlüklər)

    Hardasan gəncliyim, hardasan, bir din,
    Mən səni qovdummu, yoxsa itirdim.
    Səni dost bilirdim çətində, darda
    Sən də getdin əldən nə zaman, harda.

    1965

    ***

    Güvənmə tanışa, güvənmə dosta,
    Biri şöhrət istər, biri pulunu.
    Biri xoş məclisdə satar bir tosta
    Biri söz üstündə kəsər yolunu.

    07.03.65

    ***

    Şairlik eyləmək deyil məqsədim,
    Alim olmağa da tələsmirəm mən.
    Bilin, birdir arzum, birdir amalım,
    İstərəm yaxşı adam çağrılsın adım.

    21.05.65


    ***

    Dolanma başına hər nanəcibin,
    Insanabənzərdə həya, ar olmaz.
    Axtarma hər kəsdə kişilik, mərdlik
    Hər papaq qoyanda etibar olmaz.

    Gözəlin gözüylə gözələ baxma,
    Yandırıb yaxar o qəlbini sənin.
    Hər gözəl görəndə sulartək axma
    Bir olsun amalın, əqidən sənin.

    05.11.74

    ***
    Uşaqlıq vaxtında, kiçik çağımda
    Sadəlik cövhəri qanıma düşdü,
    Əl açdım dostlara yetgin çağımda
    Qırıldı qollarım yanıma düşdü.

    04.07.75 3

    ***

    Lənətə gələsən səni a stol!
    Nə tez dəyişirsən sən adamları.
    Dünən hörmət ilə salam verənlər
    Arxana keçəntək saymır dostları.

    04.07.75

    ***
    Sözdə dostam, deyib üzə güləni
    Yoxla sən həyatda işlə, əməllə,
    Bina ucalıqla heç fəxr etməsin
    Ömrü uzun olar möhkəm təməllə.

    30.03.76

    ***

    Nanəcib, naxələf, pis adamları
    Özgə kədərinə əl çalan gördüm,
    Alçala-alçala ucalanları
    Yüksələ-yüksələ alçalan gördüm.

    26.10.77

    ***
    On naz edən çıxsa əgər qarşına
    Qurban eylə bir gözünə gözəlin,
    İlahidən yüz can olsa bədəndə
    Mən verərəm tək özünə gözəlin.

    17.07.79

    ***

    Naxələf dostlara sən ağız açma,
    Yaralar səni quru söz ilə.
    Qadınlar görəndə kənara qaçma,
    Qadına bənzərdən özünü gözlə.

    10.10.79

    ***

    Vəzifə başında olanda insan,
    Qardaşa, bacıya çevrilir insan.
    Stolun dalından ayrılan kimi
    Zəhərə, zəqquma çevrilir insan.

    12.10.79

    ***
    4
    Kişi kişi olsa tutduğu işdə
    Onun dostlarının böyük naxşıdır.
    Göstərə bilməsə əgər kişilik,
    Bostan müqəvvası ondan yaxşıdır.

    25.10.79

    ***

    Elə yaşamalı, elə etməli
    Vaxtsız, lalə kimi solmasın insan,
    Çəkidən yüngül olsa eybi yox,
    Ağıldan yüngül olmasın insan.

    29.10.79

    ***
    Qarğa hey atılıb düşdü bütün gün
    Heç nə bəyənmədi, ləzzət axtardı,
    Bir də ayılaraq gördü batır gün
    Yemək də tapmadı, gecə ac qaldı.

    31.10.79

    ***

    Birinin gözündə çiçəklənirkən
    Birinin gözündə solursan, dünya.
    Pərəstiş verdikcə böyüyə ləzzət
    Qozbel yaltaqlarla dolursan, dünya.

    20.11.79

    ***
    İstəsən çatasan yüksək rütbəyə
    Yaltaqlıq öyrən sən, yaltaqlıq, dostum.
    Böyüklər bu işi adət ediblər,
    Bu artıq sayılmır qəbahət, dostum.

    20.11.79
    ***
    Bax oğluna, qızına
    Qiymət ver sən ocağa.
    Çox atanı qoyubdur
    Pis övladlar bucağa.

    13.12.79
    ***
    Bu gün oğlum mənə hədiyyə alıb
    Elə bilirəm ki, quşam, uçuram.
    Bu kiçik hədiyyə ovcumda qalıb
    Elə bilirəm ki, bir dağ qucuram.

    23.02.80
    5
    ***

    Qadın dostluğuna çox bel bağlama
    Qırılar bu dostluq puç ağac kimi,
    Yıxılıb duranda sən gəl ağlama,
    Yıxılanda yıxıl şah ağac kimi.

    25.02.80

    ***

    Getdiyin yolunda əgər büdrəsən,
    Təqsir nə kəsəkdə, nə də daşdadır.
    Çalış insan kimi ömür sürəsən
    İnsanlıq nə bığda, nə göz-qaşdadır.

    06.03.80

    ***

    Adamlar dəyişir zəmanə kimi
    Vəzifən var isə yada salırlar,
    Kasıbın gül kimi saf qızı qalır
    Varlının qayıtmış qızın alırlar.

    05.06.80

    ***

    Qaldırma başını əfi ilantək
    Tutar qəfil güllə öldürər səni,
    Xalqın tanıyarsa səni biləntək
    Ağlatmaz, həmişə güldürər səni.

