9 sonuçtan 1 ile 9 arası

İtirmə qorxusu

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İtirmə qorxusu


    İtirmə Qorxusu
    Eşq bir yumaq halına gəlib boğazına sarılar insanın bəzən. İşlər həll edilməz haldadır və bu insanı istəmədiyi şeylər etməyə məcbur edər çarəsiz. Biri-birinin ardınca edilən səhvlərin ən böyük səbəbi isə itirmə qorxusudur. Bu qorxu bir dəfə girdimi insanın ürəyinə o andan sonra ağıl və məntiq sürgünə göndərilmiş iki məhkuma çevrilər birdən.

    Siz eşqinizə sahib çıxmağa çalışdıqca o gedərək böyüyər və bir müddət sonra yumağın ipləri boğmağa başlar insanı. Xilas ola bilmək üçün çırpındıqca bir başqa canavarın-qısqanclığın əllərinə təslim olarsınız.

    Elə bir canavardır ki qısqanclıq, bərabərində narahatlığı da gətirər. Beyni böcək kimi gəmirən sualların başlıca qaynağı da qısqanclıqdır. Tərk edilmə ehtimalınız çoxaldıqca suallar artar. Qəti və dəqiq cavabı yoxdur heç bir problemin. Onun bir başqasıyla ola bilmə ehtimalını, bir başqasıyla sevişə bilmə ehtimalını düşünmək, yuxusuz gecələrin, səmərəsiz günlərin xəbərçisidir.

    Məntiq və ağıl sürgündəykən sizi tərk etmə ehtimalı olan sevgilinin hər davranışı, hər sözü yalnız və yalnız qısqanclıq süzgəcindən keçiriləcək.

    Bir zamanlar kiçik oyunların, eşqə qatılan dadın səbəbi olan qısqanclıq, sevgiliyə düşmənlik etməyə səbəb olacaq artıq. Və düşmənlik insanın içindəki şiddəti qızışdıracaq əlbəttə.

    Qısqanclıq atəşini basdırmağa qalxmaq, başqa şeylərlə maraqlanar kimi görünmək bataqlıqdan çıxmağa çalışan insanın hərəkət etdikcə palçığa daha da basdırılmasına bənzər. Səhv, səhv üstünə əlavə olunar. Məntiq və ağılın ardından mənlik və şəxsiyyət də çıxar sürgünə. Siz sevgilini itirməmə uğruna dəyişməyə çalışdıqca ürəyinizdəki narahatlıq sizi yerinizdə bir dəqiqə belə otura bilməz hala gətirər. Üstəlik dəyişmək uğruna edilən səhvlər sevgilini itirmə ehtimalını daha da gücləndirər.

    Qısqanclığa tamamilə təslim olmusunuz artıq. Bu nöqtəyə necə gəldiyinizi xatırlamazsınız belə. Hansı hadisə, hansı adam səbəb olmuşdur bir əhəmiyyəti də yoxdur artıq. Şiddət yavaş yavaş özünü göstərməyə başlar.

    Özünüzə ya da ona zərər vermə duyğusunun sahilində gəzib dayanarsınız.

    Bu duyğudan xilas olmanın tək yolu, bütün bunlara mövzu olan sevgilidən xilas olmaqdır. O sevgilinin tikdiyi amma üzərinizə tam oturmadığını bildiyiniz halda geyməkdə israr etdiyiniz eşq geyimini çıxarmanın zamanı gəlmişdir. Bu məhbusluğu yaşamaqdansa qar altında çılpaq qalmaq çox daha yaxşıdır. Və əlbəttə, üzərinizə tam oturan bir geyim, bir yerlərdə sizi gözləməkdədir...
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İTİRMƏ QORXUSU

    istemediyi seyleri etmeye mecbur edir

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: İTİRMƏ QORXUSU

    emin sagol cox güzel ve dogru bir yazıydı...
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: İTİRMƏ QORXUSU

    Qisqancli yaradan sevgiliden el cekmek yerine olmaz ki, o sevgili qisqancliqa zemin yaratmasin ??? Bu heyatta sevgilisini ve ya heyat yoldasini qisqanmayan kisi var mi ?? Yoxsa men sehv fikirlesirem!!!!!!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: İtirmə qorxusu

    Cox qisqanmaq mence xestelikdi. Birde xain xoflu olar deyib atalar. Ay oğlanlar niye cox qisqanirsiz ki? Aaaaaaaaa bildim sizin o qeder sehf hereketleriniz var ki qorxursuz Hami qisqanir ama heddi var kecdi mi apar qaytar...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: İtirmə qorxusu

    her sey qederinde gozeldir.birseyden asiri cox olanda dadi qacir.normasindaise normal haldir.qisqanclik mence itirmek qorxusundan deyil.sadece sevgiden dogur.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İtirmə qorxusu

    sexsen meni qisqanmasa men ele fikirleserem ki o meni sevmir ,sevgide 1 ci qisqancliq olur ,ister qiz ,ister oqlan ozunemexsus sekilde qisqanir ve bu da cox gozeldi

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: İtirmə qorxusu

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Cox qisqanmaq mence xestelikdi. Birde xain xoflu olar deyib atalar. Ay oğlanlar niye cox qisqanirsiz ki? Aaaaaaaaa bildim sizin o qeder sehf hereketleriniz var ki qorxursuz Hami qisqanir ama heddi var kecdi mi apar qaytar...
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318

    Re: İtirmə qorxusu

    Alıntı Sindy Nickli Üyeden Alıntı
    her sey qederinde gozeldir.birseyden asiri cox olanda dadi qacir.normasindaise normal haldir.qisqanclik mence itirmek qorxusundan deyil.sadece sevgiden dogur.
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.