Sayfa 3/4 İlkİlk 1234 SonSon
36 sonuçtan 21 ile 30 arası

Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

  1. #21
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Mustafa

    --------------------------------------------------------------------------------

    Sultan I Mustafa (1617-1618, birinci dəfə); (1622-1623, ikinci dəfə)

    III Mehmedin oğludur, 1591-ci ildə anadan olub.

    Böyük qardaşı I Əhməd vəfatından sonra 22 noyabr 1617-ci ildə ilk dəfə xanədanın ən yaşlı mənsubu olaraq taxta çıxarıldı. Sultan Mustafa dövlət məsələləri ilə maraqlanmadığı üçün, taxta keçdikdən 96 gün sonra 26 fevral 1618-ci ildə, taxtdan endirərək yerinə Gənc Osmanı çıxardılar.

    Ancaq yenilik tərəfdarı olmayanların təhrikləri nəticəsində üsyan edən yeniçərilərin 19 may 1622-ci ildə Gənc Osmanı taxtdan endirmələri, Sultan Mustafanın ikinci dəfə taxta keçirilməsinə gətirib çıxardı. Bu sırada Sultan Osmanın vəziri əzəm Quru Davud Paşa tərəfindən şəhid etdirilməsi böyük qarışıqlıqlara səbəb oldu. Sultan Mustafa , Davud Paşanı yerinə Mere Hüseyn Paşanı gətirsə də, üsyanlar sona çatmadı. Ərzurum bəylərbəyi Abaza Məmməd Paşa baş qaldıraraq, bölgəsindeki yeniçərilərin bir qisimini öldürtdü. Gənc Osmanın intiqamın alıram deyə and içən Abaza, İstanbula gəlmək üçün yola çıxdı. Lakin qış gəldiyi üçün Niğdeyə çəkildi. Anadoludakı üsyanlar və Gənc Osmanın şəhid edilməsi hadisəsinə adı qarışan sipahilər, xalq nəzdində qazandıqları nifrəti silmək üçün bir divan yığıncağı əsnasında qiyam qaldıraraq Sultan Osmanın qatillərinin tapılmasını istədilər. Bunun üzərinə Quru Davud Paşa və Kaləndəroğlu deyilən kəslər tutularaq edam edildilər.

    Digər tərəfdən Osmanlı Dövlətinin iç qarışıqlıqlarından istifadə etmək istəyən Lehistan kazakları, daha əvvəl imzalanan andlaşma şərtlərinə uyğun gəlməyərək şayka adı verilən kiçik gəmi ilə Osmanlı sahillərinə hücum etdilər. Kazakların üzərinə göndərilən Qaradəniz sərdarı Kürəkən Rəcəb Paşa, kazakları təqib ederek Rilgra qarşısında bir çox gəmilərini batırdı və 21 gəmini zəbt edərək, beş min əsir ilə İstanbula döndü.

    İstanbuldakı qarışıqlıqlar və Anadoluda meydana gələn üsyanlar Osmanlı Dövlətinin başında daha qüdrətli, əzimkar və ağıllı bir padşahın omasını lazımlı edirdi. 1623-cü ildə sədarətə gətirilən sədrəzəm Kemankeş Əli Paşa, Şeyxülislam Yəhya Əfəndi və digər dövlət əyanları toplanaraq Sultan Mustafanın artıq səltənət başında qalmaması lazım olduğu barəsində qərara gəldilər. Necə ki verilən fətva ilə 10 sentyabr 1623-cü ildə Sultan Mustafa ikinci dəfə taxtdan endirildi və yerinə IV Murad keçdi. Sultan Mustafa 20 yanvar1639-cu ildə Topqapı Sarayında vəfat etdi.

  2. #22
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Əhməd

    --------------------------------------------------------------------------------

    Sultan I Əhməd (1603-1617)

    III Mehmedin oğludur, 1590-cı ildə Manisada anadan olub.I Əhməd Xan, taxta çıxdığı zaman dövlət, İran və Avstriya ilə hərb halında idi. Uzun sürən savaşlar nəticəsində ölkədə asayiş pozulmuş və ətraflarına otuz-qırx minlik qüvvə toplamış cəlalilər, dövlətin başına bəla olmuşdur..

    1604-cü ildə sərdarlığına təyin olunan Məmməd Paşanın rəhbərliyi ilə Arxadan və Hatvan, sonra qurudan və dənizdən muhasirə etdiyi bir Macar qalası olan Vaç geri alındı. 1605-ci ildə təkrar səfərə çıxan Məmməd Paşa, Sultanın əmri ilə Estergon üzərinə getdi və 35 günlük muhasirədən sonra qala fəth edildi. Avstriya barış istədi. 1606-cı ildə Avstriya cəbhəsinə göndərilən sədrəzəm Quyuçu Murad Paşa, döyüşə son verərək Zitvatorok andlaşmasını imzaladı.

