Dünya bir tarla, məhşər bir xarman, Cənnət və Cəhənnəm isə anbardır sanki. Dünyada yaxşılıq və pislik, çirkinlik
və gözəllik, faydalı və zərərli insanlar birgə ömür sürürlər. Axirətdə bunlar bir-birindən tamamilə ayrılacaqlar.
Bütün yaxşılıqlar, gözəlliklər, faydalı və xeyirli insanlar Cənnətə toplanacaq. Hər cür pisliklər, çirkinliklər, zərərli və xeyirsiz
insanlar isə Cəhənnəmə toplanacaq. Cənnət dünyadakı yaxşılıq və gözəlliklərin, Cəhənnəm isə pislik və çirkinliklərin
meyvəsidir. İnsan dünyada nəyi əkərsə, Axirətdə də onu biçəcəkdir. Yetişdirdiyi meyvələri dərəcəkdir.
Cənnət ALLAHIN sevdiyi xeyirli qulları üçün hazırladığı sonsuz bir mükafat yurdudur. Qulaqların eşitmədiyi, gözlərin
görmədiyi, ağla gəlməyən, xəyal belə edilməyən nemətlərlə doludur. Dünyanın minlərlə il sürən xoşbəxt həyatı Cənnət
həyatının bir anına belə dəyməz. Cənnətin açarı isə imandır. İmanı olduğu halda qulluq vəzifəsində günah edən, insanlara
pislik edən kəslər Cəhənnəmdə cəzalarını çəkdikdən sonra Cənnətə girəcəklər. Cənnət göyləri və Yeri əhatə edəcək qədər
genişdir. İçində növbənöv çaylar axar. Cənnət zümrüd kimi yaşıllıqlarla dolu bağçalardan əmələ gəlmişdir. Köşkləri inci,
yaqut və mərcanlardan inşa edilmişdir. Cənnətliklər əbədiyyən gənc, dinc və sağlam olaraq nemətlər içində üzəcəklər.
Ürəkləri istəyən hər şeyə nail olacaqlar.
Cəhənnəm inkarçı, pis, zalım və əxlaqsız insanların atılacaqları bir cəza evidir. Qurani-Kərimdə Cəhənnəm yandırıb yaxdığı
insanlar və daşlar olan bir atəş dəryası olaraq tanıdılır. Əslində ALLAHA və Axirət gününə inanmayan kafirlər üçün
hazırlanmışdır. Onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Ancaq inandığı halda nəfsinə qalib gələ bilməyən və günah
sahibi olan insanlar da cəzalarını çəkənə qədər burada qalacaqlar. Cənnət və Cəhənnəmin varlığı İlahi ədalətin gərəyidir.
Naqis insanların cəzalandırılmaması xeyirli insanlara zülümdür.
Allah heç bir bəndəsini cəzalandırmaq istəməz. Ona görə də insanlara günahlardan əl
çəkib xeyir əməllər etmələri üçün xəbərdarlıq edib. Günahlarına görə isə tezliklə tövbə etməyə çağırıb.
6 sonuçtan 1 ile 6 arası
-
11-15-2009, 12:15 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Axirət həyatı üçün
Niyə dünya ya heç ölməyəcəkmiş kimi sarılırıq və axirəti unuduruq. Niyə daha iki gün əvvəlinə qədər canım dediyimiz insanların ürəklərini qırmaqdan qorxmuruq və çəkinmirik. Niyə ən böyük günahlardan birinin qul haqqı olduğunu bildiyimiz halda hələ insanları üzməkdən, onlarla oynamaqdan imtina etmirik. Niyə bəzən sevinc bəxş etdiyimiz insanların gözündə sonsuzadək qəm kölgəsi buraxırıq.Niyə son nəfəzimizədək,səhv olduğumuz halda günahımızı boynumuza almaq istəmirk.Üzr istəməkdən çəkinirik ya bunun bizim səviyyəmizi salacağını düşünürük,ya da insan övladının hər şeydən çox önəm verdiyi qürurumuzu alçaldacağını zənn edirik.Niyə niyə niyə,,,
Əslində bu sualların cavablarını hər insan özünə görə verir. Hər yaradılış özünü haqlı çıxarıb,özünə bəraət qazandırmağa çalışır. Bəzən yalnış olduğunu bir çox şeydə bilə-bilə yalnışı haqlı etməyə çalışırıq. Amma baxaq o bizim verdiyimiz cavablar bizləri axirətdə qurtarmağa çatacaqmı. Ya da bizləri dünyada olduğumuz qədəriylə xoşbəxt etməyə yetəcəkmi. Çox çətin gəlir öz adıma. Biz daha küçədə gördüyümüz insanların arxasından dedi-qodu etməməyi öyrənə bilmədiksə, sevgi sözləri ilə insanları aldatmaqdan imtina edə bilmədiksə və ən əhəmiyyətlisi yaradılanı özu üçün deyil yaradandan ötəri sevməyi öyrənə bilmədiksə həqiqətən çox çətin axirət xoşbəxtliyimiz.
