Qoyun əti - 250q, düyü - 250q, ərinmiş yağ - 50q, kişmiş - 50q, qaysı - 50q, albuxara - 50q, xurma - 50q, şabalıd - 50q, qabaq - 150q, istiot - 0,1q, duz.
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür
Menim tapdıgım budur,insallah dogrudur
Yer imleri