:meyus: :sorry: :mad: adam bu qederde qeddar olmaz axi :(
Sual ve Cavablar
Printable View
-
03-24-2010, 04:19 PMPOWER_RANGERSRe: Sual ve Cavablar
-
04-02-2010, 02:02 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Allahın ən gözəl adlarının mənasını bilməyin əhəmiyyəti nədir?
Cavab: əmd Allaha məxsusdur.
Həqiqətən də, Allah təalanın gözəl adlarını bilməyin aşağıdakı səbəblərdən dolayı böyük əhəmiyyəti var:
1. Allahın ad və sifətləri haqqında elm elmlərin ən şərəflisi və ən üstünüdür. Çünki istənilən bir elmin şərəfli olması məlum olanın, tanınanın, bilinənin şərəfi ilə ölçülür. Burada məlum olan adları, sifətləri və əməlləri ilə birgə Allah Sübhənahu və Təaladır. Bu elmi başa düşmək və bunu mükəmməl şəkildə tədqiq etmək, arasdırmaqla müsəlmanın özünü məşğul etməsi ən ümdə məqsədlə məşğul olmasıdır. Bu elmdə müvəffəq olmaq, bu elmi əldə etmək insana veriləcək ən şərəfli hədiyyələrdəndir. Buna görə də peyğəmbər sallallahu aleyhi və səlləm bunları olduqca açıq-aydın izah etmiş və bunu etməyə çox həris olmuş, ehtimam göstərmişdir. Səhabələr bu məsələdə heç zaman ixtilaf etməmişdirlər.
2. Allahı tanımaq insanın Allahı sevməsinə və Ondan qoxmasına, Ona təvəkkül etməsinə, öz əməllərində Allaha qarşı səmimi olmasına gətirib çıxarır. Bu da qulun səadətinin əsasıdır. Allahı tanımaq yalnız Onun ən gözəl adlarını bilməklə və bu adların mənasını lazımı şəkildə anlamaqla hasil olur.
3. Allah Sübhənahu və Təalanın ən gözəl adlarını tanımaq insanın imanını artırır. Necə ki, Şeyx Abdurrəhman ibn Sadi (Allah ona rəhmət etsin) demişdir:”Allahın ən gözəl adlarına iman və onları tanımaq özündə Tövhidin bu üç növünü ehtiva edir:
Tövhid əl-Rububiyyə {Allahı Onun öz əməllərində təkləşdirmək-məs.yaratmaq, ruzi vermək, öldürmək, diriltmək, idarə etmək və s.}
Tövhid əl-Uluhiyyə {Qulun öz əməllərində Allahı təkləşdirməsi məs. (ibadətin bütün növləri-ixlas, namaz, zəkat, oruc, sədəqə, cihad, elm, qurban kəsmək, nəzir vermək və s.)}
Tövhid əl-Əsma vua əl-Sifət (Ən gözəl ad və sifətlər)
Tövhidin bu üç növü imanın ruhudur və fərəhidir (burada “sevinc, fərəh” kimi tərcümə olunan “ru`h” sözünün mənası “qəlbin sıxıntıdan azad olması, istirahət etməsi, dincəlməsi və əmin-aman olmasını” ifadə edir). Bu elm imanın əsli, əsası və qayəsidir. Qul Allahın ad və sifətləri haqqında nə qədər elmini artırarsa, imanı bir o qədər artar və onun yəqinliyi bir o qədər güclənər, qüvvətlənər”. (Əl-Tavdih vua əl-Bəyan li Şəcərət əl-İman, Şeyx Sadi səh.41).
