28 yanvar. İlin sonuna 337 gün qalır
814. Fransız imperatoru Böyük Karl vəfat edib
1848. Görkəmli Azərbaycan maarifçisi Həsənəli xan Qaradaği anadan olub
1854. Rəşid bəy Mirzə Fətəli oğlu Axundzadə anadan olub
1887. Eyfel qülləsinin tikintisinə başlanıb
1921. Türk kommunist Mustafa Sübhi qətlə yetirilib
1940. Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS “Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında” qərar qəbul edib
1955. Fransa prezidenti Nikolya Sarkozi anadan olub
1958. Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub
1980. Diktor Aydın Qaradağlı vəfat edib
1982. Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan “ASALA” erməni terror təşkilatı tərəfindən qətlə yetirilib
1986. Amerikanın “Challenger” kosmik gəmisi startdan 73 saniyə sonra 14 km yüksəklikdə qəzaya uğrayıb. Bütün heyət həlak olub
1992. “Ağdam-Şuşa” marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub
1993. Qazaxıstanda yeni Konstitusiya qəbul edilib
1998. Prezident Heydər Əliyev Davos sammitində iştirak edib
2003. Ukrayna prezidenti Kuçma və Rusiya prezidenti Putinin görüşü zamanı Ukrayna – RF sərhədləri dəqiq müəyyən edilib.
Günün aforizmi
“Eşq bir dəniz, qadın isə onun sahilidir”
Tarixdə bu gün
Printable View
-
01-28-2010, 09:58 AMPOWER_RANGERSTarixdə bu gün
-
01-28-2010, 02:17 PMzeynalov_Re: Tarixdə bu gün
sagolasiniz.oxuduq bezilerini yadda saxladiq
-
01-29-2010, 09:57 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
29 yanvar. İlin sonuna 336 gün qalır
1547. Moskvada çar İvan Qroznının tacqoyma mərasimi keçirilib
1616. Holland dənizçiləri Sxauten və Lemer Cənubi Amerikanın ən ucqar nöqtəsi olan Qorn burnunu kəşf ediblər
1821. Rus dənizçiləri Antarktidaya ayaq basıb
1833. Rusiyada ilk dəfə olaraq Peterburqda şəhər poçt xidməti təsis edilib
1886. Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini təqdim edib
1896. Amerikalı fizik Qrubbe ilk dəfə olaraq xərçəngin müalicəsində radioaktiv şüalanmadan istifadə edib
1925. Futbol hakimi Tofiq Bəhramov anadan olub
1927. Balerina Leyla Vəkilova anadan olub
1931. Türkiyədə “Menemen hadisələri”ndə təqsirləndirilən 31 nəfər barədə ölüm hökmü çıxarılıb
1932. İlk yük avtomobili “QAZ AA” (yaşlı nəsil bunu “polutorka” adlandırır) Qorki Avtomobil Zavodunun konveyerindən çıxıb
1949. İngiltərə İsraili de-fakto tanıyıb
1956. Almaniya Demokratik Respublikası Varşava müqaviləsinə qoşulub
1978. İsveçrə ozon təbəqəsinə zərər verdiyi üçün bütün aerozol maddələrin satışını qadağan edən ilk ölkə olub
2001. Fransa parlamenti uydurma “erməni soyqırımını” tanıyıb
2002. Corc Buş İran, İraq və Şimali Koreyanı “şər üçbucağı” adlandırıb
2007. Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 120-ci sessiyasının qərarı ilə Mehriban Əliyeva “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə” mükafatına layiq görülüb.
Günün aforizmi
“Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.
Mehriban Əliyeva
-
02-01-2010, 10:37 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
1 fevral. İlin sonuna 333 gün qalır
1720. İsveçrə və Prussiya arasında sülh sazişi imzalanıb
1732. Rusiya və İran arasında Rəşt sülhü imzalanıb
1800. Fransada referendum yolu ilə Konstitusiya qəbul edilib: 3 011 007 səs lehinə, 1 562 əleyhinə
1865. ABŞ-da köləlik ləğv edilib
1884. “Oksford lüğəti”nin ilk nəşri işıq üzü görüb
1918. Şah hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan hökuməti altında Tehrana Fövqəladə Diplomatik Missiya göndərib. Missiyaya hüquqşünas İsmayıl xan Ziyadxan rəhbərlik edib
1924. İngiltərə SSRİ-ni tanıyıb
1926. Qırğızıstan MSSR təşkil edilib
1931. Rusiyanın ilk prezidenti Boris Yeltsin anadan olub
1958. Misir və Suriya “Birləşmiş Ərəb Respublikası” yaradıb. Qurumun ömrü cəmi 3 il olub
1979. Ruhulla Xomeyni Fransadan İrana qayıdaraq hakimiyyəti ələ alıb.
1979. Türk jurnalist Abdi İpəkçi qətlə yetirilib
1996. Rusiya və Ukraynada 1 milyon şaxtaçı tətilə başlayıb
1999. Barış Manço vəfat edib
2004. Rejissor Lütfi Məmmədbəyov vəfat edib
Günün aforizmi:
“Düşüncə inkişafa mane olursa, o, mütləq dəyişilməlidir”
Bəşər əl-Əsəd, Suriya prezidenti.
