Mərifət əhlindən bəziləri bu yolu ötüb keçmək üçün aşağıdakı işləri tövsiyyə etmişlər:

1. Mürid hər bir şeydən əvvəl,tövbə vasitəsilə öz nəfsini günahlardan,çirkin və rəzil xislətlərdən təmizləməlidir.Əvvəl tövbə məqsədi ilə qüsul et,qüsul halında günahlarını,batini aludəliklərini nəzərində canlandır və mehriban Allaha belə ərz et: “Pərvərdigara,günahlardan tövbə edərək Sənə tərəf qayıtdım.Qərara almışam ki,bir daha günah etməyim. Bədənimi su ilə pakladığım kimi,qəlbimi də günahlardan, aludəliklərdən rəzil xüsusiyyətlərdən paklayım.”

2. Özünü daim Allahın hüzurunda gör və çalış ki,bütün vəziyyətlərdə Allahı xatırlayasan. Əgər azacıq qəflət olsa dərhal tövbə et.

3. Öz nəfsini günaha aludə olmamasından ötrü tamamilə nəzarət altına al. Gecə-gündüz ərzində nəfsdə hesab çəkmək üçün müəyyən bir saat ayır, gündəlik əməllərini tam araşdır,onu ciddi şəkildə cəzalandır.

4. Sükuta riayət et,zərurət miqdarından artıq danışma.

5. Ehtiyac qədərində yemək ye, çox yeməkdən, qarına qulluq etməkdən çəkin.

6. Daim dəstnamazlı ol. Hər dəstnamazın batil olsa dərhal yenidən dəstnamaz al. Peyğəmbər-Əkrəm (s.ə.v.v) buyurur: “Mütəal Allah buyurur: Hər kəs dəstəmazı batil olduqdan sonra yenidən dəstəmaz almasa Mənə cəfa etmişdir. Hər kəs dəstəmaz aldıqdan sonra iki rükət namaz qılmasa Mənə cəfa etmişdir. Hər kəs namaz qılıb dünya və axirət işləri barəsində dua etsə,onun duasını qəbul etməsəm Mən ona cəfa etmiş oluram. Lakin Mən cəfakar Allah deyiləm.”

7. Gecə-gündüz ərzində bir saatı hüzuri-qəlblə Allaha diqqət etməyə ayır. Əgər gecə zamani, xüsusilə səhər çağları olsa daha yaxşı olar. Sakit bir guşədə əyləş, başını dizlərinə qoy və bütün duyğularını özünə cəm et. Yad fikirlərin daxil olmasının qarşısını ciddi şəkildə al. Bir müddət bu əməli davam etdir, bəlkə bunun vasitəsilə sənin üçün mükaşifələr (qeyb aləmindən olan görüntü) hasil olsun.

8. “Ya Həyya ta Qəyyum,ya Mən la ilahə illa ənt” zikrini daim dildə və eyni zamanda hüzuri-qəlblə təkrarla.

9. Gecə-gündüz ərzində uzun bir səcdə yerinə yetir və imkan olduqca hüzuri-qəlblə bu zikrləri təkrar et: “La ilahə illa ənt,subhanəkə inni kuntu minəz-zalimin.”

Səcdənin davam etdirilməsi dəfələrlə təcrübədən çıxmışdır və çox müsbət təsirləri vardır. Bəzi ariflər barəsində nəql olunur ki, səcdədə bu zikri dörd min dəfə təkrar edirmişlər.
10. Gecə-gündüzdə bir saat hüzuri-qəlb ilə “Ya Fəniyyu ya Muğni” sözünü təkrarlamaqdan ötrü ayır.

11. Hər gün hüzuri-qəlblə bir qədər Quran oxu, ayələrin mənasında təfəkkür et. Əgər ayaq üstə oxusan daha yaxşı olar.

12. Sübhə yaxın yuxudan oyanan zaman dəstəmaz al və sakit bir yerdə hüzuri-qəlblə gecə namazı qıl, vətr namazınınqunutunu uzat, özün və mömilər üçün bağışlanmaq istə.
Gecə namazından sonra “Səxrə” ayəsini hüzuri – qəlblə yeddi dəfə oxu, çünki bu, yəqinin hasil olmasında, Allahdan başqasının fikirlərinin zehindən çıxarılmasından ötrü çox faydalıdır. Səxrə ayəsi budur:

“İnnə Rəbbəkumllahhulləzi xələqəssəmavati vəl - ərzə fi sittəti əyyamin, suməstəva ələl - ərşi yuğşil - ləylənnəharə yətlubuhu həsisən vəş – şəmsu vəl qəməru vənnucumu müsəxxəratin bi əmrih, əla ləhul – xəlqu vəl - əmru, təbarəkəllahu Rəbbul – aləmin. Udu Rəbbəkum təzərruən və xifyətən innəhu la yuhibbul – mütədin və la tufsidu fil - ərzi bədə islahiha vəduhu xovfən və təməən innə rəhmətəllahi qəribun minəl – muhsinin.”

Nəzərdə tutulan nəticəyə çatmaq üçün qırx gecə – gündüz bu göstərişə əməl edilməlidir. Mümkündür ki, Sübhan Allahın nəzərini cəlb edəsən və sənin üçün müəyyən uğurlar hasil olsun. Lakin əgər birinci qırx günlükdə müvəffəq olmasan məyus olma, ikinci qırx günlüyü daha artıq ciddiyyətlə başla və öz istəyinə çatıncaya qədər davam etdir. Əgər yenə də müvəffəq olmasan öz nəticəni əldə edənə qədər üçüncü, dördüncü və sair qırx günlükləri davam etdir. Heç vaxt əməldən, ciddiyyətdən, nəfslə cihaddan usanma, Allaha mərifət yoluna ciddiyyət göstər və mehriban Allahdan müvəffəqiyyət dilə. Səndə istedad və qabiliyyət formalaşan zaman Allahın köməkliyi ilə nailiyyət əldə edəcəksən.

Allah hamımızın imanını artırsın. AMİN.