Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında

    Bu Qanun Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərən fiziki və hüquqi şəxslərin auditin subyekti qarşısında mülki məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyir, onun təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

    Maddə 1. Əsas anlayışlar

    Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
    1.1. auditor - qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərən fiziki və ya hüquqi şəxs;
    1.2. auditin subyekti - auditin aparılması barədə auditorla müqavilə bağlamış fiziki və ya hüquqi şəxs;
    1.3. auditorun mülki məsuliyyətinin icbari sığortasının obyekti - auditorun göstərdiyi xidmət nəticəsində auditin subyektinə dəyən zərərə görə məsuliyyəti;
    1.4. auditorun mülki məsuliyyəti – auditor xidməti nəticəsində auditin subyektinə vurulan zərərin ödənilməsi barədə auditorun öhdəliyi;
    1.5. sığortaçı - yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədi ilə yaradılmış və qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) almış hüquqi şəxs;
    1.6. sığortalı - qanunvericiliklə müəyyən edilmiş qaydada auditor xidməti ilə məşğul olan, öz mülki məsuliyyətini sığorta etdirmək üçün sığortaçı ilə müqavilə bağlayan fiziki və ya hüquqi şəxs;
    1.7. sığorta hadisəsi - auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsində sığortalıya sığorta ödənişinin həyata keçirilməsi üçün əsas olan hal;
    1.8. sığorta haqqı - auditorun mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə (bundan sonra sığorta müqaviləsi) uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği;
    1.9. sığorta məbləği - auditor xidməti nəticəsində auditin subyektinə vurulan zərərin ödənilməsi üzrə sığortaçının məsuliyyətinin son həddi;
    1.10. sığorta ödənişi - sığorta hadisəsi baş verdiyi halda sığortaçının sığorta məbləği həddində sığortalıya ödəməli olduğu pul məbləği.

    Maddə 2. Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında qanunvericilik

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.