3 sonuçtan 1 ile 3 arası

Xocalı şeirləri - Xocalıya aid şeirler

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    460

    Xocalı şeirləri - Xocalıya aid şeirler

    26 fevral 1992 ölke tariximize ve yaddaşımıza unudulmaz Xocalı Soyqırımı olaraq yazılıb. Xocalı şeirləri ve Xocalıya aid şeirler ve daha başqa yöntemlerle bu unudulmaz günü sonrakı nesillere çatdırmaq lazımdır ki ermenileri nece bir zalim xalq olduqlarını heç vaxt unutmasınlar. Bu gün orada yaşananların dünyada nümunesi yoxdu. Gencler, yaşlılar, qızlar, oğlanlar, uşaqlar çox vehşice ve zalimce öldürülmüşdü. Allah bütün ölenlere rehmet etsin. Bilinen Xocalı Şeirleri teqdim edirik.

    Xocalı

    Gözleyib, gizleyib zaman sirrini,
    Deyişib dünyanın işi,amalı.
    Deyesen, yetişir qiyamet günü,
    Vedesiz külekler esir, Xocalı!


    Sert geldi fevralın 26 –sı,
    Al qana qerq oldu bulaqlarda su,
    Qefilden quruldu bir yurdun yası,
    Bir kese çatmadı sesim Xocalı!


    Od yağdı, el düşdü, küye, teşvişe,
    Naleler,feryadlar direndi erşe,
    Allah da baxmadı bu haqsız işe,
    Titredik biz esim –esim, Xocalı!


    ezelden el atıb böhtana, şere,
    Çaqqallar toplaşıb güc gelir şire,
    Mateme büründü yurd birden -bire,
    Ötüşdü bir qemli nesim, Xocalı!


    Ne görüb, neleri çekmeyib başın,
    Od tutdu o gece torpağın, daşın,
    Dul qalmış gelinin gözünün yaşın,
    Bes nece qurudum, kesim, Xocalı!


    Dinmirem gözümde gilelenir yaş,
    Yadıma düşdükce o gün, o savaş,
    Qız ana itirdi, qardaşı qardaş,
    Men nece kiriyim, susum, Xocalı!


    Söylesem, bu derdim dağlardan ağır,
    Namerdler yoluma daş dığırladır,
    Dağıldın kendbekend, çadırbaçadır,
    Bes kimden inciyim, küsüm, Xocalı!


    Uyuyan kesleri yuxudan ayılt,
    Qelbimde alışan hesreti soyut,
    Qayıt, sen yeniden özüne qayıt,
    Bu sevinc qoy olsun besim, Xocalı!

    Xocalı, ay Xocalı !


    İnsanlara qıymadan,
    Gülle ateşine tutdular.
    Yaşlı, uşaq baxmadan,
    Yanar oda atdılar.


    Neçe şehidler verdik,
    Neçe ana itirdik,
    Neçe iller gözledik,


    Könlümüz derdden yaralı,
    Gözümüz senden aralı,
    Qelbimiz düşmenden dağlı,
    Xocalı, ay Xocalı !


    Gün geler, derdimiz sona yeter,
    Her kes öz yurduna döner,
    Şehidlerin ruhu seviner,
    Xocalı, ay Xocalı !


    Senin uğrunda döyüşmeye hazırıq,
    Veten torpağını qaytarmağa hazırıq,
    Düşmene her cür ezab vermeye hazırıq,
    Xocalı, ay Xocalı !


    Şehidlerin qanı yerde qalmayacaq,
    Anaların haqqı düşmenden sorulacaq,
    İgid oğullar seni düşmenden qurtaracaq,
    Xocalı, ay Xocalı !


    Xocalı Ağısı


    Ağlayın dağlar ağlayın,
    Uca zirveler, ağlayın,
    Xocalının ah-feryadı
    Kesmeyir, siz de ağlayın,
    Köksü, sineni dağlayın,
    Xocalıya yas bağlayın…


    Röyalarda gelir dile,
    Uşaqların qan nalesi,
    Xocalının feryad sesi,
    dağlar, siz de qan ağlayın
    Bu derdi bir soraqlayın…


    Ağı desin Azerbaycan,
    Cahan eşitsin sesini,
    Xocalıda axan qanın,
    Ahla, çeksin qüssesini…


    Ağla, Azerbaycan, ağla,
    Ağla,
    Xocalını ağla
    Sine dağla,
    Qara bağla…


    Ağla Xocalını ağla,
    Ağla, Azerbaycan ağla…
    Ağı bitsin, qezeb gelsin,
    Yurddan bir savaş,
    Seslensin..


