Yox eşşi deeeAlıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
:D :D :D
bir az gülek
Printable View
-
05-14-2007, 12:44 PMElif
-
05-14-2007, 12:46 PMElifGel de küsme :xAlıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
-
05-14-2007, 01:22 PMAzerbaycanliGergedan
Gərgədan
Məktəbin müdiri şagirdi yanına çagırıb bərk danlayır:
- Mənə de görum sən qonşu sinifdəki o oğlanı niyə döymüsən.
Oğlan cavab verir:
- Onu ona görə döydüm ki, mənə ”gərgədan” deyirdi.
- Belə.... Bu nə vaxt olub?
- Deyəsən elə keçen il bu vaxtlar idi.
- Nə? Bir il bundan əvvəl? Bəs niye uşağı indi döyürsən?
- Çünki gərgədanın şəklini ilk dəfə dünən görmüşəm.
:D :D :D -
05-14-2007, 01:24 PMAzerbaycanliProfessor
Professor
Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə.......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar :) -
05-14-2007, 01:30 PMElif
:D:D:D:D:D:D:D:D:D
-
05-14-2007, 01:34 PMAzerbaycanliProfessorlar
Professorlar
İki professor universitetdə söhbət edir:
-Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əl üstünde gəzdirər.
O biri professor:
-Əgər mən kiməsə 3 yazsam, bütün qrup məni əl üstündə gəzdirər.
Dekan bu moment girir içəri:
-Əgər sizin ikinizi də universitetden qovsam, bütün fakultə məni əl üstündə gəzdirər.
:D :D -
05-14-2007, 10:28 PMManolitaNe bilim hayandadır
Arvadı gece Mollanı yuxudan oyadır ki:
- Molla, evde pişik var, qabları sındıracaq, sağ terefinden o şamı ver yandırım, pişiyi qovum. Molla hirslenir ki:
- Arvad, gic-zad deyilsen ki? Gecenin bu qaranlığında men ne bilim sağ terefim hayandadır....... :D :D :D -
05-14-2007, 10:35 PMManolitaCan ay bala!!!
Bir gün ömür boyu kendde yaşayan ana, qızının şeherdeki yeni evine qonaq gelir. Yaşlı ananı yuxarı mertebeye liftle götürürler. Liftin qapısı açılır. Ana lifte girer girmez ah naleyle ağlamağa başlayır:
- Anan ölsün, can ay bala, ne balaca otağın var. Buda mi geldi başına. Kaş bu gününü görmeyeydim......... -
05-15-2007, 12:35 AMManolita
Gunlerin bir gunu bir oglan cole cixir,gorur ki,heyetde yasdi.Sorusub oyrenir ki,qonsunun ogludur olen.Yavasca birine yaxinlasib dalbadal suallar vermeye baslayir." Nece oldu?" -"Cixmisdi binanin basina" -"Ordan yixilib oldu?" -"Yox,camaat brezent getirdi ki,tullananda tutsunlar" -"Tullananda brezentin ustune dusmedi,oldu?" -" Yox,dusdu brezentin ustune qalxdi goye deydi o biri binaya" -"O biri binaya deyib oldu?" -"Yox,Dusdu brezentin ustune bir de qalxdi goye ilisdi agaca " -"Ordan yixilib oldu?" -" Yox,yene dusdu brezentin ustune,qalxdi goye " -"Asagi gelende brezente dusmedi?" -"Yox yene dusdu brezente qalxdi goye" -"Bes nece oldu eee?" -"Axirda gorduk ki,cox ora-bura gedir,vurduq oldurduk." :cry: :cry: :cry:
-
05-15-2007, 12:42 AMceng:loll:Alıntı:
Manolita Nickli Üyeden Alıntı
-
05-15-2007, 02:46 AMElif
Serçe
Serçenin biri bir bahar günü dalgın dalgın uçuyormuş.
Bir anda
farketmişki, bir yolun bir metre üstünde uçuyor ve
karşıdan damotorsikletlibir adam geliyor. Her ikisi de çarpışmayı
engellemek için ellerinden
geleni yapmışlar...ama nafile...
Serçe "çotaaank" diye kaska çarpıp düşmüş.
Şimdi, motorcu sıkı bi hayvansever ya, doğal olarak hemen atlamış
motordan; koşmuş serçenin yanına. Serçebaygın yatıyo.. kıyamamış,
bırakamamış yolda; almış getirmiş eve.
