Nəfəs almaq, yemək yemək, yerimək və s. insan üçün çox təbii hadisələrdir. Amma insanların böyük bir qismi bu hadisələrin necə gerçəkləşdiyi haqda düşünmür. Məsələn, meyvə yediyiniz zaman o meyvənin vücudunuza yararlı hala necə düşəcəyi barədə fikirləşirsinizmi? Siz ''yaxşı qida alıram'' qənaətindəykən, bu qidanı ''yaxşı'' hala çevirə bilmək üçün bədəninizdə heç təsəvvür edə bilməyəcəyiniz qədər incə proseslər gedir.
Bu prosesləri yerinə yetirən həzm sistemi yeməyin ağıza qoyulması ilə işə başlayır. Prosesin əvvəlində meydana gələn tüpürcək qidanı isladaraq dişlər tərəfindən üyüdülməsini və qida borusundan aşağı sürüşməsini asanlaşdırır.
Yemək borusu qidanın mədəyə çatdırılması vəzifəsini daşıyır. Mədəyə gəldikdə isə mükəmməl bir tarazlıqla qarşılaşırıq. Qidanın mədədə həzm olunması bu orqanın içindəki hidroxlor turşusu tərəfindən həyata keçirilir. Ancaq bu turşu o qədər güclüdür ki, yalnız qidanı deyil, mədə divarını belə əridə bilər. Fəqət, qüsursuz sistem içində belə bir xətaya yol verilməmişdir. Həzmin gedişində ifraz olunan ''mukus'' adlı ifrazat mədənin divarlarını örtür və hidroxlor turşusunun aşındırıcı təsirinə qarşı mükəmməl müdafiəni təmin edir. Beləcə, mədənin özü-özünə zərər verməsinin qarşısı alınır.
Həzm prosesinin davamı da eyni dərəcədə planlıdır. Qidanın həzm sistemi tərəfindən parçalanmış, işə yaramayan qismi nazik bağırsaq çəpərləri tərəfindən sorularaq qana qarışır. Nazik bağırsağın iç səthi ''villus'' adlandırılan kiçik qıvrımlarla örtülüdür.
Villusların üzərindəki hüceyrələrin üst qatlarında da ''mikrovillus'' deyilən mikroskopik çıxıntılar olur. Bu çıxıntılar bir nasos kimi işləyərək qidanı əmir. Beləcə, bu nasosların əmdiyi qida qan-damar sistemi ilə vücudun hər tərəfinə çatdırılır.
Burada diqqət yetirilməsi lazım olan məsələ yuxarıda çox sadə izah verdiyimiz sistemi təkamülün heç cür açıqlaya bilməməsidir. Çünki təkamül kiçik quruluş dəyişikliklərinin pillə-pillə üst-üstə yığılması, ibtidai canlılardan bu günkü mürəkkəb orqanizmlərin əmələ gəlməsi fikrini müdafiə edir. Lakin aydın göründüyü kimi, mədədəki sistemin pillə-pillə əmələ gəlməsinə imkan yoxdur. Çünki tək bircə faktorun əskikliyi canlının məhvinə səbəb olar.
Mədədəki maddənin qida gəldiyi zaman parçalayıcı xüsusiyyət qazanması bir sıra kimyəvi proses nəticəsində baş verir. İndi isə təkamül prosesi çərçivəsində, mədəsində belə planlı kimyəvi dəyişikliklər baş verməyən bir canlı təsəvvür edin. Mədəsindəki maddənin parçalayıcı xüsusiyyəti olmayan canlı yediklərini həzm etməyəcək, mədəsində həzm edilməmiş qida kütləsi olduğu halda, qidasızlıqdan öləcək.
Bundan başqa, bu parçalayıcı turşu ifraz olunarkən eyni anda mədə divarlarının onları qoruyan mukus maddəsi ifraz etməsi lazım gəlir. Əks təqdirdə, mədədəki turşu onu parçalayar. Ona görə də insanın yaşaması üçün mədənin bu maddələri (turşu və mukus) eyni anda ifraz etməsi şərtdir. Bu da təkamülçülərin dediyi kimi, mərhələlərlə təsadüfi əmələgəlməni deyil, bir anda bütün sistemləri ilə şüurlu yaradılışın labüdlüyünü sübut edir.
Bütün bunlar isə insan bədəninin bir-biri ilə mükəmməl şəkildə bağlı olan kiçik cihazlardan təşkil olunmuş böyük bir fabrikə bənzədiyini göstərir. Və necə ki, hər fabrikin bir mühəndisi var, insan bədəninin də üstün güc sahibi olan bir Yaradıcısı var.
(harun yahya Allah ağılla bilinir)
Yer imleri