Əsas məzmuna keç
6 sonuçtan 1 ile 6 arası

Daha Gözəldir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Daha Gözəldir


    Sevmək gözəl şeydir doğrusu, sevə bilmək gözəl
    Könlünün bütün çiçəklərini açıb verə bilmək daha gözəl


    Görmək gözəl şeydir doğrusu görə bilmək gözəl
    Bəzən tənqid etsək də məsləhət verə bilmək daha gözəl


    Eşitmək gözəl şeydir doğrusudu,eşidə bilmək gözəl
    Kiçik bir əsər,musiqi ya da fon ala bilmək daha gözəl


    Yazmaq gözəl şeydir doğrusu yaza bilmək gözəl
    İçindəki dərdi, kədəri, ,ümümü nə varsa tökə bilmək daha gözəl


    Qalmaq gözəl şeydir doğrusu ,qala bilmək gözəl
    Hər nə qədər sənə acı versə də ,dayana bilmək daha gözəl


    İnanmaq gözəldir doğrusu,inana bilmək gözəl
    Nə yaşasan yaşayasan özünə güvənə bilmək daha gözəl


    Həyat hər şeyiylə gözəldi.bəzən sevinc,bəzən kədəri ilə,bəzən eniş,bəzən yoxuşu ilə,bəzən müvəffəqiyyət,bəzən də uğursuzluqları ilə.İnsan övladı dəyişir günbəgün.Hər gün bir cür yenilik çıxır ortaya.Həyat dəyişir insanlarla birgə.Biz insanlar dəyişirik dünyanı.Gedirik yeniliyə və müasirliyə doğru itirərək bir çox dəyərləri.Duymuruq artıq əvvəl duyduğumuz sevincləri,bir başqa olur sanki hər şey yaş ötdükcə.Bizim üçün deyil yalnız hər kəs üçün dəyişir dünya.Marağını itirir sanki hər şey.İtitrir sevinc,xoşbəxtlik öz mənasını həqiqətdə.Əvvəl kiçik şeylərlə öyünüb sevinməyi bacarırdıqsa,uzun çəkən sevinc artıq bir neçə saatlıq olub.

    Süniləşir bütün duyğular.Nə dərəcədə doğru olduğunu bilmirəm sadəcə mövzumu eşitdiyim bu fikirlə sona yetirmək istəyirəm.”Axirətə yaxınlaşdıqca hər şeyi bir-bir alacam qullarımdan.Mehribançılığı,ruzunu,sevinci və s.”Yenə də vurğulayım özüm oxumamışam,sadəcə eşitmişəm.Düşünürəm ki,fikirlərimi təqzib edən olmayacaq.Sadəcə düşünün,pul belə öz bərəkətini itirib.İndi 1 manata dilənçi belə yaxın durmadığı halda,bir neçə il öncəsində bu pul bizim üçün nə idi.


    Ətrafınıza nəzər salın və nə kimi dəyərlərin öz əvvəlki mənasını itirib sizə görə nə dəyişib.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Daha Gözəldir

    Sozlerinde dogrudanda cox boyuk heqiqet var hec neyin evvelki kimi deyeri qalmayib cox tessuff

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Daha Gözəldir

    Cox şey deyerini itirib en piside odu ki insanlara olan inam da itmeye başlıyır dünen dostun hesab etdiyin bu gün sene ele hereket gösterer ki quruyub qalarsan
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Daha Gözəldir

    dogrudur,zaman cox deyisib deyirik,ama zaman ele hemenki zamandir,zamani deyisdirende insanlardir. insanlarin coxu harinlayib.heyatda hersey pul deyildirki. ama mence yenede hayatda saf temiz duygular vardir,ve herseyin dadida vardir zovude,sadece biz bunu duymagi bacarmaliyiq.cetinlikler olmasada heyatin siirnlikleri bir o qdere sirin gelmez. heyatda bir seye biz ozumuz deyer verib deyerlendiririk,mene qiymetli olan varliqlarin deyeri menim ucun hemise evezsizdir, zamandi,insanlardi nece deyisir deyissin,menim fikrim cox seyde deyismeyim.sevmediyim muhitden uzaq qaciram hemise. hayat coox gozeldir,onu dahada gozel edense bizik. yasamaq gozeldir. yasmagai dahada gozel eden ise bizim yasama eskimizdir.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Daha Gözəldir

    Heyatdan zovq almaq lazimdi. Ama menali ishlerle. Bezen bunun mene ziyani yoxdu dediyimiz sheylerin bashqalarina zerer vurdugunun ferqine varmiriq. Elbetteki iyne vurub, neshe cekib zovq almaqdansa ilıq vannada yuxuya getmek hem daha zovqlu hem daha saglamdir. Bu sadece kicik bir misal idi.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Daha Gözəldir

    Alıntı kombat80 Nickli Üyeden Alıntı
    Heyatdan zovq almaq lazimdi. Ama menali ishlerle. Bezen bunun mene ziyani yoxdu dediyimiz sheylerin bashqalarina zerer vurdugunun ferqine varmiriq. Elbetteki iyne vurub, neshe cekib zovq almaqdansa ilıq vannada yuxuya getmek hem daha zovqlu hem daha saglamdir. Bu sadece kicik bir misal idi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.