-
02-02-2010, 09:58 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
2 fevral. İlin sonuna 332 gün qalır
1535. Buenos-Ayres şəhərinin əsası qoyulub
1589. Moskva Patriarxlığının əsası qoyulub
1635. Hollandiyalılar Yeni Amsterdamın əsasını qoyub. İngilislərin nəzarətinə keçdikdən sonra şəhər Nyu-York adlandırılıb
1907. Rus kimyaçı Mendeleyev vəfat edib
1919. Portuqaliyada monarxiya bərqərar olub
1943. Stalinqrad döyüşü başa çatıb
1955. Baykonur kosmodromu açılıb
1970. Münhendə ilk dəfə sinir transplantasiyası həyata keçirilib
1971. İdi Amin Dada Uqandada dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlib
1977. Kolumbiyalı müğənni Şakira anadan olub
1989. Sonuncu sovet əsgəri Əfqanıstanı tərk edib
1993. Akademik Həsən Əliyev vəfat edib
1996. Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirilib. Bu tarix hər il Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir
2004. Türkiyə hökuməti Ceyhan terminalına Heydər Əliyevin adinin verilməsi barədə qərar qəbul edib.
2005. Polad Bülbüloğlu “İstiqlal” ordeni ilə təltif edilib
2006. Bakıda Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin beynəlxalq konfransı keçirilib.
Günün aforizmi
“Bilənlər başçısı olsa da yenə,
Bu gənclər möhtacdır qoca fikrinə”.
Nizami Gəncəvi.
-
02-04-2010, 09:57 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
4 fevral. İlin sonuna 330 gün qalır
1719. I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin sayılması haqda fərman verib
1917. Maarifçi Zəkəriyyə bəy Aslanov vəfat edib
1921. Azərbaycanlı alim Lütfi Zadə anadan olub
1935. Moskva metrosu sınaq müddətinə istismara verilib
1945. Polad Bülbüloğlu anadan olub
1945. Stalin, Ruzvelt və Çörçilin iştirakı ilə Yalta konfransı başlayıb
1964. Milli Qəhrəman Təbriz Xəlilbəyli anadan olub
1972. İngiltərə və daha 9 dövlət Banqladeşin (Şərqi Pakistan) müstəqilliyini tanıyıb
1974. Akademik Zahid Xəlilov vəfat edib
1999. Polkovnik Uqo Çaves Venesuelada hakimiyyəti ələ keçirib
2003. Serbiya və Çernoqoriya respublikalarının konstitusiyaları qəbul edilib
2004. Pakistan nüvə proqramının atası Əbdül Qadir xan nüvə texnologiyasını İran və Şimali Koreyaya verdiyi üçün xalqdan üzr istəyib
2004. “Facebook” sosial şəbəkəsi meydana gəlib
2005. Yulya Timoşenko Ukraynanın baş naziri seçilib
Günün aforizmi
“Tərbiyə ilə təhsil ayrılmazdır”.
Lev Tolstoy.
-
02-07-2010, 06:40 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
fevral. İlin sonuna 327 gün qalır
1478. İngilis yazıçı Tomas Mor anadan olub
1812. İngilis yazıçı Çarlz Dikkens anadan olub
1831. Belçikanın konstitusiyası qəbul edilib
1906. Sovet aviakonstruktoru Oleq Antonov anadan olub
1919. Rejissor Tofiq Tağızadə anadan olub
1920. Bolşeviklər ağqvardiyaçı admiral Kolçakı güllələyib
1924. SSRİ və İtaliya diplomatik münasibətlər qurub
1939. Londonda yəhudilərin Fələstinə köçürülməsinə dair konfrans işə başlayıb
1960. Sovet fiziki İqor Kurçatov vəfat edib. Kurçatov “sovet atom silahının atası” hesab edilir
1962. ABŞ Kuba ilə bütün ticarət əlaqələrini dondurub
1971. İsveçrədə qadınlar səsvermə hüququ əldə edib
1992. Avropa İttifaqının yaranmasına zəmin olan əsas müqavilələrdən biri Maastrix sazişi imzalanıb
1993. Müğənni Şövkət Ələkbərova vəfat edib
2006. Füzuli Ələkbərov Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi, Azad Rəhimov isə Gənclər və idman naziri təyin edilib
2008. Azərbaycanda sonuncu çadır düşərgəsi ləğv edilib.
Günün aforizmi
“Yalan danışmaq öz mənliyindən əl çəkmək deməkdir”.
