Sayfa 3/461 İlkİlk 123451353103 ... SonSon
4610 sonuçtan 21 ile 30 arası

Azərbaycan Xəbərləri

  1. #21
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    KOMMUNİST PARTİYASI YENİ SƏDRİNİ SEÇİB

    Dünən Azərbaycan Kommunist Partiyasının dördüncü qurultayı keçirilib. Qurultayda Rüstəm Şahsuvarov açıq səsvermə ilə partiyanın yeni sədri seçilib.
    Qurultayda Azərbaycan Kommunist Partiyasının rəhbər orqanlarının yeni tərkib hissəsi müəyyənləşib. Belə ki, 7 nəfərdən ibarət yeni rəyasət heyəti, 3 nəfərdən ibarət Azərbaycan Kommunist Partiyasının katib üzvləri və 5 nəfərdən ibarət mandat komissiyasının üzvləri seçilib. Qurultayda Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Təftiş Kommisiyasının yeni sədri Mirnazim Cavadov seçilib.
    Daha sonra qurultayda Azərbaycan Kommunist Partiyası MİK-nin və Nəzarət Təftiş Komissiyasının əvvəlki dövrlərə olan hesabatı dinlənilib.
    Qeyd edək ki, qurultayda Azərbaycan Kommunist Partiyası Mərkəzi Təftiş Komissiyası haqqında "Əsasnamə" və nizamnamədə olan bəzi dəyişikliklər səs çoxluğu ilə qəbul edilib.
    Azərbaycan Kommunist Partiyası 1993-cü ilin noyabrında Ramiz Əhmədov tərəfindən bərpa olunub. Partiyanın məqsədi Azərbaycanda sosial ədalət qurmaqdan ibarətdir.

    TURAN
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  2. #22
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    AZƏRBAYCANLI RƏSSAM BEYNƏLXALQ MÜSABİQƏDƏ XÜSUSİ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR

    AzərTAc xəbər verir ki, azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə Suriyada keçirilən “Nadji al-Əli-2007” Beynəlxalq karikatura müsabiqəsində “Uğur” xüsusi mükafatına layiq görülmüşdür.
    Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən bildirmişlər ki, müsabiqədə 29 ölkədən 210-dək rəssam iştirak etmişdir. Ənənəvi olaraq hər il keçirilən müsabiqədə 566 əsər nümayiş etdirilmişdir. Müsabiqədə iştirak edən daha bir neçə azərbaycanlı rəssamın əsərləri sərgidən hazırlanmış xüsusi kataloqa daxil edilmişdir.

    Azertag
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  3. #23
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİNƏ YARDIM FONDUNDA 3 MİLYON 317 MİN MANAT TOPLANMIŞDIR

    AzərTAc xəbər verir ki, oktyabrın 10-na olan məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 3 milyon 317 min manat və 75 min 198 ABŞ dolları məbləğində vəsait toplanmışdır.

    Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2002-ci il avqustun 17-də yaradılmış Fondun məqsədi ölkənin Silahlı Qüvvələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə kömək göstərməkdir. Hazırda respublikada fəaliyyət göstərən dövlət və özəl müəssisə və təşkilatlar tərəfindən Fonda vəsait köçürülməsi davam edir.

    Azertag
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  4. #24
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azerbaycan'da geçen 9 ay içinde 899 yayaya araba çarptı.

    İçişleri Bakanlığı (DİN) trafik şubesinin verdiği bilgilere göre geçen 9 ay içinde ülke genelinde 899 yayaya araba çarptı; 268 yaya öldü, 684'ü ise yaralandı.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  5. #25
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    İranda “Bilim Yolu” Dərnəyinin fəaliyyəti dayandırılıb

    İranda “Bilim Yolu” Dərnəyinin fəaliyyəti dayandırılıb. Güney Azərbaycanlıların Haqlarını Müdafiə Komitəsindən APA-ya verilən məlumata görə, oktyabrın 9-da qurumun ofisində ETTELAAT (Təhlükəsizlik və İnformasiya Nazirliyi) əməkdaşları tərəfindən axtarış aparılıb və “Bilim Yolu Dərnəyi”nin fəaliyyət göstərdiyi binanın qapısı möhürlənib. Dərnəyin rəhbəri Həmid Şafei isə baş verənlərdən xəbərsiz olduğunu deyib. Qeyd edək ki, dərnək 1989-cu ildə yaradılıb və fəaliyyəti dönəmində Urmiyada Azərbaycan dilinin və mədəniyyətinin təbliği ilə məşğul olub.

    APA
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  6. #26
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Mesajlar
    756
    Yeshu abi ellerin dert görmesin bizimle paylaştığın için cok sağol
    [

  7. #27
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Atəşkəs rejimi pozulub

    Mövqeləriz avtomat və pulemyotlardan atəşə tutub Ermənistan silahlı qüvvələri oktyabrın 15-i atəşkəs rejimini yenidən pozublar. Erməni ordusu İcevanın Vazaşen, Ağdamın Sarıcalı kəndlərindəki mövqelərindən Azərbaycan sialahlı qüvvələrinin üzbəüz mövqelərinin avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəş ilə susdurulub. İtki yoxdur.

