Əsas məzmuna keç
Sayfa 430/461 İlkİlk ... 330380420428429430431432440 ... SonSon
4610 sonuçtan 4.291 ile 4.300 arası

Azərbaycan Xəbərləri

1. #4291
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək

[b]Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək[b]

Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək. Bu barədə APA-ya məlumat verən ansamblın bədii rəhbəri, xalq artisti Afaq Məlikova deyib ki, səfər noyabrın sonlarına təsadüf edəcək. Səfər çərçivəsində isə Azərbaycan rəqqasları alman tamaşaçıları qarşısında solo proqramla çıxış edəcək. A. Məlikova deyib ki, konsert Almaniyada keçirilən Azərbaycan İlinin bağlanışı münasibəti ilə təşkil olunacaq. A. Məlikova konsert proqramında bir çox rəqslərin ifa olunacağını vurğulayıb. Noyabrın 28-də baş tutacaq açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Uzun dərə", "Cəngi", "Nəlbəki", "Odlar Yurdu", "Qobustan", "Yallı" və digər rəqslər nümayiş etdiriləcək.

2. #4292
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda beynəlxalq bank konfransı keçirilir

[b]Azərbaycanda beynəlxalq bank konfransı keçirilir[b]

Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda «MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası» mövzusunda I Beynəlxalq Bank Konfransı işə başlayıb.

«APA-ECONOMICS»in məlumatına görə, konfransda dünyanın aparıcı maliyyə institutları, bankları, fərdi investorlar və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, keçirilən konfrans mühüm əhəmiyyət kəsb edir və bu tədbir MDB ölkələri üçün baş verən dünya maliyyə böhranından yan keçməsinə şərait yaradacaq. E.Rüstəmovun sözlərinə görə, dünyada müşahidə olunan maliyyə böhranı təkcə ölkənin maliyyə sektoruna deyil, bütövlükdə iqtisadiyyata da mənfi təsir göstərir. Bu böhrandan yan keçmək üçün isə məqsədyönlü pul-kredit siyasəti həyata keçirilməlidir: «Bəzi ölkələrdə real iqtisadi inkişaf olmadan artım qeydə alınır. Lakin Azərbaycanda bu belə deyil, son 5 il ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 6 min dollara qədər artıb, dövlət büdcəsi 9 dəfə, investisiyalar isə 23 dəfə artıb».E.Rüstəmovun sözlərinə görə, dünyada baş verən maliyyə böhranının Azərbaycanın bank sisteminə təsiri minimal olub. Hələ 2006-cı ildən Azərbaycan Milli Bankı bu cür təsirlərin qarşısının alınması məqsədi ilə bir neçə tədbir həyata keçirib: «Dünya maliyyə böhranı hələ davam edir. Bu səbəbdən cari likvidliyin artırılması və yeni maliyyə alətlərinin tətbiq edilməsi vacibdir».Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev isə öz növbəsində ölkə iqtisadiyyatında ABB-nin xüsusi rol oynadığını bildirib. Son illər ABB-nin bir çox sosialyönümlü layihələr maliyyələşdirdiyini deyən C.Hacıyev bunun gələcəkdə də davam etdiriləcəyini bildirib: «Mühüm əhəmiyyət kəsb edən bir neçə böyük layihə mövcuddur ki, həmin layihələrə vəsaitlər ABB tərəfindən ayrılır. Məqsədimiz isə xarici maliyyə asılılığını azaltmaqdır. Ümumiyyətlə, bu il ərzində 500 mln. dollardan çox borc ödənilib. ABB tərəfindən 1,5 il ərzində cəlb edilən vəsaitlərin həcmi 250 mln. dollar təşkil edib. Ümumilikdə isə indiyədək beynəlxalq maliyyə qurumlarından 1 mlrd. dollardan çox vəsait cəlb olunub». C.Hacıyevin sözlərinə görə, dünyada baş verən maliyyə böhranı nəticəsində bankın müştərilərinin sayında azalma baş verməyib: «Maliyyə böhranının aradan qaldırılması sahəsində mərkəzi bankların böyük rolu var. Bu ciddi məsələ ilə bağlı inflyasiyanın qarşını almaq, eyni zamanda yüksək rəqabətlilik göstərmək lazımdır». C.Hacıyev bildirib ki, konfransın məhz maliyyə böhranı dövründə keçirilməsi MDB ölkələri və digər dövlətlər üçün böyük töhfə verəcək.Qeyd edək ki, konfransda həmçinin digər dövlətlərin yüksək səviyyəli bank nümayəndələri likvidlik böhranı şəraitində bank sistemlərinə dəstək, bank və kapitalların MDB ölkələrinin transsərhəd maliyyə bazarlarına qarşılıqlı daxilolmalarının əlverişli şəraitinin yaradılması məsələlərini müzakirə edir. Konfransın təşkilatçısı rolunda MDB Bank-Maliyyə Şurası çıxış edir, baş sponsoru isə Azərbaycan Beynəlxalq Bankıdır. Tədbir oktyabrın 25-də yekunlaşacaq.

