2 sonuçtan 1 ile 2 arası

Ən böyük mükafat can sağlığıdır

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Ən böyük mükafat can sağlığıdır

    Bu il tanınmış kaman ustası, xalq artisti Habil Əliyevin 80 yaşı tamam olur.

    Lakin sənədlərdə sənətkarın təvəllüd tarixi 1929-cu il göstərilib. Özünün dediyinə görə, "o vaxtlar çəlimsiz, zəif olduğum üçün əsgərlikdən saxlanmağa görə, yaşımı iki il azaltdılar. Əslində mən 1927-ci ildə anadan olmuşam".



    80 illik yubileyinin dövlət səviyyəsində qeyd olunacağına inanmayan xalq artisti bu məqsədlə Faiq Ağayevə Aygün Kazımovaya "ağız açmağa" hazırlaşır: "O gün qəzetlərdən birində oxumuşam ki, onları toya on min dollara aparırlar. Rəhmətlik Xan Şuşinski Azərbaycan incəsənətinin şahı idi, amma o, il ərzində bu qədər pul qazanmırdı. Əgər Faiq Ağayev, Aygün Kazımova gün ərzində 10 min dollar pul qazınırsa, görün indi pul kimlərdədir, Aygünə, Faiqə qulaq asanlarda... Bax, əsl bəla bundadır, pul zövqləri bərbad halda olanlardadır. Mən toya gedəndə özümlə 7-8 nəfərdən ibarət ansambl aparırdım. Söz yox ki, katiblərin, nazirlərin və digər böyük adamların toylarını mən aparmışam, amma biz bütün kollektivə 2-3 min manatdan çox almazdıq. Özü də mən, elə-belə müğənni aparmazdım, sözün əsl mənasında müğənni olanlar mənimlə toylara gedirdilər. Təzələr gəlib bərbad hala salandan sonra mən toylara getmədim. Bir sənətçi kimi indiyədək "İstiqlal" ordenindən başqa bütün dövlət titullarına və mükafatlarına layiq görüldüyünü deyən H.Əliyev onlara o qədər önəm vermədiyini bildirdi: "Mükafatların arasında bir "İstiqlal" qalıb, amma mənim üçün ən böyük mükafat can sağlığıdır. Mən həmişə özümə baxan adam olmuşam, amma görürəm ki, daha baxmaq da kömək etmir, artıq qocalığı yavaş-yavaş boynuma alıram. Hərdən oturub fikirləşirəm ki, bu vaxtımda dünyadan köçüb getmiş yoldaşlarım yanımda olaydılar. Onlardan ötrü yaman darıxıram..."

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jan 2007
    Yer
    Türkiye Cumhuriyeti.
    Mesajlar
    263
    ELBETTE YÜCE ALLAHIN(C.C)BİZLERE VERDİĞİ EN BÜYÜK MÜKAFAT CAN SAĞLIĞIDI.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.