Xocalı faciəsinə ithaf edirəm

Düşmənin güjünnən alınmaz qala,
Xəyanət qurbanı, oldu Xocalı.
Qudurmuş daşnakın qanlı əlindən,
Bulud tək boşaldı, doldu Xocalı.

İmperiya qurduna qarışdı itlər,
Qapıb qan içməyə çalışdı itlər.
Dağıtdı, taladı, qımışdı itlər,
Onsuz da əyilməz qoldu Xocalı.

Qara bulud gəldi, aldı başını,
Mərmilər dağıtdı, sökdü daşını.
Analar üz jırdı, tökdü yaşını,
Dərd-qəmin əlindən soldu Xojalı.

Həmid, Odlar yurdu heç qalmaz sara,
Düşməni ordumuz çəkəndə dara
Ağ bayraq qaldırıb geyinər qara,
Zəfərə aparan, yoldu Xojalı.



Görünər

Gözəllər yığnağı, çeşmə başında,
Gəzdikjə gözümə xalı görünər.
Çiçəklər üstünə qonanda arı,
Pətəklər içində balı görünər.

Hər bulaq suyunun gözəl dadı var,
Daşında ünvanı, eldə adı var.
Şiş qaya başında Vətən odu var,
Baxanda yaylası, yalı görünər.

Gəzdikjə yaylağı, jənnətə bənzər,
Yamajda jüyürlər, jeyranlar gəzər.
Görənlər, hüsnünə dastanlar düzər,
Qoynunda javanı, çalı görünər.

Bağ-bağat bəzəyir kəndi, şəhəri,
Quşlar, nəğməsilə açır səhəri.
Səmada görünər nurlu qəməri,
Yanında ulduzu, falı görünər.

Həmid, ürəkdən sev eli-obanı,
Elsiz neynəyirsən şöhrəti,şanı.
Ömrümün sultanı, ömrümün xanı,
Bağında dəymişi, kalı görünər.

Çəkilməz

Bilirsən?-mənliyi olmayan insan,
Nə qədər ujalsa, başa çəkilməz.
Otursa mərdilə çiyin-çiyinə,
Adları bərabər, qoşa çəkilməz.

Əyilməz kişinin qəddi-qaməti,
Özünə münasib güjü-qüvvəti.
Məhəmməd Quranı, Musa Tövrəti,
Qılınj kimi kəsər, boşa çəkilməz.

İnsan şöhrət tapar, qalxar ujalar,
Qojalan ömür tək enər, alçalar.
Yaxşılıq, yaxşıdır dünyada qalar,
Aynalı titəyi başa çəkilməz.

Mərd olan danışar sözü mərdana,
Qoruxmaz, ər kişi girər meydana.
Doğma ana olmaz, yaxşı qaynana,
Üstünə ad gələr xoşa çəkilməz.

Həmid, namərdə yalvarma, boşa,
İnji tək sözlərin həkk olsun daşa.
Bəyliyə çatammaz, gəzəyən paşa,
Ölənə tək adı paşa çəkilməz.

Deyiləm

Seyraqıb, dilindən çağırma məni,
Sən deyən havanı çalan deyiləm.
Zehinim yerində, pürkamallıyam,
Özgədən, nəsihət alan deyiləm.

Aldanmıram, uşaq kimi möhvətə,
Baş əymirəm dünya dolu şöhrətə.
Qane ollam mənə olan hörmətə,
Padşahıma nökər olan deyiləm.

Doğru sözün, açıq-aşkar quluyam,
Yalanı sevmirəm, üzü suluyam.
Aj olsam da, mərdəm su tək duruyam,
Adamlıqdan, kənar qalan deyiləm.

Açıq ürəyim var, dosta yolum var,
Mərdliyə bağlanan injə telim var.
Borçalı tək arxam, ağır elim var,
Qürbətə köçümü salan deyiləm.

Adıma layiqəm, Həmid adımdı,
Bilik təməlimdi, əzəl dadımdı.
Xalqım amalımdı, söz imdadımdı,
Şeir sənətində yalan deyiləm.