4. Allah təala məxluqları Onu tanımaq və Ona ibadət etmək üçün yaratmışdır. Qullardan gözlənilən və onları etməsi tələb olunan məhz budur. Çünki, necə ki, İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Peyğəmbərlərin dəvətin açarı, risalətinin məğzi Allahı Onun ad və sifətləri, əməlləri ilə yanaşı tanımaqdır. Çünki tələb olunan bu bünövrənin üzərində başlanğıcdan sona kimi risalətin digər hissələri bina edilir”. (Əl-Səvəiq əl-Mursələ alə əl-Cəhmiyyə vua əl-Muattıla, İbn Əl-Qeyyim, 1/150-151). Beləcə qulun özünü Allah tanımaqla məşğul etməsi insanın xəlq olunduğu məqsədi yerinə yetirməsi, lakin qulun bunu tərk etməsi, əhəmiyyət verməməsi, xəlq olunduğu məqsədə əhəmiyyət verməməsi, etinasız yanaşmasıdır. İmanın mənası Allahı tanımadan sadəcə sözləri tələffüz etməkdən ibarət deyil, çünki Allaha həqiqi imanın mənası qulun iman gətirdiyi Rəbbini tanıması və Allahı ad və sifətləri ilə tanımağa çalışması, səy göstərməsidir. Rəbbini tanıması nisbətində, imanı bir o qədər artır.
5. Allahın adları haqqında elm bütün elmlər üçün əsasdır. Necə ki, İbn əl-Qeyyim demişdir: “Allahın ən gözəl adları haqqında elm digər elmlər üçün əsasdır, çünk digər elm sahələrinin obyektləri ya xəlq olunmuşdur, ya da Allah tərəfindən əmr olunmuşdur (elmin digər sahələri ya Allah tərəfindən xəlq olunmuş şeylərdən bəhs edir və yaxud Onun tərəfindən nazil olan qanunlar, hidayət yolundan bəhs edir)”. Yaradılış və hidayətə dair dəlillər Onun ən gözəl adlarındadır. (Çünki O Xaliqdir, O əşyaları yaradır; çünki O doğru yola hidayət edəndir, O hidayəti nazil edir və s.)...Allahın ən gözəl adlarını tanımaq elmin bütün obyektləri, məqsədləri üçün əsasdır. Çünki elmin hamısı onun adlarından meydana gəlir, ona əsaslanır...” (Bədə`i əl-Fəvəid, İbn Əl-Qeyyim, 1/163) -
04-08-2010, 02:17 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Tərkibində müəyyən faiz spirt olan dərmanlar barədə hökm nədir?
Cavab: Həmd Allaha məxsusdur. Dərmanları spirt ilə qarışdırmaq qadağandır. Çünki, spirt kənara atılmalıdır. Rəvayət olunur ki, Əbu Səid əl-Xudri demişdir: “Bizdə bir yetimə məxsus şərab var idi və əl-Maidə (yəni, içkinin haram edilməsi barədə ayə) nazil olduqda mən Allahın Rəsulundan (Ona Allahın salavatı və salamı olsun) bu barədə soruşaraq dedim: “Bu yetimindir”. O (Ona Allahın salavatı və salamı olsun) dedi: “Boşalt getsin.” Tirmizi, 1263; Şeyx Əlbani “Səhih ət-Tirmizi”də bu hədisi səhih olaraq təsnif etmişdir.
İkincisi: Əgər dərman spirt ilə qarışıbsa və spirtin faizi dərmanda sərxoşedici təsir yaradacaq qədər çox isə, bu halda xamr (sərxoşedici) hesab edilir və bunu qəbul etmək haramdır. Əgər spirtin faizi çox aşağı isə və sərxoş etmirsə, bu halda bu dərmanı qəbul etmək olar. -
04-08-2010, 07:28 AMcanbellRe: Sual ve Cavablar
icki haramdi :D melumatina gore tesekkurler :alqis: Umarim bu gunden sonra hec kim icki icmez :wink:
-
04-08-2010, 03:43 PMAgLaYaN_BuLuDRe: Sual ve Cavablar
calisaq emel edek...
-
04-14-2010, 01:46 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) cənnət barədə vəsf etdiklərinə əsaslanmaqla cənnətin bədii rəsimlərini təxəyyül əsasında çəkmək barədə hökm nədir?
Cavab: Həmd Allaha məxsusdur.