    Silahlanaq,
    Yaraqlanaq,
    Düşmen canına od salaq,
    Xalqım, savaşa yollanaq!
    Qan tökmesek qisas olmaz,
    keder, qüsse heç vaxt solmaz…


    Xocalı qisasa sesler,
    Milleti savaşa sesler…


    Ağla, Azerbaycan, ağla,
    Xocalıya, sen tyas bağla,
    Qisas günü yetenedek,
    Ağı deyib sine dağla,
    Ağla, Azerbaycan, ağla,
    Xocalıya sen yas bağla,
    Ağla, Azerbaycan, ağla…


    Qan tökmesek qisas olmaz,
    keder, qüsse heç vaxt solmaz…


    Xocalı qisasa sesler,
    Milleti savaşa sesler…

    Xocalı yası


    Tüklerim biz-biz durur,
    Xocalını ananda!
    Qelbim nifretle vurur,
    Xocalını ananda!


    Ne oldu bize gören,
    Ermeniye qul olduq?
    Acizik bele neden,
    Tamam yandıq kül olduq!


    Xocalı!
    Ahım göye ucalı!
    Qanına qeltan oldun,
    Hem uşaqlı- qocalı!


    Gör necedi halımız,
    Ermeni elindedi dövletimiz, varımız!
    Ermeni elindedi meşemiz, hem dağımız!
    İnleyir “Qisas!”- deyir yaralı torpağımız!


    Xocalı dağlarında ayağı donana bax!
    Od-alov qarsalayıb ciyeri yanana bax!
    Ermeni “dığaları” güllebaran eyledi,
    Xocalı tek obanı eli viran eyledi!


    Asimana ucalır anaların nalesi!
    Süngü-bıçaq altında onun birce körpesi,
    Delme-deşik bedenler, soyulmuş qafa tası,
    Yaralardan qan axır, eridir qarı, buzu!


    Yene ekranda gedir Xocalı faciesi,
    Yene yerde meyitler,
    Yox yanında kimsesi,
    O bedbext insanların,
    Qulağımda nalesi!


    Hele durur qabaqda Xocalının qisası!
    Bu qan yerde qalmasın! Qoy alınsın qisası!
    Yurduna sahib dursun onun öz oğlu-qızı!
    Bitsin Xocalı yası!


    Ay belalı XOCALI


    Üreyime bir derdsen.
    Ay belalı XOCALI.
    Bu derdini cekenin.
    Yoxdur halı, XOCALI.
    -Ay belali XOCALI.


    Qelbim yanır od kimi.
    Göz yaşlarım cod kimi.
    Baxma mene yad kimi.
    Derd-belalı XOCALI.
    -Ay belalı XOCALI.


    Menim qelbim dağlıdır.
    elim-qolum bağlıdır.
    Ruhum salsa haqlıdır
    Qalmaqalı XOCALI.
    Ay belalı XOCALI.


    Kesilibdir her yolun.
    Bağlanıb sağın, solun.
    Acizdir Qerib oglun.
    Yox ehvalı, XOCALI.
    -Ay belalı XOCALI.

  2. #2
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.729
    Mence Xocalı şeirleri ile xalqı uyutmamaq lazımdı. Daha başqa yollarla da uşaqlarımıza Qarabağda ve Xocalıda olanları çardırmalıyıq. İlde bir gün Xocalıya aid şeirler oxumaqla olmaz bu işler.

  3. #3
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    460
    Salam Baku! Çox düz deyirsiniz. Artıq genc nesil demek olar ki Xocalı haqqında çox şey bilmir. Xocalıya aid şeirler paylaşmağımın meqsedi en azından foruma gelenler oxusun Xocalıda olanları bir şekilde xatırlasınlar. Ümid edirem ki en qıssa zamanda Xocalıya tekrar qovuşarıq.

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 02-26-2013, 06:11 PM
  2. Həmid Abdulla şeirləri
    By zeynalov_ in forum Ədəbiyyat
    Cevaplar: 0
    Son Mesaj: 12-09-2009, 12:52 AM
  3. Aydın Rəşid şeirləri
    By zeynalov_ in forum Ədəbiyyat
    Cevaplar: 0
    Son Mesaj: 12-09-2009, 12:47 AM
  4. Qəmər Ana "Sevdalı dünyam" kitabından şeirler
    By zeynalov_ in forum Ədəbiyyat
    Cevaplar: 0
    Son Mesaj: 12-08-2009, 11:50 PM
  5. Hafiz Baxış şeirləri
    By Aqshin85 in forum Ədəbiyyat
    Cevaplar: 0
    Son Mesaj: 10-24-2009, 11:02 AM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.