    17.08.80
    ***
    İnsafsızmış bu dünyada adamlar,
    Rəngin ilə ad veriblər sənə də.
    Qaratoyuq, vahid Vətən seçmisən
    Nə bilsinlər nələr vardır sinəndə.

    22.08.83
    ***
    Heç vaxt görəmməzsən üz-üzə gülü
    Gülün də güllərdən zəhləsi gedir.
    İsrail məftundur incə ülfətə,
    Üzü dönüklərdən zəhləsi gedir.

    27.12.87

    ***

    Hərdən bir baxmasan sən öz bağına
    Bağbanın olsa da bağdan bağ olmaz.
    Duymasa nəfəsin doğma elinin
    Çaylar da quruyar, dağdan dağ olmaz.

    08.10.88

    ***

    Götürmə uşağa çox bel bağlama,
    Oğraşın balası oğraş olacaq.
    Yedirib, içirib bəsləsən d? s?n
    Axırda gözlərin yaşla dolacaq.

    17.10.88

    ***

    Axtarma cibimi, axtarma dostum,
    Şeirlər çıxacaq, bil, pul yerinə.
    Dünya dəyişibdir, qınamaq olmur
    Qızlar hücum çəkir hey dul yerinə.

    05.1.88

    ***

    Yerdən güc almazsa əkdiyin zəmin
    Kök atar, boy verər sünbülə gəlməz.
    Nə qədər desən ki, dildə deyirəm
    Ürəkdə olmasa söz dilə gəlməz.

    10.06.89
    ***
    Gözləmə çoxundan eyni hörməti
    Hörmətlər sözlə də, güllə də vardır,
    Etibar eyləmə dövlət işinə
    Bu işdə tərif də, güllə də vardır.

    27.12.89

    ***
    Gözüm toxdur stolundan dünyanın
    Çün, nəşəsi azdır onun qəmindən.
    Okuz səsi xoş gəlməyir qulağa
    Çünki, zili çoxdur onun bəmindən.

    31.07.90

    ***

    Bir dəfə böldülər ikiyə bizi
    Çoxu orda qaldı, azı bu yanda,
    Bu azı bölürlər indi beş yerə
    Qiym? t?k q?zd?r?b qaynar qazanda.

    16.02.92
    7
    ***

    Həyatda için boş gördüm həmişə
    Bədən yekə, səsi yorğun olanın,
    Bəzəsən məxmərlə, ya da gümüşlə
    Dəyişməz xisləti yenə tulanın.

    16.01.93

    ***

    Çox aldanma oyununa təlxəyin
    Sözlə ağuşuna alacaq səni,
    Ayağın büdrəyən anda görərsən
    Əfi ilan kimi çalacaq səni.

    27.07.93

    ***

    Keçmişinə sapand ilə daş atsan
    Gələcək gülləyə tutacaq səni,
    Özgəyə bir kiçik gölməçə qazsan
    Dərya birdən-birə udacaq səni.

    09.08.93

    ***

    Hər yetənə söyləmə sən sirrini
    Dilə nə var, cəfa çəkən baş olur,
    İş yerində meyl eyləmə qadına
    Gizli qalmır, tez hamıya faş olur.

    28.08.93

    ***
    Vəkillərim yeni söztək çox deyir,
    Aşkarlamaq, dəstəkləmək, legitim,
    Xalq demədən mən də bəyəm, bəy, deyir
    O dünənki cinayətkar, lüt yerim.

    28.08.93
    ***
    Təmənnasız iş görürəm söyləsən
    Bil ki, bu sözün də təmənnası var,
    Tuşlansa barmağın hər hansı səmtə
    Bunun özünün də bir mənası var.

    02.04.94
    ***
    Kiminki dünyada nəfisi toxdur,
    Onun başqasıyla bir işi yoxdur.
    Əgər aramızı vuran olmasa,
    Kefinə toxunmaz heç kim heç kimin.

    1995
    ***
    Xisləti işdir kişinin, dostum,
    Baxıb əməlinə qiymət ver ona.
    Dəyişkən adama inanma dostum,
    Əxlaqsız qadınlar girər min dona.

    1995
    ***
    Dünən hörmət ilə adı çəkilən
    Bu gün siyahıdan silindi, getdi.
    Hərəyə sən nə cür baxırsansa, bax
    Hər kəsin öz yeri bilindi, getdi.

    1995
    ***
    Xoruz toyuq ilə söhbətləşəndə
    Lağ edir toyuğa beçə bu yandan,
    Nankor cavan qocalara lağ edir
    Allah bilir, kim tez köçə dünyadan.

    2001
    ***
    Can sağlam olmasa bil ki, ey cavan,
    Lazım deyil sənə o çatma qaşlar.
    Heç nə olmaz deyib arxayın olan
    Tez getmiş dünyadan neçə min başlar.

    2001***
    Cavanlar sevərkən dona girirlər,
    Odur ki, tanımır doğrunu, düzü,
    Yüksək ehtirasdan, sevincdən onlar
    Çox vaxt səhv salırlar gecə-gündüzü.

    2001
    Bacarmayan bir işi
    Əl - ayağa dolaşmaz.
    Ya kişi ol, ya qadın
    Xonsalıqla iş açmaz.
    18.06.02

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.