Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Namiq Qaraçuxurlunun mahnısı mənimsənildi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Namiq Qaraçuxurlunun mahnısı mənimsənildi

    Meyxanaçı Murmansk və Kazanda konsert verəcək.
    Meyxanaçı Namiq Qaraçuxurlu Rusiyanın Murmansk şəhərində və Kazanda böyük konsert proqramı ilə çıxış edəcək. Konsert haqda məlumat verən meyxanaçı səfərlərinin çoxluğundan söhbət açaraq hətta Avropa ölkələrindən də dəvət gəldiyini vurğuladı. Lakin o, bu səfərlər barədə o qədər də ciddi fikirləşmir. Meyxanaçı isə bunun səbəbini təşkilatçıların öz işlərinə məsuliyyətsiz yanaşması ilə izah edərək, onlara bel bağlamadığını etiraf etdi. Qeyd edək ki, bəstələdiyi "Qalıb o əllərinin istisi məndə" adlı musiqili meyxanasının türk müğənnisi tərəfindən icazəsiz, anonim adı altında oxunması ilə bağlı Türkiyəyə səfər edəcək. Hüquqlarını müdafiə etmək üçün Türkiyəyə üz tutan və mahnının taleyi ilə bağlı birinci səfərində heç bir nəticə əldə etmədiyini deyən Namiq Qaraçuxurlu "mənim mahnımı ifa edən həmin türk müğənnisi Türkiyədə populyar olmadığından, eyni zamanda hələ heç kim tərəfindən tanınmadığından onu tapmaq müşkül məsələyə çevrildi.
    Amma buna baxmayaraq, indi yenə də yol üstündəyəm. Türkiyəyə gedərək hüquqlarımı bərpa edəcəm" deməklə haqqını tələb edəcəyini vurğuladı.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.