Eskiden kalma bir de kafesi var evde.. baygın serçeyi kafesin içine
güzelce yerleştirmiş.
yanına da
az biraz su, az biraz ekmek koymuş, vurmuş
kafayı yatmış...
Bizim serçe
bi müddet sonra ayılmaya başlamıs..Daha tam
seçemiyor ortalığı.. hafif bulanıklık var yani..Bi bakmıs ki,
parmaklık, ekmek, su falan varbulunduğu yerde. Birden dank etmiş
vaziyet: .......laannn motorcuyu öldürmüşüz ....! -
05-17-2007, 12:03 AMManolita
Birgun filosof cox cirkli hamami olan qonsusunun hamaminda dus almaga mecbur olur.
Dusdan cixdiqdan sonra sorusur:
- Qonsu sizin evde hamamlandiqdan sonra harada yuyunmaq olar? -
05-17-2007, 12:08 AMceng:loll:Alıntı:
Manolita Nickli Üyeden Alıntı
-
05-17-2007, 12:08 AMElif:loll: :loll: :loll:Alıntı:
Manolita Nickli Üyeden Alıntı
-
05-17-2007, 09:49 PMAygunSarı Fil
Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə?? -
05-17-2007, 09:50 PMAygun
Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda görmüyüm səni -
05-17-2007, 09:51 PMAygunAtama yazıram
Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul göndərsin
Lap mənlik :loll: -
05-17-2007, 09:52 PMAygunFil nevesi
Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı.
:loll: -
05-17-2007, 09:53 PMAygunPulsuz narkoz
Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......
:loll: -
05-17-2007, 09:53 PMAygunSıravi Eliyev
Komandir tağımın əsgərlərini bir sıraya düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...
:D -
05-17-2007, 09:56 PMAygunYerin forması
Professor imtahan vaxtı tələbədən soruşur:
- Yer nə formadadı?
- Kürə formasında.
- Necə sübut etmək olar?
- Mən məcbur eləmirəm ki, olsun kub şəklində.
:D -
05-17-2007, 09:59 PMAygun
Ac tələbələr mehmanxanada arzulayırlar:
-İndi burda ət olsaydı ...
-Bəlkə donuz saxlayaq?
-Nə danışırsan, çirk, iy, üfunət ...
-Eybi yox, öyrəşər.
:loll: :loll: -
05-17-2007, 10:02 PMAygunDYP reisi
Səhər tezdən DYP işçisi bir nəfəri saxlayır.
Sürücü:
- Siz həkimsiniz?
- Yox, mən DYP rəisiyəm.
- Bəs nəyə görə hər səhər sizin işçiləriniz məndən özümü necə hiss etdiyimi soruşurlar?
:D -
05-17-2007, 10:03 PMAygun
Ər-arvad barda otururlar. Birdən bir cavan qız ərə yaxınlaşıb onu öpür və gedir. Çaşıb qalmış və əsəbiləşmiş arvad ərindən soruşur:
- Hə, bəs bu kimdir belə?
- Yaxşı da, - deyə ər cavab verir. – Onsuz da hələ bir SƏNİN kim olduğunu başa salmaq üçün min-bir əziyyət çəkməli olacam. -
05-17-2007, 10:04 PMAygun
Bir nəfər qəbrsanlıqda qəbrlərdən birinin yanında hönkür-hönkür ağlayırmış:
- Sən hələ ölməməliydin. Sənin ömrün hələ qalmışdı. Öldün, hamımızın fəlakəti oldu ölməyinlə....
Bunu görə qəbirsanlıqda bir nəfər gəlir:
- Nə oldu, qardaşındı, atandı, allah rəhmət eləsin...
- Yox, arvadımın birinci əri.
:D -
05-17-2007, 10:05 PMAygunRusiya - Braziliya
Dünya çempionatının növbəti oyunu...
Rusiya və Braziliya....
Hesab 9:0 Braziliya yığmasının xeyrinədir.
Amma Rusiyalı azarkeşlərin keflərini pozmurlar. Çünki hələ oyunu 3-cü dəqiqəsi gedir.
