Sayfa 3/3 İlkİlk 123
25 sonuçtan 21 ile 25 arası

Azerbaycan edebiyyati

  1. #21
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    MILLI ƏXLAQI DƏYƏRLƏR HAQQINDA


    ZIYA ABDULLAYEV

    pedoqoji elmlər namizədi

    Yaxın bir tanışın söhbəti uzun zamandır ki, yadınmdan çıxmır. Mən onun İngiltərədə magistratura təhsili almış qızının nə ilə məşğul olduğunu soruşdum.


    — İşləyir, — dedi. Baxışlarımdakı sualı görüb fikrini tamamladı: — Bakıda, ayda 50 dollar alır. Bir müddət sükut yarandı. Yəqin ki hər ikimizin beynində eyni sual dolaşırdı: — Bəs niyə Bakıda? Bizə məlum idi ki, xaricdə təhsil almış gənclərin əksəriyyəti orada qalıb işləməyə üstünlük verirlər. Yüksək əmək haqqı, daha sivil, əlverişli sosial şərait, yaşayış tərzi. Əlbəttə ki bunlar ciddi cəlbedici amillər idi. Onu da bilirdim ki, nüfuzlu xarici kompaniyalardan biri qıza sərfəli iş də təklif etmişdi: çox yüksək maaşla. Belə olan halda məsələnin mahiyyəti nədə idi? Bütün bunların cavabını müsahibim özü verdi:


    — Ticarət kompaniyalarından biri ona Şərq ölkələri üzrə menecer vəzifəsi təklif etmişdi. İlkin olaraq ayda 10 min dollar alacaqdı. Mən razı olmadım. Bilirsən niyə? Qorxdum uşağı (əlbəttə, qızı nəzərdə tuturdu) itirəcəyimdən… Bu, böyük puldur. Böyük pul olan yerdə isə, maddi asılılıqmı deyim, bağlılıqmı deyim, olmur. İnsan özünü sərbəst hiss edir. Belə olanda isə ailə həyatı, ailəyə bağlılıq arxa plana keçir. Ona görə də razılıq vermədim.


    Heç bir söz demədim. Amma bu söhbətdən xeyli vaxt keçsə də başımda bir sual dolaşmaqdadır: Tanışım düzgünmü hərəkət etmişdi? Məgər böyük pul, müstəqillik, firavan həyat pis şeydirmi? Məgər sərbəstlik, müstəqillik ailənin itirilməsimi deməkdir? Bu gün də bu suallara son, qəti, düzgün cavab tapa bilməmişəm.


    Bütün bu sualları cavablandırmaq istəyəndə əxlaq, əxlaqi keyftyyətlər yada düşür. Xalqımız üçün hansı əxdaqi dəyərlərin məqbul olduğu anılır. Onları necə qoruyub yaşatmalıyıq, ümumiyyətlə yaşatmalıyıqmı? Tanışım da, yəqin ki, bunları düşünüb hərəkət etmişdi.


    …XX əsrin 18-20-ci illərində daşnakların törətdiyi vəhşiliklər zamanı namuslarına təcavüz ediləcəyini görən bir dəstə azərbaycanlı qız-gəlin əl-ələ tutub, özlərini körpüdən çaya ataraq həlak olurlar. Bu hadisə həmin əsrin 90-cı illərində Kəlbəcərdə də baş vermişdi. Olum, ya ölüm, namus, ismət məsələsi ortalığa çıxanda azərbaycanlı qadınları həmişə ikincini üstün tutublar…


    XX əsrin 60-70-ci illərində əxlaqi dəyərlərə, milli ənənəvi keyftyyətrlərin qorunub saxlanmasına dair onlarla əsər yazıldı. Sovet əxlaqi dəyərlərinin burjua əxlaqından hər cəhətdən üstünlüyü sübuta yetirilirdi, daha doğrusu buna cəhd göstərilirdi. Bu dövrdə əxlaqi dəyərdərə doğrudan da, böyük diqqət yetirilirdi. Amma…


    M.İbrahimbəyovun 70-ci illərdə yazdığı bir povest var — “Ondan yaxşı qardaş yoxdu”. Hələ o dövrdə yazıçı cəmiyyətdə əxlaqi dəyərlərin qiymətləndirilməsi ilə bağlı baş verən gizli təkanları böyük ustalıqla təsvir etmişdi. Yəqin ki, bugünkü uçurumların köklərini, izlərini ilk növbədə o dövrdə axtarmaq lazımdır.