Nə olar gəlin heç olmasa insanların üzünü güldürə bilmək adına hər səhər yoldan keçən birinə sabahınız xeyir deyək ya da sevəcəksək tam mənasıyla yaradandan ötəri sevək. İnsanların haqqlarına təcavüz etməkdən qaçınaq, insanlara pis söz söyləməkdən və ürəklərini qırmaqdan çəkinək. Cəmiyyət üçün deyil heç olmasa öz xoşbəxtliyimiz üçün bəzi qeyri-mümkün görünən şeyləri öz içərimizdə həll edək və dinc bir axirət həyatı üçün sabahlara ümidlə baxaq. İnsanlığı məhvə doğru aparmayaq,özümüzü düşünməsək belə,gələcəyimizi düşünək.Gələcəkdə övladlarımıza bu cür dünya buraxmaq sizin vijdanınızı sızlatmayır.Əlinizi vicdanınıza qoyun,öz mənfəətləriniz üçün insanlığı məhv etməyin.Alçaltmayın bu kəlmənin dəyərini,daşıdığı mənaya ləkə sürməkdən çəkinin.
-
11-15-2009, 12:17 PM #2Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Axirət həyatı üçün
-
11-15-2009, 12:19 PM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Axirət həyatı üçün
Axirətə İman
Ərəb qrammatikasında son və sonra olan mənasında işlənən «Axirət» sözü axır kəlməsinin müənnəs (qadın) cinsi şəklidir. İslam ədəbiyyatında bu kəlmə o biri dünya mənasında işlənmişdir. Dünya canlıların yaşadığı əvvəlki aləm, axirət isə son aləmdir.
Allah Təala içində yaşadığımız bu dünyanı və üzərindəki bütün varlıqları keçici bir zaman üçün yaratmışdır. Bir gün dünya və dünyadakı bütün insanlar, canlı və cansız varlıqlar yox olacaqdır. Dağlar, daşlar, yerlər, göylər parçalanacaq (əl-Qaria, 101:4-5), Allahdan başqa bütün aləm sona çatacaqdır. Bu hadisələrin meydana gəldiyi günü Quran Qiyamət günü (əl-Qiyamə, 75:1) deyə adlandırır. Qiyamət günündən sonra Allahın təqdir etdiyi bir zamanda insanlar yenidən həyat taparaq qəbirlərindən qaldırılıcaq və «Məhşər» deyilən düz bir sahədə (əl-Hicr, 12:25) haqq-hesab edən Allahın hüzurunda, dünyada etdiklərinin hesabını vermək üçün toplanacaqlar (əl-Casiyə, 45:26). Hesabların görülməsindən sonra bir qism insanlar yaxşı əməlləri səbəbiylə Cənnətə, digərləri isə inkar və pis əməllərindən dolayı Cəhənnəmə girəcəklər.
Bu yeni həyatın başlayacağı gündən etibarən, bitməz-tükənməz bir halda davam edəcək olan aləmə «Axirət Aləmi» deyilir.
Bütün səmavi dinlərdə olduğu kimi ən son və ən mükəmməl din (əl-Maidə, 5:3) olan İslama görə də meydana gələn ayə və hədislə və bütün ümmətin fikir birliyi ilə qəti olan axirət gününə inanmaq, imanın şərti olaraq fərzdir.
