tsk
Sual ve Cavablar
Printable View
-
02-24-2010, 02:09 PMAgLaYaN_BuLuDRe: Sual ve Cavablar
-
02-25-2010, 06:20 PMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Bir həkim var və təcili cərrahiyyə əməliyyatlarına cəlb olunur . Bəzən bu o mənaya gəlir ki, o namazın vaxtı çıxana qədər həddən artıq məşğul olur. Belə olduğu o nə etsin? Ona deyiblər ki, bu cür vəziyyətdə belə o namazı istənilən yolla da olsa qılmalıdır. Bunun çıxış yolu nədir? Allah sizi xeyirlə mükafatlandırsın.
Cavab: Həmd Allaha məxsusdur.
Müsəlmanın üzərinə düşən vacib vəzifə namazı vaxtında qılmaq və onu namazdan yayındıracaq hər hansı bir şeyə yol verməməkdir. Onun nəzarətində olmayan hallar kimi fövqəladə, təxirəsalınmaz hadisələrin baş verməsi (zərurət halı) bundan istisnadır. Bura aiddir: boğulmaqda olan bir kəsi xilas etmək və yaxud yanmaqda olan evdən insanları xilas etmək və ya hücum edəcəyindən qorxulan düşmənin həmləsinin qarşısını almaq. Bu hallarda bu səbəbdən namazı vaxtı çıxsa belə gecikdirməkdə bir xəta yoxdur. Lakin heç bir təhlükənin olmadığı adi məsələlərdə, onlara görə namazı gecikdirmək icazəli deyil.
Məkkə camaatı Əhzab günü Mədinəni mühasirəyə aldıqda Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) zöhr və əsr namazını məğribdən sonraya (digər bir rəvayətdə isə əsr namazını məğrib namazından sonraya) qədər gecikdirdiyi hədislə sabit olmuşdur. Çünki həmin vaxt onun (Ona Allahın salavatı və salamı olsun) başı döyüşə qarışmışdı. Eləcə də, sübuta yetirilib ki, Səhabələr (Allah onlardan razı olsun) Tastarı mühasirəyə aldıqda şəfəq sökülənə qədər döyüş davam etmiş və insanlar divarlara dırmaşaraq şəhərin darvazalarının ağzına kimi gəlmişdilər. Səhabələr qələbə gələnə qədər fəcr namazını gecikdirmiş, sonra duhanın vaxtında (gün çıxdıqda) namazı qılmışdılar ki, şəhəri fəth etmək imkanını əldən verməsinlər. Bu cür vəziyyətlərdə namazı gecikdirməyə icazə verilir. Müsəlmanların içində qalıb çıxa bilmədikləri yanğın olarsa, bu halda diqqəti onları xilas etməyə yönəltmək icazəlidir. Çünki, şəriət ilə həyatları qorunan müsəlmanları xilas etmək olduqca mühüm bir vəzifədir və həm də, bu cür təhlükənin qarşısını yalnız namazı gecikdirməklə almaq mümkündür, namaz bu halda etibarlı bir səbəbdən tərk olunur, odur ki, bu halda namazı gecikdirmək olar. Eləcə də, xəstəlk və səfər səbəbindən namazı gecikdirmək və birləşdirmək icazəlidir. Odur ki, boğulmaqda olan və yaxud yanmaqda olan və s. bir şəxsi xilas etmək üçün namazları vaxtı çıxandan sonraya qədər ertələmək və yaxud əsr və fəcr namazlarını öz vaxtlarından sonraya ertələmək icazəlidir.
Fətəvə nurun alə-darb, 2/758
-
02-26-2010, 10:37 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Mənim bir qardaşım var, o şəxsiyyət vəsiqəsi (pasport) alıb və başqa bir şəxsiyyət vəsiqəsi də almaq istəyirdi. Sənəd üçün müraciət prosesi əsnasında oradakı məmurlardan biri ona xitabən: “And içə bilərsən ki, sənin əvvəllər şəxsiyyət vəsiqən olmayıb? Qardaşım məmurun önündə Quran olduğunu görmədi və sonra məmur bayıra çıxdı. Qardaşım qorxaraq and içdi ki, o bundan əvvəl şəxsiyyət vəsiqəsi almayıb. Zəhmət olmasa bu məsələ barədə bizə hökmü bildirəsiniz. Qardaşım buna görə qurban kəsməlidirmi, yaxud bunun üçün hər hansı digər kəffarə varmı?