    Bəs bu gün nə baş verir? Pis yola düşmüş azərbaycanlı qadını telekamera qarşısında heç üzünü gizlətmək də istəmir. Hətta özünü çox adama yox, bir adama satdığını etiraf edir.


    İstər-istəməz açıq-saçıq hərəkətləri ilə tanınan populyar müğənnilərdən birinin qəzetdə verdiyi müsahibə yada düşür. O qeyd edirdi ki, bir vaxtlar yaxınları ondan üz döndərmişdilər. Amma indi onun ətrafında pərvanə kimi fırlanırlar. O özü bunun səbəbini çox düzgün şərh edir: çünki pulum var.


    Müasir Avropa dəyərlərinə yaxşı bələd olan Polad Bülbüloğlu 80-ci illərdə Bakıda gözəllik müsabiqəsi keçirmək istədi. Alqışlanası hal idi. Lakin “milli mentalitetimizə uyğun deyil”, — deyərək, qoymadılar. Bəs sonra… İndi heç bir müsabiqə keçirməyə ehtiyac yoxdur. Çünki bu müsabiqələrdə nümayiş etdirilə biləcək bütün əzalar və hərəkətlər Bakının küçələrində nümayiş etdirilir. İnsafən demək lazımdır ki, onların zahiri ədaları Parisin, Rio-de-Janeyronun, yaxud Karakasın küçələrində gəzişən qızlarınkından, demək olar ki, fərqlənmir. Amma çoxlarında çatışmayan bir şey o dəqiqə nəzərə çarpır: milli əxlaqi normalar, davranış tərzi. Əlbəttə, mən o iddiada deyiləm ki, müasir qızlarımız nənələri kimi geyinsinlər (etiraf edək ki, nənələrimizin əxlaqi dəyərlərindən götürüləsi çox şey var).


    Mən fikirləşmirəm də ki, bu və ya digər tərzdə geyim əxlaqlılığın, yaxud əxlaqsızlığın əlamətidir. Əgər belə olsaydı, hind qadınlarını əxlaqsız hesab etmək olardı. Halbuki bu millətə mənsub qadınlar yüksək əxlaqi keyfiyyətləri ilə seçilirlər. Yaxud da götürək yeganə bədən örtüyü bambuk yarpağı olan Melaneziya, yaxud Cənubi Amerikanın müasir sivilizasiyadan hələ ki, uzaq olan ibtidai həyat tərzli qəbilələrini. Təbii, çılpaq gəzmələri heç də onların əxlaqsızlığına dəlalət eləmir. Yəni əxlaq təkcə geyimlə ölçülə bilməz (Amma geyimin də haradasa buna işarə olduğunu inkar etmək olmaz). Geyim zahiri atributdur, daha çox fiziki təsirlərdən (istidən, soyuqdan və s.) qorunmaq üçün nəzərdə tutulur, əxlaq isə sosial hadisədir. Cəmiyyətin ümumi qanun və qanunauyğunluşları ilə tənzimlənir. Gənc nəsil mənə irad tuta bilər ki, bu fikirlər artıq köhnəlmişdir, “müasirləşmək, avropalılaşmaq” lazımdır. Mən bunu da qəbul edirəm və etiraf edirəm ki, yaşlı nəsil çox zaman mühafizəkar olmuşdur və yeniliyi çətinliklə həzm etmişdir. Məsələn, ötən əsrin 20-ci illərində çoxları çadranın atılmasını faciə kimi qəbul etmiş və bunu əxlaqsızlıq adlandırmışdır. Amma bir şeyi də etiraf etməliyik ki, yaşlı nəsil təkcə köhnəliyin, ətalətin simvolu deyil, o həm də xalqın dəyərli mənəvi sərvətlərinin daşıyıcısı, qoruyucusu və ötürücüsüdür.