3. #4293
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naxçıvanda "İlin qəzeti" və "İlin jurnalisti" müsabiqələri keçiriləcək

[b]Naxçıvanda "İlin qəzeti" və "İlin jurnalisti" müsabiqələri keçiriləcək[b]

Naxçıvan. C. Qurbanoğlu-APA. Bu il Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq «İlin qəzeti» və «İlin jurnalisti» müsabiqələri keçiriləcək. Naxçıvan MR Mətbuat Şurasının sədri Fərəc Fərəcovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, müsabiqələrin təşkilində məqsəd fəaliyyəti ilə seçilən qəzeti və jurnalistləri müəyyənləşdirməkdir. Şura sədri onu da əlavə edib ki, müsabiqələr çərçivəsində regionun mətbu orqanlarının illik fəaliyyəti təhlil ediləcək, «İlin jurnalisti» peşəkar jurnalist yazılarının müəllifləri arasından seçiləcək. Nəticələr dekabrın sonlarında açıqlanacaq.Qeyd edək ki, hazırda Naxçıvan MR-də 9 mətbuat orqanı fəaliyyət göstərir.

4. #4294
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Milli Məclisin sədri Oqtay Əsədov İrana səfər edəcək

[b]Milli Məclisin sədri Oqtay Əsədov İrana səfər edəcək[b]

Bakı. Ramil Məmmədli - APA. Milli Məclisin sədri Oqtay Əsədov bu ilin sonunda İrana səfər edəcək. Bu barədə APA-ya İran İslami Şurasının (parlamentinin) mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixinin müəyyənləşməsi Azərbaycan tərəfindən asılıdır. Səfər tanışlıq xarakteri daşıyacaq və iki ölkə parlamentləri arasında hər hansı bir sənədin imzalanması müzakirə mövzusu olmayacaq. Səfər zamanı O. Əsədov parlamentlərarası dostluq qrupunun fəaliyyətinin genişləndirməsi barədə müzakirələr aparacaq. Azərbaycan parlamentinin sədri həmçinin səfər çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşəcək. İ. Təbrizi İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İran parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin 2009-cu ilin əvvəllərində Azərbaycan səfər edəcəyini də söyləyib: "Səfərin vaxtı isə Oqtay Əsədovun İran səfərindən sonra bəlli olacaq".

5. #4295
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Balakən Meşə Müəssisəsinin direktoru və daha beş işçisi işdən çıxarılıb

[b]Balakən Meşə Müəssisəsinin direktoru və daha beş işçisi işdən çıxarılıb[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın meşələrində qeyri-leqal yollarla meşə məhsullarının dövriyyəsinin qarşısının alınması, meşə qanunvericiliyinin günün tələblərinə uyğun yerinə yetirilməsi sahəsində meşə mühafizə xidmətinin iş və icra intizamını artırmaq məqsədilə komissiya yaradıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, komissiyanın fəaliyyəti nəticəsində oktyabrın 11-də Şəki rayonu ərazisində qanunsuz daşınan 40 kubmetr həcmində hazır taxta materialı saxlanılıb. Araşdırma zamanı sözügedən taxta materiallarının Balakən rayonundan gətirildiyi məlum olub. Faktla əlaqədar Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılıb. Yol verilən qanunsuzluqlara görə müəssisənin direktoru, iki meşəbəyi və üç meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Hazırda həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür.