Onore dö Balzak
-
02-08-2010, 11:49 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
8 fevral. İlin sonuna 326 gün qalır
1265. Moğol hökmdarı Hülaku xan vəfat edib
1587. Şotland kraliçası Mariya Stüart edam edilib
1672. İngilis fizik İssak Nyuton “İşığın təbiəti haqqında” tədqiqatını açıqlayıb
1725. Rus çarı I Pyotr vəfat edib
1828. Rus qoşunu Ərdəbili işğal edib
1828. Fransız yazıçı Jül Vern anadan olub
1834. Rus kimyaçı Mendeleyev anadan olub
1867. Avstriya-Macarıstan dövləti təşəkkül tapıb
1904. Yaponlar Port-Artura hücum edib. Rus Yapon müharibəsi başlayıb
1918. Tiflis Dövlət Universiteti təşkil edilib
1930. Vatikan Sovet İttifaqında xristianların təqib edilməsinə etiraz edib
1963. Əbdülsalam Arifin başçılıq etdiyi BƏƏS partiyası İraqda hakimiyyəti ələ keçirib
1994. Ukrayna “NATO ilə əməkdaşlığa dair çərçivə Sazişi”ni imzalayıb
2005. Prezident İlham Əliyev “Abşeron milli parkının yaradılması Haqqında” fərman imzalayıb.
Günün aforizmi
“İnsan ağılla yaşar, fəndlə mübarizə aparar”
Fin məsəli
-
02-09-2010, 12:32 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
9 fevral. İlin sonuna 325 gün qalır.
1846. Alman avtomobil konstruktoru Vilhelm Maybax anadan olub
1881. Rus yazıçı Fyodr Dostoyevski vəfat edib
1905. Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb
1920. Parisdə imzalanan müqavilə ilə Şpitsberqen adasının statusu müəyyən edilib
1924. Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) təşkil edilib
1931. 7-ci Ümumazərbaycan Sovetlər Qurultayı başlayıb. Qurultay 16 fevralda başa çatıb
1934. Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya arasında Balkan sazişi imzalanıb
1948. Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya qəbul edilib
1969. “Boeing 747”-nin ilk uçuşu həyata keçirilib.
1984. Sovet lideri Yuri Andropov vəfat edib
1991. Litva SSR əhalisi referendumda müstəqilliyinə səs verib
1994. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və bir çox sahələrdə əməkdaşlığa dair protokollar imzalanıb
1995. Azərbaycan Respublikası Bosniya və Herseqovina ilə diplomatik əlaqələr qurub
1996. Almaniyanın Darmştad şəhərində atom kütləsi 277 olan yeni element sintez edilib
2004. “Mozilla Firefox 0.8” veb brauzeri satışa çıxarılıb.
Günün aforizmi
“Poeziya ruhun musiqisidir”
Volter
-
02-10-2010, 01:10 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
10 fevral. İlin sonuna 324 gün qalır
1755. Fransız filosof Monteskyu vəfat edib
1763. Kanadanın idarəçiliyi Fransadan İngiltərəyə keçib
1828. Rusiya və İran arasında Türkmənçay müqaviləsi imzalanıb. Bununla da Azərbaycanda rus işğalının 2-ci mərhələsi başa çatıb
1890. Sovet dissidenti Boris Pasternak anadan olub
1909. Sultan II Əbdülhəmid vəfat edib
1931. Dehli Hindistanın paytaxtı olub
1942. Akademik Rafiq Əliyev anadan olub
1947. Parisdə II Dünya müharibəsinin qalibləri və Almaniyanın keçmiş müttəfiqləri arasında saziş imzalanıb
1974. Azərbaycan SSR Ali Soveti “10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tərtib edilməsi haqqında” qərar verib
1992. Azərbaycan Respublikası Meksika ilə diplomatik əlaqələr qurub
1995. Alma Atada 10 MDB dövləti “Vahid HHM sistemi” yaratmağa dair saziş imzalayıb
1
996. Harri Kasparov şahmatda kompüterə qalib gəlib
1998. Azərbaycan Respublikası Milli Məclisi ölkədə ölüm hökmünün tamamilə ləğv edilməsi barədə qərar verib
2009. Prezident İlham Əliyev Küveytə rəsmi səfərə gedib. Səfər çərçivəsində Küveyt əmiri Şeyx Əhməd əl Sabaha “Heydər Əliyev ordeni”ni təqdim edilib
2009. Naxçıvanda “Nuhun tufanı və Naxçıvan” adlı beynəlxalq konfrans keçirilib.
Günün aforizmi
“Mehriban söz şəkərdən yaxşıdır”
Tacik məsəli
