Skelet sistemi



Skelet başdan-başa bir mühəndislik möcüzəsidir. Vücudun struktur dəstək sistemidir. Eyni zamanda beyin, ürək, ağ ciyər kimi həyati orqanların qorunmasını təmin edir, daxili orqanlara dəstək olur. Bədənə heç bir süni cihaz tərəfindən təqlid edilməyən hərəkət qabiliyyəti verir. Bundan başqa, sümük toxuması çox adamın zənn etdiyi kimi cansız deyildir. Sümük toxuması vücudun kalsium, fosfor və bir çox mühüm minerallarının bazasıdır. Vücudun ehtiyacına görə, bu mineralları yığır və ya daha öncədən yığdığını vücuda verir. Bütün bunlarla bərabər, qırmızı qan hüceyrələrinin istehsalı sümüklər tərəfindən yerinə yetirilir.

Skelet bütövlükdə mükəmməl bir funksiyaya malik olmaqla yanaşı, onu əmələ gətirən sümüklər də ali quruluşa malikdirlər. Vücudun daşınması və qorunması kimi mühüm bir vəzifəsi olan sümüklər bu işi asanlıqla yerinə yetirə biləcək gücdə və sağlamlıqda yaradılmışdır. Vücudun qarşılaşacağı çətin vəziyyətlər də nəzərə alınmışdır. Məsələn, bud sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra biləcək gücdədir. Necə ki, atılan hər addımda bu sümüyümüzə vücud ağırlığımızın 3 qatı qədər yük düşür. Hətta uzun ağacla hündürlüyə tullanan bir atlet yerə düşrkən bud sümüyünün hər kvadrat santimetri 1400 kiloluq təzyiqə məruz qalır. Bəs sümük deyilən və tək bir hücuyrənin bölünməsi nəticəsində ortaya çıxan bu quruluşu belə qüvvətli edən nədir? Sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlənir.

Mövzunu daha yaxşı anlamaq üçün günümüzün texnologiyasından bir misal göstərmək yerinə düşər: böyük və yüksək binaların inşasında qəfəs sistemlərindən istifadə olunur. Bu inşaat texnikasında binanın daşıyıcı elementləri bir bütöv halında deyil, bir-birinin içinə keçmiş dəmir çubuqlardan qəfəs şəklində düzəldilir. Ancaq kompüterlərin apara biləcəyi çətin hesablamalar sayəsində böyük körpülər və sənaye binaları daha dözümlü və daha ucuz inşa edilməkdədir.

Sümüklərin daxili quruluşu da insanların binalarda və körpülərdə istifadə etdikləri bu qəfəs sistemi ilə oxşardır. Əsas fərq ondadır ki, sümük daxilindəki sistem insanların qurduğundan çox üstün və mürəkkəbdir.

Sümüklər həm son dərəcə sağlam, həm də asanlıqla istifadə oluna biləcək yüngüllükdədir. Əgər əksi olsaydı, yəni sümüklərin içi də çölü kimi sərt və dolu olsaydı, insan bu ağırlığı daşıya bilməz, digər tərəfdən, sərt sümük ən kiçik zərbədən çat verə və ya sına bilərdi.

Sümüklərin bu mükəmməl planı son dərəcə rahat həyat yaşamağımızı, çox çətin hərəkətləri asanlıqla və ağrı hiss etmədən yerinə yetirməyimizi təmin edir.

Sümüyün quruluşunun başqa bir xüsusiyyəti də vücudun lazımi nahiyələrdə elastik ola bilməsi ilə bağlıdır. Məsələn, döş qəfəsi ürək və ağ ciyər kimi orqanları qoruyarkən bir yandan da ağ ciyərlərə havanın dolmasını və boşalmasını təmin edəcək şəkildə qabarıb-çəkilir.