    Qərbdə zəfər qazanılıb barış təmin edilərkən, şərqdə Rəvan qalası tamamilə Şah Abbasın əlinə keçmiş idi. İran səfəri sərdarlığına gətirilən Çağalazadə Sinan Paşa, yollarda yeyəcək təmininin çətinləşməsi və yeniçərilərin həddindən artıq itaətsizlikləri üzündən istədiyi nəticəni əldə edə bilmədi.

    I Əhməd Kuyucu Murad Paşanı Cəlalılər üzərinə göndərdi. Murad Paşa 1607-ci ildə Canbolatoğlunun ordusunu məğrubiyyətə uğratdı. 1608-ci ildə cəlalilər Anadolu və Şimal Suriyadan çıxarıldı. Quyuçu Murad Paşa, Anadolunu cəlali narahatlığından qurtardıqdan sonra, İran işini ələ aldı. Təbrizə qədər irəliləyən Murad Paşa səfər mövsümünün keçməsi və Şahında barış istəməsi üzərinə Diyarbəkirə döndü. Görüşmələr sürərkən Murad Paşa vəfat etdi. Yerinə keçən Nasuh Paşa zamanında Osmanlı-İran barışı reallaşdı. Ancaq İranın barış şərtlərini yerinə yetirməməsi üzərinə təkrar başlayan döyüş, I Əhməd Xanın 1617-ci ildə vəfatına qədər davam etdi.

  3. #23
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    III Murad

    --------------------------------------------------------------------------------

    Sultan III Murad (1574-1595)

    II Sultan Səlimin oğludur. 1546-cı ildə Manisanın Bozdağ yaylağında anadan olub.

    Osmanlı sultanlarının on ikincisi və islam xəlifələrinin yetmişyedincisi. 1546-cı ildə doğuldu. 15 dekabr 1574-cü ildə atasının vəfatından sonra Manisadan İstanbula gələrək 22 dekabr 1574-cü ildə Osmanlı taxtına çıxdı.

    1575-ci ildə Venedik, 1576-cı ildə İran (Səfəvi) və 1577-ci ildə də Avstriya ilə köhnə sülh andlaşmalarını yenilədi. 1578-ci ildə Osmanlı torpaqlarındakı dağıdıcı və bölücü fəaliyyətləri səbəbindən İrana səfər açdı. Bu səfər əsnasında xüsusilə Özdəmiroğlu Osman Paşa İran qüvvələrini məğlubiyyətə uğratdı. Azərbaycan, Tiflis, Nihavənd və Həmədan bölgələri Osmanlı hakimiyyətinə qatıldı. Bu sırada Portuqaliyalılar Osmanlı himayəsi altında olan Fasa böyük qüvvətlərlə hücum etdilər. Portuqaliya ordusunu qarşılamaq vəzifəsi Divanı Sultan tərəfindən Ramazan Paşaya verildi. Ramazan Paşa Vadis Seyl düzənliyində Portuqaliya ordusunu böyük bir məğrubiyyətə uğratdı. Portuqaliyaların ölüləri arasında kralları, böyük zadəganları və dövlət adamları da vardı. Bu zəfərin ardından Rəvan fəth edildi. İranla 1590-cı ildə İstanbulda sülh andlaşması imzalandı. 1592-ci ildə Osmanlı Dövləti ilə Avstriya arasındakı andlaşma pozuldu. Nəticədə Avstriya ilə on üç il davam edən savaş başlandı. Sultan III Murad 1595-ci ildə vəfat etdi.

  4. #24
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    II Səlim

    --------------------------------------------------------------------------------

    Sultan II Səlim (1566-1574)

    Qanuni Sultan Süleymanın oğludur. 1524-cü ildə anadan olub.Atası Qanuni Sultan Süleymanın Sigetvarın fəthi əsnasında vəfat etməsindən sonra Kütahyadan İstanbula gələrək 30 sentyabr 1566-cı ildə taxta çıxdı. Osmanlı Dövlətindəki səltənət dəyişikliyindən istifadə etmək istəyən dövlətlər sülh edə bilmək üçün elçilərini İstanbula göndərirdilər. Səlim uzun görüşmələrdən sonra Avstriya ilə səkkiz illiyinə andlaşma imzaladı. (17 fevral 1567). Buna görə Qanuninin Sigetvar səfərində zəbt etdiyi yerlər Osmanlı Dövlətinə qalacaq və Avstriya imperatoru hər il Osmanlı Dövlətinə 30.000 macar qızılı vergi verəcəkdi. İran (Səfəvilər) ilə edilən bir andlaşma ilə də Amasiya sülhü yeniləndi.

