“Lexus” şirkəti özünün lüks modeli “Lexus LX 570”-in üçüncü nəslini rəsmən təqdim etdi.
Avtomobilin şassisi və dizaynı ciddi dəyişikliyə uğramasa da, bəzi konstruksiyalar möhkəmləndirilib.
Avtomobil 5,7 litrlik 383 at gücü olan mühərrik və 6 pilləli sürət qutusu ilə təchiz edilir. Maksimal sürəti 220 km/saat olan LX 570 100 km/saat sürətə 7,4 saniyəyə çatır.Avtomobilin standart komplektasiyasına nizamlanan faralar, ön və yan kameralar, Pre-Crash təhlükəsizlik sistemi və s. daxildir.
“Lexus LX 570” yaxın vaxtlarda bazara çıxarılacaq.
Yer imleri