Demə Elnarə də "ulduz" xəstəliyinə tutulub. Bildiyiniz kimi, Elnarə də Milli Konservatoriyada təhsil alır.

Müəllimi isə tanınmış muğam ustası Aygün Bayramovadır. Aygün xanım dünən ANS-ÇM-in qonağı olarkən dedi ki, bəs Elnarə dərslərə gəlmir. Onun sözlərinə görə, yalnız I kursda "Səninəm" deyən müğənni 2-3 dəfə dərslərdə iştirak edib. Görəsən, Elnarə hansı səbəbdən dərslərdə iştirak etmir? Olmaya o, müəllimlərə ehtiyac duymur?



Bunu öyrənmək üçün Elnarənin sözçüsü Leyla ilə əlaqə saxladıq. Leyla bu tədris ilində doğrudan da Elnarənin dərslərdə iştirak etmədiyini etiraf etdi: "Buna səbəb müğənni-xanımın ana olmağa hazırlaşmasıdır. Ancaq I kursda həmişə dərslərdə iştirak edib. Ola bilər ki, 1-2 dəfə dərsdən qalıb. Ancaq ötən tədris ilində hamı məəttəl qalırdı ki, səhər tezdən digər tələbə-müğənnilərdən fərqli olaraq Elnarə dərsə gedir. Bu il isə məlum səbəbdən 1 illik məzuniyyət götürəcək".