Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Ana ömür boyu daşıyar, övlad bir dəfə..!

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika United States
    Mesajlar
    2.811

    Ana ömür boyu daşıyar, övlad bir dəfə..!

    Ana ömür boyu daşıyar, övlad bir dəfə..!.

    Ah analar.. analar..
    Nələr daşıyır nələr…
    Bir ana əvvəla körpəsini qarınında daşıyar
    Bu yükündən heç vaxt yorulmaz.
    Yükü getdikcə ağırlaşdığı halda onun sevinci və həyəcanı artar

    Nəhayət körpəsini dünyaya gətirər ondan sonra da qucağında daşımağa başlar Ana qucağı körpə üçün ən isti ən təhlükəsiz bir limandır Ana üçün də daşıdığı yüklərin ən şirini ən gözəli və ən yüngülüdür

    Körpəsini qucağında daşıyan bir ana dünyanın ən qiymətli yükünü daşımaqdadır Bir ana körpəsinin bədənini qucağında daşıyarkən sevgisini də ürəyində daşımaqdadır

    Bir müddət sonra körpə qucaqdan enər öz ayaqları üstündə getməyə başlar Amma ananın daşıma vəzifəsi sona çatmamışdır Bir neçə addım atdıqdan sonra yorulan balasını bu dəfə də kürəyində daşımağa başlar

    Anaların yükü heç bir zaman azalmaz Tarlada əkin daşıyar bağçadan meyvə daşıyar bazardan ərzaq daşıyar bu vaxt balasını da həmişə kürəyində daşıyar



    Evin içində belə həm işini edər həm kürəyindəki uşağına baxar

    Uşaq böyüyər məktəbə başlar amma ana onu daşımağa davam edər
    Əvvəl əlindən tuta məktəbə aparar qeydini etdirər
    Ondan sonra da aylarla onunla birlikdə məktəbə qədər gedər gəlir
    Bu vaxt da uşağının çantasını daşıyar bəslənməsini daşıyar İbtidai təhsilin ilk illəri də belə keçər

    Uşaq bir az daha böyüyər cavan olar məktəbi bitirər universitetə gedər Ailəsindən uzaqda yaşamağa başlar
    Amma anası onun yükünü daşımağa davam edər

    "Görəsən övladım oralarda necə yaşayır nə yeyib nə içir gecələri üstünü kim örtür?" deyə bu dəfə də onun qayğısını daşıyar

    Məktəb bitər
    "Görəsən uşağım bir işə girə biləcəkmi?" deyə dərdini daşıyar

    Oğulunu əsgərə göndərər əsgər anası olmanın qürurunu başında daşıyarkən eyni zamanda həsrətliyini ürəyində daşıyar
    Qızını gəlin edər oğuluna gəlin alar övladlarının kürfətini görmənin sevinc və həyəcanını daşıyar

    Bir ana üçün "Oğulunu evləndirdi qızını gəlin etdi artıq qayğını atdı bundan sonra daşıyacaq yükü qalmadı" deməyin əsla Ana bu…

    Onun yükü bitərmi heç?



    Bir müddət sonra nəvələri olar bu dəfə də onları daşımağa başlar

    "Balamın balası" deyərək nəvələrini bağrına basar qucağına alar qucağından endirmək istəməz

    Ürəyində isə həm övladının həm də nəvələrinin sevgisini daşımağa davam edər

    Anaların da bir anası və atası vardır

    Yaşları neçə olsa olsun onlar da ana atalarının uşaqlarıdır Onları itirdikləri zaman özlərini yetim və yetim hiss edərlər

    Ürəklərindəki hüzn ürəklərindəki həsrətlik yükü artar Ondan sonra da ömür boyu bu yükləri daşımağa davam edərlər

    Onsuz da ömür dediyinizdə nədirki?
    Bu qədər təlaş içində bir su kimi axıb gedər

    Bir də baxmısınız analar da yolun sonuna gəlmiş artıq daşıma işləri sona çatmışdır

    Yüklərini dünya xanında buraxarlar əmanəti sahibinə təslim edərək əbədi aləmə doğru yola çıxarlar

    Analar övladlarını əvvəl qarınında sonra qucağında sonra kürəyində və daha sonra da ürəyində daşıyarkən

    Övladlar analarını bir dəfəyə məxsus olmaq üzrə çiyinində daşıyar

    Not: Əgər yazını oxudunuzsa, Ananız yanınızdadırsa onu çox sevdiyinizi söyleyin. Baxın çox rahatlıyacaqsız.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Ana ömür boyu daşıyar, övlad bir dəfə..!


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.