Sayfa 4/4 İlkİlk ... 234
36 sonuçtan 31 ile 36 arası

Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

  1. #31
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    Atilla

    --------------------------------------------------------------------------------

    ATİLLA
    (400-453)

    Hun (macar) türklərinin ən tanınmış hökmdarı Atilla dünyanın yetişdirdiyi ən böyük sərkərdə və dövlət adamlarından biridir. Doğum və ölüm tarixləri təxmini olaraq 400-453-cü illər arasında olub. Şərqi Rusiya, Ruminiya, Yuqoslaviya, Macarıstan, Avstriya, Çexoslavakiya və orta Almanıyanı öz hakimiyyəti altına alaraq imperatorluğunu Bizans sərhədlərinə qədər dayadı.
    Xarakteri: Qot tarixçisi Enordana görə qısa boylu, geniş kökslü, başı, gözləri kiçik, saqqalı seyrək, burnu yastı, rəngi qaraymış. Hamını özünə çəkən təbiəti, tərif edilməz bir qüvvəti varmış. Şəxsiyyətinin qüvvətilə bütün ətrafdakıları heyran edərmiş.
    Bütüb təbəsi ondan çox qorxar, fəqət bu qorxu zalımlara qarşı duyulan qorxu deyil, üstün cəhətli keyfiyyətləri qarşısında duyulan sayqıymış (hörmətmiş).
    Atillanın adı hər kəsi qorxuya salarmış, çünki ən kiçik yamanlıqdan dəhşətli hirslənər, həmin vaxtda döyüşə təhrik edərmiş. Beləcə istədiyi bir çox şeyləri savaşsız da əldə etmişdir. Diktator olmaqla bərabər sadə idi. Mədəniyyətə də böyük qiymət verib. İstila etdiyi şəhərdəki mədəniyyət əsərlərinə əl vurdurmamışdır. Sadəliyi də sevərdi. Qonaqlarına qızıl, gümüş qablarda yemək qoyduğu halda, özü taxta qablarda yeyərmiş. Geyimi də bəsit, fəqət təmizmiş. Qızıl kəməri özündən əvvəlkilər kimi möcüzələrlər süslənmiş (bəzədilmiş) deyilmiş. Başlıca əyləncəsi ov olub. Fala qarşı da marağı varmış.
    Atillaya qərb qaynaqlarında “Flakellüm Dei” (Tanrının qılıncı) deyirlər. Onların inamına görə Atilla günahlara batmış olan xristianlığı cəzalandırmaq üçün tanrı tərəfindən göndərilmişdir. Atilla adı ətrafında bir çox əfsanələr uydurulmuşdur.
    Məzarının harda olduğu bilinmir. Lakin Macarıstanda olduğunu irəli sürən tarixçilər vardır.

  2. #32
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Mehmet

    --------------------------------------------------------------------------------

    Sultan I Mehmed (Çələbi Sultan Mehmed) (1413-1421)

    İldırım Bəyazidin oğludur, 1379-cu ildə anadan olub. Ankara döyüşündən (1402) sonra parçalanan Osmanlı torpaqlarını yenidən bir idarə altında birləşdirmək üçün qardaşları Süleyman, İsa və Musa Çələbilər (1402-1413) ilə mübarizə etdi. Ən son 1413-cü ildə Palçıqlı mövqesində, Musa Çələbi qüvvətlərini məğrubiyyətə uğratdıqdan sonra, Ədirnədə taxta çıxdı. Beləcə Osmanlı Dövlətini qarşılaşdığı bu böyük böhrandan qurtararaq dövlətin birliyini təmin edən Çələbi Sultan Mehmed, ilk olaraq əldən çıxan torpaqları geri almağa çalışdı. 1414-cü ildə Anadolu üzərinə gedərək Aydın oğulu Cüneyd Bəyin əlindən Qayacıq, Nif və İzmiri aldı. Karamanoğullarına aid Konyanı muhasira və zəbt etdi (1415). Daha sonra edilən andlaşmaqla Konyanı Karamanoğullarına buraxan Sultan, Beypazarı, Sivrihisar, Akşehir, Yalvaç və Beyşehir qalalarını ölkəsinə qatdı. Taxt mübarizəsinə girən və Saxta Mustafa kimi tanınan qardaşı Mustafa Çələbini uduzmaya uğratdı. Mustafa Çələbi qaçaraq Bizans İmperatoruna sığındı. Bu hadisədən qısa bir müddət sonra Sultan, Ədinədə xəstələndi və çox keçmədən də 26 may 1421- ci ildə vəfat etdi