Bu cür etmək icazəli deyil və mümkün olmayan bir şeydir. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bizə Allah Azzə və Cəllədən cənnətin vəsfi barədə belə xəbər vermişdir: “Mənim saleh qullarım üçün heç bir gözün görmədiyi və heç bir qulağın duymadığı və heç bir insanın ağlından belə keçirmədiyi şeylər hazırlamışam. Əgər istəyirsənsə oxu:
“Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!” [əl-Səcdə 32:17]
Bu cür bədii rəsimlər cənnətdəki nemətlərin əhəmiyyətinin aşağı olduğu kimi bel bir təsəvvür yarada bilər. Quran və Sünnədə cənnət barədə rəvayət olunan vəsflər, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) səhabələrinə başa saldıqları kifayətdir. Ən doğrusunu Allah bilir. -
04-17-2010, 01:49 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Özəl bir idarədə çalışan bir nəfər var, lakin onun sağlamlığı ilə bağlı bəzi problemləri var idi və tibbi müalicə aldığı dövrdə işini saxlamalı oldu. Müalicədən sonra təkrar işində qayıtdı və işlədiyi günlər üçün öz haqqını tələb etdi, lakin müdiriyyət onun bu haqqlarını qəbul etmədi. Həmin adamın pula ehtiyacı var, odur ki, işin gedişatında hər gün topladığı pul məbləğindən müəyyən qədər götürməyə başladı. Onun başqa bir şey etmək niyyəti yoxdur, sadəcə öz haqqını götürür. Bundan başqa heç bir şey. Bu cür etmək haramdır yoxsa halal?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur.
Onun bu cür etməyə ixtiyarı, haqqı yoxdur, ona halal deyil, çünki onun topladığı pul vəsaiti, hansı ki bundan götürməyə haqqı olduğunu iddia edir, müdiriyyət bu işi icra etməyi ona əmanət etmişdir, tapşırmışdır. Hər hansı bir şey əmanət olunan kəs həmin əmanətə sadiq qalmağa və bu əmanəti sahibinə geri verməyə borcludur. Bu məsələdə müdirinə qarşı xəyanət etmək ona icazəli deyil.
Allah təala buyurur:
“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” [ən-Nisa 4:58]
Peyğəmbər (Ona ALlahın salavatı və salamı olsun) demişdir: “Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin.” Tirmizi, 1264; Əlbani “Səhih ət-Tirmizi”də hədisi səhih olaraq təsnifləşdirib.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əmanət olunan şeyləri təkrar yiyəsinə verməyi əmr etmiş və xəyanət edən tərəfə təkrar xəyanət etməyi isə qadağan etmişdir.
Daimi Heyətə belə bir sual ilə müraciət edirlər: Bir kişi tərəvəz dükkanında çalışır və müdiri yalnız hər dörd və ya altı aydan biri maaşını verir. İşlədiyi həmin tərəvəz dükanında müdirin xəbəri olmadan toplanan puldan öz maaşını götürməyə ixtiyarı varmı?
Cavab: Müdirin xəbəri və yaxud icazəsi olmadan çalışdığınız tərəvəz dükanında toplanan pul vəsaitindən maaşınızı götürmək sizə icazəli deyil. Maaş götürmək üçün müdirinizdən bu barədə soruşmalısınız və əgər o rədd cavabı verərsə, bu halda müvafiq səlahiyyət orqanlarına şikayətinizi bildirin ki, onlar müdiriyyəti vadar etsinlər ki, sizə ödəniş etsin.
Daimi Heyətin Fətvaları, 15/145
Şeyxu-l İslam ibn Teymiyyə, (Allah ona rəhmət etsin), “Fətvalar Toplusu”, 30/372 əsərində deyir:
Əgər bir kəsin başqa birindən alacağı haqq varsa, borclu tərəfin icazəsi olmadan bu haqqı eynilə və yaxud buna bərabər miqdarda geri götürmək olar? Bu məsələnin iki yönü var:
1.Əgər haqqını tələb etməsinin səbəbi açıq-aşkar olub heç bir dəlil-sübut zəruri etmirsə, məs. qadının əri tərəfindən baxım (geyim, qida və s. kimi xərcləmək) haqqı və ya atanın övladına (nəfəqə, xərcləmək) baxım haqqı və ya qonaq qaldığı yerdə qonağın qonaq haqqı, bu halda şübhəsiz ki, borclu olan tərəfdən bu haqqını icazəsi olmadan götürə bilər. Səhiheyndə sübuta yetirilib ki, Hind bint Ütbə ibn Rabiə demişdir: “Ey Allahın Rəsulu, Əbu Süfyan simic bir kişidir və özümə və uşaqlarıma kifayət qədər (nəfəqə, baxım haqqı) vermir.” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Özün və uşaq üçün ənənəyə görə kifayət edəcək qədər götür.” Bu rəvayətdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) ona icazə verdi ki, öz ruzisini (nəfəqəsini) ənənəyə görə,mal sahibinin icazəsi olmadan götürsün. Eynilə, əgər bir kəsin mal-mülkünün zülmlə əlindən alındığı bilinirsə və insanların bu barədə xəbəri varsa, zülm olunan tərəf qəsb olunmuş malını və ya buna bərabər bir şeyi qəsbkardan və s. götürə bilər.