    Osmanlı Dövləti, Suriya və Misiri aldıqdan, Şimal Afrikanın bir çox yerlərinə sahib olduqdan sonra Kipr adasının alınması bir zərurət halını almışdı. Beləliklə İkinci Səlim bütün hazırlıqlarını tamamladıqdan sonra Mustafa Paşanı Kipr Sərdarlığına təyin etdi. Mustafa Paşa bütün Avropa dövlətlərinin kömək etmələrinə baxmayaraq 1 avqust 1571-ci ildə Kiprin fəthini tamamladı. Ancaq Osmanlı Donanması 7 oktyabr 1571-ci ildə Avropa Donanmasına qarşı girişdiyi müharibəni itirdi. Döyüşdə gəmilərinin böyük hissəsini itirən Osmanlılar, növbəti il dənizə daha böyük bir donanma endirməyi bacardılar. Bu səbəbdən Avropalıların müvəffəqiyyəti uzun çəkmədi.

    13 sentyabrda 1574-cü ildə Tunis tamamilə Osmanlıların əlinə keçdi. Sultan Səlim Tunis məsələsinin həllindən sonra çox keçməmiş 15 dekabr 1574-cü ildə xəstələnərək vəfat etdi.

  5. #25
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    Sultan Süleyman Qanuni

    --------------------------------------------------------------------------------

    Sultan I Süleyman Qanuni (1520-1556)

    Sultan Səlimin oğludur, 1495-ci ildə anadan olub. Atasını vəfatı ilə də 30 sentyabr 1520-ci ildə, 26 yaşında ikən Osmanlı taxtına çıxdı. Qanuni Sultan Süleyman, Belgradın fəthi(1521) ilə Orta Avropanın, şovalyelerin əsası olan Rodosun zəbti (1522) ilə də Aralıq dənizi hakimiyyətinin qapılarını dövlətinə açdı. 1526-cı ildə yüz minlik ordusu və 300 qədər top ilə Mohaç düzənliyində Macar ordusuyla qarşılaşdı. Bu vəziyyətdə bayraqlarını açıb əllərini səmaya doğru qaldıran Sultan; "Ya Rəbbi! Sənin qüdrət və himayəni diləyir, həzrəti Məhəmmədin ümmətinə köməyini niyaz edirəm." deyə yalvardı. Tarixin bu ən böyük savaşında düşmən ordusunu məğlub edən Qanuni, 20 sentyabrda Macarıstanın paytaxtı Buduna girdi. 1529-cı ildə Vyana muhasirə edilsə də, mühasirə etmə vasitələrinin gətirilməməsi və qış mövsümünün yaxınlaşması səbəbindən nəticəsiz qaldı. 1532-ci ildə Alman səfərinə çıxan Qanuni, Vyananı arxada buraxaraq Gratz, Marburg, Gunss və daha bir çox Alman şəhərlərini zəbt etdi. Yeddi ay Avropada gəzdiyi halda imperator qarşısına çıxmağa cəsarət edə bilməyincə geri döndü.

    1534-ci ildə Səfəviler üzərinə səfərə çıxan sultan, Bağdad və Basranı zəbt etdi. Yürüşlərinə davam edən Qanuni, 1535-ci ildə Təbrizi zəbt etdi. 1537-ci ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.

    Qurularda dünya hakimiyyətini əlinə keçirən Qanuni Sultan Süleyman, Barbaros Xeyirətdin Paşa vasitəsiylə dənizlərdə də Osmanlı Dövlətinin gücünü göstərirdi. Necə ki bu böyük dəniz komandiri Avropa donanmasını 27 sentyabr 1538-ci ildə Prevezedə məhv edərək, müstəsna bir zəfərlə Aralıq dənizidə tam bir Türk hakimiyyəti qurdu. Qanuni Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı.

    1543-cü ildə Estergon, Nis və İstolni-Belgradı, 1551-ci ildə Trablusgarbı i və 1553-cü ildə Naxçıvanı zəbt etdi. Qoca və xəstə bir halda ikən 1566-cı ildə yenə cihada çıxan bu böyük Türk sultanı, Sigetvar qalasının zəbti əsnasında top səsləri arasında 72 yaşında ikən vəfat etdi.