    Yenilik çox çətinliklə mənimsənilir, hətta bunun üçün qurban da verilir. Lakin hər şeydən əvvəl yeniləşmək, müasirləşmək üçün onun özünün mahiyyətini, atributlarını, yollarını düzgün müəyyənləşdirmək lazımdır.


    Əxlaqi dəyərlər bir ilə, yüz ilə yaranmır, bu, min illər ərzində yaranıb formalaşır. Biz bu gün də neçə-neçə əsr bundan əvvəl yaranmış, öz təravətini və təsirini itirməmiş xalq öyüd-nəsihətlərindən, ibrətamiz sözlərindən faydalanırıq.


    Əxlaqi baxışlar sabit, durğun hadisə deyil, o da sosial, iqtisadi faktorların təsiri ilə dəyişir, inkişaf edir. Bu, təkamül, yaxud sıçrayış yolu ilə ola bilər. İdeyalar və ideallar mübarizəsi burada da özünü büruzə verir. Sıçrayış yolunda kənar təsirlər daha çox olur. O həm də ağrısız, acısız keçmir. Biz həmin hadisəni hazırda yaşayırıq.


    Qədim yunan kinik filosofu Diogen söyləyirdi ki, “həzz insanı kölə edir”. Bu qismən bu gün bizdə də baş verir. Bir çoxları özlərinin varlanmaq, şöhrətlənmək kimi ehtiraslarını xalqa “müasirləşmək”, “avropalılaşmaq” kimi təqdim etmək istəyirlər. Bunun üçün isə xüsusilə hələ yetkinləşməmiş yeniyetmə və gənclərin şüuruna təsir etmək imkanlarından sui-istifadə edirlər. Belə halda biz “arzu olunanla arzu olunmayanı, vacib olanla vacib olmayanı, təqdir olunanla təqdir olunmayanı” (Z.Göyüşov) ayırd etməyi bacarmalıyıq.


    Əxlaqın daşıyıcıları ayrı-ayrı insanlar olsa da, o, bir adamın deyil ki, ondan istədiyi kimi istifadə etsin. O, bütün bir xalqındır və həmin xalq öz övladlarının hərəkət və əməlləri ilə tanınır, ona bu prizmadan qiymət verilir.


    Uzun əsrlər boyu yaranıb formalaşmış sosial əxlaq, davranış normalarını müasir dövrümüzdə bu və ya digər şəxsin mənəvi azadlığını əlindən almaq kimi də şərh etmək olar. Bəs bir fərd öz sərbəst, yaşadığı mühit üçün məqbul hesab edilməyən hərəkətləri ilə öz xalqına, onun mədəniyyətinə, əxlaqi normalarına meydan oxuyursa, onun rəyini bir heç hesab edirsə, ləyaqətini tapdalayırsa, ona münasibət necə olmalıdır? Bəlkə kliplərdən birində göstərildiyi kimi, əvvəlcə xəcalət çəkib başımızı aşağı saldığımız ekzotik hərəkətlərdən babilər kimi vəcdə gəlib çəpik çalmalıyıq?!


    Çoxları əxlaqi norma deyəndə sanki bunun qadınların boyuna biçildiyini güman edirlər. Əslində heç də belə deyil. Əgər əxlaqi normalara əməl olunmursa, bunun üçün birinci növbədə kişilər — atalar, ərlər, qardaşlar günahkardırlar (əlbəttə, mühiti də nəzərə almaqla).


    Əslində azərbaycanlıların avropalılar kimi geyinməsində heç bir qəbahət yoxdur. Amma avropalılaşmaq heç də milli dəyərlərdən imtina etmək üçün əsas ola bilməz. Biz Avropadan, eləcə də bütün sivil dünyadan daha qiymətli, praktik, praqmatik cəhətləri əxz etməklə, öz milli dəyərlərimizi qorumalı və yaşatmalıyıq.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #22
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    POSTSOVET AZƏRBAYCANINDA MİQRASİYA PROBLEMİ



    Fikrət Məmmədov

    kiçik elmi işçi

    Miqrasiya (latınca “miqratio”, “miqro” — keçirəm, köçürəm) dünyəvi problem olaraq bu və ya başqa formada tarixin bütün mərhələlərində mövcud olub, bu gün də mövcuddur. Qədim dövrlərdə miqrasiyanın bir səbəbi insanların öz həyati tələbatlarını ödəmək üçün sərbəst olaraq bir yerdən başqa yerə köçməsi ilə bağlı idisə, digər səbəbi müharibələr, təbii fəlakətlər və s. nəticəsində öz yerlərini dəyişməyə məcbur olmaları idi. Əhalinin miqrasiyası yaranmış səbəblərdən və tarixi-siyasi hadisələrdən asılı olaraq ayrı-ayrı dövrlərdə müxtəlif dərəcədə təzahür etmişdir.


    XIX əsrdən başlayaraq dünyada, xüsusilə də Avropada iqtisadiyyatın və sənayenin güclənməsi və urbanizasiya nəticəsində əhalinin miqrasiyası zəifləməyə başladı. Sonrakı dövrlərdə miqrasiya proseslərinə səbəb əsasən konfliktlər və müharibələr olmuşdur.


    XX əsrdə baş vermiş birinci və ikinci dünya müharibələri miqrasiyanın səviyyəsini və miqyasını yenidən genişləndirmişdir. İkinci dünya müharibəsindən sonra isə Avropada və eləcə də iki qitədə yerləşən SSRİ məkanında bu proseslər zəifləməyə başladı. II Dünya müharibəsi dövründə Stalin rejiminin SSRİ-nin müsəlman azlıqlarını köçürmə siyasətinin nəticələri isə sonradan həmin köçkünlərin öz tarixi torpaqlarına qayıtmaq səyləri ilə əlaqədar geriyə miqrasiya ilə aradan qaldırılmağa başlandı. XX əsrin 80-ci illərindən başlayaraq Sovet rejimi zəifləməyə, separatçı meyllər isə yenidən güclənməyə başladı. Artıq 90-cı illərin əvvəlində separatizm meylləri, hərbi-regional konfliktlər və ilk növbədə Sovet rəhbərliyində təmsil olunan müəyyən qüvvələr tərəfindən dəstəklənən və qızışdırılan Dağlıq Qarabağ konflikti və onların yaratdığı zəncirvarı proseslər SSRİ adlı möhtəşəm bir dövlətin sürətlə süqutuna gəitirib çıxartdı.


    Bu hadisələr Azərbaycana öz təsirini daha kəskin göstərdi, burada demoqrafik situasiyanı kökündən dəyişdirdi. Dağlıq Qarabağ ətrafında münaqişə qızışdığı bir dövrdə Ermənistan Respublikası öz ərazisində olan azərbaycanlıları kütləvi şəkildə deportasiya etməyə başladı və bu proses 1988-ci il dekabrın 8-dək sona çatdırıldı. Nəticədə Azərbaycan respublikasının ərazisinə Ermənistandan 186 min azərbaycanlı, 18 min kürd-müsəlman, 3,5 min rus, xeyli digər qeyri-müsəlman millətlərin nümayəndəsi deportasiya olundu (Dövlət Statistika Komitəsinin 1990-cı ildə apardığı qeydiyyat). Az keçməmiş Özbəkistan Respublikasında törədilmiş Fərqanə hadisələrindən sonra Respublikaya 48 min məhsəti türkü də köçdü.