Oğlum

Elm dəryasından, bilik qoparan,
Hər zaman yorular, yanılmaz, oğlum.
Ariflər yanında qanan olmasan,
Qol güjü, zoruna tanımaz, oğlum.

Dar bilik sahibi çəkilməz başa,
Düz addım atmayan, toxunar daşa.
Aj olan, özgəyə işləsə boşa,
Var özü yığılıb, yapılmaz oğlum.

Heç dalğa olarmı, külək olmasa,
Güj nəyə gərəkdi, bilək olmasa,
Hər adam qanında, jilək olmasa,
Hey gəzib arasan tapılmaz, oğlum.

Saz, çalan əlində, dinər-danışar,
Səs çıxar dodaqdan, zilə qoşular.
Jüt pərdə, barmaqla simə yapışar,
Bir kökdə, havalar çalınmaz oğlum.

Düz ilqar sahibi, qanedi aza,
Qış uzun olsa da, qovuşar yaza.
Bəd övlad, bənzəyər bir çürük qoza,
Ağ ləpə yerinə satılmaz, oğlum.

Tez çatar, qanana Həmidin sözü,
Əsil nəjabətə, bağlıdır özü,
Min yalan yerisə, əyəmməz düzü,
Bij-haram, halala qatılmaz, oğulum.

Bağlıyam inan

Varlığım, bağlıdı əzəl yaşımdan,
Vətənə, millətə, torpağa, inan.
Özümdə olmuram, ayrı düşəndə,
Həsrəti çəkirəm, hər şeydən yaman,
Vətənə, millətə, bağlıyam, inan.

Bu jənnət diyarı, babamız yurdu,
Neçə xəyanətin qurbanı oldu,
Çətin anlarımda, dağ kimi durdu
Fürsəti vermədi kimsəyə, bir an,
Vətənə, millətə bağlıyam, inan.

Elimdə güjlüyəm, dolsam da yaşa,
Torpağı, sevirəm anamla qoşa,
Uf, Ana! deyirəm, dəyəndə daşa,
Ayağım ağrıyıb, sızlayan zaman.
Vətənə, millətə bağlıyam, inan.

Hər qəmdən uzaqda olsam vətəndə,
Olardım Allaha ən əziz bəndə.
Jənnətə gedərdim, ölsəm bu dəmdə,
Şərəfdi hər kəsə bilsin hər qanan,
Vətənə, millətə bağlıyam, inan.

Dünya, durandan bəri

Dünya yararanandan, durandan bəri,
Neçə axşamlara açıb səhəri.
Cəmi, yarananlar yaşayıb, köçüb,
Dünyanı tərk edib, dönməyib geri.

Nə etmək lazımdı, belədi qayda,
Vəfasız ömürdən olarmı fayda?
Dünyadı, halına yumma gözünü,
Qaşığa nə çıxar tükənmiş payda.

Çoxunu görmüşəm çatmayıb yüzə,
Əli əsa tapıb hey çöküb dizə,
İşıqlı dünyadı, hər şirin ne’mət,
Janın sağlığı da lazımdı bizə.

Dünyanı gəzənlər, çox bilib nədən?
Ağıllı söz yazıb maddi-nəzərdən,
Çox gəzən, çox bilər demiş babalar,
Düşünjə sahibi gəzməli hərdən.

Yaxşıya göz yumma saxla nəzərdə,
Göz pənjərə deyil, asasan pərdə,
Düzü, görmək üçün göz verib Allah,
İşıqlı göz gərək, böyük hünərdə.

Beyinə güj gəlir, damjı tək damır,
Çəməndə gül bitir, qayada mamır,
Göylərdən düşməsə, gül bitməz yerdə,
Çiçəklər solardı, olmasa yağmır.

Həmid, çox yerlər gəzibdi, düzü,
Yaxşını, yamanı görübdü gözü,
Biliyə baş vurub öyrənib sənət,
Hər kəlimədən seçib ağıllı sözü.