Salam!
Sizdən bir xahişim var. Xan Plovu necə hazırlanır bilən varsa buraya yaza bilərmi? Sağolun!
Xan Plovu resepti
Printable View
-
05-02-2011, 01:36 PMBakuXan Plovu resepti
-
05-02-2011, 02:09 PMsuzi333Re: Xan Plovu resepti
Qoyun əti - 250q, düyü - 250q, ərinmiş yağ - 50q, kişmiş - 50q, qaysı - 50q, albuxara - 50q, xurma - 50q, şabalıd - 50q, qabaq - 150q, istiot - 0,1q, duz.
Quzu ətindən hər paya 2-3 sümüksüz tikə kəsib duz və istiot vurulur. Meyvə və şabalıd yağda bişirilir. Qazanın dibinə yağ töküb qaymaq əvəzinə dilim-dilim doğranmış qabaq, onun üstünə ət tikələri və meyvə-şabalıd qarışığı yerləşdirilir. Ayrıca bişirilmiş düyü onların üzərinə tökülür və zəif od üzərində dəmə qoyulur. Süfrəyə verilən zaman plov boşqaba çəkilir, yanına quzu əti, meyvə-şabalıd və qabaq qoyulur, üstünə yağ tökülür
Menim tapdıgım budur,insallah dogrudur -
05-02-2011, 02:44 PMDamla1Re: Xan Plovu reseptiprob eliyim göresen? yaxşısı budu ki sabah sen bişir qonaq gelim size...Alıntı:
suzi333 Nickli Üyeden Alıntı
-
07-13-2014, 02:40 AMAzerbaycanli
Çox dadlı plova oxşayır bu Xan Plovu. Bişiren olsaydı yeyerdik :)
