Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Zərgərlik əsərlərimiz

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Zərgərlik əsərlərimiz

    Min illər ərzində Azərbaycanın zərgərlik sənəti sadədən mürəkkəbə doğru böyük bir yol keçmişdir. Qiymətli metallardan hazırlanan çoxsaylı ziynət əşyaları- onlar XI b.e.ə.-XII əsrlərə aid olunur, Azərbaycan xalqının yüksək mədəniyyətindən soraq verir. Tapılan əşyaların analizi göstərir ki, qədim ustalar zərgərlik sənətinə mükəmməl yiyələnmiş və bu sənətin sirrlərini sonrakı nəsillərə də öyrətmişlər. Zinət əşyalarının bir çoxu qismən də olsa ilkin formasını saxlamışdır. Zərgərlik mə'mulatları forma e'tibarı ilə çox müxtəlifdir və mürəkkəb kompozisiyaya malikdir. Həmin mə'mulatların əsas hissələrini çoxləçəkli güllər, ulduzlar, aypara, butalar təşkil edir.
    Həmin elementlərdə nə vaxtsa qədim zamanlarda adamların pənah gətirdiyi, tapındığı varlıqlar əks olunsa da, sonradan ilkin mə'nasını itirmiş və bizim günlərə dekorasiya mə'mulatları kimi gəlib çatmışdır. Zərgərlik mə'mulatları adətən qiymətli daşlarla, o cümlədən yaqut, zümrüd, firuzə ilə bəzədilirdi. Buna "qaş" da deyilir. XIX əsrin zərgərlik mə'mulatları qızıl və gümüşdən hazırlanırdı. Forma və texnika baxımından gümüşdən hazırlanan mə'mulat qızıl mə'mulatlardan fərqlənir. Bə'zən gümüş mə'mulatları qızıl suyuna da çəkirlər
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.