  6. #26
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Səlim

    --------------------------------------------------------------------------------

    Yavuz Sultan Səlim (1512 – 1520)

    II Bəyazidin oğludur. 1470-ci ildə Amasiyada doğulub. Atası II Bəyazid sultan olduqdan sonra, dövlət idarəçiliyini öyrənməsi üçün Trabzona qubernator təyin olundu. Bəyazidin son zamanlarında oğulları arasında səltənət çəkişməsi başladı. Yeniçərilər, qəhrəmanlığına və cəsarətinə heyran olduqları Yavuz Səlimin tərəfini tutdular. 1512-ci ildə Bəyazid, taxtı Səlimə verməyə məcbur oldu. Sultan Səlim hələ Trabzon qubernatoru ikən, Şah İsmayılın(1502-1524) Osmanlı Dövləti üçün çox böyük bir təhlükə ifadə etdiyini düşünürdü. 24 aprel 1512-ci ildə atasının yerinə keçincə də ilk səfərini Səfəviler üzərinə etdi. 23 avqust 1514-ci ildə Çaldıran düzənliyində Səfəvi ordusuyla qarşılaşdı. Odlu silahların üstünlüyü sayəsində Osmanlılar zəfər qazandı. Cənubi Anadolu Osmanlıların əlinə keçdi. Sultan Səlim ikinci səfərini Məmlukler üzərinə etdi. Məmlüklar öncə Mərcidabikdə (1516), sonra da Ridaniyədə (1517) məğlub oldular. 1516-cı ildə Hələb, Dəməşq və Fələstini,1518-ci ildə Misiri tutdu.1518-ci ildə İspaniya donanmasını ağır məğlubiyyətə uğradaraq Əlcəzairi tutdu. Bütün ərəb ölkələri Osmanlı hakimiyyətinə daxil oldu. Osmanlı İmperatorluğunun ərazisi Sultan Səlim hakimiyyəti dövründə 2,5 dəfə artdı

    İki böyük səfərin zəfərlə nəticələnməsindən sonra xüsusilə donanma fəaliyyətinə sürət verən Yavuz, dövrün böyük alimi Kamal-Paşazadəyə niyyətinin yəni Avropa fəthi olduğunu bildirmişdi. Ancaq bu səfərinə tutulduğu amansız xəstəlik mane oldu və 1520-ci ildə vəfat etdi.

  7. #27
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    II Bəyazid

    --------------------------------------------------------------------------------

    Sultan II Bəyazid (1481 - 1512)

    Amasyada valilik vəzifəsində olan zaman atası Fatih Sultan Məhəmmədin vəfatı zamanı (1481) İstanbula gələrək padşah oldu. Qardaşı Cem Sultan onun padşahlığını qəbul etmədi ve üsyan etdi. Taxt üstündə davada məğlub olan Cem sultan Rodos Adasındaki Sen Jan şovalyelerinə iltica etdi. Daha sonra Avropaya göndərildi. İtaliyanın Neapol şəhərində vəfat edən Cem Sulatanın cənazəsi daha sonra Bursaya gətirildi.

    II Bəyazid, Boğdan səfərinə çıxdı və Qaradəniz qırağında Kili və Akkerman qalalarını fəth etdi. Daha sonra Mora yarımadasında Venediklilərin əlində olan İnebahtı Modon Koron və Navarin qalaları fəthedildi. İspaniyadakı son Müslüman dövlət olan Beni Ahmer Dövlətinin 1492də yıxılmasından sonra II Bəyazid buradakı Müsləman və Yəhudiləri qurtarmaq için Kemal Reis vəzifəsinə qoydu. Kemal Reis minlərcə Müsləman və Yəhudini Şimali Afrika ilə Osmanlı torpaqlarına köçürtdü. Yəhudilər 1992-ci ildə Türk torpaqlarına gəlmələrinin 500-cü ilini qeyd etdilər.

    II Bəyazid dövründə böyük fəthlər olmadı çünki qardaşı Cem Sultan Avropalıların əlindəydi. Onun dövründə şəhərlər abad edildi. Bugün İstanbul Üniversitetinin önündəki meydana adını verən Bəyazid Camiini o tikdirdi. İstanbulda zəlzələ səbəbiylə zərər görən binaları təmir etdirdi. 1512-ci ildə taxtı oğlu Yavuz Sultan Səlimə vermək məcburiyyətində qalan II Bəyazid Dimetoka şəhərinə gedərkən yolda vəfat etdi.