Axirət günü deyilincə:
1. Bu aləmin tam yox olması və həyatın təmami ilə sona çatması.
2. Axirət həyatının başlanması.
Axirət həyatı deyilincə də:
a. Canlılar üçün axirət həyatının başlanğıcı olan ölüm bərzəx Aləmi, qəbir həyatı.
b. Sura üfürülməsi və hər kəsin təkrar dirilərək qəbirlərindən qalxıb məhşər meydanında toplanması.
c. Dünyada yaxşılıq və ya pislik cinsindən edilən işlərin qeyd edildiyi əməl dəftərinin sahiblərinə oxudulması.
d. Yaxşılıq və pisliklərin dartıldığı mizanın (tərəzi) qurulub əməllərin dartılması.
e. Bütün insanların üzərindən keçmələri məcbur olan Sirat körpüsündən keçiş.
f. İmanlı və əməli yaxşı olanların gedəcəyi Cənnət.
g. İmansız və əməli saleh olmayanların gedəcəyi Cəhənnəm.
h. Peyğəmbərimizin (s.a.s), seçilmiş mömünlərlə birgə başında durduğu Kövsər hovuzu.
Gözdən qeyb olan şeyə qeyb deyildiyi kimi, idraki mümkün olmayan, insan biliyi xaricində qalan şeyə də qeyb deyilir. Bir şeyin qeyb olması Allaha görə deyil, insanlara görədir. Çünki Allahdan gizli qalan heç bir şey yoxdur. O, qeyb və şəhadət aləmini bilir. (Əl-Həşr 59/22) Qurana görə varlıqlar iki qisimdir: Qeyb aləmini meydana gətirən - görülməyən və idrak edilməyən varlıqlar və şəhadət aləmini meydana gətirən - görülüb, idrak edilən varlıqlar.
Qeyb aləminə aid varlıqlar iki qismdir:
1. Bir qisminin dəlili yoxdur.Varlığını ancaq Allah bilir, duyğu üzvləri ilə idrakı mümkün deyildir. «Qeybin açarları onun yanındadır, onları ondan başqası bilməz» (əl-Ənam, 6:59).
2. Bir qism varlıqlar da idrak edilə bilməz, ancaq varlıqları dəlillərlə anlaşıla bilər. Allahın sifətləri, Axirət, Cənnət və Mələklər kimi. Bu cür qeyb xəbərlər peyğəmbərlərə vəhy yolu ilə bildirilir. Onlar da ümmətlərinə bildirirlər. Mömünlər özlərinə vəhy yolu ilə bildirilən qeybə aid xəbərlərə inanmaq məcburiyyətindədirlər. Mömün inanan insan deməkdir. Bu xəbərlərə isə inanmamaq küfrdür.
Həyatının başlanğıcı və sonu olmayan ancaq Allahdır. Bu aləmin də bir gün yox olacağı dəqiqdir. Sonradan meydana gəldiyi bilinən bu aləm üzərindəki dəyişikliklər, zamanla insan, heyvan, bitkilər və bütün varlıqların ölməsi və yox olması, zəlzələlər və s. bu aləmin bir gün yox olacağının dəlilləridir. Bu cür hadisələr insan iradəsinin və gücünün xaricində olan hadisələrdir.
Başlanğıc etibariylə yoxdan var olduğunu qəbul etdiyimiz bu aləmin, yox olduqdan sonra təkrar yaradılması məntiqə uyğundur. Çünki onu yoxdan yaradan Allah, onu həlak etdikdən sonra təkrar yaratmağa əlbəttə qadirdir. İnsan da öldükdən sonra təkrar, Allahın izni ilə diriləcəkdir. Quranda təkrar dirilməyə dair bir çox ayə vardır:
«(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!"» (Ya sin, 36:79)
Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyəcandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər erəcəkdir. (əl-Ənam, 6:60)
İnsanın boşuna yaradılmadığını: «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?»(əl-Muminun, 23:115), başıboş buraxılmadığını: «Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!» (əl-Qiyamə, 75:36), hər nəfsin ölümü dadacağını, inanan və yaxşı əməllər edən insanların mükafatlandırılması və kafirlərin də cəzalandırılması üçün təkrar diriləcəklərini bildirən (Ali-imran, 3:185; Yunus, 10:4; əl-Leyl, 92:4) ayələr də axirət həyatının dəlilləridir.
Məxluqatın ölüb yox olduqdan sonra təkrar dirilmələrindəki hikmət, mükəlləflərin bu dünyada iradələriylə qazandıqlarının qarşılığını görmələridir. Çünki bu dünya qazanc və əməl dünyasıdır. O, biri dünya isə edilənlərin qarşılığının görüləcəyi yerdir.
«Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir» (Ali-İmran, 3:185).