6. #4296
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Son bir həftə ərzində 42 PKK terrorçusu məhv edilib

[b]Son bir həftə ərzində 42 PKK terrorçusu məhv edilib[b]

Ankara - APA. Oktyabrın 17-də Türkiyə hərbi aviasiyasının İraqın şimalındakı Kandil dağında yerləşən PKK düşərgələrini bombalaması nəticəsində 25 terrorçunun öldüyü müəyyənləşdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib. O, son həftədə ölkə daxilində həyata keçirilən əməliyyatlar nəticəsində daha 17 terrorçunun məhv edildiyini, beləliklə, bir həftə ərzində terror təşkilatının canlı qüvvə itkisinin 42-yə çatdığını bildirib. M. Gürak eyni müddətdə 7 terrorçunun təslim olduğunu söyləyib.

7. #4297
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

«Azercell»in daha iki abonenti «Toyota» avtomobili udub

[b]«Azercell»in daha iki abonenti «Toyota» avtomobili udub[b]

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin keçirdiyi «Yubiley hədiyyələri» kampaniyasının qalibi olmuş daha iki nəfər «Toyota Corolla» avtomobili qazanıb.Avtomobillərin təqdim etmə mərasimində çıxış edən «Azercell»in vitse-prezidenti Ali Ağan bildirib ki, kampaniya bu ilin iyunun 1-dən avqustun 31-dək keçirilib. Kampaniya çərçivəsində 10 maşın və 10 mln. pulsuz dəqiqə oynanılıb. «Azercell»in «SimSim»in 10 illiyinə həsr etdiyi kampaniyada uduşa çıxarılan maşınlardan ikisinin sahibi hələ bəlli deyil.Şirkətin vitse-prezidentinin sözlərinə görə, indiyə qədər keçirdikləri «Milyonların kampaniyası», «10 il kampaniyası», «1001 hədiyyə» və digər kampaniyalar çərçivəsində artıq 10 «Azercell» abonenti 2 otaqlı mənzil, 1 nəfər «BMW» avtomobili, minlərlə insan kompüter, video kamera, musiqi pleyeri, mobil telefon və s. bu kimi qiymətli hədiyyələr qazanıb. A.Ağan «Azercell» şirkətinin gələcəkdə də yeni kampaniyalar keçirməyi planlaşdırdığını vurğulayıb.

8. #4298
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev: "Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb"

[b]Prezident İlham Əliyev: "Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Ümid edirəm ki, bu seçkilər Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində böyük rol oynayacaq. Bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaq.