Sümüklərin elastikliyi müəyyən vaxtlarda dəyişə bilir. Məsələn, qadınlarda çanağı təşkil edən sümüklər hamiləliyin son aylarına doğru yumşalar və bir-birindən bir qədər ayrılırlar. Bu, son dərəcə mühüm bir təfərüatdır, çünki belə yumşalma sayəsində doğuş zamanı uşağın başı əzilmədən sığortalanır.

Sümükdəki möcüzələr bunlarla bitmir. Sümüklər elastikliyi və yüngüllüyü ilə bərabər, özlərini təmir etmək xüsusiyyətinə də malikdirlər. Bu da vücuddakı əksər proseslər kimi, milyonlarla hüceyrənin birlikdə işləməsi nəticəsində baş verir.

Skeletin hərəkət qabiliyyəti də üzərində dayanmaq lazım gələn mühüm bir təfsilatdır. Hər addım atarkən onurğa sütunumuzu əmələ gətirən fəqərələr bir-birinin üstündə hərəkət edir. Bu davamlı hərəkət və sürtünmə onurğanı sıradan çıxartmasın deyə hər bir fəqərə arasına ''disk'' deyilən möhkəm qığırdaqlar yerləşdirilmişdir. Bu disklər amartizator funksiyasını yerinə yetirir. Daha doğrusu, hər addım atdıqda vücudun ağırlığından yaranan bir güclü reaksiya yerdən bədənə keçir. Bu güc onurğadakı amartizatorlar və ''qüvvətverici'' qıvrım forma sayəsində vücuda zərər vermir. Əgər reaksiyanı azaldan elastiklik və xüsusi quruluş olmasa, əmələ gələn güc kəlləyə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə girərdi.

Sümüklərin birləşdikləri yerlərdə də yaradılışın dəlilləri görülür. Oynaqlar bir ömür boyu hərəkət etdikləri halda yağlanmaya ehtiyacları yoxdur. Bioloqlar bunun səbəbini araşdırdılar: oynaqlardakı sürtünmə necə aradan qalxır?

Elm adamları bu hadisənin ''tam bir yaradılış möcüzəsi'' kimi xarakterizə edilə biləcək sistemlə izah olunduğunu gördülər. Oynaqların sürtünən səthi nazik qığırdaq təbəqəsi ilə örtülmüşdür və bu təbəqələrin altında sürüşkən maye vardır. Sümük oynağın bir yerinə təzyiq edərkən bu maye yığıldığı yerdən bayıra sızır və oynaq səthini yağlayaraq sürüşkənliyini təmin edir.

Hər şeyin bu qədər mükəmməl olmadığını, məsələn, ayağımızın bir tək uzun sümükdən ibarət olduğunu düşünün. Bu zaman yerimək çətinləşəcək, oturmaq problemə çevriləcək, son dərəcə yöndəmsiz və hərəkətsiz bədənimiz olacaq. Bu cür çətin hərəkətlər zamanı isə ayaq sümüyü asanlıqla qırılacaq. Lakin insan skeleti vücudun hər hərəkətini asanlıqla təmin edəcək quruluşdadır.

Skeletin malik olduğu bütün xüsusiyyətləri Allah yaratmışdır və hələ yaratmaqdadır. Allah yaratdığı insanı bu həqiqət üzərində düşünməyə belə dəvət edir: ''... İndi sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?..'' (''Bəqərə'', 2/259).

İnsanın vəzifəsi bu həqiqəti anlamaq və onu yaradan Allahın gücünü təqdir edib, Ona şükr etməkdir. Bunu etmədiyi təqdirdə böyük bir itkiylə qarşılaşacaqdır. Sümükləri yaradıb sonra da ''üzərini ətlə örtən'' Allah bunu bir dəfə də etməyə qadirdir. Bu həqiqət Quranda belə ifadə edilir: ''Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıqca düşmən kəsilərək öz yaradılışını unudub, ''Çürümüş sümükləri kim dirildə bilər?!'', -deyə, hələ Bizə bir məsəl də çəkdi. De ki ''Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır!'''' (''Yasin'', 36/77-79).
(harun yahya Allah ağılla bilinir)