İnsanlar bu dünyada ruzi axtarışlarında, işlərində, əcəllərində, xoşbəxtlik və bədbəxtliklərində çox fərqli bir yaşayış içindədirlər.
Axirətə iman kainatta meydana gələcək olan qorxunc inqilabın qəti olduğunu qəbul etməkdir. Bu dünya həyatı tamamilə sona çatıb, başqa bir həyat başlayacaqdır.
Əli ibn Abu Talib (r.a) axirəti inkar edən birisinə belə demişdir: «Mənim dediyim olarsa sonunda sən zərər görərsən. Fəqət sənin dediyin olarsa, mən zərər görməyəcəyəm».
Axirət inancı, insana irililəmə və inkişaf etmə yolunda böyük bir güc qazandıran mükəmməl bir inanc növüdür. Allah Təala buyurur: «Hər kim inanaraq axirət həyatı istər və onun üçün lazımi şəkildə çalışarsa, onun əməyi mükafatla qarşılanar» (əl-İsra, 17:19)
İnsan həyatı ilə dünyanın varlığı, ancaq sonunda bütün edilənlərin sorğu-sual ediləcəyi bir axirət həyatının olması ilə anlam qazanır. Əks halda həyatın və dünyanın heç bir mənası olmayacaqdır. Bu da insanları ümidsizliyə, inamsızlığa sürükləyər. Ölüm yeni bir həyatın başlanğıcı deməkdir. Axirət inancı ilə insanın bu dünyadakı həyatına bir anlam verilir. Beləki insanın yaşayışı da böyük bir nizam ilə tənzimlənir. Axirətə iman insana sonsuzluğun yolunu açarkən ölümü də ən incə təfərrüatına qədər açıqlayaraq bir son olmadığını bildirməkdədir. İnsan dünya həyatında etdiyi bütün əməllərinin qarşılığını o gün görəcəkdir. «Kim zərrə qədər yaxşılıq edərsə onu görəcək və Kim zərrə miqdarı pislik edərsə qarşılığını görəcəkdir» (əz-Zilzal, 99:7-8)
Beləcə axirətə iman insana böyük bir ümid qaynağı olduğu kimi onu ədalətə və sonsuzluğa inandırır. Bu da adil, dürüst və sağlam bir toplumun meydana gəlməsinə səbəb olur.
-
11-15-2009, 12:22 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Axirət həyatı üçün
Əl-İnsan sürəsində cənnətin təsfiri
1-İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
2-Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
3-Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).
4-Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq.
5-Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər.
6-O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
7-Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar.
8-Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
9-(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
10-Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”
11-Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
12-Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
13-Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.
14-(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
15-(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
16-Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə büllur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
17-Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.
18-(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.
19-Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.
20-(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən.
21-(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
22-(Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!”
23-(Ya Peyğəmbər!) Həqiqətən, Biz Quranı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.
24-Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə!
25-Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
26-Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!)
27-Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər.
28-Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik.
29-Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar).
30-(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
31-(Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır!
Qeyd: Əziz Müsəlman bacı və qardaşlar. Əgər sizə oxumaq əziyyət olarsa o zaman 11-22 ayələri oxuyun və cənnətin gözəlliklərini təsəffür edin. Cənnət mükafati sözlə deyiləsi və şəkillərlə ifadə olunası deyil. Bizim düşündüyümüzdəndə gözəldir. Halbu ki, ora getmək bizim hər birimizin öz əlimizdədir. Sizcə belə yerdən imtina etmək olarmı? Elə isə dünya nəfsinə uyub axirəti unutmayın. Axirət daha xeyirli və əbədidir.
-
11-15-2009, 12:25 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Axirət həyatı üçün
Cəhənnəm və Cənnət

Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Uca Allahın insanlara haqq dinlə göndərdiyi müqəddəs peyğəmbərə Məhəmmədə Allahın salavatı və salamı olsun! Hər bir müsəlman Rəhmli və Mərhəmətli Allaha, kainatı və insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına və yalnız Onun tərifə və ibadətə layiq olduğuna inanmalıdır. Müsəlman Allahın mələklərinə onların nurdan yaradıldığına və onların Yaradanın hər bir əmrini yerinə yetirmələrinə, Onun Kitablarına Zəbura, Tövrata, İncilə və Qurana inanmalı və Allahın müqəddəs Quranda yazılan hökmlərinə tabe olmalıdır. O, Tanrının peyğəmbərlərinə və elçilərinə inanmalı, peyğəmbərlərin sonuncusu olan Məhəmmədin (S,ə.v.) göstərişlərinə əməl etməli, həmçinin xeyrin və şərin Allahdan olmasına və hər şeyin Onun iradəsi ilə baş verməsinə şübhə etməməlidir. Həmçinin o, Allahın insanları yenidən dirildəcəyi və öz əməllərinə görə Onun qarşısında cavab verəcəkləri və həqiqətin aşkara çıxacağı Axirət gününə də inanmalıdır. Bu böyük gündə möminlər Cənnətə girəcək, kafirlər isə Cəhənnəm odu üçün yanacaq olacaqlar.
