Əsas məzmuna keç
Sayfa 213/461 İlkİlk ... 113163203211212213214215223263313 ... SonSon
4610 sonuçtan 2.121 ile 2.130 arası

Azərbaycan Xəbərləri

1. #2121
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vaşinqtonda Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim keçirilib

[b]Vaşinqtonda Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim keçirilib[b]

Vaşinqton. Hüsniyyə Həsənova-APA. Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin yaradılmasının 90 illik yubileyi münasibəti ilə təntənəli mərasim keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, "Fairmont" otelində keçirilən mərasimə çoxlu sayda xarici ölkə səfirləri və hərbiçilər qatılıblar. Tədbirdə çıxış edən səfirliyin hərbi attaşesi Eldar İsmayılov bildirib ki, Azərbaycan əsgərləri beynəlxalq stabilliyin təmin olunmasında yaxından iştirak edir. O, Azərbaycan əsgərlərinin koalisiya qüvvələrinin tərkibində İraqda xidmət etdiyini, Əfqanıstanda İSAF qüvvələrinin tərkibində xidmət keçən Azərbaycan əsgərlərinin sayının 2 dəfə artırıldığını qeyd edib. Eldar İsmayılov həmçinin Azərbaycan hərbçilərinin 10 il Kosovoda ictimai asayişin təmin edilməsində aktiv rol oynadığını xatırladıb.

2. #2122
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Klas Berqman: "Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə hansı formada məşğul olacağını hələ müəyyənləşdirməyib"

[b]Klas Berqman: "Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsi ilə hansı formada məşğul olacağını hələ müəyyənləşdirməyib"[b]

Bakı. Tamara Qriqoryeva-APA. "ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker artıq Dağlıq Qarabağ münaqişəsinə dair məruzəçi deyil və bu məsələ ilə bağlı heç bir yeni hesabat hazırlamır".

Bu açıqlamanı APA-ya ATƏT Parlament Assambleyasının mətbuat katibi Klas Berqman verib. Onun sözlərinə görə, Qoran Lenmarker bu məsələ ilə məşğul olmaq niyyətindədir, amma bunun hansı formada olacağı hələlik bəlli deyil. Qeyd edək ki, ATƏT PA-nın bu gün işə başlayan yay sessiyasında qurumun yeni prezidenti seçiləcək. Klas Berqman sessiyada Azərbaycanla bağlı xüsusi məsələnin müzakirə olunmayacağını, yalnız Azərbaycan nümayəndə heyətinin qaldıracağı məsələlər ətrafında müzakirələr aparıla biləcəyini deyib.

3. #2123
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib

[b]ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib[b]

Vaşinqton - APA. ABŞ Konqresi prezident Corc Buşun xahişi ilə İrandakı hakim rejimi devirmək məqsədilə hərbi və kəşfiyyat əməliyyatları aparılması üçün 400 milyon dollar ayırıb. APA-nın məlumatına görə, bunu tanınmış amerikalı jurnalist, "The New Yorker" jurnalının əməkdaşı Seymur Herş yazıb. İnternetdə yayımlanan və jurnalın 7-14 iyul tarixli sayında dərc ediləcək yazı "Döyüş meydanının hazırlanması" adlanır. Məqalədə ABŞ xüsusi xidmət orqanlarının İranda sabitliyi pozmağa yönəlmiş təxribatçı fəaliyyətlərə başladığı, rejim əleyhdarı olan müxalifətçi, hətta terrorçu təşkilatları dəstəklədiyi bildirilir. ABŞ-dan dəstək alan qruplar arasında PKK terror təşkilatının İrandakı qolu olan PJAK, eləcə də "Xalqın Mücahidləri" təşkilatı və sünni ərəblərin "Cundullah" təşkilatı da var. Müəllifin fikrincə, son vaxtlar İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirən ABŞ qarşı tərəfi qeyri-adekvat cavab tədbirlərinə təhrik etmək, bununla da ölkəyə hərbi müdaxilə üçün əsas yaratmaq niyyətindədir. S. Herşin sözlərinə görə, prezident Buş və vitse-prezident Çeyni gələn il yanvarın 20-də öz səlahiyyətlərini yeni prezident və vitse-prezidentə təhvil verənə qədər İranın nüvə proqramı ilə bağlı problemi həll etmək istəyirlər.