  3. #33
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    İldırım Bəyazid

    --------------------------------------------------------------------------------

    Sultan İldırım Bəyazid (1389-1402)

    I Muradın oğludur, 1360-cı ildə anadan olub. 1381-ci ildə dövlət idarəsində yetişməsi üçün Kütahyaya qubernator təyin edildi. 1389 –cu ildə da xaçlı ordusu ilə edilən Birinci Kosova döyüşünə qatılaraq böyük qəhrəmanlıq göstərdi. Atası Sultan Murad, bu döyüş sonunda bir Serbli tərəfindən şəhid edildikdən sonra, Osmanlı taxtına keçdi.

    İlk olaraq Serbiyada işləri yoluna qoyan İldırım Bəyazid bu sırada özünə qarşı ittifaq edən Anadolu Bəylikləri üzərinə getdi. Sürətlə hərəkət edərək Aydınoğulları, Saruhanoğulları, Germiyanoğulları, Menteşe və Hamidoğulları bəyliklərini ortadan qaldırdı (1390).

    1392 – ci ildə Kastamonu üzərinə gedərək, Candaroğlu torpaqlarını ələ keçirdi. 1394 – cü ildə Selanik və Yenişəhəri (Bənövşəyiyə) alan Osmanlı ordusu, Teselya və Albaniyaya qədər irəlilədi.

    1395 – ci ildə bütün Avropa millətlərindən meydana gələn xaçlılar, Osmanlılara aid Niğbolu qalasını mühasirə etdi. Adına yaraşar bir sürətlə gələn sultan Bəyazid xaçlıları Niğbolu qalası qarşısında ağır bir təxribata uğratdı (25 Sentyabr 1396). Niğbolu zəfərindən sonra Osmanlı axınçıları Macarıstan içlərinə qədər girərək bir çox qənimətlərlə döndülər.

    Teymurun Osmanlılara aid Sivası alması nəticəsində iki böyük Türk xaqanını Ankarada qarşı-qarşıya gətirdi. Çubuq düzənliyində edilən və çox şiddətli keçən müharibə sonunda Osamnlı ordusu məğlubiyyətə uğradı. Əsir alınan İldırım Bəyazid yeddi ay sonra kədərindən və nəfəs darlığından 44 yaşında vəfat etdi (1403). Ölüm xəbərini alan Teymur demişdir; "Təəssüf oldu, böyük bir mücahidi itirdik."

  4. #34
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Orxan

    --------------------------------------------------------------------------------

    Orxan Qazi (1326-1360)

    Osman Qazinin oğludur, 1281-ci ildə, babası Ərtoğrul Qazinin vəfat etdiyi ildə anadan olub. Hələ atasının sağlığında, 1324-cü ildən, dövlət idarəçiliyinin başında olmuşdur. Orxan Bəy də fəthlərə davam etdi. Bizanslılardan İznik və İzmiti aldı. İznik savaşının gedişində qalanın yardımına gələn Bizans ordusu yenildi və Qarasi Bəyliyi, Osmanlıların əlinə keçdi. Bizans İmperatoru olmak istəyən Kantakuzenosa yardım göndərildi. Sonra ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və Təkirdağ ələ keçirildi. Ankara alındı. Osmanlı Dövlətində pul ilk dəfə bu dövrdə kəsildi, paytaxt Yenişəhərdə Bursaya köçürüldü. Osman Qazi çox adi və mərhəmətli insan olub. Böyük oğlu Süleyman Paşanın atdan yıxılıb ölməsi (1359-cu ul) ona həddindən artıq pis təsir edir və 1360-cı ildə vəfat edir.