2. Öz hüququnu tələb etmək üçün səbəb açıq-aşkar deyilsə. Məsələn, qarşı tərəf, iddia edən tərəfə borclu olduğunu inkar edir və yaxud onun malını haqqsız yerə götürdüyünü təkzib edir və iddia edən tərəfin sübut-dəlili yoxdur. Bu halda elm əhli arasında iki rəy var. Birincisi budur ki, iddia edən tərəf götürə bilməz; bu Malik və Əhmədin rəyidir. Digər rəyə görə isə bunu götürə bilər, bu da Şafeinin rəyidir.
Haqqının pozulduğuna dair aşkar heç bir dəlilin olmadığı halda iddia etdiyi haqqını geri götürə bilməz” söyləyənlər, dəlil qismində Sünən əsərində Əbu Hüreyranın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi sözünü dəlil gətirirlər: “Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin”. Həmçinin, “Müsnəd” əsərində rəvayət olunur ki, Bəşir ibn əl-Xəsasəh demişdir: “Ey Allahın Rəsulu, bizim bəzi qonşularımız var, heç bir şey qoymurlar, nə gəldi, götürürlər. Əgər onlardan bir şey götürməyə imkanımız olsa, bunu götürəkmi? O dedi: “Xeyr.” Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin.
Bu hədislərdən aydın olur ki, haqqı pozulan tərəfin bu haqqı açıq-aşkar deyilsə və xəlvəti olaraq bu haqqını götürürsə, onun bu cür etməyə ixtiyarı yoxdur, baxmayaraq ki, o öz haqqına bərabər bir şeyi götürür bununla belə ona əmanət edən bir kəsə xəyanət edərək bunu yerinə yetirir. Səbəbi budur ki, bir halda ki, qarşı tərəf öz mal-mülkünü ona əmanət etmiş və o isə onun xəbəri olmadan bundan müəyyən qədər götürmüş, bununla belə haqqlarının pozulmasına dair açıq-aydın sübut-dəlil yoxdur, bu halda bu cür hərəkət əmanətə xəyanət etməkdən sayılır.
Çünki xəyanət özü-özlüyündə haramdır, odur ki, öz hüquqlarını bərpa etmək üçün bundan vasitə kimi istifadə edilməməlidir. Xəyanət yalan qəbilindəndir. Əgər deyilsə ki, bu xəyanət deyil, əksinə öz haqqını götürməkdir və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) yalnız xəyanət edənə xəyanət etməməyi qadağan etmişdir, yəni haqqın olduğundan daha çox hissəni xəyanət edən tərəfdən götürmək-bu halda nəzərə almaq lazımdır ki, bu arqument bir neçə baxımdan zəifdir.
Bunlardan birincisi budur ki, hədisdə deyilir “Ey Allahın Rəsulu, bizim bəzi qonşularımız var, heç bir şey qoymurlar, nə gəldi, götürürlər. Əgər onlardan bir şey götürməyə imkanımız olsa, bunu götürəkmi? O dedi: “Xeyr.” Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin.”
İkincisi: “Sizə əmanət olunan şeyi sahibinə geri verin və sizə xəyanət edənə siz xəyanət etməyin”, yəni mənası budur ki, sizə xəyanət edən tərəfə eyni hərəkəti etməklə siz də ona eynilə cavab verməyin.