  8. #28
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    Fateh Sultan Məhəmməd

    --------------------------------------------------------------------------------

    Fateh Sultan Məhəmməd Ədirnədə doğuldu. Atası Sultan II Murad, anası Hüma Xatundur.

    Fateh Sultan Məhəmməd uzun boylu, dolğun yanaqlı, əyri burunlu, qüvvətli əzələli bədənə malik bir sultan idi. Öz dövrünün elmlərinə sahibdi və yeddi xarici dil bilirdi. Alim, şair və sənətkarları tez-tez yanına toplayar, onlarla söhbət etməyi xoşlayardı. Fatieh Sultan Məhəhəmməd soyuqqanlı və cəsur insan idi. Dahi sərkərdə və idarəçi, Fateh oxumağı çox sevəri. Farsca və ərəbcəyə çevrilmiş dini və fəlsəfi əsərləri oxuyardı.

    1466-c ildə Ptolomey xəritəsini tərcümə etdirərək xəritədəki adları ərəbcə yazdrmışd. Hansı din və məzhəbə aid olursa olsun bütün alimləri qorumaqda və onlara əsərlər yazdırmaqda idi. Elmə böyük əhəmiyyət verən Sultan Məhəmməd kənar ölkələrdə yaşayan alimləri İstanbula gətizdirdi. Necəki, böyük astronomiya alimi Əli Quşçu onun zamanında İstanbula gəldi.

    Fateh Sultan Məhəmməd 1481-ci ilə qədər sultanlıq etdi və 25 dəfə şəxsən cihad səfərində iştirak etdi. Təmkinli və verdiyi qərarlar qətiyyətlə yerinə yetirən bir şəxsiyyətə sahib idi. Dövlət idarəsində olduqca sərt idi. Döyüşlər zamanı çox cəsur olar və hər hansı pozulmanın qabağını almaq üçün irəli atılaraq şəxsən əskərləri təşviq edərdi.

    20 yaşında Osmanlı xəlifəsi olan Sultan II Məhəmməd İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldıraraq Fateh ünvannı qazandı. Hz. Rəsulullahın (s) hədisi-şərifində müjdələdiyi İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacaran Fateh Sultan Məhəmməd, düşmənlərə İslamın gücünü göstərən həqiqi sərkərdə və dövlət adamı idi. Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat etmişdir.

  9. #29
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    I Murad

    --------------------------------------------------------------------------------

    Sultan I Murad (1360-1389)

    Orxan Qazinin oğludur. Orxan Qazi öləndən sonra Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. I Murad qoşunu toplayaraq Ankara üzərinə hücum etdi və şəhəri geri aldı. 1363-cü ildə Çorlu və Lüləburgazı ələ keçirdi. Komandanlarından Evranos Bəy və Haci İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Ədirnə fəth edildi. Ədirnənin fəthi ilə Bizansın Avropa ilə qurudan əlaqəsini kəsildi. Dövlətin paytaxtı Ədirnəyə keçirildi. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu da alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər yenildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi. I Murad Bursaya dönüb oğlu Bəyazidi Süleyman Şahın qızıyla evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin çehizi olaraq Osmanlılara verildi. Akşəhər, Yalvaç, Yenişəhər, Karaağac və Əğridir Həmidoğlu Hüseyin Bəydən satın alındı. 1385-ci ildə Timurtaş Paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən Avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1388-ci ilin əvvəlində I Murad Rumeliyə keçdi və iki ordu Kosovada qarşılaşdı. Xaçlı Birliyi döyüşdə yenildi. Savaşdan sonra I Murad, 1389-cu ildə bir Serb tərəfindən şəhid edildi.

  10. #30
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Türkiyə Tarixinin Önəmli Şəxsiyyətləri

    II Murad

    --------------------------------------------------------------------------------

    Sultan II Murad (1421-1451)

    I Mehmedin oğludur. 1415-ci ildə təcrübə qazanması və dövlət rəhbərliyinə hazırlanması məqsədiylə Amasiya sancaqbeyliyine göndərildi. Bu vəzifədə ikən 1420 – ci ildə vəzir- əzəm Bayezid Paşa ilə birlikdə Börklüce Mustafa və Torlak Kamal üsyanlarını yatırtdı. Atasının 1421-ci ildə vəfatından sonra taxta çıxdı. 1421-1444 -cü və 1446-1451-ci illəri arasında iki dəyişik dövrundə padişahlıq etmişdir. Muradın illəri üsyanları yatırtmaqla keçdi. Murad 47 yaşında ikən 3 fevral 1451-ci ildə vəfat edib.

Sayfa 3/4 İlkİlk 1234 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.