:D :lol: -
05-17-2007, 10:06 PMAygunboksçu
Məşqçi uduzmuş bokçuya urək-dirək verir:
-Amma sən üçüncü raundda onu yaman qorxuzdun.
-Necə?
-O, elə bildi ki, səni öldürüb.
:loll: -
05-17-2007, 10:09 PMAygunşalvar
Ana 6 yaşlı oğluna:
- Sən yenə yeni şalvarla xizəkdən yıxılmısan!
- Ana, mən çox tez yıxıldım, ona görə də şalvarımı çıxarmağa macal tapmadım.
:D -
05-17-2007, 10:34 PMElifAlıntı:
Aygun Nickli Üyeden Alıntı
:loll: :loll: :loll:Alıntı:
Aygun Nickli Üyeden Alıntı
-
05-18-2007, 01:54 AMManolita:D :D :DAlıntı:
Aygun Nickli Üyeden Alıntı
-
06-06-2007, 07:49 PMbakilibalasi
cox sag olun cox güldüm allah sizleri güldürsün
-
06-06-2007, 09:05 PMAzerbaycanlisaxta eskinaz
Hakim müttəhimə:
- Siz bilirsinizmi nədə ittiham olunursunuz?
- Bəli möhtərəm hakim, belə məlum oldu ki, bizim dövlət də eyni ilə mən çap edən pul əskinaslarından buraxır.
:loll: -
06-06-2007, 09:07 PMAzerbaycanli
Soyğunçu qaranlıq küçədə bahalı geyimdə olan bir nəfəri saxlayır:
-Pullarını ver!-deyə bıçağı onun boğazına dirəyir.
-Bunu etməyi sənə məsləhət görmürəm, mən hökümət işçisiyəm!
-Ax belə! Onda mənim pullarımı ver!
:D :D :D -
06-06-2007, 09:10 PMAzerbaycanlihakim - cavabdeh
Hakimlərin məşvərət otağında.
Sədrlik edən:
- İddiaçı 100 min dollar verib, cavabdeh isə 150 min dollar.
- Təklif edirəm cavabdehə 50 min dollar qaytaraq və qanunla mühakimə edək
:D -
06-06-2007, 09:11 PMAzerbaycanlidövlet yol polisi
Dövlət Yol Polisinin əməkdaşı sürətlə gedən maşını saxlayır:
- Burda sürət həddi 80km/saatdır, siz isə 120km/saatla gedirsiz. Hara tələsirsiz belə?
- Sizə bir “şirvanı” gətirirdim…
:loll: -
06-06-2007, 09:15 PMAzerbaycanliyeltsin - klinton - körpü
Yeltsin Klintona qonaq qedir. Çayın sahilində oturub yeyib-içirlər. Yeltsin soruşur:
- Bura bax, biz hansı pula içirik?
- Bu körpünü görürsən?
- Görürəm.
- Biz bu körpüyə 1 milyon dollar xərcləməliydik. Xərclədik 500 min dollar, həmən pullara da içirik.
Klinton Yeltsinə qonaq gəlir. Çayın sahilində oturub yeyib-içirlər. Klinton soruşur:
- Biz hansı pula içirik?
-O körpünü görürsən?
-Hanı, görmürəm?
-Bax, həmən bu pula da içirik. -
06-06-2007, 09:17 PMAzerbaycanlifemida
-Femidanın qözləri niyə bağlıdır?
-Aldığı rüşvəti qörməmək üçün! -
06-06-2007, 09:50 PMElif:loll: :loll: :loll:Alıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
-
06-07-2007, 11:17 PMElif
Güzgü məsələsi
Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf… -
06-11-2007, 02:46 AMfollow_me
Yine kardayız
Ücüncü Bogaz Köprüsü'nü Japon, Amerikan ve Türkler'den olusan bir konsorsiyum almis. Tam açilisin yapilacagi sirada kurdela kesilirken köprü büyük bir gürültüyle yikilmis. Japon; 'gitti bütün emeklerim, mahvoldu kumlarim' diyerek harakiri yapmis.
Amerikali; 'gitti çeliklerim, tonlarca çelik yikildi' diyerek tabancasini çekip intihar etmis.
Tüm bunlari izleyen Türk müteahhit de derin bir 'Oh!' çekerek yanindakilere dönmüş: '
'Iyi ki çimento koymamisim, yoksa bunlar gibi mahvolurdum'