Üçüncüsü, bu əməl şübhəsiz ki, xəyanətdir. Daha doğrusu buna icazə verənlər, əvəz-əvəz, qisas olaraq buna icazə veriblər. Çünki bəzi hallar var ki, qisas icazəlidir. Misal üçün, qətl, quldurluq və haqqsız yerə malı qəsb etmək. Bununla belə bəzi hallar da var ki, qisas icazəli deyil. Məsələn, əxlaqsız hərəkətlər, yalan danışmaq və s. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) “Sizə xəyanət edənə siz xəyanət etməyin” deyərkən, məlumdur ki, eyni tərzdə qarşı tərəfi cəzalandırmamaqdan söhbət gedir. -
04-17-2010, 05:08 AM_SoMMeT_Re: Sual ve Cavablar
::yerivar::
-
04-17-2010, 10:16 AMcanbellRe: Sual ve Cavablar
tsk. ::yerivar::
-
04-25-2010, 11:34 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Bacılarım zövcəmi xoşlamırlar və həmişə problem yaradırlar. Xahiş edirəm mənə nəsihət verəsiniz. Bacılarım və yaxud zövcəm ilə əlaqələrimi kəsimmi?
Cavab: Həmd Allaha məxsusdur.
Allah Təala ailə bağlarını, münasibətlərini davam etdirməyi və həyat yoldaşına qarşı gözəl davranmağı əmr edir. Biz əsla bacılarınız və yaxud həyat yoldaşınız ilə əlaqələrinizi kəsməyi söyləyə bilmərik! Daha doğrusu biz sizə belə deyirik: onları bir araya gətirin və bu ayrılığı , bölünməni daha da pisləşdirməyin.
Sevgi Allahdan gəlir. Allah Sübhənahu və Təala sevgi yaradacaq səbəblər, eləcə də nifrət doğuracaq səbəblər yaratmışdır. Odur ki, siz öz münasibətlərinizə bir göz gəzdirin və yaranan nifrət və düşmənçiliyin səbəblərini araşdırın ki, bunları aradan qaldıra biləsiniz. Eləcə də, sevgi yaradacaq səbəbləri də bir araya cəm edin ki, bunu təşviq edəsiniz. Bu səbəblərə aiddir: salam vermək, hədiyyələşmək, xəstələndikdə insanları ziyarət etmək, ehtiyaclı anlarında onlara yardım etmək və münasibətləri gücləndirmək və insanlar arasında sevgi yaratmaq üçün islam dinində bildirilən bir çox digər səbəblər.
Hər iki tərəfi sakitləşdirmək üçün, onlara ayrı-ayrılıqda Allahı xatırladın və Allah təalanın qeybət etmək, təhqir etmək, iftira atmaq və insanların şəxsi işlərinə qarışmaq barədə xəbərdarlığını yada salın.
Allah Təalanın qoyduğu həddlərə riayət etmək, sadiq olmaq və hər iki tərəfə haqqlarını vermək, qarşı tərəfin haqqlarına hörmət etmək və onları alçaltmamaq və yaxud əsəbləşdirməmək evdə və yaxud münasibətlərinizdə səadət, xoşbəxtlik və dinclik, rahatlığın əldə olunmasına zəmanət verəcəkdir.
Zövcənizə və bacılarınıza nəsihət etməlisiniz ki, onlar bir-biri ilə yaxşı davransınlar və onların arasında mövcud olan problemləri və münaqişələri aradan qaldırmağa çalışın. Zövcəniz və bacılarınız eyni evdə qalırsa, onların arasını barışdıra bilmirsinizsə, zövcəniz üçün ayrıca mənzil təmin etməyinizdə bir xəta yoxdur. Həqiqətən, bu cür etmək onların arasında yaranan mübahisənin aradan qalxmasına səbəb ola bilər.
Həyat yoldaşınıza nəsihətimiz budur ki, ərinin ailəsinə qarşı dostyana yanaşsın və onlar ilə bacardığı qədər yumşaq, gözəl davransın və şəriətdə qadağan olunan hər hansı bir addım atmasın. Ərinin ailəsinə hörmət etmək qadın ilə əri arasında münasibətlərin yaxşı davam etməsinə səbəb olacaqdır.
Allahdan diləyimiz budur ki, sevdiyi və razı qaldığı işləri görməkdə sizə yardımçı olsun. Allahdan istəyirik ki, sizi sözlərin, əməllərin və münasibətlərin ən yaxşısını yerinə yetirməyə müvəffəq etsin.
Ən doğrusunu Allah bilir.