Cavab: Qardaşınız , istənilən bir yalan danışan şəxs Allaha tövbə etdiyi kimi o da Allah Sübhənahu və Təalaya mütləq tövbə etməli, tövbəsində səmimi, sadiq olmalı və peşmançılıq hissi keçirməli və bunu bir daha təkrar etməməlidir.
Alimlər arasındakı doğru rəyə əsasən yalandan and içən üçün kəffarə yoxdur. Andlar üçün kəffarə gələcəyə aid məsələlərə şamil edilir. Misal üçün, bir şəxs “Allaha and olsun ki, mən filan və filan şeyi etməyəcəm” və yaxud “Allaha and olsun ki, mən filan və filankəs ilə danışmayacam” deyə söyləyirsə bu gələcəyə aid bir şeydir. Yalan danışan kəsə gəldikdə isə onun üzərinə düşən vəzifə Allaha mütləq tövbə etmək, etdiyinə peşman olmaq və günahlardan əl çəkmək düşür. Eləcə də Allaha səmimiyyət nümayiş etdirərək, ixlasla və Allahın yanında olan əcri umaraq bu günahı bir daha etməməyə səmimi-qəlbdən əzm etməlidir. Bununla Allah onu əfv edər. Çünki, səmimi qəlbdən edilən tövbə vasitəsilə Allah günahları silir. Allah Azzə və Cəllə bu barədə buyurur: “وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ”
Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) [ən-Nur 24:31] Sitatın sonu.
Fətvalar Məcmusu, İbn Bəz, 23/115 -
02-28-2010, 12:01 PMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Mən ailə qurmaq istəyirəm və mənə yaxşı bir ailə tərbiyəsi almış müsəlman bir qız göstəriblər, (Allahın neməti sayəsində) Qurandan çox əzbərləyib. Yaxşı bir ailədəndir və mənimlə o eyni irqdənik, eyni tərbiyə almışıq. Sözün düzü heç mən də zahirən onu heyran etməmişəm. O gözəldir, lakin mənim üçün o qədər də yox. Bilmək istəyirəm ki, onun imanı, gözəl ailəsi, Qurana münasibəti, münasib qaydada geyim tərzi və s. evlənmək üçün kifayət edir? Yoxsa, ən doğrusunu Allah bilir deyə söyləyərək onunla evlənmək üçün addım atmalıyam? Zahiri görünüş evlilikdə nə qədər mühüm amil hesab edilir? O zahirən mənə görə o qədər də çirkin deyil, lakin mənim zövqümə görə gözəl deyil. Allah mənə hidayət versin.
Cavab: Evlənmək niyyətiniz varsa imanlı olanı axtarın. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bu cür nəsihət edərək buyurmuşdur: “Sən din xüsusiyyətinə üstünlük versən əlin xeyirə çatar”.
Evlənmək üçün seçim edərkən “digər amillər nəzərə alınmamalıdır” deyə, belə bir əsas yoxdur. Gözəllik və s. kimi amillər. Çünki bu cür amilləri nəzərə almaq evlənən şəxsin baxışlarını aşağı salmaqda ona kömək edəcəkdir. Bu elə bir məsələdir ki, bunlar nəzərə alınmalıdır. Belə ki, peyğəmbər sallallahu aleyhi və səlləm bunu qeyd edərək demişdir: “Dörd xüsusiyyətə görə qadınla nikah bağlanır:...”və gözəlliyi bu dörd şeydən biri kimi qeyd etmişdir. Qadın sizin üçün gözəl olmadığına görə ona qarşı pis rəftar edəcəyinizdən qorxursunuzsa, evlənmək üçün irəli addım atıb onunla nikah bağlamayın. Ən doğrusunu Allah bilir.
Şeyx Abdulkərim əl-Xüdeyr -
03-07-2010, 11:23 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Xəstələnən insanlardan bir çoxu namaz məsələsinə laqeyd münasibət göstərib: “Yaxşılaşandan sonra namazların qəzasını qılaram”deyə söyləyirlər. Bəziləri isə: “Dəstəmaz almağa və nəcasətdən uzaq durmağa gücün çatmadığı halda necə namaz qılım axı?” deyirlər. Bu cür düşünən insanlara nə nəsihət edirsiniz?
Cavab: Nə qədər ki, insanın ağlı-şüuru yerindədir, dəstəmaz ala bilmədiyini üzr olaraq irəli sürən şəxs üçün xəstəlik belə vəziyyətdə onun namaz qılmasına maneə təşkil etmir. Əksinə xəstə gücü çatdığı qədər namazını qılmalı və imkan varsa su ilə dəstəmaz alması lazımdır. Sudan istifadə etməyə imkanı yoxdursa təyəmmüm alıb namazını qılır. Namaz qılmamışdan öncə bədəninə və yaxud paltarına bulaşan nəcasət varsa bunu təmizləməli və yaxud təmiz bir paltar geyməlidir. Əgər bunu etməyə imkanı yoxdursa artıq bu halda onun üzərindən məsuliyyət düşür və həmin vəziyyətində də namazını qılır. Çünki Allah Təala bu xüsusda belə buyurur:
فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ
“ (Ey möminlər)! Allahdan bacardığınız qədər qorxun.” [Təğabun 16]
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu xüsusda belə demişdir:
“Sizə bir şeyi əmr etdiyimdə bunu gücünüz çatan qədər yerinə yetirin.” Buxari və Müslim
İmran bin Hüseyn (Allah ondan razı olsun) xəstəliyindən şikayət etdiyində Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə demişdir:
“Namazını ayaqüstə qıl, Ayaqüstə namaz qılmağa gücün çatmırsa, oturub qıl. Əgər oturub namaz qılmağa da gücün çatmırsa, bu halda yan tərəfin üstə namaz qıl.” Buxari
Nəsainin rəvayətində isə əlavə olaraq deyilir:
“Yan tərəfin üstə namaz qılmağa gücün çatmırsa, belin üstə uzanaraq namaz qıl.” Nəsai (Səhih bir sənədlə rəvayət etmişdir)
Əbdüləziz ibn Abdullah ibn Bəzz -
03-08-2010, 10:06 AMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Mən günaha düşürəm və sonra tövbə edirəm. Lakin nəfsim mənə qalib gəlir və yenə eyni günaha düşürəm. Bu mənim əvvəlki tövbələrimi batil edirmi? Yəni, əvvəlki günahlarım bağışlanmamış qalırmı?
Cavab: Alimlərin cumhurunun rəyinə görə tövbənin qəbul olunması üçün peşman olan insanın yenidən eyni günaha düşməməsi bunun üçün bir şərt deyil. Tövbənin şərtlərindən odur ki, günah dərhal tərk olunmalıdır və insan qəlbi ilə həqiqi şəkildə peşmançılıq hissi keçirməlidir. Bunlar öz növbəsində həmin günaha bir daha düşməmək üçün qəti əzm ilə müşayiət olunmalıdır. Elə isə, bu şərtlər yerinə yetirilərsə, həmin insan bu günaha yenə düşərsə o zaman bu tamamilə yeni günah sayılır və yeni tövbəni zəruri edir, keçmişdəkilər ilə heç bir əlaqəsi yoxdur.
-
03-14-2010, 11:37 PMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Kiçik ev müsəlmanın bədbəxtliyindən sayılırmı?
Cavab: Həmd Allaha məxsusdur.
Geniş ev müsəlmanın səadətindəndir, necə ki, hədisdə varid olmuşdur. İmam Əhməd (15409) Nəfi ibn Abdulhərisin Peyğəmbərin sallallahu aleyhi və səlləmdən belə dediyini rəvayət edir:
“Yaxşı qonşu, rahat minik və geniş məskən insanın xoşbəxtliyindəndir”. Şeyx Albani (Səhih əl-Cami əsəri, № 3029) hədisi səhih olaraq təsnif etmişdir.
Hakim və Əbu Naim, Sad ibn Əbi Vaqqasdan rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Dörd şey səadətdəndir: saleh zövcə, geniş məskən, saleh qonşu və rahat minik. Və dörd şey də bədbəxtlikdəndir: pis zövcə, pos qonşu, pis minik və dar məskən”. Şeyx Albani, Allah ona rəhmət etsin (Səhih Əl-Cami əsəri, № 887) hədisi səhih olaraq təsnif etmişdir.
Burada ifadə olunan məna budur ki, bu deyilənlər dini deyil, dünyəvi səadətin bir hissəsidir. Səadət mütləq və məhdud olur. Mütləq xoşbəxtlik hər iki dünyada olan xoşbəxtlik, məhdud xoşbəxtlik isə məhdudlaşdırılan şeyə görə olur.
Kim yuxarıda zikr olunan şeylər ilə ruziləndirilərsə, o kəs gözəl həyat yaşayacaqdır və bu dünyada xoşbəxt olacaqdır, çünki bu şeylər bədənə və qəlbə rahatlıq gətirir, həyatı daha rahat edir.
Hədisdə qeyd olunan bədbəxtlikdən ifadə olunan məna “sıxıntı”dır. Necə ki, Allah təala ayədə buyurur: “Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.” (Ta-Ha 20:117)
Kim pis zövcədən, pis evdən və pis minikdən əziyyət çəkirsə çox vaxt sıxılır; evin dar olması köksü sıxır, həddindən artıq kiçikdirsə o zaman o özünü təzyiq altında, sıxıntılı və fikirli hiss edir.
İnsanın Rəbbindən geniş ev istəməsi şəriətdə məşrudur. Buna dəlil Tirmizinin (3500) Əbu Hureyradan radiyallahu anhu rəvayət etdiyi hədisdir. Allah Rəsulu sallallahu aleyhi və səlləm bir gecə dua edərək dedi: “Ey Allahım, mənim günahımı bağışla, evimi geniş et və məni ruziləndirdiyin şeyə bərəkət ver”. Albani, Allah ona rəhmət etsin, (Səhih-əl-Cami, № 1265) hədisi həsən olaraq təsnif etmişdir.
Hər iki dünyada Allahdan bizi xoşbəxliklə ruziləndirməsini diləyirik.
Daha doğrusunu Allah bilir.
-
03-15-2010, 03:29 AMcanbellRe: Sual ve Cavablar
“Dörd şey səadətdəndir: saleh zövcə, geniş məskən, saleh qonşu və rahat minik. Və dörd şey də bədbəxtlikdəndir: pis zövcə, pos qonşu, pis minik və dar məskən”.................Allah butun muselmenlari seadete qovushdursun.Amin ::yerivar:: movzuya gore tsk
-
03-18-2010, 01:22 PMPOWER_RANGERSRe: Sual ve Cavablar
Sual: Eşitdiyimə görə müsəlman fitnə zamanı ilə rastlaşdığında riayət edəcəyi müəyyən bir davranış var ki, ona riayət etməlidir. Fitnəyə qarşı münasibət necə olmalıdır?
Cavab:
Həmd Allaha məxsusdur
Fitnələrə qarşı müsəlmanın qəbul edəcəyi müəyyən bir davranış vardır. Belə ki, bundan məqsəd odur ki, fitnənin nə ona, nə də müsəlman ümmətinə mənfi təsiri olmasın.
Bu davranışa aşağıdakılar daxildir:
1. Təmkinli olmaq,yumşaqlıq, mətanət və tələsməmək
Fitnə və hadisələrin dəyişdiyi zaman təmkinli olmaq, yumşaqlıq, mətanət tərifəlayiq xüsusiyyətlərdir. Çünki bunlar müsəlmana əşyaların həqiqətini görməyə və nə baş verdiyini başa düşməyə imkan verir.
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar” Müslim, 4698
Həmçinin Rəsulullah sallallahu aleyhi və səllləm Əşəc bin Abdul Qeysə demişdir:
“Şübhəsiz səndə iki xüsusiyyət var ki, Allah və Rəsulu onları sevir. Yumşaqlıq və tələsməməkdir.” Müslim, 24
Ona görə də fikirlərimizdə və davranışlarmızda, baş verən bütün hadisələr zamanı yumşaq olmalı, tələsməməliyik, çünki bu müsəlman ümmətinin mənhəccindən (metodologiyasından) deyil, xüsusilə də fitnə zamanlarında.
2. Səbr
Xüsusilə də fitnə zamanlarında çoxlu səbr etməyə ehtiyac var. Allah təala buyurur:
“Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər.
Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (əl-Bəqərə 2:155-157)
Əbu Sələbə əl-Xuşani radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Irəlidə səbr edəcəyiniz günlər gələcəkdir. Həmin günlərdə sünnəyə sarılan bir insan sizdən əlli insan savabını qazanır. "Ey Rəsulallah, onlardan əlli insan deyilmi?» dedilər. O da: "Əksinə, sizlərdən əlli insan savabını qazanır- buyurdu”.
Əbu Davud, 4341; Şeyx Albani “əl-Sahihə, 494” əsərində hədisi səhih olaraq təsnif etmişdir.
Səbr vasitəsilə, əzimli, qətiyyətli, əmin olanlar ilə qorxaq, zəif olanlar arasında olan fərq meydana çıxır. Ona görə də, saleh sələflərimiz fitnə və hadisələrin inkişafı zamanı səbirli olmağın əhəmiyyətini dərk edirdilər. Aşağıda onların həyatlarından bəzi nümunələr verilmişdir:
Məkkədə, islamın başlanğıcında səhabələr (Allah onlardan razı olsun) təqib olunduqları və əzab çəkdiklərində Peyğəmbər sallallahu aleyhi və səlləm onların yanından keçirdi və onlara səbirli olmağı xatırladırdı. Rəsulullah sallallahu aleyhi və səlləm Yasir ailəsinin yanından keçərkən deyirdi: “Səbr, ey Yasir ailəsi, çünki sizə cənnət vəd edilmişdir”. Şeyx Albani “Təxric Fiqh əl-Sira, səh. 103” əsərində hədisi səhih olaraq təsnif etmişdir.
Rəvayət olunur ki, Zubeyr ibn Adiy demişdir: “Biz Ənəs ibn Malikin yanında gəldik və Həccacın əlindən çəkdiklərimiz barədə ona şikayət etdik. O dedi: “Səbirli olun, çünki elə bir zaman yoxdur ki, ondan sonra gələn özündən əvvəlkindən daha şərli olmasın, ta ki Rəbbinizə qovuşana qədər. Mən bunu sizin Peyğməbərinizdən sallallahu aleyhi və səlləm eşitdim”. Buxari 7068
Mustavrid əl-Qureşi, Amr ibn Asa demişdir: “Mən Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Rumlular say baxımından ən çox olduqlarında Qiyamət qopacaqdır”. Amr dedi: “Nə söylədiyinə fikir ver!”. O dedi: “Mən Allah Rəsulundan sallallahu aleyhi və səlləm eşitdiyimi söyləyirəm”. O dedi: “Sən bunu söyləyirsənsə, bu həqiqətdir, çünki onlarda dörd keyfiyyət var.
• Onlar fitnə zamanlarında insanların ən səbirli olanlarıdır.
• Onlar müsibətlərdən sonra tez qalxanlardır (düzələnlərdir).
• Məğlubiyyətdən sonra onlar tez islah olub yenidən hücum edənlərdir.
• Onlar miskinlərə, yetimlərə və zəiflərə qarşı xeyirli olanlardır.
Və onlarda olan beşinci yaxşı keyfiyyət odur ki, onlar məliklərin zülmünün qarşısını alırlar.” Müslim, 2889
Numan ibn Bəşir demişdir: “Bu dünyada fitnə və bəlalardan başqa bir şey qalmazsa, o zaman fitnələri səbirlə qarşıla”.
Əhli Sünnə vəl Camaatın imamı Əhməd ibn Hənbəl, Mu`min, sonra Mötəsim, sonra Vasiqin hakimiyyəti dövründə Quranın məxluq olduğunu söyləyənlərin hər tərəfi bürüdüyü fitnəsi ilə qarşılaşdığı, uzun müddətli həbslərə və şiddətli döyülmələrə məruz qaldığı zaman o buna səbirlə dözdü və dinindən, doğru yoldan möhkəm tutdu, ta ki Allah ona qələbə verdi və onu həmin sıxıntıdan xilas etdi.
3. Hər bir işdə adil və insaflı olmaq
İnsanlar arasında ixtilafın ən güclü səbəblərindən biri, xüsusilə də fitnə zamanlarında, adillik və insafın olmamasıdır. Müsəlmanlar özlərinə və digər insanlara qarşı ədalətli olmağa çalışarlarsa, o zaman müsəlmanlar arasında baş qaldıran problemlərin bir çoxu, fərqi yoxdur istər fərdi, istərsə də ictimai olsun, inşallah həll olunacaqdır.
Allah təala buyurur:
“Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun”. (əl-Ənam 6:152)
“Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır”. (əl-Maidə 5:8)
Ona görə də, sözlərimizdə və əməllərimizdə, xüsusilə də fitnə zamanlarında, ədalətli olmağımız vacibdir. Yəni hər bir məsələni araşdırmalı və onun yaxşı, pis cəhətlərini qeyd etməli, onları ədalət tərazisinə qoymalı və sonra hökm verməliyik. Çünki məsələləri ətraflı şəkildə araşdırmaq Allahın əmrlərinə müvafiq olmayan məsələləri şəriətə nisbət etməkdən müsəlmanları qoruyacaqdır. Beləcə, siizn ədalətiniz və insafınız fitnə zamanı sizi inşallah xilas edəcəkdir.
Şeyx Muhəmməd ibn Salih əl-Üseymin (Allah ona rəhmət etsin) demişdir:
“Sizlərə, ey qardaşlarım, hər bir məsələdə adil olmağı, müvazinəti saxlamağı, bununla əlaqədar daha doğru hökmü araşdırıb tapmaq və bütün məsələlərdə eyni qayda ilə hökm verməyi nəsihət edirəm. Bu mühüm bir qaydadır. Ağıl sahibi bir kəsin Allahla, insanlar ilə əlaqəsində ədaləti ayaqda tutması üçün buna riayət etməsi lazımdır. Çünki Allah ədalətli olanları sevər”.
Aşağıda sələfli salehlərin həyatından insaflı olmaq və ədalət mövzusunda necə həris olmaları barədə bəzi nümunələr verilmişdir:
Müslim (1828) rəvayət edir ki, Abdurrəhman ibn Şimasə demişdir: “Aişənin yanına gəldim və ondan bir məsələ barəsində soruşdum və o dedi: “Sən hardansan? Mən dedim: “Misirdənəm”. O dedi: “ Sizin bu döyüşünüzdə başçınızın sizə qarşı münasibəti necə olmuşdur? Mən dedim: “Bizə ondan pis bir şey gəlmədi. Bizim insanlardan birinin dəvəsi öldüyündə o ona başqa bir dəvə verirdi. Bizlərdən biri köləsini itirdiyində o ona başqa bir kölə verirdi. Kiminsə zəruri şeylərə (nəfəqəyə) ehtiyacı olduğu zaman o onları azuqə ilə təmin edirdi.” O dedi: Qardaşım, Muhəmməd ibn Əbu Bəkrə qarşı davranışı Allah Rəsulundan sallallahu aleyhi və sələm eşitdiklərimi sənə söyləməyə mənə mane olmur. O sallallahu aleyhi və səlləm mənim bu evimdə demişdir: “Ey Allahım, hər kim ümmətimin hər hansı işlərini görmək üçün (bu vəzifəyə) təyin olunarsa və onlarla yumşaq davranarsa Sən də onunla yumşaq davran. Hər kim mənim ümətimin hər hansı işlərini görmək üçün (bu vəzifəyə) təyin olunarsa və onlara qarşı sərt davranarsa Sən də onunla sərt davran”.
Nəvəvi bu hədisin şərhində demişdir:
“Bu dəlalət edir ki, yaxşı insanların fəzilətləri zikr olunmalıdır və ədavət və s. səbəblər buna mane olmalı deyil. Onlar Muhəmmədin öldürülməsi barədə ixtilaf etmişdirlər. Deyilənə görə o döyüşdə öldürülmüşdü və həmçinin döyüşdən sonra əsir olduğu zaman öldürülmüşdü söylənilmişdir...
Buradakı hakim Muaviyə ibn Hudeyc idi, Muhəmməd ibn Əbu Bəkri öldürmüşdü. Əl-Siyar, 3/38
-
03-18-2010, 09:14 PMAgLaYaN_BuLuDRe: Sual ve Cavablar
Melumatlandirdigin ucun sag ol