Beş il əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına ölkənin hərtərəfli inkişafı üçün fəal çalışacağıma, Heydər Əliyev siyasətini davam etdirməyə söz vermişdim. Qarşıdakı beş il ərzində də həmin siyasətə sadiq qalacaq, bu yoldan dönməyəcəyəm". APA-nın məlumatına görə, bu sözləri növbəti müddətə Azərbaycan prezidenti seçilmiş İlham Əliyev bu gün keçirilmiş andiçmə mərasimi zamanı çıxışında deyib. İ. Əliyev son beş ildə Azərbaycanda iqtisadi nailiyyətlərin əldə edildiyini, dövlətin gücləndiyini, siyasi-iqtisadi islahatların aparıldığını bildirib: "Biz beynəlxalq məsələlərin həllində çox böyük işlər görmüşük. Son beş il ərzində regionda Azərbaycanın liderliyi möhkəmlənib. Xarici siyasətdə də mövqelərimizi gücləndirmişik. Bizim bütün təşəbbüslərimiz bölgədə sabitliyin qorunmasına yönəlib. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız dərinləşib. Mən şübhə etmirəm ki, növbəti illərdə də bizim xarici siyasətimiz çox çevik olacaq. Bütün ölkələrlə dostluq münasibətlərinin davam etdirilməsinin tərəfdarıyıq".Azərbaycanda siyasi islahatlar sahəsində böyük işlər görüldüyünü deyən dövlət başçısı siyasi və iqtisadi islahatların paralel şəkildə aparılmasının vacib olduğunu vurğulayıb. Son dörd ildə Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider ölkə olduğunu deyən İlham Əliyev bu müddətdə ümum daxili məhsulun 2,7 dəfə artdığını diqqətə çatdırıb: "Adambaşına düşən ümumi daxili məhsul 2008-ci ilin yekunlarına görə təxminən 6 min dollar təşkil edəcək. Bundan başqa, sənaye istehsalı 2,7 dəfə artıb. Son beş ildə dövlət büdcəsində 10 dəfədən çox artım olub. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə icmal büdcə 15 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatları 1,6 milyard dollar səviyyəsində idisə, bu günə olan məlumata görə, Azərbaycanın ümumi valyuta ehtiyatları 17 milyard dollar təşkil edir. Son beş ildə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulub ki, bu da bütün müstəqillik dövründə ölkəyə qoyulan sərmayələrin 77 faizini təşkil edir. Orta sinfin yaranması artıq reallıqdır. Qeyri-neft sektoru sahəsində böyük uğurlar əldə edilib. Biz özümüzü əsas ərzaq məhsulları ilə 90-95 faiz təmin edirik. Bir çox məhsullar isə xarici ölkələrə ixrac edilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü tam təmin edib. Son beş ildə minimum təqaüd 4, minimum əmək haqqı 8, orta aylıq əmək haqqı isə 3,6 dəfə artırılıb. Ünvanlı sosial yardım alan insanların sayı 600 min nəfərə çatıb. 2003-cü ildə yoxsulluq şəraitində yaşayan insanlar 49 faiz təşkil edirdisə, 2007-ci ilin yekunlarına görə bu rəqəm 16 faizə düşüb. Son beş ildə 4 beynəlxalq aeroport, 8 elektrik stansiyası tikilib, yeni yollar salınıb, qazlaşma prosesi həyata keçirilib, su kəmərləri çəkilib. Ölkədə 741 min iş yeri açılıb ki, bunun da 531 mini daimi iş yeridir". Prezident son beş ildə Azərbaycanda 1600 məktəbin tikildiyini, 240 tibb müəssisəsinin istifadəyə verildiyini, 14 Olimpiya İdman Kompleksinin inşa edildiyini qeyd edib. Dövlət başçısı bildirib ki, 2003-cü ildə Azərbaycanda neft hasilatı 15,4 milyon ton təşkil etdiyi halda, bu il bu rəqəmin 50 milyon tondan çox olacağı proqnozlaşdırılır: "2003-cü ildə ölkədə 5,5 milyard kubmetr qaz hasil edilirdisə, bu ilin sonuna kimi qaz hasilatı 20 milyard kubmetrdən çox olacaq. Azərbaycan öz enerji təhlükəsizliyini artıq təmin edib. Biz enerji idxalatçısından enerji ixracatçısına çevrilmişik". Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırıldığını deyən dövlət başçısı bu gün Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmadığını bildirib. Prezident İ. Əliyev bildirib ki, son beş ildə 17 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir binaları olan 36 yeni qəsəbə salınıb. İ. Əliyev həyata keçirdiyi siyasətin Azərbaycan xalqının maraqlarına xidmət etdiyini, görülən işlərin nəticələrinə baxmağın çox sevindirici olduğunu diqqətə çatdırıb: "Vətənimizin inkişafı üçün mən əlimdən gələnə əsirgəməyəcəyəm, bundan sonra da Azərbaycan xalqına xidmət edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

9. #4299
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Terri Devis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

[b]Terri Devis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib[b]

Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurasının baş katibi Terri Devis Azərbaycan prezidenti İlham Əliyevi yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Avropa Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Terri Devis prezidentə göndərdiyi məktubda Azərbaycanın Avropa məkanına inteqrasiyanı davam etdirəcəyinə ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, Avropa Şurası ilə əməkdaşlıq daha da aktivləşdiriləcək, siyasi və iqtisadi sahələrdə islahatlar davam etdiriləcək".

10. #4300
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında fərman imzalayıb

[b]Azərbaycan prezidenti Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında fərman imzalayıb[b]

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmanla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Kabinet üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.Qeyd edək ki, Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, yeni seçilmiş prezident and içdiyi və səlahiyyətlərinin icrasında başladığı vaxtdan Nazirlər Kabineti istefa verir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.