Fəryada Gəlin Nazlı Nigarım Gedir Əldən

Həmdəm Olub Əğyarilə Yarım Gedir Əldən


Rəftarı Gözəl ، Nütqi Gözəl ، Baxması Göçək

Ahu Kimi Baxdıqca Qərarım Gedir Əldən


Həsrətlə Qalar Gözlərim Axər Dalısıca

Hicran Yeli Əsdikcə Baharım Gedir Əldən


Naz Eyləsə Nazın Çəkərəm ، Öl Desə Ölləm

Yox Çarə Yolum Şero Şoarım Gedir Əldən


Avarə Qalan Mən ، Ğəme Eşqində Yanan Mən

Axər Nə Deyim Daro Nədarım Gedir Əldən


Zülfün Töküb Ətrafə Geyib Rəxte Arusı

Amadə Olub Getməyə Yarım Gedir Əldən
"Huşəng cəfərı-zəngan"