  5. #35
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    VI Mehmet

    --------------------------------------------------------------------------------

    Sultan Vahidəddin (1918-1922)

    Əbdülməcidin oğludur. 1861-ci ildə anadan olub. Sultan Rəşadın vəfat etdiyi gün, Birinci Dünya Müharibəsinin qorxunc nəticələri altında sultan oldu. 30 oktyabr 1918-ci ildə Mondros sülhü imza edilərək, Birinci Dünya Müharibəsi Osmanlıların məğlubiyyəti ilə bitdi. Sultan Vahidəddin bu sülhə imza qoyan nümayəndələri qəbul etmədi. Sülhdən dərhal sonra Osmanlı Dövlətini səbəbsiz yerə döyüşə qoşan, milyonlarla vətən övladının cəbhələrdə həlak olmasına səbəbkar oıan Talat, Ənver və Camal Paşalar xaricə qaçdılar.

    Sultan Vahidəddin əlində ancaq düşmənlərə təslim edilmiş bir milləti idarə etmək qaldı. İstanbul, 16 Mart 1920-ci ildə ittifaq dövlətləri tərəfindən işğal edildi. Yunanlılar İzmirə, İtalyanlar Cənub-qərbə, Fransızlar da Cənub Anadoluya girdilər. 11 may 1920-ci ildə düşmənlərin hazırladığı və Anadolunun işğalını ehtiva edən Sevər andlaşmasını bütün təzyiqlərə baxmayaraq Sultan Vahidəddin tərəfindən imzalanmadı. Osmanlı ordusu tamamilə ləğv edildi. Sultanı qorumaq üçün, yeganə yeddi yizlük dəstə qaldı. Sultan bu batalyonu, Ayasofya ətrafına göndərdi və məscidə zəng taxmaq və ya muzey etmək istəyənlərə atəş açmaq əmrini verdi.

    İşğal altındakı İstanbuldan vətənin qurtarıla bilməyəcəyini anlayan Sultan Vahidəddin, güvəndiyi komandirləri Anadoluya göndərmək istədi. Ancaq bunlar, "Dünyaya qarşı hərb edilməz. Bu iş olmaz" deyərək getməyi rədd etdilər. Sultanın qurtuluşun Anadoludan reallaşacağına ümidi tam idi. Özü getməyi düşündü isə də, İngilislər "Əgər Anadoluya keçsən İstanbulu rumlara işğal etdirər, daş üstündə daş buraxmarıq" deyərək maneə törətdilər. Bu səbəbdən bir gün saraya çağırdığı Mustafa Kamalı, "Paşa, indiyə qədər dövlətə çox xidmət etdin. Bunları unudun. Əsl indi edəcəyin xidmət hamısından mühüm ola bilər. Dövləti qurtara bilərsən!" sözlərindən sonra, böyük səlahiyyətlərlə Anadoluya göndərdi. Beləcə İstiqlal mübarizəsi başlamış oldu.

    İstiqlal Hərbi zəfər ilə nəticələndikdən sonra Türkiyə Böyük Millət Məclisi hökuməti 1 Noyabr 1922-ci ildə xilafət ilə səltənətin ayrıldığını və səltənətin qaldırıldığını bir qanun ilə qəbul etdi. Sultan Vahidəddin adı xütbələrdən çıxarıldı. İstanbul və Anadolu mətbuatında əleyhində yazılar çıxmağa başladı.

    17 noyabr 1922-ci ildə Dolmabahçe sarayından Malaya hərb gəmisi tərəfindən Malta adasına aparıldı. Oradan Məlik Hüseynin dəvəti ilə Məkkəyə getdi. Sonra da İtaliyaya gedərək orada yaşadı. Sultan Vahidəddin, ağrılı və çətinlik içində keçən bir sürgün həyatından sonra, 16 may 1926-cı ildə İtaliyada vəfat etdi.

  6. #36
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Osman

    --------------------------------------------------------------------------------

    Osman Qazi (1299-1326)

    Ərtoğrul Qazinin oğludur, 1258-ci ildə anadan olub. Ərtuğrul Qazi Səlcuk sultanı Ələddin tərəfindən Bizans sərhəddinə “uc bəyi” olaraq təyin edilmişdi. Tarixi mənbələrə əsasən Ərtugrul Bəy 1281-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına rəğmən çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də fəth etdi. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Karacahisarı ələ keçirdi. Osman Bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299 cu ildə Osmanlı Dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman Bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman Bəy, Bursanı fəth etdiyi ildə, 1326-cı ildə vəfat etdi.

Sayfa 4/4 İlkİlk ... 234

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.