Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Nadirin həyatı ekranlaşdırıldı

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Nadirin həyatı ekranlaşdırıldı

    Müğənninin arxasınca danışıblar.
    Elçin Əlibəylinin Nadirin ifasında səslənən "Füzuli" kantatasına ssenariləşdirdiyi klip çəkilişləri başa çatmaq üzrədir. Klipin rejissoru Günel xanım, operatoru Nadir Mehdiyevdir. Nadir Qafarzadə klipdə hadisələri şərh edən rəvayətçi rolundadır. Bu klipin tarixdə iz qoyacağına inanan müğənni çəkilişlərin Şamaxıda, Mərəzədə, 14-cü əsrin yadigarı olan Piri Baba türbəsində, türbənin yaxınlığındakı 14-cü əsrin qəbiristanlığında keçirildiyini dedi.
    Müğənni klipdə qara geyimdə görünəcək: "Çoxları deyir elə bir klip çəkdirim ki, dəbdə olsun. Mən isə məhz keçmişimizə, tariximizə üz tutmağı üstün bildim. Bu gün Cahangir Cahangirov kimi sənətkarların musiqisi yaşamalıdır. Xoşbəxtəm ki, bu mənim ifamda qəbul olundu. Hətta Füzuli meydanında çəkilişər zamanı insanlar mənə yaxınlaşıb təşəkkürlərini də bildirirdilər. Amma eşitdiyimə görə, bəzi müğənnilər bunu bəyənməyiblər. Bu o müğənnilərdir ki, məni görəndə ürəkdən təbrik edib, arxamca danışıblar". Nəzərinizə çatdıraq ki, klipin yüksək səviyyədə təqdimat mərasimi keçiriləcək. Nadirin ideyasına görə, klipin nümayişi zamanı titrdə mahnının ingiliscə tərcüməsi gedəcək.
    Müğənni hazırda yeni mahnılar üzərində çalışır. Onun Gövhər Həsənzadəyə məxsus ifa etdiyi "Gecələrim" adlı mahnısı artıq radio dalğalarında səslənir.
    Eyni zamanda Nadirin həyatı haqda Elçin Əlibəylinin təşəbbüsü ilə sənədli film ekranlaşdırılıb. Belə bir layihə geniş vüsət alacaq. Yəni Azərbaycan müğənnilərinin həyatını əks etdirən sənədli film davamlı olacaq. Sadəcə, Nadirin həyatı daha keşməkeşli olduğundan ilk olaraq ona müraciət olunub. Nadir bildirir ki, sənədli film artıq hazırdır və tezliklə ekran üzü görəcək. Lakin o özü təsirləndiyindən filmə sona qədər baxa bilməyib. Hətta rejissor və montajçı da bu səbəbdən filmi ərsəyə gətirməkdə çətinlik çəkib. 1 saatlıq film çox səmimi və təbii alındığından Elçin Əlibəyli onu Moskvada keçiriləcək kino festivalına təqdim edəcək
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.