    Bütün bunlar Azərbaycana qaçqın və köçkün axınının hələ başlanğıcı idi. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı münaqişə daha da qızışdırıldı və nəticədə silahlı qarşıdurmaya və açıq müharibəyə keçdi. Azərbaycan ərazisinin xeyli hissəsi xarici diasporunun və rus qoşunlarının açıq və gizli yardımları ilə erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Öz torpağında qaçqınlara və məcburi köçkünlərə çevrilən azərbaycanlılar Respublikanın başqa ərazilərində yerləşdirilməyə başladılar. 1994-cü ilin mayında əldə edilmiş atəşkəsdən sonra Dövlət Statistika Komitəsinin 08.05.2001-ci il hesablamalarına görə Azərbaycan Respublikasında 219 min qaçqın, 575 min məcburi köçkün məskunlaşmışdır. Bu, Respublika əhalisinin 10%-ə qədərini təşkil edir. Lakin bütün bu illərdə Azərbaycandan daimi yaşayış üçün başqa ölkələrə də miqrasiya xeyli güclənmişdir. Aparılan hesablamalara görə hər il Respublikanı təkcə Rusiyaya getmək üçün 10 min adam tərk edir. “Coanit” yəhudi agentliyinin apardığı araşdırmaya əsasən son on ildə Azərbaycanı 31 min yəhudi tərk edib.


    Azərbaycandan miqrasiya edənlərin arasında yüksək peşəkarlığa malik elm xadimləri, sənətkarlar və gənclər üstünlük təşkil edir. Bu, narahatlıq doğurmaya bilməz. Sosial tərkibinə gəldikdə isə ilk dövrdə şəhər əhalisi üstünlük təşkil edirdi. Hazırda isə qaçqınlar və məcburi köçkünlər də miqrantlar arasında əhəmiyyətli yer tutur.


    Siyasi, iqtisadi və sosial sahələrdə nəzərəçarpan nailiyyətlərə baxmayaraq, Azərbaycan hələ də davam edən münaqişənin, bazar iqtisadiyyatı və demokratiyaya keçidin törətdiyi böyük problemlərlə üzləşməkdədir. 1996-cı ildən etibarən iqtisadi inkişaf sahəsində müəyyən tərəqqi müşahiə olunsa da, ölkədəki işsizlik səviyyəsi 1,2% olmuşdur. Bu problem qadınlar, məcburi köçkünlər və gənclər arasında xüsusilə aktualdır.


    Buna görə də siyasi sabitliyə və iqtisadiyyat sahəsində nailiyyətlərə baxmayaraq, Azərbaycandan miqrasiya səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Lakin qeyd etmək lazımdır ki, son on il ərzində miqrasiyanın tipi və dinamikası dramatik şəkildə dəyişmişdir. 1988-90-cı illər ərzində Azərbaycan xarici miqrasiya və qaçqınlar problemi ilə üzləşmiş bir neçə sovet respublikasından biri olmuşdur. Xüsusilə 1991-94-cü illərdəki qeyri-sabitlik, uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi və kəskin iqtisadi çətinliklər miqrasiyaya güclü təsir göstərmişdir. Bir qədər sonra bu öz yerini iqtisadi miqrasiyaya vermişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə 1991-97-ci illər ərzində 272 min şəxs leqal şəkildə Azərbaycandan Rusiya, Ukrayna, Türkiyə, Almaniya, İsrail və Hollandiyaya miqrasiya etmiş və orada məskunlaşmışlar. Bütünlükdə isə təkcə Rusiyaya bu günədək 1,5 milyon adam getmişdir.


