Frederik Şopen — Romantik dövrün ən görkəmli nümayəndələrindən biri. Dünya şöhrətli polşalı bəstəkar, fortapiano üçün çoxsaylı qiymətsiz əsərlərin müəllifi, pianoçu – Frederik Şopen 1810-cu il fevralın 22-də Varşava yaxınlığında dünyaya gəlib. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen, böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortapiona əsərləini hazırlayır. Bu zaman o həm də Polşanın ən uğrulu pianoçusu kimi tanınır.
Bu videoda Şopen haqda çox şey öyrənəcəksiz