Bir müddətdən sonra subaylığın daşını atacaq müğənni Manana Çaparidze heç də həmkarları kimi fəxri ad istəmir. Azərbaycanlı tamaşaçıların onu çox sevdiyini dilə gətirən müğənni bununla kifayətləndiyini deyir: “Mən Azərbaycanda sevilən müğənniyəm. Xalq tərəfindən bəyənilmək isə mənə fəxri addan daha əzizdir”.
Yerli şou-biznesdə bir çox çətinliklərlə üzləşdiyini deyən Manana artıq sənətdə özünü təsdiq edib: “İlk günlər bəzi müğənnilər mənə qarşı xoş, bəziləri isə mənfi münasibət göstərirdilər. Gürcü olduğumdan çox çətinliklərlə üzləşməli olmuşam. Müğənnilər mənimlə qalmaqal yaratmağa çalışır, sənətimə mane olmaq istəyirdilər. Bu gün həmin müğənnilər özlərini mənim dostum kimi göstərirlər”.
Qalmaqaldan həmişə uzaq olduğunu deyən Manana yalnız sənəti ilə məşğuldur. Deyir ki, sənətçilər, müğənnilər yaradıcılıqla məşğul olsalar, dalaşmağa vaxt da qalmaz: “Bəzən görürsən ki, müğənnilər bir yerə toplaşıb lazımsız söhbətlər, qeybət edirlər. Mən bu cür insanlarla heç vaxt ünsiyyətdə olmuram. Buna nə vaxtım, nə də niyyətim yoxdur. Çünki qeybətdən xoşum gəlmir