    1997-99-cu illərdə miqrasiya edənlər əsasən Qərbi Avropa ölkələrinə, ilk növbədə Almaniya və Hollandiyaya köçmüşlər. Bu ölkələrin sığınacaq axtaranların işləri üzrə nazirliklərin informasiyalarında isə əks olunmuş məlumatlar göstərir ki, Azərbaycandan tənzimlənməyən mühacirət Qərbi Avropa ölkələrinin hakimiyyət dairələri üçün narahatlıq doğuran problemə çevrilmişdir. Statistikaya əsasən təqribən 4000 Azərbaycan vətəndaşı 2000-ci ildə Avropa ölkələrinə sığınacaq üçün müraciət etmişdir. Hollandiya və Belçika azərbaycanlı miqrantların sığınacaq üçün ən çox müraciət etdikləri ölkələrdir.


    Həm rəsmi, həm də müstəqil mənbələrə görə son illər ərzində Respublikadan iqtisadi miqrasiya miqrasiyanın digər növlərinə nisbətən üstünlük təşkil etmişdir. Respublikada iş tapa bilməyən çoxsaylı yüksəkixtisaslı peşəkarlar ölkə xaricindəki əmək bazarlarına üz tutmağa başlamışlar (Türkiyəyə, Türkiyə və Rusiya vasitəsilə Körfəz ölkələrinə, Qərbi Avropaya və Şimali Amerikaya). Narahatlığa səbəb olan fakt ondan ibarətdir ki, qanuni imkanların məhdudluğu nəticəsində getdikcə daha çox şəxs tənzimlənməyən miqrasiya yolunu seçir. Son illərdə qeyri-qanuni miqrasiya axını kəskin problem kimi qiymətləndirilmişdir və qeyri-qanuni miqrantların çoxu 20-40 yaşlı kişilərdir.


    Bütün bu probemlər onunla mürəkəbləşir ki, respublikada miqrasiya məsələləri ilə hərtərəfli məşğul olan vahid qurum yoxdur. Bu məsələlərin idarə olunması müxtəlif nazirliklər arasında bölünmüşdür.


    Azərbaycan hökuməti Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq şəraitində bu sahədə vahid siyasətin hazırlanması və dünya təcrübəsi əsasında qanunvericilik bazasının yaradılması sahəsində əhəmiyyətli nəticələr əldə etmişdir. Bu sahədə bir sıra qanunlar qəbul olunmuşdur. 2001-ci ilin iyun ayında isə Azərbaycanın Beynəlxalq Miqrasiya Təşkilatına üzvlüyə qəbul olunması respublika hökumətinə problemin həlli üçün geniş imkanlar açır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #23
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    cox tesekkurler
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  4. #24
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Azerbaycan edebiyyati

    Aserbaycan edebiyyatina ve medeniyyetine vurqunluqum mende hele genc yaslarimda Semed Vurqunu, H. Cavidi oxuduqdan sonra, Nesimi filmini gördükden sonra ve minlerce bele görkemli edebiyyatcilarimizi, felsefecilerimizi, yazicilarimizin adini yaza bilerem.
    Ayriliq sisden düsende
    Saclarima den düsende
    Ayrilarmi könül candan
    Aserbaycan, Aserbaycan ...... Semed Vurqun
    Bu Gözel Insanlari tanidiqdan sonra, men yasadiqim bu cirkli Avropa ölkesinde 10 ildir ki, öz Aserbaycanli Pasportumla yasayiram.
    Men Aserbaycanli doqulmusam ve Aserbaycanli da öleceyem.
    Men Aserbaycanin suyu ile, meyvesi ile, yemekleri ile, bir böyük Ailemle, dostlarimla, Qohumlarla, gözel xalqimla bir yerde böyüyüb, boya-basa catmisam, Insan olmusam, öz bilik zehmetlerimle bu yerlere gelib cixmisam.
    Insaallah! Bu Yeni ilde öz Vetenime hemselik dönüb, Xalqimin layigli evladi qalaraq, ömrümü basa vuracaqam.
    Var olsun, Aserbaycan edebiyyati, medeniyyeti, adet-eneneleri! Minnetdaram sizlere!

  5. #25
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Azerbaycan edebiyyati

    TŞK,DEYERLİ BİLGİLER İÇİN

Sayfa 3/3 İlkİlk 123

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.