Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.
Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.
Bəzənmişdir yolkalar,
Onların da sözü var:
- Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.
Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.
Sözləri Hikmət Ziyanın,
Musiqisi Musa Mirzəyevindir.
Yer imleri