Bu gün insanların çoxu Allaha və Məhəmməd Peyğəmbərə (s.ə.v.) inandıqlarını bildirərək: Lə ilahə illə-llah, Muhəmmədən rəsulullah şəhadətini gətirirlər, amma Axirətə inanmırlar. Onlar həmçinin Cəhənnəmə və Cənnətə də şübhə edirlər və buna görə də tez-tez belə sözlər işlədirlər: Cəhənnəm də burdadır, Cənnət də.
Ey Allahın qulu! Sən insanların öz əməllərinin bəhrəsini görə bilməsi üçün yaradılmış Cəhənnəmə və Cənnətə inanmayana qədər sənin imanın düzgün olmayacaq. İnsan yerdə nə Cəhənnəmin dəhşətini, nə də Cənnətin nemətlərini görə bilməz, amma onların həqiqiliyini müqəddəs Quranın bir çox ayələri sübut edir. Cəhənnəmə və Cənnətə inanmayan müqəddəs Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, Peyğəmbərləri də inkar etmiş sayılır
Cəhənnəmdən qorunma
Uca Allah deyib: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (ət-Təhrim,6). Allahın bu sözlərini eşidən hər kəs fikirləşməli və özünü oddan qorumaq üçün yaxşı işlər görüb günahlardan çəkinməlidir.
Ey Allahın qulu! Nə qədər ki, nəfəsin gedib-gəlir, əllərin sözünə baxır və ağzın söz tutur, üzünü Tanrıya çevir və özünü Cəhənnəmin odundan heç olmasa xurma qabığı ilə, bunu da tapmasan, xoş sözlə qoru.
Uca Allah deyib: Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun! (əz-Zumər,16). Həqiqətən, Cəhənnəmin siması dəhşətlidir! İbn Abbas rəvayət edirdi ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Günəşin tutulması baş verəndə mən od gördüm. Mən, bundan dəhşətli mənzərə görməmişdim! (Müslim). Peyğəmbər, həmçinin deyib: Qiyamət günü yetmiş min səbəbi olan Od gətiriləcək. Hər səbəbi yetmiş min mələk sürükləyəcək (Müslim)
Təsvir edilməyən xoşbəxtlik
Uca Allah deyib: Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. Onlar orada taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur ki, onları (sahiblərinə) münasib ölçüdə etmişlər. Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (Zəncəfil) orada bir çeşmədir ki, Səlsəbil adlanır. Onların dövrəsində həmişəcavan (xidmətçi ) oğlanlar olacaqdır. Onları gördükdə sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən. Əyinlərində taftadan və atlasdan yaşıl libaclar olcaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (Onlara belə deyiləcəkdir
Bu sizin mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur! (əl-İnsan,11-22).
Əbu Hüreyrə danışırdı ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Böyük və Qüdrətli Allah deyib: Mən öz mömin bəndələrimə gözün görmədiyi, qulağın eşitmədiyi və ruhun hiss etmədiyini hazırlamışam. Əgər inanmırsınızsa oxuyun: Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlanıldığını heç kəs bilməz! (əs-Səcdə,17) (Əl-Buxarı, Müslim).
-
11-24-2009, 12:09 AM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Axirət həyatı üçün
İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
Axirət Nədir?
İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
İnsan Uca Allahın hər şeyi xidmətinə verdiyi ən dəyərli varlıqdır. Elə isə insan ancaq yaşayıb, əylənib, sonunda da yox olmaq üçün yaradılmamışdır. Qurani- Kərimdə buyurulmuşdur:
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!? [Qiyamət surəsi, 36]
Bu da insanın bir məqsəd üçün yaradıldığını göstərir.