    ANS-PRESS (© 2007 Bütün hüquqlar qorunur)
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  8. #28
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    BERLİNDƏ “AZƏRBAYCAN XALQ NAĞILLARI” KİTABI ALMAN DİLİNDƏ ÇAPDAN ÇIXMIŞDIR

    Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfirliyin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan xalq nağılları” kitabı alman dilində işıq üzü görmüşdür. Azərbaycanın 17 xalq nağılının və Abdulla Şaiqin “Tülkü həccə gedir” təmsilinin yer aldığı kitab Berlində fəaliyyət göstərən nüfuzlu “Verlag Dr. Köster” nəşriyyatı tərəfindən nəfis tərtibatda nəşr edilmişdir.
    Nağılları alman dilinə avstriyalı azərbaycanşünas Liliane Qrimm tərcümə etmişdir. Kitab üçün çəkilmiş illüstrasiyaların müəllifi Almaniyadakı Azərbaycan icmasının fəallarından olan, tanınmış rəssam İbrahim Əhraridir.
    Kitab oktyabrın 10-dan 14-dək Frankfurt Beynəlxalq kitab sərgisində nümayiş etdirilmişdir.
    Yaxın vaxtlarda kitab Almaniya, Avstriya və İsveçrədə kitab mağazaları və internet vasitəsilə satışa çıxarılacaqdır.

    --------------------------

    Azerbaycan'ın Almanya'daki Büyükelçiliğinden AzərTAc'a verilen bilgilere göre, elçiliğin de girişimi ve desteğiyle 'Azerbaycan Halk Masalları' adlı kitap Almanca olarak yayınlanmıştır. 17 masalın ve Abdulla Şaiq'in 'Tilki Hacca Gidiyor' oyununun yer aldığı kitap, Berlin'də faaliyet gösteren 'Verlag Dr. Köster' adlı yayınevi tarafından yayınlanmıştır.

    Masallar Almanca'ya Avusturyalı Liliane Qrimm tarafından çevrilmiş, kitabın çizimleri ise Almaniya'daki Azərbaycanlılların etkin isimlerinden tanınmış ressam İbrahim Əhrari tarafından yapılmıştir.

    Kitap, 10-14 Ekim tarihleri arasında Frankfurt Uluslararası Kitap sergisinde sergilenmiştir. Kitap, yakın zamanda Almanya, Avusturya ve İsviçre'deki kitapçılarda ve internette satışa sunulacaktır.

    AzərTAc

    ---------------------------------------------------------

    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  9. #29
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Volksmärchen aus Aserbaidschan

    und eine Fabel von Abdulla Saiq

    Autor: Grimm, Liliane (Übersetzung)
    Seitenzahl: 200
    Preis: € 12.80

    -------------------------------------------------
    Die vorliegende Sammlung aserbaidschanischer Volksmärchen, die erstmals in der Bundesrepublik Deutschland erscheint, bietet einen ersten Einblick in diese noch unerschlossene Märchenlandschaft. Die 18 Märchen bringen der deutschsprachigen Leserschaft ein Land an der Schnittstelle zwischen Europa und Asien nahe und präsentieren die mannigfaltige Kultur des aserbaidschanischen Volkes. Farbenprächtige Illustrationen spiegeln die Stimmung der Märchen eindrucksvoll wider und lassen so manche Szene lebendig werden.

    Liliane Grimm ist die originalgetreue Übersetzung der aserbaidschanischen Volksmärchen zu verdanken. Sie hat an der Akademie der Bildenden Künste in Wien studiert, später an der Turkologischen Fakultät der Universität Wien und an der Staatlichen Universität Baku Aserbaidschanisch gelernt.

    Kurt Scharf hat die Originalübersetzungen in einen zeitgemäßen Erzählstil übertragen. Er ist ehemaliger Mitarbeiter des Goethe-Instituts, u. a. in Teheran, Porto Alegre/ Brasilien, Berlin, Istanbul und Lissabon. Mitglied des Gründungsteams des Hauses der Kulturen der Welt in Berlin.

    Ebrahim Ehrari ist für die stilvolle und farbenprächtige Gestaltung des Buches verantwortlich. Er studierte an der Hochschule der Künste in Berlin, lebt und arbeitet dort als Grafik-Designer und Maler.

    Nasimi Aghayev hat die Publikation der Märchensammlung angeregt und koordiniert. Er ist Zweiter Sekretär der Botschaft der Republik Aserbaidschan in Deutschland. Er ist auch Chefredakteur der akademischen Zeitschrift „Caucasian Review of International Affairs“.
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

  10. #30
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    Azərbaycanın “Eurovision-2008”də iştirakına rəsmi icazə verilib

    "Bu nüfuzlu beynəlxalq yarışmada Azərbaycanın da təmsil olunması üçün görülən işlər öz bəhrəsini verib"

    “Eurovision-2008” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan nümayəndəsinin iştirakına rəsmi icazə verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə bu nüfuzlu beynəlxalq yarışmada Azərbaycanın da təmsil olunması üçün görülən işlər öz bəhrəsini verib.

    Oktyabrın 15-də “Eurovision” TV-nin direktoru Byorn Eriçsen Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərova göndərdiyi təbrik məktubunda bu barədə rəsmi qərar qəbul olunduğunu diqqətə çatdırıb.

    Xatırladaq ki, İctimai Teleradio bu il iyulun 6-da Avropa Yayım Birliyinə tamhüquqlu üzv qəbul olunub./APA/

    ANS-PRESS (© 2007 Bütün hüquqlar qorunur)
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Sayfa 3/461 İlkİlk 123451353103 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.