2 sonuçtan 1 ile 2 arası

Röya Faiqle behse girmeyib

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Röya Faiqle behse girmeyib

    Faiq Ağayevin dalbadal 5 gün solo konsertlə həmkarları arasında rekord vurması digərlərini həvəsə gətirib.

    Bu günlərdə digər tanınmış müğənni Röya Ayxan apreldə 6 gün Heydər Əliyev adına Sarayda konsertlə çıxış etməyi planlaşdırdığını bəyan etdi. Bununla da o, Faiq Ağayevin təbirincə desək, həmkarları arasında "a kateqoriyalı" müğənni olduğunu bir daha sübut etmək əzmindədir.



    Müğənninin prodüseri Tolikin sözlərinə görə, artıq Röya Türkiyənin meqa-starı Tarkanın "Star" şirkəti ilə müqavilə bağlayıb. Onun 6 günlük konsertinin səhnə tərtibatını adıçəkilən şirkət hazırlayacaq. "Faiq 5 gün konsert verməklə kişi müğənniləri arasında "a kateqoriyalı" yeganə müğənni olduğunu sübut etdi. Kimsə deyirsə, Röya Faiqlə bəhsə girib, səhv edir. Röyanın Faiqlə gözəl münasibəti var və o, heç vaxt Faiqlə rəqabətə girmək arzusunda olmayıb. Sadəcə olaraq, Röya bir daha sübut edəcək ki, həm yaşlı, həm də indiki qadın müğənnilər arasında onunla rəqabətə girəcək kimsə yoxdur. Qadın müğənnilər arasında fəxri adları olanlar var ki, sinələrinə döyüb "mənəm-mənəm" desələr də, bir gündən artıq konsert verə bilmirlər. Təkcə Zülfiyyə Xanbabayeva olub ki, onun da konsertlərini "Azercell" təşkil edib. Lakin Röya öz hesabına stadionda konsert verdi." Prodüser onu da əlavə etdi ki, Röya bu dəfə xeyriyyə konserti verməyəcək":: "Ötən il biz 2200 nəfər üçün sarayda bir gün konsert verəndə, bizdən şikayət etmişdilər ki, niyə 20 yox, 10 bilet göndərmişik. Ona görə də, bu il xeyriyyə konserti olmayacaq." Qeyd edək ki, Röya Mədəniyyət və Turizm Nazirliyinin "Lider" telekanalı ilə birgə həyata keçirdiyi "Akademiya" musiqi müsabiqəsinə əvvəlcədən "müəllim" kimi qatılsa da, sonradan oranı tərk etdi. Onun bu gedişi barədə "Röyanı Aygün qovub" kimi söz-söhbətlər yayılsa da, prodüseri Tolik bu xəbərləri təkzib etdi":: "Aygün kimdir ki, Röyanı qovsun. O, adi bir əməkdar artistdir və Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihədən Röyanı qova bilməz. Heç layihənin rəhbəri Briliant Dadaşovanın da kimisə müsabiqədən kənarlaşdırmağa ixtiyarı yoxdur. Röyanın "Akademiya"dan getməsinə əsas səbəb bu layihənin onu qane etməməsi oldu. Röyanın müsabiqədən getməsi ilə digər müğənni həmkarları sanki yuxudan ayıldılar. Kamran Həsənli də bizdən sonra mətbuata bəyan etdi ki, "Akademiya"da saxtakarlıqdır." Xatırladaq ki, bir müddət öncə "Day.az" saytına verdiyi müsahibədə də Röya proyektə cəlb olunan sənətçilərdən ən az boş vaxtı olan müğənninin özü olduğunu demişdi. Odur ki, bütün günü iş-gücünü atıb, "ev"də tələbəsinə dərs keçməyə nə vaxtı, nə də həvəsi var":: "Əgər Brilliant Dadaşova istəyir ki, mən və layihənin digər iştirakçıları müntəzəm "Akademiya"ya gələk və vaxtımızın çox hissəsini orada keçirək, onda bizə pul ödəməlidir. Axı mən bu müddətdə başqa bir yerdə pul qazana, dostlarımın əhatəsində istirahət edə və yaxud evin problemlərilə məşğul ola bilərəm?" Röya sözlərinə görə, hələ seçim mərhələlərində diqqətini çəkən bir səslə rastlaşmadığı barədə Brilliant xanıma məlumat verib":: "Bir də ki, məndən nə müəllimə ola bilər? Artıq demişəm ki, müğənni deyiləm və hüquq sahəsi üzrə təhsil alıram. Amma mənə dedilər ki, adım reklamda gedir, siyahıya düşmüşəm və s. Axı mən musiqi təhsil ocağının tələbəsinə necə oxumaq öyrədə bilərəm?" Yeri gəlmişən, bu günlərdə Röyanın yeni çılpaq şəkilləri yayımlanıb. Hərçənd ki, Röya bu şəkillərin kim tərəfindən lentə alındığından xəbərsiz olduğunu deyir. O, tamam çılpaq vəziyyətdə çəkilən şəklin teleproyektlərdən birində "ərsəyə gəldiyini" söyləyir":: "Hamamda çimirdim, birdən yadıma düşdü ki, bədən üçün kremim otaqda qalıb. Hamamdan lüt dəhlizə çıxdım, çünki, bu vaxt orada heç kim yoxuydu. Sən demə, operatorlar bundan istifadə ediblər, dəhlizdə quraşdırılan kameralar vasitəsilə məni çəkiblər. Sonra da bunu telefonlara yayıblar. Bu, mənim günahım deyil". Röya boynuna alır ki, tez-tez rəfiqələri ilə bir-birlərinin yarıçılpaq şəkillərini çəkirlər. Sonra isə həmin şəkillərə baxıb gülürlər. Müğənninin fikrincə, görünür, həmin şəkilləri lentdən çıxaran şəxs onu kompüterdə saxlayır, sonra isə pulla başqalarına satır. Beləliklə də, onun çılpaq görüntüləri bütün ölkəyə yayılır. Maraqlısı odur ki, Röya onun şəkillərini yayan adamları cəzalandırmaq fikrindən uzaqdır. Müğənni məhkəməyə müraciət etmək istəmir. Bunu həddindən artıq ürəyiyumşaq olmasıyla əlaqələndirir".

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2006
    Yer
    Yerixo
    Mesajlar
    1.946
    'Röya' da hakikaten 'röya' kimi... Onu Türkiye'de de görmek isteriz...
    Şükr Allaha ki pişiklerin qənətləri yox... Olsa idi, göydə göyərçin qalmazdı... Allah kimə qənət verəcəyini bilir!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.