1 sonuçtan 1 ile 1 arası
-
10-06-2008, 02:02 PM #1Junior Member
- Üyelik tarihi
- Oct 2008
- Mesajlar
- 2
Tahir TALIBLI
Tahir Talıblı
Enidbi tanrıdan,haqdan
Dərddi yenə bizə gəlir,
Gedən aldanışa gedir,
Gələn hələ duza gəlir.
Mayası qudurub nəfdən
Kefcili bayılıb kefdən,
Əzrayılla hər tərəfdə
Adamlar üz-üzə gəlir
Beləcə dogub törəyib
Qurdu qəmgin,quşu qərib
Bizi yiyəsizmi görüb
Ölüm üstümüzə gəlir
07-08 mart 2008
Tahir Talıblı
Yazı-haqq təala ilə öz arasındakı
məsafəni,vaxtı görə bilməkdi
Dünya min ilki dünyadı
Elə bildirki dünyadı
Bir üzdə iki dünyadı
Yoxdandımı,haqdandımı
İçimdə yollar yorulub,
Gözümdə göylər yumulub,
Qırılan haqdan qırılıb
Azdandımı,çoxdandımı
Agırı quşlar götürmür,
Qurunu yaşlar bitirmir,
Mənimki başdan gətirmir,
Bəxtdəndimi,vaxtdandımı.
2005
Tahir Talıblı
Haqsız qaldım,muzdsuz gəzdim
Əlim haqqa yetər eylə
Axırda canımdan bezdim
Yadı mənnən betər eylə
Yetim quzutək teyləndim,
Bəxtə,yigvala söykəndim
Gəldim,qapında əyləndim
Ya sat,ya da nökər eylə
Gəlmişdim ki,haqqı bulum,
Ədəb görüm,ərkən bilim,
Gördüm min yol yeydi ölüm
Apar lap təzə tər eylə
2005
Tahir Talıblı
Hər adam dərdi tanımaz,
Dərd tanımaz hər adamı
Dərdlər var ki,qəbirdə də,
Gəlib yoxlayar adamı
Ürəyimə düşən çatlar,
Içimi yüz yerdən odlar
Bir-birindən yeyik dərdlər
Diri saxlayar adamı
Bir gün məni də duyallar
Duyub şeytanı söyəllər
Elə belə də deyəllər
-bu ruhuymuz.qar adamı?
Tahir Talıblı
Bu tale dediyin nədi
Bir əlcə varaqdı yoxsa?!
Bir üzü qara yazılı
O bir üzü agdı yoxsa?!
Gedən yollar uzaqdımı,
Gələn günlər sazaqdımı
Mənimki yaşamaqdımı
Adıcə maraqdı yoxsa?!
Ömürdə bir ömür deyil,
Səbirdə bir,dəmir deyil,
Son yerimiz qəbir deyil,
Bir qızıl otaqdı yoxsa?!
Tahir Talıblı
Bir kimsə bilməz necəsən,
Xəbər yox halınnan sənin
Yarandı küllü-kainat,
Bir kəlmə olunnan sənin.
Biz kimik,heçik gedirik,
Zamannan keçib gedirik,
Beləcə,köçüb gedirik
Sagınnan solunnan sənin
Olanlar,Mövlam,xoş oldu
Mənim də peymanım doldu
Tahir bir xatasız quldu
Nə gələr qulunnan sənin
2006
Tahir Talibli
Qorxu
Gedirsən yoluna çıxır,
Durursan qarşına gəlir,
Qorxudu,qorxduqlarındı
Hamısı başına gəlir
Dagına daşına gələnlər,
Qurduna quşuna gələnlər,
Sonda başına gələnlər,
Əvvəldə tuşuna gəlir
Azında çoxun qurtarır,
Gözündə yuxun qurtarır,
Elə ki,qorxun qurtarır,
Ölümdə xoşuna gəlir
2007
Tahir Talibli
Gedən Süleymanlar,şahlar,
Dönən,taxtdı,taxtdı
Sənə güvəndiyim daglar,
Sənə də gümanım yoxdu
Gəldi də yaşımız çatdı,
Pisimiz,yaxşımız çatdı,
Insanı yaşadan baxtdı
Qəhr edən də baxtdı,baxtdı
Torpaq altda itəsiyik
Haqdan birdə bitəsiyik
Bir də çıxıb gedəsiyik
Desələr ki,vaxtdı,vaxtdı
2007
Tahir Talibli
Öz içimnən başladıgım
Sona çatıb yürüş daha
Butalamaz ayrılıqlar,
Kama yetməz görüş daha
Öz-özünə kim qocalıb,
Daha əllərim qocalıb
Içimdə içim qocalıb
Gətirəmmir duruş daha
Içibdi eşqin camını,
Dadıbdı dərdin tamını
Tanrının bu adamını
Göy üzünnən soruş,- daha
2007
Tahir Talibli
Yerin tanrının yanımı
Beləcə ucadı bilmədim,
Istədim açım qapını
Halın necədi bilmədim
Yeddi qat sirrər oyatdı
Yeddi dag,bələn oynatdı,
Sözün içimi göynətdi
Könlün incədi bilmədim
Çixmaqnan bitməz hər yoxuş
Bitməz,saqqalı agarmış
Bizdən öncə ölüm varmış
Ölüm öncədi bilmədim
2007
Ay,Tanrı,məni quş elə
Bagla bir quş qanadına
Təzədən birdə quş elə
Bir gözəl qız inadına
Dünya məni əndirsin qoy,
sonra köntöy dindirsin qoy
sonra,yenə mindirsin qoy,
bir dəlisoy cin atına
Sular dəyə-dəyə gedir,
daşı döyə-dəyə gedir,
hamı gizlənməyə gedir,
bəlkədə torpaq altına
Qəmnən dogulacaq şairlər hələ,
nə qədər dünya var,pərti olacaq
bəlkədə dünyada sonuncu şair,
dünyanın sonuncu dərdi olacaq
2002kglkljk;;;;;;


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri