Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Tahir TALIBLI

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Oct 2008
    Mesajlar
    2

    Tahir TALIBLI

    Ay,Tanrı,məni quş elə

    Bagla bir quş qanadına

    Təzədən birdə quş elə

    Bir gözəl qız inadına





    Dünya məni əndirsin qoy,

    sonra köntöy dindirsin qoy

    sonra,yenə mindirsin qoy,

    bir dəlisoy cin atına


    Sular dəyə-dəyə gedir,

    daşı döyə-dəyə gedir,

    hamı gizlənməyə gedir,

    bəlkədə torpaq altına

    21.05.2008

    MəN BELə OLMAZDIM…..

    SəNI MəNDəN ELəDILəR
    QəLBIMə QOR ELəDILəR
    HISSLəRIMI TALADILAR
    YOXSA,MəN BELə OLMAZDIM

    O ALQISLAR,BU QARQISAR
    TALEYIMə Nə BAQISLAR
    QURAQLIQA GUR YAQISLAR
    YAGSA,MəN BELE OLMAZDIM

    DEYILMəSə SöZ VAXTINDA
    AGRISINA DöZ VAXTINDA
    ILDIRIMLAR öZ VAXTINDA
    çAXSA,MəN BELə OLMAZDIM

    məCNUN MəHəBBəTI

    batar uzaqlarda MəCNUN yelkəni
    ömrumə bir LEYLI tufani axar
    harayi əbədi qəlbimə hakim
    əzab da bir cürə sevgidi axi

    dünyama bir ömür qayqi daqidar
    uzaqdan boylanan baxislarinda
    bizim aramizda ibn-səlam var
    bitərəm ayriliq yaqislarinda



    Bir qız bir oqlan

    axira catacaq bu sohbət, bu söz,
    sonra tərəddüdlər yetəcək sona
    bir vaxt urəində qaraltdiqin köz
    çətinki alişa,çətinki yana

    qeybətlər sönəcək sevgimiz kimi,
    sənin yaddasinda nə qalacaq,nə?
    ala gozlərində buz salximlanib,
    sinəmdə çatdiqin bu od-ocaq nə?





    piyada qalmisam,yolum izim qar,
    qarsima atdiqin qayadi sənin,
    dunya siqallayar xumarlandirar,
    bir gundə sirkələr oyadar səni

    soyuq kulklər də elə əsərki,
    arada nə savas nədə barişiq,
    bir zaman ayrilib gorəcəksənki,
    ureyin bomboşdu basin qarisiq

    bir sevgi təzədən bir furset gəzər,
    kecilən yollari qayitmaq olmaz.
    nə qədər xatire kor murgudədi,
    dəymə.........xatalidi,oyatmaq olmaz

    bir gunahsiz sevgi,eh....təşnə yaniq,
    sonra ayilarsan,sonra gec olar,
    bir oqlan yasayir ureyi siniq.,
    bir qizda təəssuflə sacini yolur.

    Tahir Talıblı






    YAZA BİLMƏDİYİM ŞERLƏR

    göre bilmədiyim adamlardi
    görüşə gecikdiyim qizlardi
    çata bilmədiyim arzulardi
    bütöv bir omurdu
    yaza bilmədiyim şeirlər





    Tahir Talıblı

    S o h b ə t
    Mənim göruləsi çox isim qalIb,
    Başımdan aşıbdı ev qaygılarım
    Neçə uzaq uzaq səfərim qalib
    Uqrunda ölməli görüşum qalıb

    Yanımdan keçəmməz havayı ad-san,
    ələ ələyində,qovur sacInda
    Uzaq nagıllardan gələn isıqsan
    Mən də ki,qalmışam yol ayrıcında

    Hələ gorüləsi çox isim qalıb
    Hələ neçısi də düşüb baş ayaq
    Vaxt olub bir misra yazmamışam
    Bütöv bir gecəni qalsam da oyaq


    Xəcalət gətirir soyugu yaşın
    Ozu də müdriklik vaxtına cəkIr
    Hələ şerlər var yazmamışam
    Qəlbimdə nisgilli agrIlar yatır


    Gördün ki,quruyam,susuzam,daşam
    Elə axsam səhər mohnət ver mənə
    Dolu urəyimi boşaltmamışam,
    Bir azca səbr,möhnət ver mənə


    Boynumdan günahım asIlan kimi,
    Sinəmdə ürəyim qorsuz ocaqdı
    Təzə şerlərim yazılan kimi
    Köhnə günahların yuyulacaqdı


    Hələ ki,əlində bir gur cıragın
    Həm də ki, ay ürək, yanar çagın var
    Ya yol gedə gedə ulduz olmagın,
    Ya da bir qəfləti uduzmaqın var

    Yanından ötəmməz havayı ad san
    ələ ələyində,qovur sacında
    Uzaq nagIllardan gəLən isiqsan
    Mən də ki, qalmışam yol ayrIcInda

    Devamı...


    Dar ürəyə sıgınmaram,
    şen yurd qoyub darda,bala
    əl uzatma sarı simə
    aglayırsa pərdə,bala

    bir itgin gümanım yanıb,
    yanıb,din-imanım yanıb
    neçə arzumanım yanıb,
    axşamda səhərdə bala






    nə deyim aslan çaşanda,
    duru çaylar bulaşanda
    namərdin börkü başında
    olan oldu mərdə bala,

    çiynimdə bir yurd tükü var,
    nə mizan var,nə çəki var,
    bu dərdin dərin kökü var,
    dərd bənzəməz dərdə bala
    1989


    bizi yurd saxlayar
    (saz üstündə)
    Kimsə nagdı bəyənmirsə,
    sözü söznən deyəmmirsə
    söyməlini sğyəmmirsən
    çaglaya,çaglaya könlüm

    köşə çəkib uzatdılar,
    şişə çəkib közərtdilər,
    dişə çəkib qocaltdılar,
    yoxlaya,yoxlaya, könlüm

    cana doyub yetərsənmi,
    əl yelləyib gedərsənmi
    de bərkiyib bitərsənmi,
    laxlaya-laxlaya könlüm,

    asanca sənnən keçərlər,
    əzabından gen keçərlər,
    bir gün üstündən keçərlər
    aglaya-aglaya könlüm

    bir gün bədxahın haqlasa,
    daş üstə daşın qalmasa,
    sənnən bir nişan saxalasa
    yenə yurd saxlayar,könlüm
    bizi yurd saxlayar könlüm
    1988



    (saz üstündə)
    Qolum ocaq kösüyüdü,
    yanıq əlimi neyləyim,
    torpagım daşım daşınıb,
    qırıb,belimi neyləyim

    darda bir küsülüm qalıb,
    ürəyim bükülü qalıb
    odum keçib,külüm qalıb,
    soyuq külümü neyləyim

    gözümün biri gülməmiş,
    gözümün bir aglayır,
    qəribin göyü hönkürər,
    qəribin yeri aglayar,
    qərib elimi neyləyim
    1989


    Bu tale dediyin….

    Bu tale dediyin nədi,
    bir əlcə varagdı,yoxsa?!
    bir üzü qara yazılı,
    o bir üzü agdı,yoxsa?!

    gedən yollar uzaqdımı,
    gələn günlər sazaqdımı,
    mənimki yaşamaqdımı,
    adicə maraqdı yoxsa?!

    ömürdə bir ömür deyil,
    səbirdə bir səbir deyil,
    son yerimiz qəbir deyil,
    bir qızıl otaqdı yoxsa?!


    Dərbənd
    Uzaqdı özümüz qədər,
    yaxın da dərbənddi bizə
    könül qarabaqdan keçər
    dərbənd də bir dərddi bizə

    gözümüz odu yandırar,
    agzımız dadı yandırar,
    çölümüz yadı yandırar,
    içimiz qürbətdi bizə

    gəldik, gedirik,yürüdük,
    gəldik özümüzü gördük,
    yarı agrı,yarı dərdik,
    dərd olan şöhrətdi bizə
    2001

    Gəzirsən təkcə,tənhaca
    bütün hamılardan uca,
    baxışım üstündən uçar,
    bürüncəyin şalın olsun

    neçə dildə adın hallanır,
    arxanca gölgəm səslənir,
    gülürsən yanagın allanır,
    o allanan xalın olsun,

    şalı salıb geyinirsən,
    gözəlsən haqqı öyünürsən
    bilmirəm gecələr neynirsən,?
    neynirsən halalın olsun
    Bilgəh,iyun 2002[youtube][gvideo][url][list]
    kglkljk;;;;;;

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.