4. #2124
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azadlıq" bloku Məclisinin iclasında boykot qərarı təsdiqlənəcək

[b]"Azadlıq" bloku Məclisinin iclasında boykot qərarı təsdiqlənəcək[b]

Bakı. Elnur Məmmədli - APA. Yaxın on gün ərzində "Azadlıq" bloku Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya blokun üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. O bildirib ki, iclasın vaxtının uzadılmasının xüsusi bir səbəbi yoxdur, sadəcə, blok seçkiöncəsi vəziyyətin tam aydınlaşmasını gözləyib: "Artıq seçkiqabağı situasiya tam aydındır və iclası bundan artıq gecikdirmək fikrində deyilik". Q. Əlibəyli deyib ki, toplantıda blokun prezident seçkilərini boykot etməsi barədə qərar təsdiqlənəcək. Digər müxalifət partiyalarına boykota qoşulmaqla bağlı müraciət ediləcəyi də istisna olunmur.

5. #2125
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MSK reklam rolikləri hazırlayır

[b]MSK reklam rolikləri hazırlayır[b]

Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin fəallaşdırılması məqsədilə bir neçə reklam roliki hazırlayır. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, seçicilərin internet vasitəsilə öz adlarını seçici siyahısında axtarmasını təbliğ edən rolik artıq hazırdır və bir neçə gündür telekanallarda nümayiş olunur. Digər rolik isə seçicilərin səsvermə günü atacağı addımlarla bağlıdır. A. Sarıyev seçki kampaniyasına start veriləndən sonra bu rolikin də telekanallarda nümayiş olunacağını bildirib. Bundan əlavə, MSK seçiciləri səsverməyə çağıran 2 müxtəlif plakat çap etdirib.

6. #2126
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyədə QDİƏT-ə üzv ölkələrin teleradio yayımının tənzimlənməsi ilə bağlı məsul şəxslərinin forumu keçirilir

[b]Türkiyədə QDİƏT-ə üzv ölkələrin teleradio yayımının tənzimlənməsi ilə bağlı məsul şəxslərinin forumu keçirilir[b]

Bakı. Ülviyyə Əliyeva-APA. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin teleradio yayımının tənzimlənməsi ilə bağlı məsul şəxslərinin forumu işinə başlayıb. QDİƏT-in İstanbuldakı katibliyindən APA-ya verilən məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilən forumun məqsədi Qara Dəniz regionu ölkələri arasında teleradio yayımı sahəsində dialoq, əməkdaşlıq, informasiya mübadiləsi və mövcud təcrübənin bölüşdürülməsidir. Azərbaycanı Forumda Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmlinin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Forum həmçinin yayımın bu gün üzləşdiyi problemlərin həllinin araşdırılması üçün platforma rolunu oynayacaq.

7. #2127
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan şou-biznesinin tanınmış simalarının gerçək adları necədir?

[b]Azərbaycan şou-biznesinin tanınmış simalarının gerçək adları necədir?[b]

Bakı. Ülkər Qasımova-APA. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan şou-biznesinin nümayəndələri də ad və soyad əvəzinə istifadə etdikləri ləqəblə tanınmağa üstünlük verirlər.