Yenə Qurani-Kərimin bildirdiyinə görə,
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).? [Zəlzələ surəsi, 7-8]
Bu da insanın dünyada ikən etdiyi hər əməlinin hesabını verəcəyini təsdiq edir.
İslama görə bu dünya bir imtahandır. Pis və yaxşı insanlar biri-birindən fərqləndirilib seçilməsi üçün bu dünyada imtanhandan keçirilir. Dünya həyatında sonra tam ayrı və sonsuz bir həyat başlayacaq. Axirət bu sonsuz həyatın adıdır.
Hər insan doğular, böyüyər, yaxşı və ya pis bir həyat yaşayar və sonunda ölər. Dünyamız da eynən bir insan kimi ölümlüdür. Bir gün dünyanın da ömrünün sonu gələcək, bütün planet bir anda yox olacaqdır. Biz bu günə Qiyamət günü deyirik. Daha sonra Uca Allah sonsuz qüdrətiylə yeni bir aləm yaradacaq. Bu yeni aləmdə insanlar dünyadəykən etdiklərinin hesabını verib, yaxşılıq və pisliklərinin qarşılığını görəcəklər. Axirətə iman, öldükdən sonra diriləcəyimizə, dünyadaykən etdiklərimizə görə sorğu-sual ediləcəyimizə və sonunda cəzalanacaq və ya mükafatlanacağımıza inanmaqdır.
Hər insan əcəli gələndə ölər. Ölüm insanın yox olması demək deyildir. Yalnız ruhun bədəndən ayrılması və sonsuz bir aləmə köçməsidir.
İnsanın ölümüylə bədəndən ayrılan ruh, Axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Qəbirdə Münkər və Nəkir adında iki mələk insana bir sıra önəmli suallar verərlər. Bu sualların başlıcaları:
Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Kitabın nədir??
suallarıdır. Dünyadaykən iman edib xeyir işlər görənlər bu suallara doğru cavab verərlər. İmanı tam olmayanlar isə bu suallara doğru cavab verə bilməzlər. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.a.v) qebirdə inasanların bu fərqli hallarını belə təsdiqləməkdədir:
Qəbir hər insan üçün dünyadakı durumuna görə ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur?.
Bundan aydın olur ki, hər insan vəziyyətinə uyğun olaraq qəbir həyatı yaşayacaqdır.
Qiyamətin qopma zamanı gələndə İsrafil adlı mələk Sur adı verilən bir alətə üfləyəcəkdir. Beləcə bütün Yer kürəsi alt-üst olub, bütün canlılar öləcək. İsrafilin ikinci dəfə Sura üfləməsi ilə yeni bir dünya qurulacaq və bütün ölülər diriləcək. Məhşər adı verilən böyük bir meydanda toplanacaqlar. İnsanların dünyada etdikləri hər şey bir səhifə içərisində özlərinə veriləcək. Böyük bir məhkəmə qurulacaq. İnsanlar muhakimə ediləcək. Ömrünü nə yolda bitirdiyi, elmi ilə nələr etdiyi, malını necə qazanıb hara xərclədiyi, vücudunu hansı yollara sərf etdiyi soruşulacaq. Bu məhkəmədə heç bir şeyi inkar etmək mümkün deyil. Çünki insanın əli, ayağı, gözü, qulağı hətta günah etdiyi yerləri dilə gələcək, əməllərinə şahidlik edəcək. Bir-birilərini qarşı insanların şahidliklərinə də yer veriləcək. Daha sonra insanların etdikləri xeyir və şər əməllər necə olduğunu dəqiq bilmədiyimiz bir tərəzidə ölçüləcək. Etdiyi yaxşılıqlar ağır gələnlər Cənnəti, pis əməlləri ağır gələnlər isə Cəhənnəmi qazanacaqlar. Bu tərəziyə Mizan deyilir.
Bundan sonra Cəhənnəmin üzərində necə olduğunu Allahdan başqa kimsənin dəqiq bilmədiyi bir körpü qurulacaq. İnsanlar savab əməllərinə görə fərqli vəziyyətlərdə bu Sırat deyilən körpüdən keçəcəklər. Bəziləri ildırım surətilə keçib Cənnətə girəcəklər. Pis insanlar isə Sıratı keçə bilməyəcək və Cəhənnəmə yuvarlanacaqlar.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla


Yer imleri