APA adlarını dəyişdirmiş şou-biznes nümayəndələrinin gerçək adları ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bir çox tanınmış müğənnilərin ad-soyadlarını müxtəlif formada dəyişdirdiyi üzə çıxıb. Bunun müxtəlif səbəbləri mövcuddur. Səbəblərdən biri müğənninin öz keçmişini gizlətmək üçün bu vasitədən istifadə etməsi, digər səbəbi isə yerli müğənnilərin dünya ulduzlarının yolu ilə getməsidir. Yəni, bizim "ulduz"lar adlarını və ya soyadlarını dəyişdiməklə özlərinin dünya şou-biznesinə daha yaxın hiss edirlər. APA-nın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycan şou-biznesində öndə gedən sənətçilərin əksəriyyəti başqa adla tanınırlar. Röya - Röyalə NəcəfovaRuhi - Ruhiyyə ƏliyevaTolik - Tarix ƏliyevNura - Aynurə SuriAzərin - Anaxanım TağıyevaRəqqasə Sevda - Sevda Sanəliyeva Faytonçu Nazim - Nazim PişiyariNamiq Qaraçüxurlu - Namiq ŞükürovElnur - Elnur MəmmədovNatəvan Həbibi - Natəvan Həbibova Elşad Xose - Elşad ƏliyevAnar Nağılbaz -Anar Cəbiyev"N brothers" qrupunun rəhbəri Namiq qardaş - Namiq QafarovÜlviyyə Könül - Ülviyyə Kərimova. Könül isə rejissor xanımın qızının adıdır. Məryəm Süleymanlı - Maryanna SüleymanovaSamira - Samirə AllahverdiyevaQədir Qızılsəs - Qədir MəmmədovSamir Bağırov - Samir Minulin. Samir Bağırov milliyyətcə tatar olan atasının deyil, anasının soyadından istifadə edir. İlqar Xəyal - İlqar HənifəyevAqil M. Quliyev - Aqil Məzahir oğlu Quliyev. Sayqa Cahid - Sayqa Məmmədova. Cahid Sayqanın oğlunun adıdır. Teymur Əmrah - Teymur ƏmrahovXuraman Şuşalı - Xuraman HüseynovaGöyçək Fatimə - Fatimə Fətəliyeva İlahə Fəda - İlahə MəmmədovaFədayə Laçın - Fədayə MəmmədovaKənan M.M - Kənan Mahmud oğlu Mahmudov Bagira - Sevda

8. #2128
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət tərəfindən Aygün Bəylərə ev verilib

[b]Dövlət tərəfindən Aygün Bəylərə ev verilib[b]

Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın əməkdar artisti Aygün Bəylərə iki otaqlı ev verilib.

Bu barədə APA-ya açıqlamasında sənətçinin özü bildirib. Sənətçi dövlət tərəfindən verilən evin hazırda inşa olunduğunu deyib: "Ev mənə yeni inşa olunan hündür mərtəbəli binalardan birində verilib. Binanın tikintisi hələ davam edir. Tikinti başa çatdıqdan sonra evdə əsaslı təmir işlərinə başlamağı düşünürəm. Çox sevinirəm ki, dövlətimiz məni bu şərəfə layiq görüb. Bundan sonra yaşayışım yaxşılaşacaq və yaradıcılığıma daha çox vaxt sərf etmək imkanım olacaq".

9. #2129
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda İran vətəndaşından xeyli narkotik vasitə və silah götürülüb

[b]Azərbaycanda İran vətəndaşından xeyli narkotik vasitə və silah götürülüb[b]

Bakı-APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Xosrəvipur Rza Cəmşid oğlundan 2,2 kq heroin, 1 ədəd "Makarov" markalı tapança və 8 ədəd patron götürülüb. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır.

10. #2130
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyulun 7-11-də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək

[b]İyulun 7-11-də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək[b]

Bakı. Laçın Sultanova - APA. İyulun 7-11-də Bakıda Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin 3-cü müşavirəsi keçiriləcək.

APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, prezident İlham Əliyevin çıxış edəcəyi müşavirədə Azərbaycanın xarici siyasətinin müxtəlif aspektləri müzakirə olunacaq, gələcək strategiya nəzərdən keçiriləcək. Toplantıda Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri də iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin ilk müşavirəsi 2004-cü ildə, sonuncusu isə 2006-cı ildə keçirilib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.